Bakıda hava
USD AZN
EUR AZN
07:21Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
41438

"Azərbaycan ədəbiyyatı və müasir qadın"müzakirəsi keçirildi-FOTO

 

"Azərbaycan ədəbiyyatı və müasir qadın"müzakirəsi keçirildi-FOTO
17 aprel 2018-ci ildə Beynəlxalq Mətbuat Mərkəzində “Kitab Evi” İctimai Birliyinin təşkilatçılığı ilə “Azərbaycan ədəbiyyatı və müasir qadın” mövzusunda ədəbi müzakirə keçirildi. Tədbiri giriş sözü ilə Birliyin sədri filologiya üzrə fəlsəfə doktoru, AYB-nin üzvü Adilə Nəzərova açdı və XIX əsrdən bugünədək Azərbaycan ədəbiyyatındakı qadın obrazlarını müqayisə etdi. O, ölkədə dövlət qurumlarının və vətəndaş cəmiyyətinin düzgün prinsiplər əsasında fəaliyyətinin qadınların həyat tərzlərinə, bilavasitə ədəbi obrazına təsirini qeyd etdi. Tədbirdə Azərbaycan ədəbiyyatında qadın obrazları; Sovet dövrü qadını və müasir qadın; şərəf, heysiyyət və qadınlıq; müasir Azərbaycan qadınının uğuru və uğursuzluğu; savadlı və savadsız qadın və s. mövzuların işlənmə dərəcəsi və səviyyəsi, həmin əsərlərin təbliği səviyyəsi müzakirə olundu.

 "Azərbaycan ədəbiyyatı və müasir qadın"müzakirəsi keçirildi-FOTO

Müzakirədə bir sıra alimlər, jurnalistlər, tənqidçilər, yazıçı və şairlər iştirak etdilər. Tənqidçi, publisist, filoloq-alim Məti Osmanoğlu, filosof-alim Eliza İsmayılova, filologiya elmləri doktoru Elnarə Akimova, tənqidçi, publisist, filoloq-alim Azər Turan, akademik Hümeyir Əhmədov, yazıçı Səfər Alışarlı, Gülnar Əhməd, Xəyalə Murad, Aləm Kəngərli, filoloq-alim Nizami Muradoğlu, şair-tərcüməçi İbrahim İlyaslı, şair-esseist Fərid Hüseyn, şairlər İlqar Türkoğlu, Mübariz Məsimoğlu, İnqilab Orxan və dəyərli ziyalı Tağı Əhmədov çıxışlarında Azərbaycan ədəbiyyatında Dədə Qorquddan üzü bəri Burlaxatun, Banıçiçək, Selcan xatun və digər obrazların timsalında əksər hallarda qadın statusunun yüksəkdə tutulduğunu qeyd etdilər.

 "Azərbaycan ədəbiyyatı və müasir qadın"müzakirəsi keçirildi-FOTO

"Azərbaycan ədəbiyyatı və müasir qadın"müzakirəsi keçirildi-FOTO
Onlar müasir Azərbaycan ədəbiyyatında haqlı olaraq - Qarabağ məsələsi ilə bağlı yazılan əsərlərin çoxluq təşkil etdiyini, bu əsərlərdə müasir qadın obrazlarının çoxunun oxşar taleli- müharibə qadını kimi işləndiyini vurğuladılar. Müzakirəyə qoşulan qələm adamları qadınların durumuna, həyat tərzinə geniş aspektdən yanaşaraq Azərbaycan qadınının yüksək düşüncə tərzini, dünyagörüşünü təsvir edən əsərləri nümunə göstərdilər. Müstəqillik dövründə ictimai-siyasi dəyişikliklər nəticəsində Avropa mədəniyyətinin ictimai mühitə, xüsusilə qadınların dünyagörüşünə, həyat tərzinə təsir etdiyini –passivlikdən aktivliyə doğru inkişaf edən qadınların bəzi sahələrdə daha ön plana çıxdıqlarını, bunun da mənfi və müsbət tərəflərinin ədəbiyyata yansımasını vurğuladılar. Ədəbiyyat həyatın güzgüsüdür, prinsipinə əsaslanaraq qadının uğurunun və uğursuzluğunun əsas səbəbləri onun əxlaqından, savadından, mədəniyyətindən və nəhayət düşdüyü durumun nəticəsindən asılı olması müzakirənin əsasını təşkil etdi. 
"Azərbaycan ədəbiyyatı və müasir qadın"müzakirəsi keçirildi-FOTO

Tədbirdə çıxış edən yazıçı və Qadin.Net saytının baş redaktoru Xəyalə Murad qadınların taleyinə, psixologiyasına yönəli fikirlər səsləndirdi. Onları oxunmamış kitaba bənzədərək, hər kəsi oxumağa səslədi. Xəyalə Murad öz "Adsız" psixoloji romanının baş qəhrəmanını nümünə göstərərək bir bədəndə yaşayan yeddi şəxsiyyətin bədən üzərindəki mübarizəsindən danışdı. Müzakirə iştirakçılarının diqqətini qadın bədənində yaşayan kişi obrazına yönəltdi. 

"Azərbaycan ədəbiyyatı və müasir qadın"müzakirəsi keçirildi-FOTO

Müzakirənin sonunda A.Nəzərova bildirdi ki, diqqəti bu problemə yonəltməkdə məqsəd bu gün Azərbaycan qadının uğurunun və uğursuzluğunun səbəblərini açan əsərlərə ehtiyac olduğunu nəzərə çatdırmaqdı. İctimai-siyasi dəyişikliklərin xaosundan yaranan problemləri aşmaqda çətinlik çəkən bir qism qadınların depressiyasını azaldan, psixoloji sıxıntılarını cilalayan əsərlərin yazılması problemin həllinə yönəldir.


Səslərin sayı: 1
1
1493
Şərhlər
Offline
Sima
ne gozel ziyalilar bir arada
19 aprel 2018 11:52
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
  • “Bihter”lə “Adnan” görüşdü - FOTO

    Qeyd edək ki, “Aşkı memnu” serialı 2008-2010-cu illərdə yayımlanmış və reytinq rekordları qırmışdı. Ekran işinin xarici versiyaları da çəkilib. Həmçinin, serial indiyədək 40-dan çox ölkəyə satılıb.
  • Körpə qız hər partlayış səsinə gülür- SƏBƏB

    Ailə qızlarının qorxmasının qarşısını almaq üçün əraziyə hər dəfə bomba düşdükdə Selva ilə birlikdə bu oyunu davam etdirir.
  • Evini 35 milyona satdı - FOTO

    Qeyd edək ki, Allen evi 2013-cü ildə 27 milyon dollar almışdı
  • Metal axtararkən xəzinə tapdı-FOTO

    Onun sözlərinə görə, 7 ildir ki, xəzinə tapmaq üçün axtarışlar edir.
  • Məşhur müğənni pul yağışına tutuldu-FOTO

    Gecənin finalında musiqiçilər səhnəyə atılan pulları iki nağara çantasına yığaraq özləri ilə aparıb.
  • “Victorias Secret” 1,1 milyarda satıldı

    İqtisadi böhran yaşayan dünyaca məşhur alt paltarı markası “Victorias Secret” 1,1 milyard dollara “Sycamore Partners” şirkəti tərəfindən alınıb.
  • Üz yuyarkən etdiyimiz səhvlər

    Ancaq bu formada dərinizə zərər verməyən məhsulları əldə edə bilərsiniz.
  • Hadise anasını belə təbrik etdi-FOTO

    Hadisənin anası Gülnihal Açıkgöz intihara cəhddən sonra Belçikaya köçüb.
  • Vanqadan dəhşətli proqnoz: Fevralın 22-si...

    Bolqarıstanlı medium Vanqa 2020-ci ilin fevralın 22-də dünyada qlobal fəlakətin olacağını deyibmiş.
  • 21:22 - Müəllif: DanikanumYK
    İlk qadın redaktorumuz (49)

    İlk qadın redaktorumuz

    Скажу правду , в утро первого дня семинара просто заставила себя пойти. Ум говорил: "ну сколько можно ходить по этим вебинарам ? Отдохни уже. Выспись, отдохни, тем более не важно себя чувствуешь. Зачем тебе лишние самокопания и потрясения? Это очень тяжело . " А сердце, как всегда рвалось на встречу с единомышленниками, предвкушая радость от познания себя и общения с другими. Чтобы подружить сердце и голову решила сходить . ? не ошиблась. Эти три дня дали осознание целостности- когда каждый центр (живот - жива/сила, сердце - лада и голова - ясна) не просто активируются, но и учатся взаимодействовать друг с другом, помогать в достижению целей друг друга. Это когда лебедь, рак и щука не рвутся в разные стороны, думая только о себе, а становятся дружной тройкой лошадей, летящей к одной цели. Тогда сила человека возрастает потому, что нет внутреннего конфликта. ?ллюзии ума и страхи живота растворяются в любви сердца. Людмила преподносит информацию не только иносказательно "психологически- эзотерическим" языком, но и анатомическими терминами. Мы изучали функции органов каждого центра и железы вн.секреции, которые в зависимости от наших мыслей, чувств и образа жизни вырабатывают гормоны, которые в св.очередь регулируют состояние всего организма. Как всегда было много медитаций- погружений в себя для общения с центрами. Наше тело - гениальное создание – имеются ответы на все вопросы, только надо позволить себе с ним честно и искреннее пообщаться. Я ушла с семинар восстановление энергии тела с осознанием, что внутри меня есть три мощных источника силы, и еще впереди много открытий по поводу их взаимодействия. Были также арт-терапия, массаж, вкуснейший кофе Раф в кафе, много смеха и шуток. Всего не опишешь. Просто рекомендую вебинар Людмилы всем, кто устал слушать споры своего ума, сердца и тела. Благодарю Людмилу и всех женщин с вебинара.
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!