Bakıda hava
USD AZN
EUR AZN
20:57aysel hesenli Necəsiz Evdə qalmaq necədi
41605

İlhamiyyə Rza

 

Telejurnalistikada müəllif proqramlarının  mövcudluğu və inkişafı söz azadlığı və demokratik mühitin formalaşmasına bağlı olduğundan, cəmiyyətimizdə ulduzlaşmış müəllif-aparıcılar, ciddi təhlilçilər azdır və o azlardan biri də İlhamiyyə Rzadır.

İlhamiyyə Rza telejurnalistika fəaliyyətinə AzTV-də başlamışdır. İxtisasca jurnalist-filoloqdur. 1991-1993-cü illərdə AzTV-də  xəbərlər departamentinin reportyoru, 1994-1995-ci illərdə Türkiyə üçün Azərbaycan haqda həftəlik proqramın aparıcısı, 1996-1997-ci illərdə AzTV-də "Telefaks" xəbər proqramının şərhçisi, müxtəlif səhər proqramlarının aparıcısı kimi  fəaliyyət göstərmişdir. Dövlət televiziyasında “ Sabah ” Yaradıcılıq Birliyinin ədəbi hissə müdiri işlədiyi illərdə televiziya tamaşalarının redaktoru olmuşdur.  

2001-2002-ci  illərdə  “ Lider” TV-də  “Səhər” proqramının  baş redaktoru, Britaniya televiktorinasının Azərbaycan versiyası üzrə  “Milyonçu ”nun, “ ABA” kanalında gündəlik verilişin aparıcısı ,“ Space”də departament rəhbəri olaraq çalışmışdır. Eyni zamanda TV fəaliyyəti dövründə mətbuatda mütəmadi yazılarla çıxış etmişdir.  

2002-2006-cı illərdə   “Space ” telekanalında müəllif proqramının  rəhbəri və aparıcısı olmuşdur. Onun “Gecə kanalı ” adlı verilişi  geniş  tamaşaçı  kütləsi arasında populyarlıq qazanmış, eyni zamanda xalqın intellektual kəsiminin diqqətini cəlb etmişdir. Lakin bu layihənin ömrü cəmi dörd il davam etmişdir. Bu müddət ərzində o, yeni mövzular üzərində işləmiş , onları tam araşdırmışdır.

Müəllif proqramı Azərbaycan televiziya məkanının ən zəif inkişaf etmiş sahəsidir. Məlum olduğu kimi, Sovet dövründə bu sahə üzrə heç bir irəliləyiş olmamış , müstəqillik illərinin hazırki dönəmlərində isə söz azadlığı məhdudlaşdırıldığından mətbuat, xüsusilə elektron KİV bu baxımdan ağır təzyiqlərlə üz-üzə qalmışdır.

İlhamiyyə Rza da belə antidemokrat təzyiqlərlə rastlaşmış və öz  “Gecə kanalı ”nı bir çox digər müəlliflər kimi bağlamalı olmuşdur. Lakin televiziya məkanında öz yeri olan, fikir səviyyəsi ilə sevilən İlhamiyyə Rza yazarlıq fəaliyyətini bir an belə dayandırmamış, ictimai-sosial-mənəvi problemlərin cəsarətli sözçüsü olmuşdur. Bundan sonra İlhamiyyə Rza fəaliyyətini   “Gündəlik Azərbaycan” qəzetində davam etdirmiş, həmin qəzet zorakı yollarla dayandırılana kimi orada çalışmışdır.

 

İlhamiyyə Rza 2003-cü ildə telejurnalistika fəaliyyətinə görə  “ Həsən bəy Zərdabi adına mükafat” almışdır.

O, həyat yoldaşı yazıçı Həmid Herisçi ilə birgə “Gecə kanalı”  kitabının müəllifidir. Bu kitabda həm də teletənqid silsiləsindən məqalələri dərc olunmuşdur.

