Saçlarımın rəngindədi gödəkçəm,
yarı bozdu, yarı qara, yarı ağ.
Təbiət öz saydığını sayacaq.
bir ömrün fəsilləri qarışmış, -
Yarı yazdı, yarı payız, yarı qış.
Uzaqdımı, yaxındımı mənzilim,
mən dağ qalxdım dağı aşan kimiyəm.
Dünya gördüm, dünyalaşan kimiyəm;
bələd oldum hər üzünə həyatın,
Gecəsinə, gündüzünə həyatın.
Bir az möhlət istəyirəm ömürdən,
nə qədər ki, bu dünyada biz varıq,
bu dünyanı yaşadırıq, yaşarıq, -
sən olarsan, mən olaram – ikimiz.
Həyat şirin, dünya gözəl, sən əziz...
Bu gözəl şeirin müəllifi Nəriman Həsənzadə 1931-ci il fevralın 18-də Azərbaycanın Qazax rayonunda anadan olmuşdur. H. Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnistitutunun dil və ədəbiyyat fakültəsində təhsil almış, Moskvada Maksim Qorki adına Ədəbiyyat İnistitutunda təhsilini davam etdirmişdir.
İstər lirik, istərsə də epik səpkili əsərlərində həyat həqiqətlərini yüksək bədii həqiqət səviyyəsinə qaldırmağa qadir olan qüdrətli sənətkar Nəriman Həsənzadə yaradıcılığının ədəbiyyatımızda xüsusi yeri vardır.
Mövzu müxtəlifliyi, insan arzularının, cəmiyyət həyatının və zəmanənin çoxcəhətli zəngin boyalarla işlənməsi hər bir poetik əsərin məziyyətidir. Nəriman Həsənzadə poeziyası bu cəhətdən oxucuda dərin maraq oyadan poeziyadır. İdeala, gözəlliyə, mənəvi saflığa sadiq olan, insanlıq və vətəndaşlıq hisslərini şeirlərinin canına hopduran bu şair daima axtarışdadır, onun poetik fikri yorulmaq bilmir, oxucuya arasıkəsilmədən yeni əsərlər təqdim edir.
İnsanlar olubdu dünyada bir vaxt,
Kimidən ad qalıb, kimidən əsər.
Dibçəkdə bəslənən palıdlara yox,
Çöldə ağaclara meşə deyiblər.
Nəriman Həsənzadənin şeirlərini oxuduqca biz belə qənaətə gəlirik ki, sənət əsəri, xüsusən lirik şeir o zaman adamı əfsunlayır ki, həyat, təbiət və insanlar haqqında, onların bitməz, tükənməz işığı, qaranlığı, gözəlliyi, eybəcərliyi, sevinc və faciələri barədə oxucuya nə isə yeni bir şey deyir, onu bu vaxta qədər bilmədiyi, duymadığı, xəyalına gətirmədiyi qəribə hisslərlə, duyğularla tanış edir, dərin fəlsəfi mənalar və füsunkar gözəlliklər aləminə aparır.
Yox, yox məhəbbətə plan qoyulmur -
Kiminsə nə bilim mədəsi dolsun.
Məhəbbət hardasa istehsal olmur, -
Üstündə keyfiyyət nişanı olsun...
Bəli, sənətin, şeirin, bədii sözün belə hikmətləri var və xoşbəxtdir o şair ki, yazdıqlarının hamısında olmasa da, əksəriyyətində biz bu işığı görək...
Nəriman Həsənzadə bu cür şairlərdəndi. Xeyirə, xeyirxahlığa inam onun qanına elə hopmuşdur ki, bir fərd, bir insan olaraq o bəzən həyatın təzadlarını unudur, hamı ilə çox yumşaq və mülayim rəftar edir.
Dərdliyə dərd desən,
susub o dinlər,
Özü həmrəy olar
birtəhər sənə.
Dərdsizə dərd desən,
gülüb lağ eylər,
dərs verib
həyatı öyrədər sənə.
Nəriman Həsənzadə yaradıcılığı bu gün də sevə-sevə oxunur, sabah da sevilərək nəsillərə ötürüləcək. Onun poeziyasının sehrinə düşən hər kəs Nəriman ürəyinin nəyə qadir olduğunu yaxşı anlayır. Hər misrasında duyulacaq, yaşanacaq hisslər olan bu şair sevilməyə bilməz. Bu gün çoxlarımız Nəriman Həsənzadə poeziyasını dilimizin əzbərinə çevirmişik. Musiqilər bəstələnən bu şeirlər həm də mahnı kimi yaddaşımıza həkk olub.
***
Mən bilirəm xatirinə dəyiblər,
Unut mənim xatirimə gəl bir az.
İşdə sənə nə deyiblər, deyiblər,
Evə gəldin, danış bir az, gül bir az.
***
Dedim mən sevirəm, dedi, sevginən,
dedim qoşa gəzək, dedi təsəlmə.
Dedim bağ içidi, dedi seyr elə,
Dedim bir gül üzək, dedi tələsmə.
***
Mənə elə gəlir görüşəcəyik,
Uzun sürməyəcək bu həsrət, bu qəm.
Sonra təəssüflə gülüşəcəyik,
Sənə necə gəlir...onu bilmirəm.
