Bakıda hava
USD AZN
EUR AZN
09:20Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
41594

Mehriban Əliyeva

Əliyeva Mehriban Arif qızı Bakı şəhərində anadan olub.
1982-ci ildə Bakı şəhəri 23 №-li orta məktəbi qızıl medalla bitirərək
N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub.
1988-ci ildə M.Seçenov adına 1-ci Moskva Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib.
1988-1992 illər ərzində Moskvada akademik Krasnovun rəhbərliyi altında Göz Xəstəlikləri Elmi-tədqiqat İnstitutunda işləyib.
1995-ci ildə Mehriban Əliyevanın təşəbbüsü ilə hal-hazırda onun rəhbərlik etdiyi Azərbaycan Mədəniyyət Fondu təsis olunub.
1996-cı ildə Mehriban Əliyeva Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması məqsədilə üç dildə (Azərbaycan, ingilis və rus) çap olunan “Azərbaycan - İrs” jurnalını təsis edib.
2002-ci ildə Mehriban Əliyeva Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib və həmin vəzifədə özünü gözəl təşkilatçı kimi nümayiş etdirib. Onun beynəlxalq aləmdə artmaqda olan nüfuzu Beynəlxalq Gimnastika Federasiyasının Bədii Gimnastika üzrə 2003 və 2004-cü il Dünya Kuboku yarışlarının və 2005-ci il Dünya Çempionatının Azərbaycanda keçirilməsinə dair qərarın qəbul olunmasında həlledici rol oynayıb.
Mehriban Əliyeva Azərbaycan xalqının ümummilli liderinin zəngin irsinin öyrənilməsi və həmçinin Heydər Əliyevin yaratdığı milli dövlətçilik ideyalarını yeni nəsillərə daim aşılamaq məqsədi ilə yaradılan Heydər Əliyev Fonduna rəhbərlik edir. 2004-cü il may ayının 10-da Heydər Əliyev Fondunun rəsmi açılışı olub.
2004-cü il avqustun 13-də Azərbaycanın şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi sahəsindəki yorulmaz səylərinə görə Mehriban Əliyeva UNESСO-nun Xoşməramlı səfiri adına layiq görülüb.
2004-cü il dekabrın 28-də Mehriban Əliyeva Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin IV Baş Məclisində MOK-un İcraiyyə Komitəsinə üzv seçilib.
2004-cü ildən Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür.
2005-ci ildə Azərbaycanda keçirilən sosioloji sorğuya əsasən Mehriban Əliyeva “İlin qadını” adına layiq görülüb.
2005-ci il iyunun 9-da ictimai, mesenatlıq və xeyriyyəçilik fəaliyyətinə görə, təhsil və mədəniyyət müəssisələrinin dəstəklənməsinə, Rusiya və Azərbaycan xalqları arasında dostluğun möhkəmlənməsinə sanballı töhfələrinə görə Rusiyanın “Yüzilliyin mesenatları” Beynəlxalq Xeyriyyə Fondunun “Yaqut Xaç” ordeninə layiq görülüb.
2005-ci ildə fəlsəfə elmləri namizədi alimlik dərəcəsi alıb.
2005-ci il noyabrın 6-da Milli Məclisə keçirilən seçkilərdə namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən 14 saylı Əzizbəyov ikinci seçki dairəsindən irəli sürülmüş Mehriban Əliyeva 92.12% (23106 səs) səs toplayaraq deputat seçilib.
Milli Qəhrəman Çingiz Mustafayev Fondu və ANS Şirkətlər Qrupu ölkəmizin təhsil sisteminin inkişafında xidmətlərinə, milli mədəni irsimizin qorunub saxlanılmasına və dünyada təbliğinə, xarici ölkələrdə xalqımızın müsbət imicinin möhkəmlənməsi üçün gördüyü işlərə, bədii gimnastika üzrə 27-ci dünya çempionatının respublikamızda yüksək səviyyədə hazırlanıb keçirilməsinə, genişmiqyaslı xeyriyyəçilik fəaliyyətinə görə Mehriban Əliyevanı “2005-ci ilin adamı” elan edib.
Mehriban Əliyeva mədəni-mənəvi dəyərlərin qorunub saxlanmasına verdiyi töhfələrə görə 2006-cı ilin martında BMT-nin Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (WIPO) qızıl medalına layiq görülüb.
