Uçurum
“Uçurum” faciəsi (1919) ilə Hüseyn Cavid yaradıcılığının birinci mərhələsi başa çatır. Mövzusu Türkiyə həyatından alınmış bu əsərdə ədib süni avropalaşmanın, yad təsirlərin milli mənəviyyatla uzlaşmayan eybəcərlikləri əks eydirmişdir.-Əsəri oxu.
İblis
İblisHüseyn Cavid 1918-ci ildə yaradıcılığı üçün çox əhəmiyyətli olan, onun şah əsərlərindən sayılan “İblis” mənzum faciəsini tamamlayıb. Hərb və insanlığın fəlakəti, savaş və humanizının müsibəti problemlərinə Şərq fəlsəfi düşüncə tərzi əsasında yanaşan dramaturqun növbəti səhnə əsəri ilk növbədə romantik faciədir. Cavid hərb aparan hansısa dövlətin siyasətini deyil, bütövlükdə müharibənin faciələrini, iblisliyin insanlığı məhvə sürükləməsini mürəkkəb dramatik kolliziyalarda, psixoloji və fəlsəfi təzadlarla oxuculara çatdırıb.Faciənin əsas ideya yükünü, dramaturq qayəsini əsərin sonunda İblisin dili ilə söylənilən bu misralar dərindən əks etdirir: “İblis nədir? – Cümlə xəyanətlərə bais… Ya hər kəsə xain olan insan nədir? – İblis!..”-Əsəri oxu.
Afət
“Afət” dramatik faciəsini Hüseyn Cavid İstanbulda oxuyarkən yazıb. Lakin üzə çıxarmayıb və 1917-1920-ci illərdə əsər üzərində yenidən işləyib. Bir il sonra isə “Afət”in son variantı Akademik Milli Dram Teatrına təqdim olunub. Bu pyes ruhən mövzu və problematika baxımından ədibin “Uçurum” faciəsinə yaxın və doğmadır.-Əsəri oxu.
Peyğəmbər
Məhəmməd peyğəmbər obrazını milli dramaturgiyamızda ilk qələmə alan Hüseyn Cavid olub. O, “Peyğəmbər” mənzum dramını 1922-ci ildə yazıb. Əsər həmin il və 1923-cü ildə “Mədəni – maarif” jurnalının müxtəlif saylarında çap edilib. İştirakçılar (Əşxas) verilməyən pyes dörd pərdədən ibarətdir. Hər pərdədə Məhəmməd peyğəmbərin həyatının müxtəlif tarixi dövrü verilib.-Əsəri oxu.
Topal Teymur
Hüseyn Cavid tarixi dram janrında “Topal Teymur” adlı kamil səhnə əsəri yaradıb. Əsərin mövzusu XIV əsrin iki nəhəng hökmdarı – teymurilər imperiyasının banisi, Orta Asiya hökmdarı Əmir Teymurun və Türkiyə sultanı Yıldırım Bəyazidin apardıqları axırıncı qanlı müharibədən (1402) götürülüb. “Topal Teymur” dramındakı Şair Girmani müəyyən mənada Hüseyn Cavidin özüdür, onun ideyalarının, insanlıq, hökmdarlıq, məhəbbət, ülviyyət, mərdlik duyğularının tərənnümçüsüdür. Xalq oyun-tamaşalarındakı liliput oyunçularının estetikası əsasında işlənmiş Cücə personajı dramaturqun kəskin satirasının və kinayəli sarkazmının tərənnümçüsüdür.-Əsəri oxu.
Knyaz
“Knyaz” mənzum faciəsi Hüseyn Cavidin inqilabi mövzuda yazdığı dramlar cərgəsinə daxildir. Əsər ədəbiyyatda və Akademik Milli Dram Teatrının bəzi afişa və proqramlarında “Dəli knyaz” adı ilə də verilib. Pyesin mövzusu 1920-ci illərin əvvəllərində Gürcüstan həyatından götürülüb.-Əsəri oxu.
Səyavuş
Dramaturqun növbəti mənzum faciəsi beş pərdədən ibarət “Səyavuş”dur. Müəllifin 1932-ci ildə tamamladığı möhtəşəm dram əsərinin mövzusu şərqin mütəfəkkir şairi Əbülqasim Firdovsinin “Şahnamə” mənzum epopeyasındakı “Dastani-Səyavuş” poemasının məşhur süjetindən götürülüb.-Əsəri oxu.
Xəyyam
Hüseyn Cavid 1935-ci ildə yenə Şərq klassik poeziyasının dahilərindən birinə müraciət edib. Bu dəfə o, mütəfəkkir fars şairi Ömər Xəyyamın həyatına müraciət edərək “Xəyyam” adlı dramını yazıb. Dram 1935-ci ildə keçirilən pyeslər müsabiqəsində üçüncü mükafata layiq görülüb. Filosof mütəfəkkir Xəyyamın yaradıcılığı və keşməkeşli həyatı Hüseyn Cavidi gənc yaşlarından maraqlandırıb. Dramaturq rübai ustasının on altı müxtəlif poetik nümunəsini farscadan əruzun müxtəlif bəhrlərində dilimizə çevirərək öz əsərinə daxil edib. Əsərdə müəllif ideyanın mahiyyətinə uyğun olaraq, müxtəlif psixoloji hadisələrin təsvirində Xəyyamın poetik nümunələrindən iğtibaslar edib. Həmin iğtibaslar Xəyyamın həyat, insanlıq, məhəbbət, xeyirxahlıq fəlsəfi düşüncələri ilə səsləşir, dramatizjmi gücləndirir. İlk dəfə 1963-cü ildə çap edilmiş dramda Xəyyamla yanaşı, dövrünün böyük diplomatı Xacə Nizam (Nizamülmülk Əbu Əli Həsən ibn Əli), ismaililər hakimiyyətinin banisi Həsən Sabbah, İran Səlcuqlar sülaləsinin ikinci hökmdarı Alp Arslan, Alp Arslanın oğlu, səlcuqların üçüncü hakimi Məlikşah Cəlaləddin, Abbasiyə xilafətinin iyirmi yeddinci xəlifəsi Müqtədbillahın (Abdulla ibn Əhməd) maraqlı bədii surətlərini yaradıb. Eyni zamanda bədii təfəkkürün məhsulu olan Sevdanın (Xəyyamın sevgilisi) canlı xarakterini qələmə alıb.-Əsəri oxu.
İblisin intiqamı
“İblisin intiqamı” beşpərdəli dramını Hüseyn Cavid 1937-ci ilin martında bitirib. Bu əsər müəyyən mənada dramaturqun “İblis” faciəsinin davamıdır. “İblis” faciəsində olan Iblis, Arif, Rəna obrazları “İblisin intiqamı”nda da verilib. Dram əsəri Cavidin həyat yoldaşı Müşkünaz xanımın köçürdüyü əlyazması əsasında ilk dəfə Hüseyn Cavidin seçilmiş əsərlərinin dördüncü cildində (1985) çap olunub. Dahi dramaturqun təxminən 1930-1932-ci illərdə yazdığı “Telli saz” dramı itib. Dramaturqun qızı Turan Cavidin köməkliyi ilə əsərin süjetini bərpa etmək mümkün olub. Onun “Xəyyam” faciəsi ilə bir dövrdə yazdığı “Şəhla” pyesi də hələlik tapılmayıb.
XƏBƏR LENTİ
Bir qadın əsla unutmaz!
Soyuducunun necə yarandığını bildirsinizmi?
Azərbaycanda qəbul imtahanlarının keçirilmə vaxtları dəyişəcək?
Kosmosda uşaq dünyaya gətirəcək CƏSARƏTli QADINLAR axtarılır-SENSASİYA
“Wi-Fi” şüası zərərlidirmi?
Ana olmağa hazırlaşan qadınlar üçün
Toz almaqla bağlı praktik məsləhətlər
Azərbaycanda alça qızıldan bahadır
Kişi köynəkləri
İsti havaların hamilə qadınlara təsiri
Ünvanlı sosial yardım ala bilməyənlərə ŞAD XƏBƏR
FİFA prezidenti koronavirusa yoluxub
Dünyanı sarsıdan xəstəliyin sirri açıldı
Rusiya koronavirusa qarşı dərmanın ixracına başladı
Məktəblərə heç bir təlimat verilməyib - Təhsil Nazirliyi
Ərdoğan tramvay sürdü - FOTO
Şəkərin yaratdığı xəstəliklər
Gələcəyi dəqiqliyi ilə görən Osmanlı Nostradamusları
Xanımlar üçün güşə
İstilər 2200 can aldı
Yay üçün müxtəlif geyim kombinasiyaları
16 şəhər və rayonda xüsusi karantin yenidən uzadıldı
Yuxular və yuxuyozmalar (9)
Facebook-da status YENİLİYİ
Tuba Büyüküstün SAÇ STİLİNİ dəyişdi - FOTO
Heyva çəyirdəyi maskası
Bürclərin bilinməyən xüsusiyyətləri
Facebook bir ölkənin pulunu qazanır
Rusiya və Türkiyə müdafiə nazirləri Qarabağı müzakirə etdilər
Yuxuda orqazm
Piknikə gedərkən açıq rəngli geyinin
"Whatsapp"da mesajları "screenshot" edənlərə BƏD XƏBƏR
29 şəhər və rayonda monitorinq imtahanı keçiriləcək
BÜRCLƏR bizə nə vəd edir? - 2 MAY
Qulançar qanda şəkərin miqdarını azaldır
Nazirlikdən YENİLİK - 50 yaşdan yuxarı şəxslərə təqaüd veriləcək
Almaniyada polis işləyən azərbaycanlı qızın FOTOları rekord baxış alır
“Samsung” smartfon-bıçağı göstərdi
Kann Kinofestivalının qalibi bəlli olub
Riyazi foks
Azərbaycanda yeni quş növü aşkarlandı
Qara nöqtələr üçün 3 təbii maska
Putin Rusiya müsəlmanlarını Qurban bayramı münasibətilə təbrik etdi
Bu qulaqcığın qiymətinə inanmayacaqsınız
Az kalorili məhsullar - 2
"Kalaşnikov"un rəhbərini ABŞ-a buraxmadılar
Sensasiyalı kəşf: yeni Günəş sistemi TAPILDI
Hicablı xanımlar üçün geyimlər
Dövrə görə "gözəllik standartları"
Böyrəklərin funksiyalarını yaxşılaşdırmaq üçün təbii yollar
- ŞƏRHLƏR