***
Yenə də gözlərim gözündə qalıb,
Gördüyün mənaya qurban olaram,
Əgər həqiqətsən, mən həqiqətə,
Röyasan, röyaya qurban olaram.
***
Bəlkə məhəbbətin hökmü belədir,
Incidin arabir, küsdün arabir.
Bildin ki, sədaqət ürəyimdədir,
Qayıtdın yenə sən yox deyə-deyə.
***
De, nədir səadət həyatda, gülüm,
bir könül xoşluğu, bir az təbəssüm,
onu da, bunu da sən bağışladın,
Dünyanı dünyada sən bağışladın...
***
Beləcə, yellərə verdim illəri,
aylara,illərə verdim illəri.
Mən vaxtı itirdim səndən ötəri,
mən səni itirdim vaxtdan ötəri.
İtirə-itirə pozuldu nəşəm,
özüm itirmişəm...
heç bilməmişəm.
Bu bəndlərdən çox əlavə etmək olar, hamısı bir mahnını bəzəyən sözlərdi bunlar. Nəriman dünyasından, Nəriman qələmindən süzülüb musiqi dilində daha da canlanan sözlər...
Bu gün doğum günündür, sevimli şairimiz Nəriman Həsənzadə! Sizi Qadın. Net saytı adından ürəkdən təbrik edirik! Uzun və sağlam bir ömür diləyirik. Sevə-sevə izlədiyimiz yaradıcılıq yolunda uğurlar arzulayırıq. Siz neçə könüllərin sarı simini oyadacaq poeziya dünyanızı bizimlə bölüşmüsünüz, bunun üçün Sizə çox minnətdarıq.
Nəriman Həsənzadə poeziyasını sevənlər üçün onun öz səsiylə “Deyirlər tanış ol” şeirini və gözəl müğənnimiz Flora Kərimovanın ifasında şairin sözlərinə bəstələnmiş "Fikir eləmə" mahnısını dinləmək hamımız üçün xoş olar. Buyurun...
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Qocalmayan qadınlar
BÖYÜRTKƏN TORTU
700 min qız uşaqlığını itirir
Duayn Conson və ailəsi koronavirusa yoluxub
Azərbaycanlı gənclər Türkiyəni HEYRƏTƏ GƏTİRDİ - VİDEO
Danimarkanın milli muzeyi
Bakıdakı bərbad küçə ilə bağlı gülməli təklif
Bergüzar Korel ikinci dəfə ana oldu-FOTO
Ayaqqabı asılqanı özümüz hazırlayaq
Torta Mikki Maus görünüşünün verilməsi
Sağlamlıq və xoşbəxtliyin meyvəsi: Banan
Hülya Avşar FOTOsu ilə diqqət çəkdi
Hamilə qadın soyuqlayarsa…
Bakı sürücülərinə şad xəbər: zülm bitdi!
Yaz gəlinlik nümunələri
Əncirli piroq (foto resept)
Azərbaycanda yeni televiziya yaradıldı
Adel yenidən aşiq oldu
Hansı geyimlərlə incə görünmək olar?
Əsrin tapıntısı: 40 il meşədə yaşayan ata və oğul
Avtomobilləri ilə sərnişin daşımaq istəyən taksi sürücülərinin nəzərinə
Dünyanın ən ağır çəkili körpəsi doğuldu!-18 kq!
Xoşbəxt olmaq üçün Vanqadan 20 tövsiyə
61 yaşlı qadın ana oldu-FOTO
Sehrli nağıldakı güzgünü psixologiya necə şərh edir?
Antiperspirantların təhlükəsi
“WhatsApp”da bu da olacaq
"Aşk-ı Memnu"nun aktrisası TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Dünyanın ən dəbli kraliçası: Rania Al Abdullah
Azərbaycanda daha 257 nəfər koronavirusa yoluxdu - RƏSMİ
"Real" "Barselona"ya çatdı, Ronaldu tarixə düşdü
2020-ci ildə hansı bürcün nümayəndələri varlanacaq?
Azərbaycanda əhalinin sayı açıqlandı
Dünyanın ən gözəl üz cizgilərinə malik olan qadınları – FOTO
Bu, ən təhlükəli xəstəliklərdən biridir
Azərbaycanda koronavirusa daha üç yoluxma faktı qeydə alındı
Minsk qrupunun ABŞ-dan olan həmsədri Azərbaycana gəlir
Günün qoroskopu: Stress qaçınılmazdır!
Eşqin ömrü nə qədərdir?
Cəbhədən YENİ XƏBƏR: düşmən fəallaşıb
Məşhurlar makiyajsız necə görünür?
Markın WhatsApp-la bağlı planı
Toyuq ətli tərəvəz salatı (foto resept)
Gəlin ayaqqabıları 3
Elmi jurnalistikamız nə yerdədir?
Azərbaycanda yeni tipli məktəblər yaradılır
Serji Hitlerə bənzətdilər
FİFA "ən yaxşı futbolçu"nun namizədlərini açıqladı -SİYAHI
Uşaqlarda rast gəlinən yoluxucu xəstəliklər
2012 qısa saç modelləri
- ŞƏRHLƏR