Bakıda hava
USD AZN
EUR AZN
20:34Surayye Görəsən nə vaxt təkrar göstərəcəklər 20:34Surayye Axşam baxa bilmədim eee gec oldu 17:21Feride axsam Pervizi beyendim halaldi 17:21Feride Mert lengdi Elif atisda pisdi Meryem yaxsidi heleki 16:43aysel hesenli Mertde pis oynamir Elif de 11:16Nermin_Guler Pərvizi dəstəyliyənlər burdadı 11:15Nermin_Guler Hər kəsə salam. mən gəldimmmmm
41432

Sabiha Gökçen

Sabiha Gökçen

O, 22 mart 1913-cü ildə dünyaya göz açmış və 2001-ci ilin eyni günündə - martın 22-də dünyasını dəyşmişdir. O,  Atatürkün Sabiha Gökçen adı ilə tanınmış mənəvi qızı idi. Onun atası Bursa vilayətinin baş katibi Mustafa Hafiz İzzət bəy, anası isə Xeyriyyə xanım idi. Sabiha özü də Bursada dünyaya gəlmişdi. Valideynlərini hələ balaca ikən itirmiş və böyük qardaşının himayəsi altında böyüyüb boya-başa çatmışdır. 1925-ci ildə 12 yaşının olmasına baxmayaraq, Bursanı ziyarət etməyə gələrək Hünkar adlı köşkdə qonaq qalan Atatürklə əlaqə yaradaraq təhsil almaq istəyini ona çatdırmağı bacarmışdır. Atatürk Sabihanın qardaşının icazəsi ilə onu öz himayəsinə götürmüş və özü ilə birlikdə Ankaraya gətirmişdi. Sabiha Çanqaya ibtidai məktəbini bitirdikdən sonra Üsküdar qızlar kollecində təhsilini davam etdirmişdi. Xəstəliyi üzündən təhsilini yarımçıq qoyaraq Heybeliada və Vyanada müalicə olunmuşdu. Fransız dilini daha da yaxşı bilmək üçün bir müddət Fransada yaşamışdı. 1934-cü ildə soyadlar haqqında qanun çıxandan sonra Atatürk ona Gökçen soyadını verdi. Sabiha Gökçen 1935-ci ildə “Türkquşu”-nun açılış mərasimində göstərilən uçuşlara heyran olur və o andan etibarən hava yolları və uçuşlar barədə maraqlanmağa başlayır.

 Sabiha Gökçen

Atatürkün dəstəyi ilə 1935-ci ildə Türk Hava Birləşmələrinin Tük Hava Yolları məktəbinə daxil olur və Ankarada bir sıra təcrübələrdən keçir. İlk qadın döyüşçü-pilot olan Sabiha 7 kişi tələbə ilə birlikdə Krımdakı Koktebel Ali Planer məktəbinə göndərilir və 6 aylıq təhsil müddətində oranı uğurla başa vurur. O, Moskvada motorlu təyyarə dərsləri almaq istəyir, ancaq mənəvi bacısı Zəhranın ölüm xəbərini eşidən kimi Türkiyəyə geri qayıdır. Bacısının ölümü ona pis təsir edir və o, bir müddət heç nə ilə məşğul ola bilmir. Ancaq Atatürkün israrından sonra O, Eskişehir Havayolu məktəbində Sami Uçan və Mühitdin bəyin sayəsində uçuş dərslərində olur, onlardan çox şey öyrənir. 1936-cı ilin fevral ayının 25-də ilk dəfə olaraq təyyarə sürməyə başlayır. Atatürkün razılığı və özünün istəyi ilə o, dünyanın ilk qadın döyüşçü-pilotu olmaq istəyir və bu yolda əzmlə addımlayırdı. O zamanlarda qızları əsgəri hazırlıq məktəblərinə götürmürdülər. Ona görə də ona bir uniforma hazırlanaraq Eskişehir Uçuş məktəbinə göndərilmişdi. O, həmin məktəbdə 11 ay (1936-1937) xüsusi dərs alır. Təlimini bitirdikdən sonra isə Eskişehirdəki birinci uçuş alayında 6 ay işləyir. Bu 6 ay ərzində Sabiha Ege və Trakya ərazisindəki uçuşlarda iştirak edir. 1937-ci ildə Tunceli hərəkatına qatılır və bu hərəkat sayəində dünyanın ilk qadın döyüşçü-pilotu oldu. Bu hərəkatdan sonra ona Türk Hava Yollarının medalı verilir. 1937-ci il avqustun 30-da əsgəri uçuş diplomunu alır. 1938-ci ildə Balkanlarda 5 günlük uçuşu sayəsində onu bütün dünya tanıyır. Ankarada olan Balkan paktının üzvləri Sabiha ilə görüşmüş və ona Balkanlara getmək təklifi etmişdilər. Bu təklifdən sonra o, Balkanlara getmiş və öz bacarığını bir daha sübut etmişdi. Gökçen bu uçuşu ərzində təyyarəyə heç bir əlavə pilot qəbul etməmiş və tək uçmuşdu. Çünki bunu ondan Atatürk istəmişdi.  "Vultee" tipli təyyarə ilə İstanbuldan havaya qalxıb, Afinaya, sonra isə Sofiya və Belqrada uçuşları həyata keçirmişdi. Yuqoslaviyanın baş naziri onu “Ağ qartal” medalı ilə təltif etmişdi. İnsanların istəyini nəzərə alaraq Buxarest üzərində də uçuş həyata keçirir və 6 gündən sonra İstanbula qayıdır. Bu uçuşdan sonra hamı ona “göylərin qızı” deyə müraciət etməyə başlamışdı.

Sabiha Gökçen

Atatürkün ölümündən sonra qadınların orduda xidmət etməsi haqda qərar qəbul olunmadığı üçün ordudan ayrılır və 1955-ci ilə qədər "Türk quşu" uçuş məktəbində baş müəllim işləməyir. Türk Hava Yollarının İdarə Heyətinin üzvü olur və həyatı boyu cəmi 22 müxtəlif yüngül bombardman təyyarə ilə uçuş həyata keçirir. Gökçen 1940-cı ildə dərs dediyi məktəbdə coğrafiya və topoqrafiya dərsi deyən Kamal Eşiner ilə ailə həyatı qurur və yoldaşına öz soyadını verir. Ancaq 3 ildən sonra - 1943-cü il yanvar ayının 12-də həyat yoldaşı dünyasını dəyişir. 1953 və 1959-cu ildə Türk cəmiyyəti və türk qadınlarını təmsil etmək üçün ABŞ-a dəvət edilir və orada bir sıra uçuşlar həyata keçirir. Gökçen sonuncu dəfə 1996-cı ildə 83 yaşında fransız pilot Daniel Akton ilə birlikdə "Falkon 2000" təyyarəsi ilə səmaya qalxır. 1996-cı ildə pilotluq kariyerasının ən dəyərli mükafatını alır. Amerika Hava Yolları kollecində məzunlar üçün hazırlanmış mərasimdə xoşməramlı qonaq kimi iştirak edir və “Maxwell Hava Üssü”-dəki tədbirdə “Dünya tarixinə adını həkk edən 20 pilotdan biri” seçilir. O bu mükafata layiq görülən ilk və yeganə qadın pilot idi. Sabiha Gökçen 22 mart 2011-ci ildə doğum günündən bir gün sonra 88 yaşında "Gülhanə" xəstəxanasında dünyasını dəyişir. Son illərdə Sabiha Gökçenin erməni əsilli olduğunu iddia edənlər olsa da, bu iddiaları sübut edən heç bir sənəd və sübut yoxdur. Bu sözlər boş bir iddia olaraq qalır.

Səslərin sayı: 7
53
6510
Şərhlər
Offline
Xanim_Xatun
Bacısının ölümü ona pis təsir edir və o, bir müddət heç nə ilə məşğul ola bilmir.
13 iyun 2015 10:59
Offline
Azadə Həbibzadə
Men bu qadin haqda file baxmisdim
14 aprel 2015 11:21
Offline
איסון ממדוב.
Bu xanim haqda hec bir melumatim yox idi
1 mart 2015 21:46
imza: Mutsuzum diye bahane arama.
Rabbim o kadar cox guzellik vermiski,
KALP GOZUNU ARALA
Offline
Aysel İ.
Maraqlı xəbər üçün təşəkkürlər Sərt_Əsinti. Haqqında məlumatım var idi.
23 fevral 2015 08:56
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Xanim_Xatun
Məncə Hava limanı bu qadının adını dansiyir.

Məncə Hava limanı bu qadının adını dansiyir.
27 yanvar 2015 10:37
Offline
H.M
Bu qadin haqqinda TV-de etrafli melumat vermiwdiler, tewekkurler.
3 yanvar 2015 02:49
Offline
Deniz N-va
Hec bir melumatim yox idi sayenizd etanidim love Cox gozel good
25 noyabr 2014 23:00
Offline
Ulker.Agamali
COx cesaretli qadin olub
22 noyabr 2014 14:09
imza: .Ya ümidsizsiniz, ya ümid sizsiniz.
Ya çarəsizsiniz, ya çarə sizsiniz.
Offline
Agats_fan
Cesaretli agilli qadin maraqli melumatdi tebrikler crazy
11 may 2014 15:13
Offline
Rzayeva Guler
Cesaretli qadin olub, Indi bele QAdinlar retgidi
6 oktyabr 2013 00:04
Offline
wwwwwwwwwwwwwwwww
COX HUNERLI XANILMARIMIZ VAR BIZIMDE
14 may 2013 00:21
Offline
Ayka S
Gümüş,mencede tsk
9 may 2013 13:08
Offline
J e a l o u s y
Halal olsun.Allah rehmet etsin.Bele cesur xanimlar cox olsun
7 may 2013 17:46
Offline
Qəribə
bele xanimlara ehsen,halal olsun. hi good give_ros
1 may 2013 17:07
imza: Не забывайте благодарить Бога, Он же не забывает будить вас каждое утро.

Iдеальных людей не бывает, цените тех,
кто смог полюбить ваши недостатки.
Offline
Agat_Kris
Xanimlar oxudugunuz və dəyərli fikirlərinizi bildirdiyiniz üçün hər birinizə ayrı-ayrılıqda təşəkkürümüü bildirirəm. wink
1 may 2013 17:04
imza: Pozitiv olun!
Offline
MAYA EL
Əhsən belə türk qadınlarına məlumat üçün çox saq ol
29 aprel 2013 17:33
imza: Özün haqqında qışqıra-qışqıra danışma, qoy başqaları sənin barəndə sakitcə danışsınlar.
Offline
Yağmur damlası
Kicik yaslarindan valideynlerini itirib,lakin ayaqlarini yere mohkem basmagi bacarib,halal olsun!Ataturkun komeyi sayesinde olsa da,oz emeyi daha boyukdur.Heyf ki,bexti yene getirmeyib yoldasi rehmete gedib,heyat bir sozle ona ugur verdiyi qeder de keder verib,lakin sinmayib,eyilmeyib,dozub.Bu xususiyyet yalnizca turk qadinina aiddir.83yasinda yeniden semaya qalxmaq,onun nece insan oldugunu bir daha subut edib.xeber ucun cox sag ol canim,cox beyendim.
24 aprel 2013 09:27
Offline
mira-kerim
Zehra Bedirxanli,
xəbəri oxumayib niyə şərh yazirsizkİ?
23 aprel 2013 21:15
imza: Ne qeder sade olmaq isteyirem,amma alinmir..)))))))
Offline
kamile
Zehra Bedirxanli,
xanim azerbaycanli deyil,turk qadinidir,yene de fexr edirik,cunki hamimiz turkuk !
23 aprel 2013 21:13
Offline
Zehra Bedirxanli
Əhsən Azerbaycanin bele merd və cəsarətli qadinlarina
23 aprel 2013 20:20
imza: QADİN.NET
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!