Sivilizasiyalararası dialoq daxil olmaqla, müxtəlif sahələrdə genişmiqyaslı və fədakar fəaliyyətinə, qayğıya ehtiyacı olan uşaqlara diqqətinə, onların yaşayış şəraitinin yaxşılaşmasına, təhsilə, həmçinin islam aləmində görülən işlərə böyük dəstəyinə görə Mehriban Əliyeva 2006-cı il noyabrın 24-də ISESCO-nun Xoşməramlı səfiri adına layiq görülüb.
Dünya Səhiyyə Təşkilatı (DST) İcraiyyə Komitəsinin 2007-ci il yanvarın 29-da Cenevrədə keçirilən 120-ci sessiyasının yekdil qərarı ilə Mehriban Əliyeva ana, uşaq və ailə sağlamlığının qorunması və möhkəmlənməsi işində müstəsna xidmətlərinə görə bu beynəlxalq təşkilatın mükafatına layiq görülüb.
Genişmiqyaslı xeyriyyəçilik fəaliyyətinə, bəşəriyyətin ali ideallarına xidmət sahəsində yüksək nailiyyətlərinə görə 2007-ci ilin mayında Mehriban Əliyeva “Qızıl ürək” beynəlxalq mükafatına layiq görülüb.
Azərbaycan Respublikasının Prezidentinin 2009-cu il 5 may tarixli sərəncamı ilə Mehriban Əliyeva Azərbaycan Respublikasının ictimai-siyasi və mədəni həyatında səmərəli fəaliyyətinə görə Heydər Əliyev Mükafatı ilə təltif edilib.
2009-cu il sentyabrın 14-də Azərbaycan ilə Polşa arasında dostluq münasibətlərinin inkişafındakı xidmətlərinə görə Mehriban Əliyeva Polşa Respublikasının “Xidmətlərə görə” Böyük Komandor Xaçı ordeni ilə təltif edilib.
2010-cu il fevralın 15-də Mehriban Əliyeva Fransaya münasibətdə göstərdiyi xidmətlərinə və nümayiş etdirdiyi sadiqliyinə görə Fransa Respublikası Prezidentinin Sərəncamı ilə “Şərəf Legionu” ordeninin zabit dərəcəsi ilə təltif edilib.
2010-cu il iyulun 30-da Mehriban Əliyevaya UNESСO-nun “Qızıl Motsart” medalı təqdim edilib.
2010-cu il noyabrın 7-də Milli Məclisə keçirilən seçkilərdə namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən 14 saylı Xəzər ikinci seçki dairəsindən irəli sürülmüş Mehriban Əliyeva 94,49% (31797 səs) səs toplayaraq deputat seçilib.
2011-ci il iyunun 24-də Mehriban Əliyevaya Krans Montana Forumunun Qızıl medalı, 2012-ci il iyunun 29-da isə “Prix de la Fondation” mükafatı təqdim edilib.
2012-ci il fevralın 13-də Mehriban Əliyeva Rusiya Federasiyasının İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Fəxri professoru adına layiq görülüb.
2012-ci il aprelin 13-də Mehriban Əliyevaya MDB iştirakçısı olan dövlətlərin Humanitar Əməkdaşlıq Şurası (HƏŞ) və MDB iştirakçısı olan ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu (DHƏF) tərəfindən “Birlik Ulduzları” dövlətlərarası mükafatı təqdim edilib.
2013-cü il iyunun 7-də Yeni Azərbaycan Partiyasının sədr müavini vəzifəsinə seçilib.
2013-cü il dekabrın 27-də Mehriban Əliyeva Pakistanın “Şəhid Bənazir Bhutto Qadın Mükəmməlliyi Mükafatı - 2013” mükafatına layiq görülüb.
2014-cü ilin mayında Mehriban Əliyeva sivilizasiyalararası dialoqa verdiyi töhfələrə, həmçinin Almaniyada türk dünyasının tanıdılmasına, Azərbaycan-Almaniya əlaqələrinin inkişafındakı xidmətlərinə görə Türk-Alman Dostluq Federasiyasının fəxri mükafatına layiq görülüb.
Azərbaycanın ictimai, sosial və mədəni həyatında fəal iştirakına, cəmiyyətin dinamik inkişafına verdiyi mühüm töhfələrə, Azərbaycan mədəniyyətinin dünyada təbliği sahəsində əvəzsiz xidmətlərinə, həmçinin ümumdünya mədəni irsinin qorunub saxlanması işinə hərtərəfli dəstəyinə, sosial ədalət və humanizm prinsiplərinə sadiqliyinə görə “The Business Year” jurnalı tərəfindən 2014-cü ilin mayında “İlin Birinci Xanımı” mükafatına layiq görülüb.
2014-cü ilin iyununda Olimpiya dəyərlərinin təbliğindəki xidmətlərinə görə Beynəlxalq Olimpiya Akademiyasının “Olympic Excellence” xüsusi fəxri mükafatı ilə təltif olunub.
2014-cü ilin avqustunda “Həştərxan vilayəti qarşısında xidmətlərinə görə” ordeni ilə və İslam mədəni irsinin dünyada geniş təbliği, Azərbaycanda və ölkə hüdudları xaricində nəcib xeyriyyə fəaliyyəti, təhsilə, tibbə verdiyi böyük töhfələrə görə Küveyt Dövlətinin Fəxri diplomu ilə təltif olunub.
Ailəlidir, iki qızı, bir oğlu, üç nəvəsi var.

Mehriban Əliyeva  Mehriban Əliyeva  Mehriban Əliyeva  Mehriban Əliyeva  Mehriban Əliyeva
Səslərin sayı: 20
57
40438
Şərhlər
Offline
Afaq Qeniyeva
ideal qadin cox beyenirem
12 may 2013 15:32
Offline
angela
Mende cox sevirem bu xanimi yeni xarici gorunuwunu beyenirem
8 aprel 2013 20:22
Offline
Jale Alekberova
Cox beyenirem Mehriban Eliyevani 48 yas vermek olmur
8 mart 2013 23:42
Offline
Serras
AZerbaycanimizin fexri ela qadin,tesekkurler
23 dekabr 2012 02:27
Offline
mira-kerim
Gözəl və eyni zamanda agilli bir qadin..
16 dekabr 2012 19:34
imza: Ne qeder sade olmaq isteyirem,amma alinmir..)))))))
Offline
Nigar
Cox sag olun xebere gore ALLAH butun aileleri xosbext etsin amin
8 dekabr 2012 13:52
imza: Allahın cümləmizə yar olsun amin
Offline
ReVuŞ
Agilli xanimdirki o yere qeder nail olub.
8 dekabr 2012 13:46
Offline
Aliya_Edd
Yaxşı insandırlar,dövlət üçün,millət üçün day neyləsinlər?!Şəhərimiz günü gündən gözəlləşir,şükür ALLAHa acımız yox,səfalətimiz yox,müharibə şəraitində yaşamağımıza baxmayaraq heç də bunu hiss etmirik.Düzdü bir az rüşvət problemi var amma o da keçər...
Təşəkkür edirəm
8 dekabr 2012 13:45
Offline
Aysel İ.
Gözəl xanımdır. Həmişə belə gözəl və cavan qalmagı arzu edirəm.
8 dekabr 2012 13:34
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
LEQENDA.
I-Ilham. L-Leyla. H-Heyder. A-Arzu. M-Mehriban. Siz mantiqe baxineee. Ad Mehriban xanimla tamamlanir.
4 dekabr 2012 00:21
Offline
Cox yaxsi xanımdır.
23 oktyabr 2012 03:54
Offline
Nazli.A( Kerim ve Medinem)
Cox gozel xanimdir. Ilham Aliyevin boyuk qizidir hel bil. hemiwe olar geze qizlarla beraber ayirmak olmur ana hansidir
6 oktyabr 2012 18:36
Offline
Aygul
Allahdan ona can sagligi,qadin xosbextliyi,qizilgul teraveti arzulayiram.Hemise cavan,guleruz ve adi kimi Mehriban xanimdir
12 sentyabr 2012 18:59
Offline
B.Ulviyye
Diqqət! Bu linki görmək üçün zəhmət olmasa qeydiyyatdan keçin.
24 dekabr 2011 23:07
Offline
Məryəm.
Gör necə cavan qalıb necə bacarıb nə edir görəsən?
26 noyabr 2011 01:09
Offline
kubra
Men fanatiyam xanimimizin.allah komeyi olsun
14 sentyabr 2011 08:35
Offline
H.o.s.T-cu qiz( Banu )
Xebere gore cox sagolun yasini bilmirdim belay
28 avqust 2011 16:25
Offline
Narmisha
Menim gorunuş ve aristokratliq cehetden idealimdir....
Bu gun dogum gunudur, tebrik edirem smile
26 avqust 2011 11:23
Offline
elmira
COX GOZEL INSANDI
3 avqust 2011 19:52
Offline
SARA91
BU QADIN BUTUN HEREKETLERININ , DANIWIGININ YERINI BILENDIR. ONU MERHEMETLI BIR INSAN HESAB EDIREM .
28 iyul 2011 22:58
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış