XII əsrdə Azərbaycanda hakim ədəbiyyat saray ədəbiyyatı idi. Saray şairləri Şirvanda və Təbrizdə Şirvanşahların və eyni zamanda da Eldəgizlərin sarayında yaşayır, onların hörmət və nüfuzunu artırmağa xidmət edirdilər. Lakin şəhər sənətkarlarının, şəhər yoxsullarının mənafeyini müdafiə edən şairlər saraydan kənarda yaşayır və bu iki ədəbi cərəyan arasında ciddi mübarizə gedirdi. Bu dövrdə şəhər sənətkarlarının, şəhər və kənd yoxsullarının tələb və arzularını geniş bir miqyasda ifadə edən dahi şair Nizami Gəncəvi idi. Nizaminin böyük müasiri olan şairlər içərisində öz demokratik görüşləri ilə xalqa yaxın olan, şəhər sənətkarlarının əhval-ruhiyyəsini ifadə edən şairlərdən biri də Məhsəti Gəncəvi idi.
XII əsrdə Azərbaycan ədəbiyyatında şeir məktəbinin təsisçilərindən biri olan, əsl adının Mənicə olduğu zənn edilən Məhsəti Gəncəvi ədəbiyyatda humanizmin yaranması və inkişafında mühüm rolu olan sənətkarlardandır. Gəncədə doğulub böyüyən Məhsətinin həyatı haqqında çox az məlumat vardır. Qədim təzkirəçilər bu bacarıqlı şairənin yoxsul bir ailədə doğulub-böyüdüyünü, yaxşı musiqişünas olduğunu, Gəncə xətibinin oğlu Əmir Əhmədlə münaqişəsini, Gəncədən sürgün edilməsi barədə məlumat vermişlər. Məhsəti haqqında verilmiş müxtəlif məlumatın hamısında bir fikir, bir cəhət aydın olur ki, o, öz dövrünün son dərəcə istedadlı şairəsi olub, xalq içərisində yüksək nüfuz və hörmət qazana bilmişdir. Məhsətinin obrazı eyni zamanda bir sıra yazıçıların da diqqətini cəlb etmişdi.
"Qılınc və qələm" əsərinin müəllifi Ordubadi, Dilbazi və başqaları Məhsəti Gəncəvinin bədii surətini yaratmağa cəhd etmişlər. Məhsəti Gəncəvinin Yaxın Şərqdə çox şöhrət qazanmış rübailəri tam şəkildə əldə deyildir. Bu görkəmli sənətkarın əlyazmaları bizə qədər gəlib çata bilmədiyi kimi, rübailərdən də çox az bir hissə saxlanıla bilmişdir. Şairə həm də rübailərlə yanaşı, qitə və qəzəllər də yazmışdır. Onun əsərlərinin üzü köçürülərək, divan bağlanmış, lakin sonralar bu divan itmiş, dövrümüzə qədər gəlib çatmamışdır. Onun rübailəri müxtəlif tarixi-ədəbi mənbələrdən və "Əmir Əhməd və Məhsəti" dastanından toplanmışdır.
Bunlar isə onun rübailərindən sadəcə bir neçəsidir.
***
Görsən məni bir söylə nədən dinmirsən?
Qan tökməyə təşnədir gözün,dönmürsən,
Çərxinmi cəfasıdır çatılmış qaşlar,
Cəlladmısan, insanlığı öyrənmirsən?!
***
Qəlbində küfr var, nə namaz ya iman?
Keçmiş bu zəhər cana, nə eylər dərman.
Hər yerdə tanıtdın özünü sən zahid,
Çirkindirsə nəfsin, bu xeyir verməz, qan!
***
Özgədən heç zaman gözləmə kömək,
Quru budaq kölgə salmaz, ey ürək,
Qənaət əzizdir, tamah xar edər,
Az olan şeylərə qənaət gərək.
***
Ey ürək! Ömrümü vermişsən badə,
Gülüb yetməmisən kamə, muradə.
Kimsə yetişmədi dadıma heyhat!
Mən sənin əlindən gəldim fəryadə.
***
Qəminlə ürəkdə qalmamış həvəs,
Cavanlıq şövqü də keçəcək əbəs.
Eşqin bir ölümdür, qalmışdır yalnız-
Yaşamaq adıyla bir quru nəfəs.
