Azərbaycan milli teatr sənətinin kökləri xalqın məişəti, fəaliyyəti, həmçinin, şənlik və toy ənənələri, dünyagörüşü ilə bağlıdır. Azərbaycan xalq teatrı yarandığı vaxtdan realist xüsusiyyətlər daşımışdır. 1873-cü ilin martın 10-da M.F.Axundovun "Lənkəran xanın vəziri" və “Hacı Qara” tamaşaları ilə əsası qoyulmuşdu. Azərbaycan teatrı zəngin keçmişə malik olub, zamanın mühakiməsində öz yerini tapmışdır. 1897-ci ildə Bakıda ilk dəfə "Artistlər İttifaqı" yaradılması peşəkar teatrın inkişafına yol açdı. Azərbaycan teatrının repertuarı milli dramaturqların - M.F.Axundov, H.Vəzirov, N.Vəzirov, Ə.Haqverdiyev, N.Nərimanov, C.Məmmədquluzadə və başqalarının pyesləri ilə zənginləşməklə yanaşı, rus və Qərbi Avropa dramaturqlarının əsərlərinə də yer verildi. V.Şekspir, H.Heyne, F.Şiller, J.B.Molyer, İ.S.Turgenev, N.V.Qoqol, L.N.Tolstoy kimi klassiklərin əsərləri ilə səhnəmiz zənginləşdi. Azərbaycan teatrı yarandığı ilk andan bəri maarifçilik və demokratik ideyalara sadiq qaldı.
Çox keçmədən teatra olan tələbata görə 1906-cı ildə Bakıda Cahangir Zeynalovun rəhbərli altında "Müsəlman dram artistləri" şirkəti yaradıldı. Maddi çətinliklərə, müxtəlif təqiblərə baxmayaraq, şirkət bir birindən maraqlı tamaşalar hazırlayır, öz repertuarını genişləndirirdi. 1905-ci il inqilabından sonar bir sıra mədəni ocaqların yaradılması teatr həyatında mühüm rol oynadı. Onlardan biri də “Nicat” idi. 1908-ci ildən bu cəmiyyətdə S.Ruhulla, Ə.Vəli, H.Ərəblinski kimi peşəkar aktyorlar birləşdirildi. Yeni ruhda, yeni məzmunda, yeni ideyada olan əsərlər teatra tamaşaçı axını bəxş etdi. Truppa hər həftə Tağıyev teatrında və fəhlə rayonlarında tamşalar verirdi. Ə.Haqverdiyevin "Bəxtsiz cavan", N.Neynenin "Əlmənsur", N.Nərimanovun "Nadir şah", "Ağa Məhəmməd şah Qacar", Ş.Saminin "Qaveyi ahəngar", N.Vəzirovun "Pəhləvanani-zamanə", F.Şillerin "Qaçaqlar", N.V.Qoqolun "Müfəttiş", V.Şekspirin "Otello", J.B.Molyerin "Zorən təbib", "Evlənmə", L.N.Tolstoyun "Əvvəlinci şərabçı" kimi pyesləri məhz bu dövrdə Azərbaycan teatrının repertuarında mühüm yer tutdu. 1910-cu ildə "Səfa" adlı yeni Mədəni Maarif Cəmiyyəti və teatr şöbəsi yaradıldı. "Səfa" cəmiyyətinin dram truppası "Nicat"a nisbətən xeyli zəif idi. Qısa zamanda "Nicat"ın aktyorları "Səfa"ya keçdilər. Cəmiyyətin işində D.Bunyadzadə, şair Səməd Mənsur, aktyorlardan A.M.Şərifzadə, C.Zeynalov fəal iştirak edir, teatr tamaşalarına "Nicat"dan M.A.Əliyev, H.Sarabski, S.Ruhulla, H.Ərəblinski və başqaları dəvət olunurdular. "Səfa" cəmiyyətinin truppası tamaşa verməklə yanaşı, teatın inkişafı üçün mədəni-maarif işləri görürdü.
1910-cu ildə C.Zeynalovun səhnə fəaliyyətinin 25 illiyini, 1911-ci ildə M.F.Axundovun anadan olmasının 100 illiyini, 1913-cü ildə isə N.Vəzirovun ədəbi fəaliyyətinin 40 illiyini təntənə ilə qeyd etmişdi. "Şəfa" truppası eyni zamanda Azərbaycanın şəhər və kəndlərində, hətta Cənubi Qafqaz, Şimali Qafqaz, Orta Asiya, Həştərxanda, Kazanda və s. qastrol tamaşaları təşkil edirdi. "Nicat" və "Səfa" cəmiyyətlərinin Azərbaycan teatrının inkişafında və yaradıcılıq baxımından möhkəmlənməsində xüsusi rolu oldu. 1908-ci il yanvar ayındaBakıda ilk milli opera - Ü.Hacıbəyovun "Leyli və Məcnun" əsərinin tamaşası ilə Azərbaycan professional musiqili teatrının əsası qoyuldu. Musiqili teatrın yarandığı ilk illərdə Ü.Hacıbəyovun 1908-1913-cü illərdə yaratdığı "Leyli və Məcnun", "Şeyx Sənan", "Rüstəm və Zöhrab", "Şah Abbas və Xurşid Banu", "Əsli və Kərəm" operaları, "Ər və arvad", "O olmasın, bu olsun", "Arşın mal alan" musiqili komediyaları nümayiş edilirdi. Beləliklə, repertuarlarını zənginləşdirmək məqsədi ilə Z.Hacıbəyovun "Aşıq Qərib" operası, "Əlli yaşında cavan", "Evli ikən subay", musiqi komediyaları, M.M.Kazımovskinin "Vurhavur" musiqili komediyası, M.C.Əmirovun "Seyfəlmülk" operası, M.Maqomayevin "Şah İsmayıl" və başqalarının əsərləri göstərildi. Ayrılıqda repertuara malik olmasına baxmayaraq, musiqili teatrda peşəkar ifaçılara ehtiyac çox idi. Musiqili tamaşalarda M.Məmmədov, Ə.Ağdamski, H.Hacıbababəyov, H.Sarabski, H.Terequlov, M.Bağırov kimi opera müğənniləri ilə yanaşı, dram aktyorları Ə.Hüseynzadə, H.Ərəblinski, H.Abbasov, A. və R.Darablı, Ə.Anaplı, Y.Olenskayalar və b. çıxış edirdilər. Musiqili teatr və dram teatrları arasında dəqiq bölgü yox idi. Repertuarında həm dram, həm də musiqili əsərlərə yer ayrılmışdı. Onu da qeyd edim ki, 1910-cu illərdə musiqili tamaşalar daha çox üstünlük təşkil edirdi.
1916-cı ildə Azərbaycan teatrının ideyaca yetkinləşdiyini göstərən, mövhumat və cəhalət, yalan və zülm dünyasına qarşı bir ittihamnamə kimi səslənən tamaşa səhnələşdirildi. Bu C.Məmmədquluzadənin "Ölülər" komediyası idi.
Tezliklə "Müsəlmən artistləri ittifaqı" (1917) yaradıldı. A.M.Şərifzadənin başçılığı altında bütün teatr dəstələri yoldaşlıq münasibətləri əsasında tamaşalar verməyə başladı. Lakin bu ittifaq cəmi bir il ömür sürdü. Mayılov teatrının anterprenyorları eyni binada Azərbaycan aktyorlarının çıxış etməsinə mane olurdular. Aktyorların çoxu qastrola çıxırdı. Təkcə Ü. və Z.Hacıbəyov qardaşlarının truppası digərlərinə nisbətdə demək olar ki, müntəzəm fəaliyyət göstərirdi. Burda dram, opera və operetta artistləri qabaqcıl, demokratik ideyalarla bağlı tamaşalar göstərərək xalqın mədəni inkişafında mühüm rol oynayırdı. Bütün bunlara baxmayaraq, həmin illərdə teatr hələ yüksək səhnə mədəniyyəti səviyyəsinə qalxmamışdı.
Azərbaycan Demokratik Cumhuriyyəti dağıdıldıqdan sonra 1920-ci il 1 iyul tarixli qərara əsasən Birləşmiş Dövlət Teatrı yaradıldı. Həvəskar aktyor və peşəkak aktyorların cəmləşdiyi bu truppa öz fəaliyyətini davam etməyə başladı. Lakin 1922-ci ildə dram truppası Birləşmiş Dövlət Teatrından ayrılaraq, müstəqil oldu. Eyni ildə M.F.Axundovun "Hacı Qara" komediyasının yeni quruluşda tamaşaya qoyulması ilə Azərbaycan Dövlət Dram Teatrının möhtəşəm açılışı oldu. Dramaturgiyanın inkişafında xüsusi rolu olan, teatr sənətinin inkişafında böyük xidmətlər göstərən N.Vəzirov, C.Məmmədquluzadə, S.S.Axundov, Ə.Haqverdiyev kimi realist-demokrat yazıcıların fəaliyyəti milli və dünya dramaturqlarının klassik irsinə düzgün münasibətin göstərilməsində xüsusi rol oynamışdır.
XX əsrin 20-ci illərində tamaşaların ideya-bədii səviyyəsini yüksəltmək məqsədi ilə tərcümə pyeslər, eləcə də Azərbaycan dramaturqlarının əsərləri, xüsusilə C.Cabbarlının pyesləri səhnələşdirilirdi. Həmin illər "Aydın", "Oqtay Eloğlu", "Sevil", "Od gəlini" (C.Cabbarlı), "Ölülər" (C.Məmmədquluzadə), "Laçın yuvası" (S.S.Axundov), "Şeyx Sənan", "Knyaz" (H.Cavid), "Müfəttiş" (N.V.Qoqol), "Qaçqınlar" (F.Şiller), "Otello" (V.Şekspir), "Zaqmuk" (A.M.Qlebov), "Həyatın dibində" (M.Qorki), "Lyubov Yarovaya" (K.A.Trenyov), "Gülən adam" (V.Hüqo) və s. əsərlər tamaşaya qoyulmuşdu.
Həmin illərdə aktyorlardan A.M.Şərifzadə, Ü.Rəcəb, İ.Hidayətzadə, M.A.Əliyev, S.Ruhulla, M.Davudova, R.Təhmasib, K.Ziya, M.Mərdanov, Ə.Məmmədova, M.Vəlixanlı, Ə.Qurbanov, S.Hacıyeva, M.Sənani, Q.Topuriya, M.Yermakova (Məxfurə xanım), Bakı Teatr Texnikumunun ilk məzunlarından F.Qədiri, R.Əfqanlı, İ.Dağıstanlı və başqaları fəaliyyət göstərirdilər. 1935-1941-ci illər isə Azərbaycan Dövlət Dram teatrının yetkinlik dövrü hesab edilir. Çünki həmin illərdə teatrda müasir mövzuda "Həyat" (1937, M.İbrahimov), "Qaçaq Nəbi" (1940, S.Rüstəm), "Toy" (1939, S.Rəhman) pyesləri, "Vaqif", "Xanlar" (1938, 1939, S.Vurğun) tarixi qəhrəmanlıq dramlar göstərilirdi.
Azərbaycan teatrının 75 illik yubileyi 1949-cu ildə keçirlmişdi. SSRİ Ali Sovetinin Fərmanına əsasən teatra “Qırmızı Əmək Bayrağı” Ordeni təqdim olundu. S.Ruhulla, M.Əmirov, M.Davudova SSRİ xalq artisti adına layiq görüldülər. Eyni zamanda rejissor A.İskəndərov, aktyorlar M.A.Əliyev, M.Davudova, S.Ruhulla, R.Əfqanlı, K.Ziya, İ.Dağıstanlı, rəssam N.Fətullayev "Şərqin səhəri" (Ə.Məmmədxanlı) tamaşasına görə SSRİ Dövlət mükafatına layiq görüldülər.
1955-60-cı illərdə teatrda klassik və müasir mövzuda bir sıra maraqlı tamaşa hazırlanmışdı: "Göz həkimi" (1955, İ. Səfərli), "Əliqulu evlənir", "Yalan" (1960, 1965, S. Rəhman), "Alov" (1961, M. Hüseyn), "Kəndçi qızı", "Közərən ocaqlar" (1962, 1967, M. İbrahimov), "Sən həmişə mənimləsən", "Unuda bilmirəm", "Məhv olmuş gündəliklər" (1964, 1968, 1969, İ. Əfəndiyev), "Ölülər" (1966, C. Məmmədquluzadə", "Sənsiz" (1967, Ş. Qurbanov), "İkinci səs" (1969, B. Vahabzadə, və s. Bunlarla yanaşı həmin illərdə teatrda milli və xarici ölkə dramaturqlarının bir sıra əsərləri tamaşaya qoyulmuşdur: "Şeyx Sənan" (1956, H. Cavid), "Cavanşir" (1957, M. Hüseyn), "Pəri cadu" (1957, Ə. Haqverdiyev), "Qəribə adam" (1957, N. Hikmət), "Vanya dayı" (1959, A.P. Çexov), "Mariya Tüdor" (1962, V. Hüqo), "Antonii və Kleopatra" (1964, V. Şekspir), "Köç" (1964, C.F. Başkut), "Orlean qızı" (1965, F. Şiller), "Nakam qız" (1968, A. Şirvanzadə), "Canlı meyit" (1968, L.N. Tolstoy) və s.
Teatr sənət sahəsinin intibah dövrü məhz 1970-ci illər hesab olunur. Teatra, sənət adamlarına böyük qayğı və hörmətlə yanaşan, onlara sözün əsl mənasında dəstək olan Heydər Əlirza oğlu Əliyevin köməyi nəticəsində milli teatr sənətimiz inkişaf yoluna qədəm qoydu. Azərbaycan teatrının 100 illik yubileyi 1974-ci ildə xüsusi təntənə ilə qeyd olundu. Məhz həmin ildə Azərbaycan Dövlət Akademik Dram teatrının üç görkəmli sənətkarı - M.Məmmədov, İ.Dağıstanlı və İ.Osmanlı - keçmiş SSRİ-də ən yüksək ad olan SSRİ xalq artisti adına layiq görüldülər. Teatr eyni zamanda Lenin ordeni ilə də təltif edildi. S.Vurğuun "İnsan", İ.Əfəndiyevin "Mahnı dağlarda qaldı", N.Poqodinin "Zamanın hökmü", F.Şillerin "Məkr və məhəbbət", V.Şekspirin "Fırtına", C.Məmmədquluzadənin "Ölülər" əsərlərinin tamaşaları səhnələşdirildi.
!980-ci illərin sonlarında teatrda xalq artistləri S.Bəşirzadə, , R.Əzimov, N.Əliyev, Ə.Qədirov, N.Məlikova, Y.Nuriyev, M.Sadıqova, Səyavuş Aslan, H.Turabov, əməkdar artistlər M.Avşarov, Z.Ağakişiyeva, M.Mirzəyev, M.Novruzova, A.Vəlixanlı, H.Qurbanov, A.Pənahova, R.DadaşovƏ.Əliyeva, B.Əsgərov, İ.Əhmədov, S.İbrahimova, H.İsmayılov, H.Mehbalıyeva, R.Məlikov, L.Məmmədbəyov, M.Sadıqov, K.Xudaverdiyev, M.Hacıbəyov, E.Haşımzadə, B.Cəfərova, rejissorlardan əməkdar incəsənət xadimləri A.Kazımov, M.Fərzəlibəyov, rəssamlardan Elçin (baş rəssam), İ.İsmayılov və b. fəaliyyət göstərirdilər.
1988-ci ildə Azərbaycanın iqtisadi-siyasi həyatında söküklük, tənəzzül əhval-ruhiyyəsi yaradan hərbi-siyasi aparxiya talançılıq və terror, milli mədəniyyətimizə, incəsənətimizə, o cümlədən teatr sənətimizə ağır zərbə vurdu. Teatrlarımızda yaradıcılıq əhval-ruhiyyəsi zəiflədi.
Azərbaycan teatrına müsair dövrümüzdə dövlət tərəfindən xüsusi diqqət ayrılmışdır. Teatrları Azərbaycan Prezidenti İlham Əliyev Sərəncamına əsasən təmir və bərpa etdirilir. Bu proses ardıcıl olaraq davam etdirilir. Azərbaycan teatrı dünya standartlarına uyğun səviyyədə müasir avadanlıqlarla təchiz olunur. Bu gün Azərbaycan teatrı böyük ruh yüksəkliyi ilə Milli Teatr Gününü qeyd edir. Xüsusi olaraq, qeyd edək ki, teatrın belə bir səviyyəyə yüksəlməsində peşəkar aktyorların da rolu müstəsnadır.
Cəlil Məmmədquluzadənin "Ölülər" dramı -Akademik Milli Dram Teatrının təqdimatında.
Hüseyn Cavidin "Şeyx Sənan" faciəsi Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının təqdimatında.
"Hicran" tamaşası Azərbaycan Dövlət Musiqili Komediya Teatrının təqdimatında
XƏBƏR LENTİ
Qayınana "sevgisi": müharibəni kim bitirsin?
Silvester Stalonenin Görünüşü fanatlarını Qorxutdu - FOTO
Silahı olanlar narkoloji testdən keçiriləcək
Cessika Simpson paylaşdığı FOTO ilə sevənlərini qorxutdu
Nevroz və ürək xəstəliklərinin səbəbi
Sahibsiz məktublar (1 və 2)
Serdar Ortaç jurnalistlərə qəzəbləndi-SƏBƏB
Bergüzarın bacısı niyə belə edir?-SƏBƏB
Dünyanın ən yüksək yaşayış məskəni-FOTO
ÜST-dən maska XƏBƏRDARLIĞI - Qaydalar dəyişdi
Qarabağda ölənlərin cəsədlərinin mübadiləsi başlayıb
Bakının bu qəsəbəsi 10 ildir ki, qazsızdır
Gözəl məşhurlar və anaları
İkinci evliliklər və uşaq psixologiyası
Bakıda daha bir möhtəşəm park tikilir
Hamamında gizli kamera tapdı və...
Azərbaycanda daha bir kənd polislər tərəfindən nəzarətə götürüldü
Misirə də qar yağdı: son 122 ildə ilk dəfə
Şaxta baba harada yaşayır?
Çanta modelləri
İncə tac nümunələri
Paşinyandan acı etiraf: “Rusiyanın Dağlıq Qarabağ məsələsində neytrallığını anlayırıq”
Yıldız Tilbe evində klip çəkdirdi-VİDEO
Sovetdənqalma idman daşlarına bir evin pulunu təklif edirlər
Azərbaycanda benzinin ucuzlaşacağı proqnozu
Osmanlı şərbətinin hazırlanması
Zibillikdən 30 min dollarlıq bəxt üzüyü tapıldı-FOTO
Nikolas Keyc aktyorluqla vidalaşır
Məktəb çantası seçərkən nəyə diqqət etməli?
İlk dəfə onunla FOTOsunu paylaşdı
Sabah temperatur 33 dərəcəyə yüksələcək
Hava haqqında
Ağır xəstə olan xalq şairindən xəbər var: "Yaralarım bitişmir..."
Yeni nazir: "Yanımda çoxlu adam var"
Paltarına görə təyyarəyə buraxılmadı-FOTO
Natalie Suarez
Bu ölkədə ilk dəfə internet klub açıldı
Londonun ən bahalı boşanma məhkəməsi başlayır - FOTO
Sabah çox isti olacaq
Gəncənin 4 saylı tam orta məktəbi "İlin ən yaxşı ümumtəhsil məktəbi" seçilib
Səkkiz il yeyib içməyən yoq öldü
Şeyma Subaşı bu dəfə İtaliyada-FOTO
Çörək çəkini artırırmı?
Evinizi yeni ilə hazırlayın
Zelenskinin partiyası Azərbaycana hərbi yardım göstərməyə hazır olduğunu bəyan etdi
WhatsApp-dan xəbər var
"Ermənilər Azərbaycan torpaqlarından çıxmalıdır"
Düşmənin viran qoyduğu Kəlbəcər şəhərinin görüntüləri - VİDEO
“Kobra” Pərviz İstanbulda karantinə alınmayacaq - ÖZƏL
HAVA necə olacaq?
- ŞƏRHLƏR