Bir çox cəmiyyətdə belə qəbul olunur ki, özünəinam uğura aparan ən əsas vasitədir. Bu müəyyən qədər belə olsa da, iş həyatında sizə daha çox bu anlayışın əksi - özünəinamsızlıq kömək edəcək.
Televizya, kitablar, internet və digər informasiya vasitələri bizə birmənalı şəkildə özümüzə olan güvəni artırmağa səsləyir. Məhz bu ideya bir çox şəxsi inkişaf kitabları və təlimlərinə dəstək olur, onların biznesinin tonusda qalmasına xidmət edir. Qeyd edək ki, bütün bunlar əsassızdır. Çünki sadəcə iradə gücü ilə özünə inamı artırmaq çox çətin məsələdir. Əgər fərz etsək ki, kimsə iradə gücü ilə özünə inamı artırıb, bu hələ onun uğurlu və xoşbəxt həyatının təminatçısı deyil. Yeri gələndə özünə inam ifrat dərəcəyə çatarsa, bu fərdin aqressiv davranışlar sərgiləməsinə səbəb ola bilər. Bu da onun ətrafı tərəfindən kənarlaşdırılmasına gətirib çıxarar.
İş həyatı müstəvisində bir çox uğurlu karyeralara baxanda biz sadəcə nəticələri görürük. Qısa müddət ərzində kiminsə xüsusiyyətlərini görür, dəyərləndirir və bəzi hallarda heyran oluruq. Həmin insanı çox uğurlu və xoşbəxt birisi hesab ediriksə, bunun adətən səbəbi, sahəsində professionallaşmaq və zəngin təcrübə yığmaq olur. Razılaşarsız ki, bu da kifayət qədər zaman tələb edən ağır yoldur.
İnsanlarda əminlik hissi dünyanın ən qabaqcıl iqtisadiyyata sahib ölkəsi olan ABŞ-da son illərdə yüksək səviyyədədir və psixoloqlar araşdırmalarının nəticəsində bunun narsist cəmiyyətlə əlaqələndirirlər. Psixoloq Cen Tvendj, tələbələrin üzərində apardığı təcrübədə belə bir nəticəyə gəlmişdir ki, 1950-ci illərdə məzunların sadəcə 12%-i özünü vacib və əhəmiyyətli şəxsiyyət hesab edirdisə də, bu rəqəmn 1980-ci illərdə 80%-ə qədər ucaldı. Bunu narsist, kapitalizm sisteminin səbəb olduğu istehlak cəmiyyətinin yüksək sürətli inkişafının eqosentrik cəmiyyətlə nəticələnən təbiəti ilə izah etmək olar. 1960-cı illərdə ABŞ əhalisinin 3%-i kliniki narsizmdən əziyyət çəkirdisə, son illərdə bu rəqəm 10%-ə qədər qalxdı. Bənzər yüksəliş dinamikası piylənmədə də müşayət olunsa da, klinki narsizmin bu inkişafı çətin ki insanları maraqlandırsın.
Danni Krüger deyir ki, insanların ixtisaslaşma - professionallıq dərəcəsi nə qədər azdırsa, özünü aldatma səviyyəsi isə bir o qədər çoxdur. Özünü aldatma ilə özünəinam arasında kifayət qədər əlaqə vardır. "Fake it till you make it" (reallaşana qədər saxtalaşdır) prinsipi də məhz burada yaranıb. Buraya optimizmi də əlavə etsək, məsələ bir xeyli mürəkkəbləşir. İzah edək: Optimist insanın kim olduğunu yaxşı bilirik. Onlar gələcəyə böyük ümidlərlə baxırlar, problemlərlə üzləşəndə pis ssenarini deyil, əsasən yaxşı ssenarini düşünürlər və s. Bunun da kökündə özünüaldatma dayanır. Qədərində istifadə olunduqda "optimizm" yararlıdır. Əlbəttə ki, ifrat dərəcədə optimizm real faktorların iqnoru ilə nəticələnir və xeyirdən çox zərərlə səbəb olur. Məsələn, siz özünüzü aldatma adlanan yoldan keçib özünüzə saxta əminlik illüziyaları yaradsaz, problemləri və ya qarşısınzdakı məsələnin real dəyərini anlamayacaqsınız və çətinliklə üzləşəcəksiniz. Siz uğur qazanmaq istəyirsiz və bunun çox asan olduğunu zənn edirsizniz. Hansı işə başlasaz mütləq uğur qazanacağınızı düşünürsüz. Reallıqda isə bunun əksi gerçəkləşəndə siz məyus ola bilər və depressiyaya düşə bilərsiz. Depressiyadan isə hər insan çıxış yolu tapa bilmir...
Unutmayın ki, sizin yeganə sponorunuz reallıqdır. Özünə güvənən insanlar kənardan çox xarizmatik və cəlbedici görsənirlər, lakin real nəticələrlə dəstəkləndikləri müddətdə. "Aldatmaq isə yaxşı şey deyil" deyir professor Premyüzik. Buna baxmayaraq bəzən az miqdarda istifadə oluna bilər. Məsələn, ilk görüşdə.
Bir çox alimlər məhz səmimilik və sadəcə professional xüsusiyyətlərin inkişaf etdirilməsini karyerada uğurun təminatçısı olduğunu deyirlər. Unutmayın ki, psixi enerjimizin və iradəmizin gücü zəifdir. Biz bəzən özümüzə güvənməli, bəzənsə çatışmayan cəhədlərimizi aradan qaldırmaq üçün özümüzə güvənməməli, özümüzdən narazı qalmalı və hər an nə isə öyrənməliyik. Əminsizlik vəziyyəti real olaraq dəyərləndirməyə kömək edir. Özünə inamsızlıq sizin ən yaxın dostunuz ola bilər. Hər nə qədər sözü düz üzə deyən olsa da, şübhəsiz ki sizin xeyrinizə çalışır.
Özünəinamın daha az olduğunu dünyada insanlar atdıqları hər addımı ölçüb-biçər və qərarlarının nəticələri haqqında öncədən götür-qoy edərdilər. Məsələn, siyasətçilər və hərbiçilər müharibə qərarını verəndə, biznesmenlər işçiləri işdən çıxarmazdan öncə başqa yollar haqqında düşünsələr, dünyamız daha fərqli yer ola bilər.
Psixoloq Alfred Adler natamamlıq hissini insan üçün tam normal hesab edir. Müəyyən çərçivədə özünə güvənsizlik insanı bir çox şücaətlər etməyə motivasiya edə bilər. Özümüzdə nə qədər çox çatışmayan cəhətlər axtarıb tapırıqsa, bir o qədər də onlardan can qurtarmağı düşünürük. Özünəinamsızlıq uğursuzluğun səbəbi ola bilər, lakin eyni zamanda uğurun səbəbi də ola bilər. Frensis Bekon demiş: "Bütün şübhələrə son qoyaraq, öz yolunu şübhələrlə başlayan kəs, əminliklə istədiyinə nail olar".
Məqalə Harvard Business Review jurnalının, 2013 Sentyabr tarixli buraxılışının törəməsidir.
İbrahim Niftiyev
XƏBƏR LENTİ
Ramazan ayının 9-cu günüdür
Azərbaycanda daha 37 nəfər koronavirusdan öldü: 3942 yeni yoluxma
Azərbaycanda hərbi çağırışla bağlı YENİLİK
Azərbaycan tarixindən yüz şəxsiyyət-45
Fransız sayağı şorba (foto resept)
Yeni “AntiCOVID sistemi” təqdim olunub - VİDEO
Qadınlar üçün Ən Təhlükəli 10 Ölkə
Kartof yığımı ötən ilə nisbətən artıb
Çaylarımızda su aşıb-daşdı
Körpənizə balqabaq püresi yedizdirin
"Gəlincik" tortlar
Azərbaycanda üçəm doğuldu!-FOTO
Mehriban Əliyeva qızı ilə konsertdə - FOTO
Dünyanın ən gözəl əkiz qızları - fotolar
Ömrünüzü uzadın
Əmziklərdə və su şüşələrindəki ölüm təhlükəsi.
"Ermənistan-Türkiyə əlaqələrinin normallaşması..."
Bu bakteriyaya qarşı antibiotik tapılmır
Marketlərdəki kassalarda koronavirusa yoluxmaq riski yüksəkdir -VIDEO
İntihar barədə bilinməyən gerçəklər, detallarda gizlənən şeytanlar...
Ərdoğan Davudoğlunun yerinə kimi gətirəcək?
Şahzadənin oğluna şimpanze dedi - İşdən qovuldu
Sadə bantın hazırlanması
Adelin oğlu əlindən alına bilər-SƏBƏB
Körpənin yuxuya rahat getməsi üçün tövsiyələr
Boksçularımız Rusiyada rinqə çıxacaqlar
Zövqlü don modelləri
Bu da uçan avtomobil
Güclü külək və yağış fəsadlar törətdi: Damlar uçdu, xətlər sıradan çıxdı - VİDEO
Burak Özçivit "Diriliş Osman" serialına çəkilir-FOTO
30 ildir özünü korluğa qoyub: "Salam verməkdən bezdim"
BÜRCLƏR bizə nə vəd edir?-23 Mart
Koronavirusdan qorxan 6 min cütlüyün eyni anda toyu oldu
"Güzəşt həmişə mümkündür"
Sıla Ziynet Salı ilə barışdı
Uşaqlarda özünə inam
Yaşlıların ömrünü uzadan 4 idman hərəkəti
İlham Əliyev: Bakı mənim üçün ən gözəl şəhərdir
Ərdoğana Don Kixot dedilər
Korona De Virus adına görə ələ salınan uşağa dəstək oldu - VİDEO
Bu sezonun 4 trendi
Ana südünü artıran içkilər
Keti Perri şahzadə Çarlz haqqında bunları dedi
Yanğının səbəb olduğu fəlakət
Fillər, etnik mənşəyi səsdən müəyyən edə bilir
Bu gün əsl yay havası olacaq
Rusiya XİN Azərbaycan və Türkiyənin birgə hərbi təlimlərinə münasibət bildirib
Aktrisanın əməliyyatdan əvvəlki FOTOsu GÜNDƏM Oldu
İpoteka şərtləri dəyişir
Yer kürəsi 6 gün qaranlıqda qalacaq
- ŞƏRHLƏR