"Cümhuriyyət deyilən zaman hamıdan əvvəl Əhməd Cavad yada düşür. Üçrəngli poeziya bədii yaddaşa ilk öncə məhz onun qələmi ilə həkk olunmuşdur. Milli oyanış, xalq hərəkatı, türk xalqlarının birliyinə çağırış, xalqın yaddaşına qayıdış kimi duyğular Əhməd Cavad şeirlərinin ruhuna hopmuşdur. Şairin yaradıcılığında Azərbaycan, Qafqaz, Turan, Türk dünyası obrazı qabarıq verilmişdir.
Əhməd Cavad (Cavad Məmmədli oğlu Axundzadə 1892-1937) Şəmkir rayonunun Seyfəli kəndində anadan olmuşdur. Kənd məktəbini bitirdikdən sonra təhsilini Gəncədə müsəlman ruhani seminariyasında davam etdirmiş, burada rus, ərəb, fars dillərini mükəmməl öyrənmiş, Hüseyn Cavid və Abdulla Surun tələbəsi olmuşdur. 1910-cu ildən başlayaraq lirik şeirlər və tənqidi məqalələrlə müxtəlif qəzet və jurnallarda iştirak etmişdir.
Birinci Dünya Müharibəsi illərində o, rus-türk cəbhəsi xəttində müharibədən zərər çəkmiş dinc əhaliyə yardım göstərən cəmiyyətin üzvü və katibi olmuş, inqilabdan əvvəl və sovet hakimiyyətinin ilk illərində Gəncədə, Hacıkənddə, Quba rayonunun kənd məktəblərində müəllimlik etmiş və 1926-cı ildə Ali Pedaqoji İnstitutunu bitirmişdir. Ədəbiyyat cəmiyyətinin katibi (1924-1926), Kənd Təsərrüfatı texnikumunun müəllimi (1929), Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun dosenti (1927-1934), həmin institutun dilçilik kafedrasının rəhbəri (1934-1935) vəzifələrində çalışmışdır. Əhməd Cavad 1935-ci ildən ömrünün sonuna kimi "Azərnəşr"in bədii şöbəsində redaktor kimi fəaliyyət göstərmişdir.
Əhməd Cavadın poetik əsərləri zərif lirik-romantik üslubu, dil təravəti, realist və demokratik məzmunu, sadəliyi və xəlqiliyi ilə seçilir. Milli tarix, fəlsəfə və mənəviyyatla bağlı elə bir motiv yox idi ki, Əhməd Cavad ona toxunmamış olsun. Təkcə üçrəngli bayrağa aid altı nəğmə yazıb, "Dilimiz" şeirini qələmə alıb, əlifbaya poeziya həsr edib. C.Cabbarlı ilə birgə latın əlifbasını müdafiə edən iki ziyalıdan biri olub. Türklərlə Balkan hərbində iştirak edib. Birinci Dünya Müharibəsində şərq cəbhəsində ermənilərə qarşı vuruşub.
Əhməd Cavad Azərbaycan ədəbiyyatı tarixinə həm də görkəmli tərcüməçi kimi də daxil olmuşdur. O, Şekspirin "Otello" pyesini, A.S.Puşkinin "Kapitan qızı", "Tunc atlı", F.Berezovskinin "Ana", M.Qorkinin "Mən necə oxumuşam", "Çocuqluq", T.Şevçenkonun "Kobraz", Fransua Rablenin "Qarqantua və Pantaqruel" əsərlərinin bədii tərcüməsinin müəllifidir.
Əhməd Cavad öz poeziyasında hər şeydən əvvəl azadlığı, Vətən şərəfini tərənnüm edir. Göygölə, Qara dənizə, dəli Kürə, milli bayrağa ən gözəl şeirləri o dövrdə Ə. Cavad yazmışdır. "Azərbaycana" şeirində Vətənə həsrəti, nisgili əks olunmuşdur:
Coşmuşdu ürəyim, şişmişdi başım,
Zülmkar olmusan, axıdıb yaşım!
Ey gözəl Vətənim, ey dağım-daşım,
Bir sazım olsaydı söylərdim sana!
Nə gücdür ayrılıq, doymamış yardan,
Artırdı dərdimi hər keçən karvan!
Duysaydım səsini bir yanıq tardan
Bilməzsin nə söylər, neylərdim sana!
Boğar dəryasından bir qoşun səsi,
Söylər ki, könlünün yoxmu gecesi?
Sənsiz ki, ilhamın gəlməz nəfəsi,
Gəlsəydi, şairlik eylərdim sana!
Kəsmişdi yolunu keçilməz dağlar,
Bənimlə bərabər ormanlar ağlar!
Ey göz işlədikcə görünən bağlar,
Əhd ilə bir salam göndərdim sana!
Əhməd Cavadın yazdığı "Çırpınırdı Qara dəniz" isə az qala milli himn qədər kütləvi şəkildə oxunulan və sevilən bir əsərə çevrilmişdir:
Çırpınırdı Qara dəniz
Baxıb Türkün bayrağına!
"Ah!..." deyərdim,heç ölməzdim
Düşə bilsəm ayağına.
Ayrı düşmüş dost elindən,
İllər var ki,çarpar sinən!..
Vəfalıdır gəldi,gedən,
Yol ver Türkün bayrağına!
İncilər tök,gəl yoluna,
Sırmalar səp sağ,soluna!
Fırtınalar dursun yana,
Salam Türkün bayrağına!
"Həmidiyyə" o Türk qanı!
Həç birinin bitməz şanı!
"Kazbek" olsun ilk qurbanı!
Heyran Türkün bayrağına!
Dost elindən əsən yellər,
Bana şer,salam söylər.
Olsun turan bütün ellər
Qurban Türkün bayrağına!
Yol ver Türkün bayrağına!!!
Əhməd Cavad türkün başında qatılaşan dini, milli, qövmi genosidə qarşı duranlardan biri olmuşdur. Elə buna görə də həmişə təqib edilmiş, "xalq düşməni" adlanmışdır. Üç dəfə həbs olunmuş, həyat yoldaşı sürgünə, üç oğlu koloniyaya göndərilmişdir. Himnimizin sözlərini yazan bu dahi şair repressiyanın ilk qurbanlarından olmuşdur. Şəxsiyyətə pərəstiş dövrünün zorakılığına məruz qalan Əhməd Cavadın həyatı 1937-ci ilin 9 oktyabrında faciəli şəkildə qırılmışdır.
Bu isə onun "Bən kiməm" adlı şeiridir.
Soranlara, bən bu yurdun
Anlatayım nəsiyəm:
Bən çeynənən bir ölkənin
"Haqq!" bağıran səsiyəm!
Bən şairəm, doğru, amma
Başqa dilim, diləyim!
Bu gördüyüm xərabədə
Nə nəşidə söyləyim?!
Toxundumu yazdıqlarım
Qəlbin incə telinə?
Bax, nə haqsız bir axın var
Yoxsulların elinə?!
Sən nə dersən bu sevdalı,
Həm bu dərdli gedişə?
Ey yarımın həsrətilə
Boynu bükük bənövşə!..
Bən qıyamam yar gəlirkən
Salladığım məndilə,
Ah, ey fələk, ağlar isəm
Göz yaşımı kim silə?..
XƏBƏR LENTİ
“Space” kanalı cəzalandırıldı: Yayımı üç saat dayandırılacaq
Gözəllik üzrə ekspertiniz - mobil telefon
Xrombuklar ucuzlaşır
Günün qoroskopu: Xoş xəbər eşidəcəksiniz!
Əncirli piroq (foto resept)
Riki Martini diri-diri yandırmaq istədilər-SƏBƏB
Parlaq üz üçün 3 maska
"Günəbaxan" piroqu (foto resept)
Ən sevdiyim paltarlar və ya paltar növləri
“WhatsApp”da yeni funksiya tətbiq olunacaq
Həftənin ilk iş günü Azərbaycanda hava necə olacaq?
Ən maraqlı 6 psixoloji effekt
400 telefonu var, mesaj yaza bilmir
Şükür etməyin ən yaxşı yolu hansıdır?
“Victorias Secret” 1,1 milyarda satıldı
Hazal Kayanın dünən doğulan oğlu - FOTO
Sakit Okeandakı bu tapıntı alimləri Heyrətləndirdi
Qarın yağlarını əridən buzlu yaşıl çay
Böyük çillə başladı
Həyat yoldaşı üçün xəstəxananın qarşısında serenada ifa edən kişi son arzusuna çatdı - VİDEO
Paşinyana sui-qəsd hazırlanıb
Ən yaraşıqlı və ən gözəl ulduzlar SİYAHISINDA Türklər
Qulaq cingiltisi beyin şişindən xəbər verə bilər
Tavada "Lahmacun" (video-resept)
“Miss Rusiya-2015"koronavirusa yoluxdu?
Hava haqqında
Fahriye hələ də xəstəxanadadır-FOTO
Azərbaycanlı uşaqlar nəyin ardınca gedirlər?
Rihanna yeni brendini təqdim edib - FOTO
Hərbi xidmətə çağırışla bağlı sərəncam imzalandı
Macarıstanda beynəlxalq mahnı və rəqs festivalı "Qarabağ" ansamblının uğurlu çıxışları ilə yadda qalıb
Beyin silkələnməsi ilə intihar arasında əlaqə varmı?
Acı ləzzət: şirin şokolad yağı
Bu günün hava proqnozu
Ozanın paylaşımı güldürdü - FOTO
Labirint-7
Ermənistan vətəndaşları hərbidən yayınır - VİDEO
Türk qəhvəsi necə hazırlanır?
20 ani çəkilmiş foto
Rusiyanın RBK telekanalı: “Kilsə bu illər ərzində ermənilər tərəfindən təmir edilməyib” - VİDEO
Gənc analara tövsiyələr
Məşhur aktrisa Həbs Olundu-SƏBƏB
Yağları əridən çay
Qayınana oğlunun toyuna Gəlinlik geyindi-FOTO
Bakıda dünya kuboku yarışları başlandı
Monica Beluccidən gözəllik sirrləri
Sulu qar, qar yağacaq - XƏBƏRDARLIQ
Neytral vanna və isti əlcəklə sürtünmə
Almaniyanın ən gözəl qızı seçildi
Beynəlxalq təşkilat Rusiyanı hərbi cinayətdə günahlandırdı
- ŞƏRHLƏR