***
Bu dünya bir qızıl kuzəyə bənzər,
Suyu gah şirindir, gah da ki zəhər.
Çox da öyünmə ki, uzundur ömrün,
Əcəl köhlənində hazırdır yəhər.
***
Xalqın başında gər olsan da bir tac,
Ağladar səni də bir gün ehtiyac.
Xalqın dərdinə qal, ona yaxın ol,
Qorx o gündən özün olasan möhtac.
***
Boy-buxunu, çiyni nöqsanlıdan dad,
Namərd kişilərdən yaxşıdır arvad...
Bivəfa dostlardan düşmən yaxşıdır,
Etimadsız dostu yadından çıxart.
***
Şam başından yanar, göz yaşı tökər.
Gəldiyi qapıdan o çıxıb gedər.
Başınla öyünmə, şama diqqət et,
Məhv olur başıyla ayağa qədər.
***
Nədən səni belə yandırdılar şam,
Yaddan çıxartdılar burda bir axşam?
Sən özün dilə gəl, neyləsin əgər
Yaranmışsa ancaq yanmaqçün adam?!
***
Qəm görmüşə hər gün yeni bir qəm yetişər
Dərd ilə yanan qəlbə dava kəm yetişər,
Aşiqləri öldürməyə çox meyl etmə,
Bir gün sənə də bəla, ey sənəm, yetişər.
XƏBƏR LENTİ
Ebola virusu qadağaya səbəb oldu
Övliya kimdir?
Putin Qarabağla bağlı Rusiya XİN-ə taşırıq verdi
Toyuqlu-qaysılı piramida (foto resept)
Alimlərin yeni iddiası: Buzlaşma dövrü 2020-də başlayacaq
Bakı sakinləri, gözünüz aydın!
Saçların tez yağlanmasının səbəbləri
Qaraciyər xərçənginin müalicəsində yeni üsul tapıldı
Radio və televiziya işçilərinin peşə bayramıdır
NASA-dan XƏBƏRDARLIQ ETDİ
2018-ci ildə üçüncü analoji hadisə olacaq
Əl işlərim
Armudlu kekslər (foto resept)
"Milli Atlas" qeydə alındı
Builki abituriyentlərə ŞAD XƏBƏR
Avtobusların marşrutu dəyişir
Barmaq boyda çantalar təqdim olundu-FOTO
BÜRCLƏR bizə nə vəd edir?- 3 Dekabr
Zəmzəm suyunun faydaları
Türkiyədə futbol dayandı
Ərdoğan rekorda irəliləyir
Mozaika ilə ev dekorasiyası
Sızanaq izləri üçün bal və alma
İtaliya sahillərində 311 miqrant ölüb
Telefonu bu orqanlardan uzaq tutun
Facebook Messenger-dən MÖHTƏŞƏM YENİLİK
Bal pətəklərinin sirri açılır
Mayın 13-ü PARK BULVAR-da “MÖCÜZƏ” yaşanacaq!
Facebook yeni layihə hazırlayır
Məşhur aktrisa illər sonra etiraf etdi-FOTO
Google robot şirkəti aldı
Hadise anasını belə təbrik etdi-FOTO
Ərdoğan Hakan Şükürü millət vəkilliyindən istefa verməyə çağırdı
Enerji içkiləri bu şəxslərə SATILMAYACAQ
Günün qoroskopu: şəxsi həyatınızdakı problemlər...
BÜRCLƏR bizə nə vəd edir? - 4 MART
Günün qoroskopu: ləyaqətsiz insanlara inanmayın
Evdə düzəldilən maskalar
Onkoloji xəstəliklə doğulan uşaqlar və ya normal keçməyən hamiləliyin fəsadı...
İnsan ayaqdan, at dırnaqdan xəstələnər
Milyader olmadan əvvəl necə görünürdülər?
Səkkiz il yeyib içməyən yoq öldü
Günün ulduz falı
Tramp dünyanın ən böyük problemini açıqladı
Jurnalistlərin işinə artıq prokurorluq baxmayacaq
Əvvəlcə qadın, sonra "Barbie" gəlinciyi oldu- FOTO
İslam müqəddəsləri Ramazan ayı və oruc haqqında
Qışda kökəlməyə mane olan 3 təsirli vərdiş
Pəhləvanımız Məşhəddən qızıl gətirdi
Ən gözəl dəvə seçildi
- ŞƏRHLƏR