Deyirlər ki, Albert Eynşteynin iştirak etdiyi məclislərdən birində bir nəfər ona yaxınlaşır və tanış olmaq istədiyini bildirir. Bu məqsədlə həmin adam dünya şöhrətli alimə öz telefon nömrəsini deyir:
- 36361144. Yadda qalan nömrədir, elə deyilmi? İki dənə 36, iki dənə 1, iki dənə 4.
- Bəli, yadda qalandır.
- Xahiş edirəm,təkrar edin.
- 6-nın kvadratı, 19-un kvadratı, 12-nin kvadratı.
Gülməli olsa da, bu lətifə böyük alimin intellektual özünəməxsusuluğundan, orjinal təfəkkür tərzindən xəbər verir.
20-ci əsrin ən böyük alimlərindən sayılan Albert Eynşteyn 1879-cu ildə Almaniyanın Ulm şəhərində yəhudi ailəsində anadan olmuşdur. İbtidai təhsilini yerli katolik məktəbində alan Albert altı yaşından skiripka çalır, təbiət elmləri ilə maraqlanırdı.
Belə geniş yayılmış fikir var ki, Eynşteyn orta məktəbdə pis oxuyurdu. Doğrudanmı dahi fizik, Nobel mükafatı laureatı Albert Eynşteyn uşaqlıqda orta məktəb proqramını da mənimsəyə bilmirmiş?
Eynşteynin 1896-cı ildə aldığı orta məktəb attestatından görünür ki,17 yaşlı Albertin cəbr, həndəsə, fizika, tarix fənləri üzrə bilikləri altı ballıq sistemlə ən yüksək qiymətə layiq görülmüşdür. Gələcək dahinin cəmi bir "3"-ü olub: fransız dilindən. Bununla belə Eynşteyn 20 il sonra dünyanın məşhur universitetlərində müxtəlif dillərdə o cümlədən fransız dilində mühazirələr oxuyurdu.
Bəs elə isə Eynşteynin zəif şagird olması haqqında əfsanə necə yaranıb?
Gənc Albert gimnaziya təhsili alarkən müəllimlərlə münasibətləri həmişə gərgin olub. Azad düşüncəli şagirdin aftoritar müəllimlərdən, hərbi qanunları xatırladan davranışlardan heç xoşu gəlmirdi. Müəllimləri də Albertə eyni "məhəbbətlə" yanaşıblar. Bir dəfə hətta müəllimlərdən biri Eynşteynin üzünə demişdi ki,"Sənin burada olmağın bütün məktəbin nüfuzuna xələl gətirir".
Eynşteyn gimnaziyadakı əzbərçilik sisteminə qarşı çıxırdı: "Ən ağır cəzanı da çəkməyə hazıram, təki məni bu cəfəngiyyatı əzbərləməyə məcbur etməsinlər" deyirdi. Amma o, sərbəst şəkildə öz üzərində çalışır, çoxlu mütaliə edir, uşaqlıqdan böyük alim və filosofların əsərlərini oxuyurdu.
Beləliklə, Eynşteyn pis oxuyan yox, mühafizəkar müəllimlərin nəzərində "pis", daim itaətsizlik göstərən şagird olub. Onun attestatında bəzi fənlər üzrə aşağı qiymətlərin olması da çox güman ki, bəzi müəllimlərin ona qarşı şəxsi münasibəti ilə bağlı olub. Belə nəticə çıxarmaq olar ki, Albertin biliyini yoxlayan bəzi müəllimlər gələcək dahinin məntiqi təfəkkürünün dərinliyini və orijinallığını duya bilməmişlər.
Eynşteyni yaxından tanıyan müasirləri onun çox xeyirxah, istiqanlı adam olduğunu yazırlar. Bu dahi haqqında lətifələrin çox olması bəlkə də onun özünün yumor hissinə malik olmasından irəli gəlirdi.
O yalnız elmə qapılıb bütün gününü yazı masası arxasında keçirən alimlərdən deyildi. Eynşteyn musiqini, ədəbiyyatı, bədii filmləri çox sevir, skripkada gözəl çalır, bağçılıq, filateliya ilə məşğul olurdu.
Elmi dairələrdə böyük nüfuza malik olmasına baxmayaraq Eynşteyn təkəbbürdən uzaq adam idi. Həmişə deyirdi ki, o da səhv edə bilər və əgər doğrudan da, səhv edirsə, bunu hamının qarşısında etiraf edirdi.
Ədalətsizlik həmişə Eynşteyndə hiddət doğururdu. Təbiət etibarilə humanist, pasifist olan Eynşteynin ən çox nifrət etdiyi söz "zorakılıq" idi. Ona görə də Almaniyada faşist partiyası hakimiyyətə gələndə böyük alim doğma ölkəsini tərk etməli oldu.
Eynşteyn həm də çox xeyirxah insan olmuşdur. Onun şəxsi həkimi yazırdı ki, alim rəssamlara onun şəklini çəkməyə imkan vermirdi. Çünki onların qarşısında saatlarla oturmağa vaxt sərf etmək istəmirdi. Lakin bir dəfə gənc bir rəssam ona bu haqda müraciət edib utana-utana demişdi:
- Mənim maddi sıxıntılarım var. Sizin portretiniz hesabına ehtiyacdan qurtula, maddi vəziyyətimi düzəldə bilərəm.
Onda Eynşteyn heç kimin tanımadığı bu rəssamı otağına dəvət etmiş və ona bir neçə saat vaxt ayırmışdı.
Ömrünün sonuna yaxın Eynşteyn öz dəyərlər sistemini belə ifadə etmişdi: "Mənim yolumu işıqlandıran, mənə cəsarət və iradə verən ideallar xeyirxahlıq, gözəllik və həqiqət olmuşdur".
XƏBƏR LENTİ
Reventador oyandı
İqor Korotçenko Putinin sözlərini izah etdi: “Rusiya heç vaxt Ermənistan üçün vuruşmaq niyyətində olmayıb”
Bu görüntülər "İnstaqram" silkələdi - FOTO
Artıq ana oldum...
Sabah bu yollar bağlanacaq
Məşhur cütlüyə reklama çəkilmələri üçün 3 milyon verəcəklər
Dünya mətbəxi - Rusiya
Twitter-də peyğəmbəri təhqir etdi, sonra isə...
Qadınla kişinin fərqi
Hava haqqında
Bakıda adalar turizm cənnətinə çeviriləcək - PLAN + FOTOLAR
Görmə qabiliyyətini yaxşılaşdıran üsullar
Qadınların imtina edə bilməyəcəyi hədiyyələr
Maaş artımı hansı müəllimlərə şamil edilir
Gözəl nitq üçün 5 tövsiyə
Bürclərin son 10 ildə keçirdiyi dəyişikliklər (2)
Qadin.Net-lə birlikdə "Özünü kəşf et!" layihəsi (4)
Zəmzəm suyunun möcüzəsi
Ulduz aktyor öldü-FOTO
Kola içib komaya düşdü
Separatçıların rəhbərindən etiraf: “Azərbaycan Qarabağda cəbhə xəttini yarıb”
Bu ölkə NATO-nun üzvü oldu
2020 çimərlik geyimi dəbi
1/4 finalda "erkən final" ab-havası
Günün qoroskopu:Ailənizlə vaxt keçirin!
Pis fikirdən azad olmağın 5 gözəl üsulu
İllər Özcan Dənizi belə dəyişdi - FOTO
Ajda Pekkan ən böyük arzusunu dilə gətirdi
Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı məlumat yaydı
Alkoqola görə 226 sayt bloklandı
Namazın vaxtı dəyişə bilər
Prezidentdən qadınlara mükafat
Musiqi ürəyi gücləndirir
“Google”un qadınlara sürprizi
Dənizkənarı hasarlar, villalar SÖKÜLƏCƏK
Yaxşı yuxunun sirri
Gələn tədris ilində dərslər sentyabrın 15-də başlayacaq
Cənnət qonşusu
Məktəblilərin yaz tətili günləri açıqlandı
Dünya liderləri prezident İlham Əliyevi təbrik etdilər
Naftalanda qeyri-adi layihə
Qış gəldi, amma istilik yox
Dəyərli işçini necə saxlamaq olar?
Sehrli nağıldakı güzgünü psixologiya necə şərh edir?
Divardan axan maddənin nə olduğunu öyrənəndə şoka düşdü - VİDEO
Dünyanı ağladan transfer
90 yaşlı nənə şəkil çəkməyə başlayarsa...
İnanılmaz kadrlar: qatillə oyun
Qadınlar üçün faydalı məsləhətlər
Sərinlənmək üçün soyuq su içməyin!
- ŞƏRHLƏR