İlhamiyyə Rza dövri mətbuatda ardıcıl olaraq çıxış edir. Müxtəlif beynəlxalq proqramların iştirakçısıdır. Təxminən bir il müddətində İREX-in regional layihəsi çərçivəsində regional TV-lərlə işləmiş,  “Kəsişmə nöqtəsi ” adlı birgə həftəlik veriliş hazırlamışdır. Hazırda Treninq şirkətində ekspert məsləhətçisi qismində fəaliyyət göstərən İlhamiyyə xanımın şəxsi keyfiyyətləri, istedadı və peşəkarlığı , onun gələcəkdə daha böyük işlər görəcəyini deməyə əsas verir. 
Səslərin sayı: 18
77
14141
Şərhlər
Offline
farida salimova
eri turkdur deyesen/cox savadlidi ona gore de ona tezyiqler var idi
10 aprel 2012 09:57
Offline
tanya
Dəyər verdiyim açıq fikirli, dürüst jurnalistdir. Təşəkkürlər.
7 mart 2012 21:26
Offline
sevgi.sevgi
Bu xanimla mutamadi unsiyyetde oluram. Fealiyyet sahesi bir kenarda, eyni zamanda gozel xanim ve gozel insandir
14 fevral 2012 14:26
Offline
NIGAR
teşekkur.......................
13 dekabr 2011 18:41
Offline
Esya
COX SAVADLI QADINDI.AMA NE VAXTDANDI GORSENMIR NESE.TSK.
4 noyabr 2011 23:32
Offline
musi
tesekkurler taniyirdim ,ama coxda melumatim yox idi
16 oktyabr 2011 12:14
Offline
leylahuseynova
Gözəl xanımdı Allah xoşbəxt etsin
10 oktyabr 2011 17:55
imza:
Məni köhnələr tanıyar,yenilər numunə götürər.Görənlər izah edər,görə bilməyənlər gözlərini bağlayıb xəyal etməklə yetinər
Offline
oksana
gozel xanimdi,xebere gore tesekkurlerr
10 oktyabr 2011 17:55
Offline
Gülüm
melumatim yox idi twk.
9 oktyabr 2011 14:43
Offline
SeLiN(Leyla)
Diqqət! Bu linki görmək üçün zəhmət olmasa qeydiyyatdan keçin.
8 oktyabr 2011 16:03
Offline
a.angel
tanimirdim,tanidim,teşekkur
6 oktyabr 2011 02:21
Offline
zulya
bir qadin kimi cox beyenirem .gozel xanimdi
3 oktyabr 2011 12:53
Offline
Riana
HE,BEYENİRDİM BU XANİMİ.
2 oktyabr 2011 22:13
Offline
Flowers
he coxdandir tv-de yoxdur...... niye?
2 oktyabr 2011 15:19
Offline
Semedova
TSKR CANIM
TANIMIRDIM HEC ISTEMIREMDE MARAQSIZ GELDI
2 oktyabr 2011 00:15
Offline
Zeriş
MARAQLİ MELUMAT UCUN TEŞEKUR
1 oktyabr 2011 22:13
Offline
Könül
İlhamiyyə xanımı heç sevmirəm, xoşum gəlmir.
1 oktyabr 2011 21:54
Offline
ulker
men balaca olanda bu xanim space tvde verliw aparirdi yoldawi ile hec yarawmirlar menim fikrimce
1 oktyabr 2011 19:42
Offline
Pərvanə
hec tanimirdim bu xanimi indi tanidim
1 oktyabr 2011 19:11
imza:
Arzu et, istə; amma o arzu ölçülü olsun. Bir saman çöpü bir dağı qaldırmaz.
Offline
B.Ulviyye
Bəs təvəllüdünü niyə yazmamısız,necənci ildəndir?Niyə tv lərdən uzaqlaşıb.Bəlkə də uzaqlaşdırılıb.
Bir daha maraqlı məlumat üçün çox sağ olun.
1 oktyabr 2011 18:48
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış