Mənəvi sərvətlərimizdən sayılan “Xatirələrim”ini vicdan mürəkkəbinə batırıb yazmış böyük Azərbaycan kübarı
Beş il öncəki yazımda (“Şuşalı əxlaq-əqidəsi - dahi Mirzə Cəlilin böyük Həmidəsi”) vurğuladığım bir qənaəti davam edirəm; tale eyni yüzilliyin eyni onilliyində doğulmuş bu iki nəhəngi birləşdirməsəydi, bəlkə, nə sadə kənd müəllimi Cəlil bu çaplı Milli Mirzə olardı, nə də - topdağıtmaz mülk sahibi olsa belə, daha bir dahimizin məşhur mental-“nominasiya” xalatında (“ev işi, paltar tikişi”) qalası Həmidə Cavanşir bu qəbil ad-san sahibi, ədəb-irfan Xanımı...
Onların birincisi (hər mənada) Naxçıvanın Nehrəmindən, ikincisi Qarabağın Kəhrizlisindən öz şəxsi işləri (bəlkə tale “göndəriş”i?!) ilə mütləq eyni ünvana -Tiflisə getməli, orada birləşməli və bu millətin maarif-mədəniyyəti naminə əlləşib-vuruşmalıydılar. Əks təqdirdə, birincinin “Molla Nəsrəddin” nam-nişanlı milli-mədəni-mənəvi “lokomotiv”inin yanacağı qurtarıb yolda qala, ikincinin mal-mülkü “çiçi-biçi”lərə xərclənə-xərclənə heçə-puça çıxa, millətin böyük aydın onluqları, fəal yüzlükləri, ayıq minlikləri, ilk sayının üz qabığındakı karikaturaya istinadən desək, yatmış müsəlman dünyası içərisində tək bircəsinin “gərnəşərək” (və dizini digərinin kürəyinə qoyaraq!) oyanan statistik milyonları bugünkü kondisiyaya çatmaya bilərdi...
Sözügedən “tərəflər” - hər ikisi dul ikən qovuşmuş ər-arvad bu izdivacla, həm də Avropanın zaman-zaman “söz” atdığı Şərq-müsəlman problemlərindən olan “gender” məsələsinə müsbət bir nümunə də oldular. Öz dialektik intellekti, milli dərdlər təbibliyilə “ictimai şüur” abidəsi kimi rəmzləşmiş Bəy və öz zəngin, rahat həyatını millət narahatı olan bir ər işlərinə qurban verib sədaqət simvoluna çevrilmiş -
Xanım!..
Qadınlar ən çox bənzədilən, oxşadılan və oxşanılan məxluqdur; klassiklərimizin “sən etdin əqlimi zail” ahlarını, “dildən-dilə”düşmə macəralarını xatırlasaq, yetər. Amma məncə, bir az ciddi, vətəndaşanə kirpik çalıb baxanda, bədii fikir-xəyallıqda “canlı qəzəl Leyli”, “boyu uzun Burlaxatun”, “alagözlü Nigar”lara bənzəyən Həmidə Cavanşir real fərd-xanımlıqdan çox milli xanım-xatunluq mücəssəməsinə bənzəyir. Bu xanım-xatunluqdan ilk həyat yoldaşının (zadəgan nəslindən olan polkovnik İbrahim bəy Davatdarovun) müharibədə həlakı ilə ilgili hüzn cizgiləri, atasının qəflətən vəfatından sonra zəngin bir mülkü təkbaşına idarə çətinliyi, Mirzə Cəlilin “anlamaq dərdi”ni necə yüngülləşdirmək, “milli əqidəli ədib balası” damğası ilə yaşayası övladları üstünə qanadgərmə çabaları, bolşevik-sovet rejiminin gözünə çox görünməmək xofları dalğalanır.
Külli-Qarabağ əhlinə kifayət qədər maddi kömək əli uzatması ilə “anti-bolşevik” aurası yaratmış bu xanımın Mirzə Cəlil kimi bir millətpərvərin əl-qolundan yapışması onun tale sonrasına heç də yaxşı naxışlar vəd etmirdi.
Həmidə xanım nail olduğu bu milli-mənəvi arsenalın çox qismini ata evindən mənəvi “cehiz” olaraq gətirmişdi; hələ yeniyetmə ikən rus dilini səlis şəkildə qavrayıb-öyrənmiş, kənd qızları üçün o qədər də səciyyəvi olmayan milli və dünyəvi mədəni-maarif təmrinlərinə yiyələnmişdi. Yəni tale bu ucqar-ibtida həyat məktəblisini ali Mirzə Cəlil məktəbinə çox mükəmməl hazırlamışdı. Bir neçə məqalə, məruzə, “doklad” (!- bu haqda bir az sonra), çıxış və uzun illər “Mirzə Cəlil haqqında xatirələrim” adıyla, bir müddət bundan öncə isə öz adı və tam tərcümədə tanıdığımız kitabını qələmə alsa da, onu yaradıcı, yazıçı silk-sinfinə aid etmək olmaz. Lakin o, böyük yazıçı Mirzə Cəlilin dahi universal yaradıcıya çevrilməsində iştirak etmiş canlı həyatın yeganə yaradıcı-şərikidir.
Evliliklərinin ilk illərində Həmidə xanıma çatdırırlar ki, epidemiya Qarabağ uşaqlarının axırına çıxmaqdadır. O, peyvəndlə bağlı bir çox tibbi və maddi ehtiyat tədarükünə başlamaqla bərabər, xəstəliklərə qarşı “türkəçarə”likdən savayı heç bir çarə bilməyən anaları maarifləndirməkçün bir məruzə də hazırlamağa başlayır. Bunun daha təsirli və korrekt çıxması üçün ərinə (bir az da çəkinə-çəkinə) müraciət edir. İşləri başından aşan Mirzə Cəlil isə (bu xahişi can-başla yerinə yetirsə də), sonda Həmidə xanımın: “Mirzə, hazırdırmı?” sualına özünəməxsus yumorla cavab verir: “Hazırdır e, amma... arvad nədir, “doklad” nədir?..”
“Bilvasitə” xatirələr...
Bu ali xanımın bir vaxtlar “Şuşa qəzası” adlı yurdu indilər kriminal-qəza ladında...
Hələ sabah “20 Yanvar”, birisigün “26 Fevral”, ta biri gün “8 May”...
Bunlar Mirzə Cəlil atamızın bütün ömrü uzunu axıtdığı milli-irfani göz yaşlarını silib-qurulamış Həmidə anamız haqda xatirələrin “neytral epiloq”u...
Məsələnin “proloq”una yol isə çox uzun! O qədər uzun-füzun ki, bu mənəvi mənzil başına vaxtında varmaqçün, şairlərimizdən birinin iki misrasını “körpü” etmək gərək: “Qış gecəsi uzun olur, çox uzun. Lakin onu utandırdı - hörükləri bu qızın...”
Bu yazıya daxil etdiyim bu misralar bu məsələyə dəxli olmamış deyil. Əvvəla, yazı qəhrəmanımın “surəti-hal” obrazını bir daha təsəvvürlərə təqdim etmək üçün, ikincisi, xoş o xanımın halına ki, haqqında bəhs açılırkən, onlarçün əbədi atribut-arzu olan gözəllik, incə-mincəlik xüsusiyyətləri, müqəddəs analıq, mehri-evdarlıq şərəflərilə bahəm, el-elatlıq özəlliyi, milli-ictimai görəvləri də vurğulana...
Öz böyük “Cavanşir”lik şəcərəsindən sonra “kəndçi” “Məmmədquluzadə” kimi “nimdaş” nam-nişanı soyad kimi qəbul edən, öz abidə-“Xatirələrim”ində bütün şan-şərəf-şöhrət közünü eyzən həyat yoldaşının qabağına çəkən bir xanım-xatun barədə daha nə ənənəvi xatirələr çözüb, nə xatircəmlik yaratmağa çalışasan?!.
“Xatirələrim”i haqda xatirələrdən bir fraqment isə -
İstisna...
Öncə qeyd etməli ki, Həmidə xanımın öz atası - Qarabağ xanlığının qurucusu Pənah xanın oğlu, xanlığın idarəedicisi Mehralı bəyin nəvəsi Əhməd bəy Cavanşir haqda yığcam bir xatirə kimi yazmağa başladığı, sonda isə, təxminən, 100 şagird dəftəri həcmində genişləndirdiyi bu kitabın əsas qismi M.C.Bağırovun sifarişilə qələmə alınıb.
Sovet illərinin barmaqla sayılan milli ziyalılarından professor A.Zamanov bu əsərin kiçik bir qismini - ancaq Mirzə Cəlilə aid hissəsini və özü də dövrün ideologiyasına binaən xeyli “zorənsərbəstlik”lə (məsələn, “biz türklər” qəbilli ifadələri “biz azərilər”, “Xatirələrim” adlığını “Mirzə Cəlil haqqında xatirələrim” etməklə) tərcümə edib.
Bir çox məziyyətindən kifayət qədər bəhs edən araşdırıcı-müəlliflər belə bir müddəanı ortaqlıqla vurğulayırlar ki, M.C.Bağırovun işə qarışmasından sonra yazılışı sürətləndirilən, “mövzu-təsvir sərhədləri xeyli genişləndirilən” bu kitaba niyə (heç “mürəkkəbi qurumamış”) elə onun öz göstərişilə yasaq qoyulub?
Təfsirlərdən birinə görə, hələ Cümhuriyyət illərindən əvvəl, başqa bölgələrdən daha zəngin olmuş Qarabağda “çapolçuluq” (yolkəsənlik) edən “banda”lar arasındakı “nüfuz” (“razborka”) savaşlarının birində məğlub edilən və sağ qalmış bir neçə nəfərilə kahada gizlənən Mir Cəfər xilas üçün, mahalda bir elə kişi bəy-xan ola-ola, məhz Həmidə xanımın üstünə adam göndərir. Həmidə xanım onları qurtartdırıb göndərir Abdal Gülablıdakı qohumugilə və düz bir ay o ailədə yeyib-yatıb sağaldıqdan (ən əsası isə, qəzəbli rəqiblərinin yadından çıxdıqdan) sonra Bakıya yola salınır.
İllər keçir, “Xatirələrim”də qeyd olunduğu kimi, artıq Azərbaycan SSR-in rəhbəri olmuş bu adam Həmidə xanımın etdiklərini də yad edib, Qarabağa gəlir. Həmin vaxt Kəhrizlidə yaşayan Həmidə xanım: “O mənimlə də görüşdü...”
Hə, artıq məşum “37” ərəfəsidir. Onun “qara keçmiş”indən xəbərdarlar aradan götürülüb. İndi Mir Cəfərə nə lazımdır? Vaxtilə ona can xilaskarlığı etmiş belə bir əsil-nəsilli ziyalının mənəvi köməyi. Artıq bütün mənşə-mənsəb səlahiyyətlərindən salınmış həmin xanımdan ikinci - reputativ həyat istəyi! Yəni, bu “qara keçmiş”li zat belə bir mötəbər imza ilə “ağ çağ”a çıxmaq istəyir. “Bu kitabında mənim barəmdə də bəhs et”. Söhbətin “isti-isti”sində məsələ-mətləbin dərinliyinə o qədər də vara bilməmiş bu xanıma ərizə yazdırıb, bir günün içində Yazıçılar İttifaqına üzv seçirlər. Yüksək maaş, xüsusi xidmət maşını (“M-1”) imtiyazları, yüksək qonorar, kitabın dərsliklərə salınması vədləri və... missionerlərin növbəti gəlişlərinin birində yuxarıdakı təklifin yeni redaktə variantı: “Mənim keçmiş bolşevik fəaliyyətimdən də yazsın!..”
Həmidə xanımın cavabı isə belə olur: “Mən görmədiklərimi yaza bilmərəm!..”
Tahir Abbaslı
Mənbə: http://medeniyyet.az/page/news/37347/Hemide-xanim-Cavansir.html
XƏBƏR LENTİ
Dahi yazıçını əridən qadın...
Amerika silkələndi
Siemens 15 min nəfəri işsiz qoyacaq
Xınayaxdı məclisi təşkil edən şəxslər cərimələndi
Ramazan ayının 10-cu gününün duası
Meyvəli piroq (foto resept)
TƏBİB sədri: “Əgər koronavirusa qarşı peyvənd hazırlanarsa…”
2020 Yaz Kolleksiyası
PSJ Fransa yığmasının ulduzunu aldı
Hülyadan 3 milyonluq reklam
Tavada toyuqlu börək (foto resept)
Səhər yuxudan dolların ətri ilə oyanacaqsınız
Boşanmanın əsl səbəbi məlum oldu-FOTO
Uğurlu insanları fərqləndirən 45 xüsusiyyət(1)
Qadın.Netlilərin ləhcəsi (4)
Payızın rəngləri
Müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirmənin nəticələri elan edildi
Poçtda dekoderlərin satışı yardımçı tədbirdir
Metropoliten satıcılarının əksəriyyəti hələ də işsizdir
Tanınmış aktyor həbs olundu-SƏBƏB
Elman Rüstəmov manat haqqında danışdı
Prezident fəxri ad verdi
Hüseyn Cavid kimdir, bilən varmı?
Sibel Can İlker Koçu məhkəməyə verdi
Roma Papası macəra filmində çəkilir
Düşmən Xocalı istiqamətindən Hadrutu intensiv atəşə tutur - RƏSMİ
Məşhur türk aktrisası nişanlandı-FOTO
Alimlərdən QORXUNC XƏBƏR
10 aylıq oğlan 9 yaşlı uşaq boydadır - FOTO
BÜRCLƏR bizə nə vəd edir?- 16 Dekabr
Ana südüylə qidalanan uşaqlar daha intellektual olur
Ailənizi xoşbəxt edin
2019 Oskar Mükafatlarının ən yaxşı aksesuarlar
Acun İlıcalı sürəti ilə TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Azərbaycanın əməkdar memarı Rasim Əliyevin 80 illik yubileyi qeyd edilir
“Survivor” adasında yanğın oldu - VİDEO
"Facebook"da yeni funksiya - Markın növbəti hədəfi
Məşhurların şəkillərini təqlid edən Tom
Azərbaycanda istirahət günü hava necə olacaq?
Dünyada yeni böhran başlandı
Kəlbəcəri tərk edən ermənilər hərbi hissələri partladır - VİDEO
Həm fotoqraf, həm model olmağı bacaran Kimberly
İnsanoğlu bu gün bir addım da irəlilədi
Soba listində mantı (foto resept)
Fərqində olmadan sizi stress edən 11 vərdiş (2)
Qaranlıqda saxlanılan ölüm
Azərbaycanda qızıl hasilatı artır
"Tərəvəz" şənliyində 320 kq-lıq balqabaq uddu-FOTO
Zərifə Əliyeva adına Milli Oftalmalogiya Mərkəzi Gəncədə humanitar aksiya keçirib
İlham Əliyev və Mehriban Əliyeva Şuşaya gedir - VİDEO