Bakıda hava
USD AZN
EUR AZN
11:39Ayla Ayla Perviz deyesen esebi adamdi 11:38Ayla Ayla Hamiya salammm Survivora kim baxdijQuery162089170006099228_1581925069530?? 08:45Xəyalə Murad Yeni iş və dərs günü hər birinizi salamlayırıq! 08:45Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
41415

Jan Klode Vandamme

Jan Klode Vandamme
Jan Klod Van Damme 18 oktyabr 1960-cı ildə Belçikanın paytaxtı Brüsseldə holland (flamand) əsilli ailədə anadan olmuşdur. Onun atası mühasib idi və gül dükanının sahibi idi. O, 12 yaşından başlayaraq karateyə gedir. 16 yaşında Avropa çempionu olaraq Qara kəmər qazanır. 1976-cı illərdən başlayaraq turnirlərdə iştirak edir. 22 turnirdə iştirak edir. Yalnız 4 turnirdə məğlub olur. Patrik Teugelsə (belçikalı idmançı) 2 dəfə uduzmuşdur. Van Damme onu 1980-cı ildə 1-ci raundda texniki nokaut nəticəsində məğlub edərək çempion olur. Jan Klod 1978-1979-cu illərdə profesional Avropa Karate Federasiyasının orta çəki üzrə çempionu olmuşdur. 1996-ci ildə 3-cü arvadı Derci La Piyer ilə boşandıqdan sonra kokaindən (narkotikin bir növü) əziyyət çəkmişdir. Hətta özünü də öldürmək istəyirdi. 1996-1997-ci illər ərzində müalicə olunduqdan sonra narkotiki birdəfəlik tərgitmişdir.
Döyüş filmlərinin məşhur aktyoru Jan Klod Van Damme 1981-ci ildə ailəsinin maddi və mənəvi dəstəyini əsirgəməsinə baxmayaraq Los Ancelesə gəldi. Formasını qorumaq və idmanlarını axsatmamaq adına razılaşdığı bir idman salonunun ödənişsiz təmizliyini və işlətməsini edirdi. O sıralarda qısa müddətlik taksi şoferliyi, gecə klublarında cangüdənlik, pizzaçılıq kimi gündəlik işlər etdi. 1983-cü ildə Fransız istehsalı olan "Rue Barbara" adlı filmdə polis rolunu canlandırdı. 1984-cü ildə "Sınmaq" adlı filmində rol aldı. Eyni il "Əbədi Monako" adlı parodiya filmində 5 dəqiqəlik qısa roluyla homoseksual bir karateçini canlandırdı. Bu filmdən sonra uğur qazanmaq üçün Honqkonqa getdi, ancaq istədiyi müvəffəqiyyəti əldə edə bilməyincə şansını Hollivudda sınamağa qərar verdi. Məşhur döyüş ulduzlarından kiçik rollar ifa etmək üçün kömək istədi. Tək verilən şans Arnold Şvartsneqqerin baş rolda çəkildiyi "Yırtıcı" filmindəki "Yırtıcı" personajının kostyumunu geyinmək oldu.
Jan Klode Vandamme
Sınaq çəkilişlərində Jan Klod Van Damme ilə produser arasında problem çıxan zaman onun rolu ləğv olunur. Van Damme bəzi fitness və Uzaq Şərq idmanları jurnallarına əzələlərini nümayiş etdirirdi. Aktyorun söylədiyinə görə ingiliscə öyrənmək üçün "Flinstoun" cizgi filmini izləyirdi. 1986-cı ildə "Nə geri çəkil, nə də təslim ol" filmində rol aldı. Bu filmdə onun rolu qısa idi və mənfi obraz kimi canlandırılmışdır. Lakin bu filmi bir çox rejissorların diqqətini cəlb edə bilir. 1988-ci ildə az büdcəli çəkilən "Qara Qartal" filmində rol alır. Bu film isə ona məşhurluq gətirmir.
Jan Klod Van Dammınn 4 arvadı olub: Mariya Rodriges (Venesuelalıdır, Van Damme 1981-ci ildə Amerikaya gedən zaman boşanmışlar), Sintiya Derdian (1985-ci ildə evləniblər, 1986-cı ildə isə boşanmışlar), Qladis Portiqes (modeldir, 1986-cı ildə evləndilər, 1992-ci ildə boşanmışlar, 1999-cu ildə isə yenidən ailə həyatı qurmuşlar ) və Derci La Piyer (modeldir, 1994-cü ildə evləniblər, 1996-cı ildə isə boşanmışlar).
Jan Klod Van Dammın üç övladı (2 oğul və 1 qız) var: Qladis Portiqesdən Kristofer (oğlu) və Bianka (qızı), Derci La Piyerdən isə Nikolas adlı bir oğlu var.
"MTV Movie Awards" kino mükafatında kateqoriyaya görə "The most desirable man" (azərb. Ən arzu olunan kişi) mükafatına 3 dəfə (1992, 1993 və 1994) layiq görülmüşdür. 2010-cu ildə "The Grand World Prize" (azərb. Böyük Dünya mükafatı) mükafatı və "Golden Talents Of The Planet" (azərb. Planetin Qızıl istedadları) mükafatının qızıl ordeninə layiq görülmüşdür.
Səslərin sayı: 5
27
4969
Şərhlər
Offline
Azadə Həbibzadə
Bu aktyoru tanimayan yoxdur usaqlidan baxiram kinolara
14 aprel 2015 00:05
Offline
♫ Я тебя люблю ♫
Çox sag olun tesekkurler. give_ros

9 mart 2015 22:10
Offline
Bir vaxtlar kinolarina cox baxirdim yeni uwaq vaxti.twk xeber ucun
9 mart 2015 21:35
Offline
Narin...
Men balaca olanda (10-11 yawimda) ele bilirdim bunun adi vannamdi lol Ayrica xeberin bolmesinede cox guldum "Qadın və cəmiyyət » Tanınmış qadın simalar »" yazix Vannam seni taninmis arvad eliyif xeberin muellifi lol crazy
9 mart 2015 21:30
imza: В детстве - спать, было наказанием, а теперь - МЕЧТА!
Offline
איסון ממדוב.
Maraqli xeberdi cox saqolun
25 fevral 2015 13:42
imza: Mutsuzum diye bahane arama.
Rabbim o kadar cox guzellik vermiski,
KALP GOZUNU ARALA
Offline
♫ Я тебя люблю ♫
 ⊱●○Mirα_Official○● ⊰,
Cox sag ol Mira
give_ros

Cox sag olun tesekkur ediremmm give_ros
8 fevral 2015 22:50
Offline
♫ Я тебя люблю ♫
Cox sag olun tesekkurler give_ros give_ros
7 fevral 2015 22:48
Offline
Руслан Абилов
Allah uzun omur can saqliqi versin dovurunun en gozel en yaxsi aktyoru idi vaxt vardi prokata onun kinosunu almaq ucun 1 sirvan pul vererdik 1 gunluk video kaset ucun biggrin
7 fevral 2015 18:22
Offline
♫ Я тебя люблю ♫
.................., give_ros
Ellada Babayeva give_ros ,
Dəniz84, give_ros
●♥ Sema ♥● give_ros ,
قلب  Ro-Xe-Sa قلب give_ros ,
Yusifim Fatimem, give_ros
Şəri Babayeva, give_ros
Gulum, give_ros
 ༺♥I Love You♥༻, give_ros
ღ٠•●♥Varlığın zülüm yoxluğun ölüm♥●•٠ღ      , give_ros
Fidan Məmmədova, give_ros
PƏRVANƏ ƏLİYEVA...... give_ros ,
nigar dadasova, give_ros
Pərvanə, give_ros
Xanim_Xatun, give_ros
H.M, give_ros
  Pembe H-za give_ros
Cox sag ulun dostlar give_ros
8 yanvar 2015 22:40
Offline
Xalidə Həsənzadə
dayimin favori kinosu olub biggrin . melumatlandim tewekkur love
8 yanvar 2015 16:26
Offline
H.M
Uwaq vaxti kinolarini izlemiwem, xeber ucun tewekkurler.
3 yanvar 2015 18:06
Offline
Xanim_Xatun
Dövrünün ən məhşur aktyorlarından biri idi..

Dövrünün ən məhşur aktyorlarından biri idi..

Dövrünün ən məhşur aktyorlarından biri idi..
2 yanvar 2015 14:23
Offline
Pərvanə
Uşaq vaxtı çox baxırdım bunun kinolarına indi yox.
29 dekabr 2014 16:57
imza:
Arzu et, istə; amma o arzu ölçülü olsun. Bir saman çöpü bir dağı qaldırmaz.
Offline
nigar dadasova
ens evdiyimiz aktyordur
26 dekabr 2014 07:31
Offline
PƏRVANƏ ƏLİYEVA......
Men ushaqliqdan bu aktyorun fanatiyam.Cox beyenirem onu..Filmlerinede baxmisham...Melumata gore coxsaqolun..
4 dekabr 2014 19:31
Offline
Fidan Məmmədova
Maraqlanmıram bu aktyorla,yəqin kişilərə daha maraqlı gələr
24 noyabr 2014 13:42
Offline
♫ Я тебя люблю ♫
Cox sag olun tesekkur edirem give_ros
23 noyabr 2014 23:42
Offline
♥Mira♥
Sevdiyim aktyorlardandir tesekkur edirem give_ros
23 noyabr 2014 23:30
Offline
.........................................
♥En cox sevdiyim aktyorlardan biridir♥Filmlerini cox sevirem♥Haqqinda bir cox melumatim var♥Xebere gore tesekkur edirem♥Ugurlu olsun♥
23 noyabr 2014 22:20
Offline
Gulum
Bu aktyor Azərbaycana gələndə Bakıya heyran olduğunu demişdi
23 noyabr 2014 22:18
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış