Ondan söhbət düşəndə sənət dostları səmimiyyətlə deyərdilər ki, qədəmi sayalıdır. Çünki xalq artistinin sənət bioqrafiyasında zəif partiya, zəif rəqs yoxdur. Qəmər Almaszadənin məharətli ifaçılığı sayəsində həmişə səhnədə əsil sənət inciləri doğulardı.
Qəmər Almaszadə 1915-ci ildə Bakıda anadan olub. Səhnə fəaliyyətinə 15 yaşından başlayan Qəmər xanım 1936-cı ildə Leninqrad Xoreoqrafiya Məktəbini bitirən ilk azərbaycanlı qadındır. Bu görkəmli sənətkarın bioqrafiyasını vərəqlədikcə heyrətə gəlirsən. O. ötən əsrin əvvəllərində, hələ də qadının səhnədə görünməsinə yasaq qoyulduğu bir vaxtda bu qadağalardan sıyrılıb məhz opera və balet səhnəsinə gəlmək, baletmeystr olmaq, eləcə də 30-cu illərin ağır repressiyalarından qurtulub sənət fədaisinə, ulduzuna çevrilmək o qədər də asan deyildi. Kim bilir, o məşəqqətli, ağır illərdə Qəmər Almaszadə hansı möhnəti, əzabı, sitəmi çəkib? Özü bu barədə danışmağı sevməzdi, amma sözlərinin, cümlələrinin ahəngində keçirdiyi ağır həyat yolunun hansı dolaylardan ötdüyünü anlamaq olurdu.
İncəsənətin müxtəlif sahələrində ilkin olmaq səadəti taleyinə yazılanlardan biri də məhz Qəmər Almaszadə idi. O, 1936-cı ildə Mirzə Fətəli Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olmuş, bir sıra tamaşalarda yadda qalan obrazlar yaratmışdır. Peşəkar milli baletin yaradılması və inkişafında əhəmiyyətli rol oynayan, fədakarlıq göstərən ilk azərbaycanlı qadın- Qəmər Almaszadə həm də müsəlman Şərqində ilk ballerina olub. Sənətşünaslar onun haqqında danışanda həmişə bir fikri təsdiqləyiblər ki, Qəmər Almaszadə yüksək ifaçılıq məharəti sayəsində klassik xoreoqrafiya ənənələri ilə Azərbaycan xalq rəqslərini ahəngdar şəkildə birləşdirərək səhnədə böyük nailiyyətlər yaradardı. Məhz onun təkrarolunmaz ifa tərzi, məharəti hesabına Azərbaycan mədəniyyətində əsil sənət nümunələri meydana çıxdı.
Qəmər xanımın böyük həvəslə yaratdığı rollar ifa tərzi, incəliyi ilə seçilərdi. Bu fikir dəfələrlə vurğulanıb ki, məhz Qəmər Almaszadə ilk dəfə olaraq Azərbaycan opera və balet səhnəsinə təbiilik, gözəllik, cazibədarlıq və məlahət gətirdi.
O, uzun illər Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş baletmeysteri olmuş, Soltan Hacıbəyovun “Gülşən”, R. Qlierin “Qırmızı lalə”, P.İ. Çaykovskinin “Yatmış gözəl”, və s. baletlərini səhnəyə qoymuşdu. Qəmər Almaszadənin repertuarında Medora, Odetta, Odiliya, Maşa və başqa partiyalar son dərəcə gözəl və təsirli alınmışdı. Qəmər Almaszadə həm də Azərbaycan Dövlət Filarmoniyasının rəqs ansamblının yaradıcılarından sayılırdı. O, 1937-1938-ci illərdə bu ansamblın bədii rəhbəri vəzifəsində çalışıb. Bir faktı da deyək ki, Qəmər xanım Əfrasiyab Bədəlbəylinin həyat yoldaşı olub. O, Əfrasiyab Bədəlbəylinin 1940-cı ildə yaratdığı ilk Azərbaycan baleti olan “Qız qalası”nın tərtibatını verib. Qəmər xanım bu baletdə Gülyanaq partiyasının ilk ifaçısı kimi də adını tarixə yazıb.
Qəmər Almaszadə Opera və Balet səhnəsində Leyla Vəkilova, Rəfiqə Axundova, Maqsud Məmmədov, Çingiz Babayev kimi balet ustaları ilə birlikdə çalışmış, bu səhnədə böyük uğurlar qazanmışdır. Unudulmaz sənət fədaisi yalnız əsərlərə quruluş verib, balet tamaşalarında çıxış etməklə kifayətlənməmişdi. O, həm də görkəmli pedaqoq idi. 1936-cı ildən ömrünün sonuna kimi Bakı Xoreoqrafiya Məktəbində dərs deyərək milli xoreoqrafiya kadrlarının hazırlanmasında böyük əməyi olmuşdur. İfaçılıq fəaliyyətini pedaqoji sahəyə yönəldərək Azərbaycan səhnəsi üçün rəqqaslar yetişdirməklə məşğul olan Qəmər Almaszadənin dərs dediyi tələbələr arasında indi məşhur baletmeysterlər var. Təkrarolunmaz sənətini və yüksək peşəkarlıq səviyyəsini yetirmələrinə ürəklə öyrədən Qəmər Almaszadənin sevimli tələbələrindən biri də Leyla Vəkilova olub.
Şəxsi həyatında xiffətlər çəksə də Qəmər Almaszadə bir sənətkar kimi xoşbəxt idi. Çünki onun yaşadığı sənət yolu parlaq və şərəfli olmuşdur. Çəkdiyi zəhmət, göstərdiyi xidmət həmişə yüksək qiymətləndirilmişdir. Qəmər Almaszadəni yalnız öz vətənində deyil, dünyanın bir çox ölkələrində yaxşı tanıyır və rəğbətlə qarşılayardılar. Bir fakt da maraqlıdır ki, o, 1970-1971-ci illərdə İraqda ilk peşəkar xalq rəqs ansamblını yaratmışdır. Onun “Koroğlu” operasında canlandırdığı Rəqqasə haqqında həmişə xoş sözlər yazıblar. Ümumiyyətlə, Qəmər Almaszadə hansı tamaşada olsaydı, o əsər mütləq uğur qazanardı.
Onu Azərbaycan səhnəsinin “şahzadəsi” adlandıranlar həqiqətən haqlı idilər. Bu sənətin ardıcılları çox oldu, özünün də bəyəndiyi, dəyərləndirdiyi az deyildi. Amma neyliyəsən ki, ulduzlar saysızdır, günəşlə ay təkdi. 91 yaşında dünyasını dəyişmış Qəmər Almaszadə bizim xəyalımızda bax elə bu şəkildəki kimi də qalmaqdadır...
Flora Xəlilzadə
XƏBƏR LENTİ
Hündürdaban ayaqqabılarla necə düzgün gedilir?
Azərbaycanda uşaq kinosu niyə yoxa çıxdı?
Vaqif Səmədoğludan xəbər var
Evlilik "qorxu"su, yaxud 30 yaş sindromu.
Yaponiya sahillərində güclü zəlzələ olub
İsveçrədən ermənilərə şok!
Meqanla bağlı daha bir saray QALMAQALI-SƏBƏB
Falafel (foto resept)
Sən demə, bütün hərəkətləriniz telefonla izlənilir
Barak Obama sevdiyi serialdan və qızlarından danışdı
Saakaşvili azərbaycanlı məmura: "Mənim vaxtımda sənin kimilər həbsdə otururdu"
Riyazi məntiq
Yeni İphone 6
Braziliyada futbolçular hər oyundan əvvəl məcburi koronavirus testi verəcək
Moskvada metal anqar yanır - VİDEO
Azərbaycanda internet ticarəti üçün vergi vermək lazımdır?
Yaşlı qadınların gənc kişilərə marağı
Azərbaycan milli uşaq oyunları-5
ABŞ Türkiyəyə istintaqda dəstək olacaq
Ariana Beyonsun rekordunu qırdı
Sarımsaq qoxusunun əldən getməsi üçün..
Məşhur aktrisa və əri həbs edildi-SƏBƏB
İstehsal tarixindəki səhvlər
Köhnə şkaflarınızı yeniləyin
Əhaliyə xəbərdarlıq
Neftin qiyməti bahalaşdı
Solarium haqqında bilmədiyimiz həqiqətlər
Koronavirusla bağlı SON STATİSTİKA
Türkiyədə koronavirusdan ölənlərin sayı 92-yə çatdı
Divar şəkilləri
Miqrantlar üçün ən yaxşı ölkələr
Dünyanı gəzən kirpi Pokee
Ukrayna prezidendi oğluna qadağa qoydu-FOTO
Azərbaycanda üç sürüşmə sahəsi daha təhlükəlidir
Bürclərə görə göz makiyajı
Modern rəf modelləri
Yol Polisindən bu sürücülərə sərt XƏBƏRDARLIQ
Gəlinin ətəyini 250 uşaq daşıdı - FOTO
Közlənmiş qırmızı bibərli pərpərən salatı (foto resept)
Şirkətimiz reytinqdə birincidir
Qısqanc ərin acı intiqamı: illər sonrakı halı ŞOK ETDİ - FOTO
3D naxışlar
Hazarın makiyajsız FOTOsu TƏƏCCÜBLƏNDİRDİ
İnsanları ölümdən o qurtaracaq?
Azərbaycanda insanlar ən çox hansı xəstəliklərdən ölür? - SİYAHI
Minlərlə yeni iş yeri açılacaq
Qatilin polis əmisi oğlu da saxlanıldı?-RƏSMİ AÇIQLAMA
"İkinci çörək" də bahalaşdı?
Günün qoroskopu: Pozitiv gündür!
Arıqlayaraq onu ələ salanları təəccübləndirdi-FOTO