Şahbuz rayonu Naxçıvan Muxtar Respublikasının tərkibində olan yeddi rayondan biridir. Rayonun sahəsi 918 kv.km, əhalisinin sayı isə 21.800 nəfərdir. Rayonun inzibati mərkəzi Şahbuz şəhəridir. Şahbuz Naxçıvan Muxtar Respublikasının şimalında Zəngəzur və Dərələyəz dağlarının arasında yerləşir. Şimaldan Ermənistan ilə həmsərhəddir. Şahbuz rayonu dağlıq ərazidə yerləşir. Coğrafiyadan eşitdiyimiz Biçənək dağ aşırımı da Şahbuz rayonundan keçir. Rayon eyni zamanda öz mineral suları ilə məşhurdur. Badamlı mineral suyu məhz Şahbuz rayonunun ərazisindədir. Şahbuz rayonunda kükürd və torf yataqları var. Rayonun ərazisindən şimaldan cənuba doğru Naxçivan çayı axır. Rayonun ərazisində 2 göl var-Qanlıgöl və Batabat gölü.
Şahbuz rayonu öz təbiətinə görə Naxçıvan Muxtar Respublikasının digər rayonlarından fərqlənir. Rayonun dağlarında sıx meşə massivləri var. Bunlardan Batabat meşələrini misal göstərmək olar. Batabat eyni zamanda turizm və istirahət zonası kimi yerli əhalidən başqa, turistlərin də diqqətini çəkir. Hər il Batabatı görmək üçün oraya çoxlu yerli və xarici turistlər gəlir. Burada turistlərin istirahət etməsi üçün əlverişli şərait yaradılıb.
Rayonun Biçənək, Nurs, Badamlı, Qarababa, Kükü, Külüs, Keçili, Türkeş, Qışlaq, Şada, Mahmudoba, Kolanı, Vayxır kəndləri ən sıx məskunlaşmış kəndləri arasındadır.
Azərbaycanın digər rayonları kimi Şahbuz rayonu da günü-gündən inkişaf etməkdədir. Şahbuz rayonu son zamanlar abadlıq və quruculuq meydanına çevrilmişdir. Rayonun ərazisində demək olar ki, köhnə müəssisə, təşkilat, məktəb binası qalmayıb. Rayonun ən ucqar kəndlərində belə müasir tələblərə cavab verən məktəb binaları, idarə və müəssisələr tikilib, istifadəyə verilib.
Əziz Qadin.Net xanımları, diqqətinizə çatdırım ki, Azərbaycan ədəbiyyatını öz gözəl şeirləri ilə bəzəyən şairimiz Məmməd Araz məhz Şahbuz rayonunun Nurs kəndindəndir.
Şahbuz rayon icra hakimiyyətinin binası
Badamlı kəndinin uzaqdan görüntüsü
Batabatdan bir görüntü
Batabat göllərindən fərqli görüntülər
Batabat yaylağı
Şahbuz rayonuna giriş
Şahbuz Dövlət təbiət qoruğu
Şahbuz şəhər orta məktəbi.
XƏBƏR LENTİ
2 sualla 17 min cütlüyü ayırdı
İsrailin sabiq baş nazirinə hökm oxunub
Hava haqqında
Azərbaycanda koronavirusa görə karantinin sərtləşdirilməsi və SMS-in bərpası XƏBƏRDARLIĞI
Cavanlığımın qədrini bilmirəm
Cəbhədən YENİ XƏBƏR
Tut doşabının faydaları
Sonsuzluq qadın xəstəliyi deyil!
Demək Akalın qəzəbləndi-FOTO
Həkimlərə qadağa!
Bazar ertəsi sindromundan qurtulmağın YOLLARI
Bakı-Sumqayıt yolunu sakinlər bağladılar
Avropa Oyunlarının Açılışına gədənlər üçün – Təlimat
Dibçək bitkiləri haqqında (2)
Ekzoplanet aşkarlandı-FOTO
Ana olmaq üçün ən təhlükəli varlı ölkə
Bakıda ağır avtobus qəzası: yaralılar reanimasiyada
Azərbaycanda köhnə maşınların qiyməti qalxdı
Dünyada işsizlərin sayı rekord həddə çatıb - 192,7 milyon
Qadınların gözəllik haqqında bilməli olduqları
Kamran Əliyev yeni vəzifəyə təyin edildi
Detoks təsiri göstərən ərzaqlar
Holland pendirli, vetçinalı maffinlər (foto resept)
Metroda mahnı oxudu, həyatı dəyişdi - VİDEO
Türkiyə ekranların ən dəbli məşhurları
Kəlbəcər rayonunun Zəylik kəndindən VİDEO
Prezidentin köməkçisindən karantin rejiminin uzadılması ilə bağlı RƏSMİ AÇLQLAMA
Astma və boğulma
Facebook Messenger sadələşdi
ÜST-dən məyusedici peyvənd açıqlaması
Bu gün Xəyalə Muradın ad günüdür!
Bu ilin qış qarderobu
İlk görüşdə bunları yeməyin
Qat-qat perojki (foto resept)
Sony şəkil müsabiqəsi-2 (son)
Uşaq bezlərindən düzəldilmiş səbətlər
Gəlinliklər
Qeyri-adi saç düzümləri
11 Yaşlı Alimdən İnanılmaz Sözlər-FOTO
Zerrin Tekindor YENİ İMİCDƏ-FOTO
Ramazanın 25-ci günüС‚ duası
Aslı Enver onu “sildi”
Con Lennonun gitarası rekord qıra bilər
Dövlət Bayrağı Günü ilə əlaqədar qeyri-iş günləri məlum oldu
Yaxın adamı rəhmətə gedən kişi 40 gün üzünü qırxmamalıdır?
Göz makyajı
Kerem Bürsin etirafı ilə diqqət çəkdi
Payızlıq taxıl bitkilərinin kütləvi səpini davam edir.
Fransa hökümətindən QƏRİBƏ QƏRAR
Ordumuzun irimiqyaslı təlimlərindən görüntülər
- ŞƏRHLƏR