Ömür bizə verilmiş qısa müddətli bir zaman kəsiyidir. Çalışçıb onu səmərəli və dəyərli keçirməyə cəhd etməliyik.
1.Elə dəyər kəsb etməyən xırda şeylərə həddindən artıq çox zaman sərf etmək.
Daha çox video oyunlar, televizor və internet. Daha çox yemək və daha çox əyləncə. Siyahını uzada bilərik. Həyatınıza ciddi bir nəzər salın. Vaxtınızın ən çoxunu hharada keçirirsiniz? Bu sizə xeyir gətirirmi? Sizə yaxşı həyat vəd edirmi?
2. Çox şikayətlənirsiniz.
Siz öz işinizdən, müdirinzdən və ya həyat yoldaşınızdan çox şikayətlənirsiniz? Əgər bu şikayətlərlə heç nə dəyişmirsə onda etməyin. Neqativ enerji ilə ətrafınızı və özünüzü zəhərləyirsiniz. Sevmədikləriniz haqqında susun, sevdikləriniz haqqında danışın. Bir bunu test edin, tezliklə nəticəsini görəcəksiniz.
3. Öz ağlınızı qidalandırmırsınız.
Su belə axmayanda və yenilənməyəndə iylənir. Eyni şey bizim ağlımızla da baş verir. Əgər biz yeni şeyləri öyrənmiriksə onun aktivliyindən söhbət gedə bilməz. Daim məşq edin və ayıq olun.
4. Daxilinzdə daim mənfi dialoq aparırsınız.
Özünüzə nəyi təlqin etsəniz onun də nəticəsini görəcəksiniz. Fikirlərinizi və niyyətlərinizi nəzarət altında saxlayın. O zaman həyatın idarəsi sizin əlinizdə olacaq.
5. Heç bir ilham hiss etmirsiniz.
Heç nəyə marağınız yoxdur? Nə isə olmalıdır ki, siz onu etməkdən zövq alasınız. Özünüz üçün bunu kəşf edin.
6. Özünüz üçün gələcəyi xəyal etmirsiniz.
Bəli, həyatda andan zövq almaq da var, amma bəzən də irəli baxmaq lazımdır. Əgər sizin bir məqsədiniz yoxdursa, onda axının sürüklədiyi qayıqdan fərqiniz olmaz.
7. Sizə lazım olmayan adamlarla daha çox vaxt keçirmək.
Dayanmadan heç bir irəliləyiş əldə edə bilməyəcəyiniz insanla münasibət qurmaq sizin öz yerinizdə saymağınıza səbəb olacaq. Xüsusi enerji əmən insanlar var ki, insanı tükəndirirlər. Onlar insanın həyatına daxil olaraq bütün vaxtini və enerjisini oğurlayar və əvəzində də heç nə verməzlər.
8. Siz telefondan çox asılısınız.
Bir anlıq düşünün öz sevimli "oyuncağınıza" nə qədər vaxt sərf edirsiniz? Əgər telefondan bir az aralı dursanız hansı münasibətiniz və ya problemizi düzəlməz ya da korlanar? Sizə internetdən yazan dostlarınız sizə vaxtınızdan əzizdir? Siz vaxtınızı internetdəki dostlarınıza sərf edərkən, yaxında olan əzizlərinizi unudursunuz.
9. Siz pulu boş yerə xərcləyirsiniz.
"Mənə lazımdır" və ya "Bunsuz da yaşaya bilərəm" ifadələrinin arasında çox fərq var. Bəzi insanlar kreditlərdə can çürüdürlər ki, təki onların əlində (əynində) müasir modeldə (dəbdə) nəsə görsünlər. Halbuki bizim yaşamaq üçün elə də çox şeyə ehtiyacımız yoxdur. Yeməyə yeməyimiz, içməyə suyumuz və yaşamağa damımız varsa bu kifayət etməlidir. Artıq olan hər şey bonusdur. O bonusu da özümüzə niyə zülm edərək əldə edək ki?!...
10. Siz yuxu yatmırsınız.
Ən yaxşı yuxu sağlamlığın açarıdır. Əgər siz yuxusuzluq edərək səhərə qədər haralardasa avaralanmağı seçmisinizsə, tezliklə bunun hesabını sağlamlığınızla ödəyəcəksiniz.
11. Öz bədəninizin halına qalmırsınız.
Əgər desək ki, sağlam qida və idman sağlamlıq üçün əhəmiyyətlidir yeni söz olmayacaq. Yadda saxlayın tənzimlənmiş qidalanma və fiziki hərəkətlər təkcə artıq çəkinin deyil, həmdə insanın psixoloji vəziyyətinin düzəlməsinə xidmət edir.
12. Öz rahatlığınızı pozmaq istəmirsiniz.
Öz həyatınızı yaxşılaşdırmaq üçün risk etmək istəmirsiniz? Amma yadda saxlayın dəli kimi risknən, normal riskin arasında fərq var. Ağıllı risklər hərdən lazımdır.
13. Siz bəyənmədiyiniz bir həyatı yaşayırsınız.
Siz həqiqətən xöşbəxtsiniz? Əgər belə deyilsə həyatınızı rəngləyin, həyatdan zövq alın. Bütün mümkün variantlardan istifadə edərək həyatınızı gözəl edin.
Ülviyyə Tahir
XƏBƏR LENTİ
Onurğa sağlamlığı üçün boyun və çiyin məşqləri
"Yaşıl dəhliz" sistemindən istifadə qaydaları təsdiqləndi
Acundan Şeymaya daha bir TƏLƏB
Artıq maskalar rəsmlərdə
İş adamlarının həbsinə başlanıldı
Tərk edilən qadınların ortaq xüsusiyyətləri
Azərbaycanda daha iki nəfər koronavirusdan öldü: 65 yeni yoluxma faktı - RƏSMİ
Britni Spirs sənətdən gedir
Beyonse 3500 dollara köynək aldı - FOTO
Ofisdə işləyənlər idmanla necə məşğul ola bilər?
Rollara görə inanılmaz dəyişikliklərə məruz qalan aktyorlar
Kainat gözəlinə vasitəçilik təklif olundu
Bakıda ildə 78 gün hava yağıntılı olur
Dərimiz niyə quruyur?
Alimlər vegetarianlar üçün “ət” icad ediblər
Hamiləlik və təyyarə ilə uzaq səfər
Makedoniya prezidenti gəlir
İnternetdə ən çox axtarılan söz açıqlandı
Bakıda qanunsuz tikililər ləğv ediləcək!
Bakı bulvarında inanılmaz görüntülər - Minlərlə balıq sahilə çıxdı - VİDEO
Ən faydalı göyərti seçildi
Bakı metrosunda sıxlıq yarandı
Sevinc və güc hərəkətdədir
Fendən istifadə edərkən yol verilən səhvlər
Saç düzümləri
Bazarlar yoxlanılacaq
Emin Sabitoğlunun ad günüdür
Dünyanın ən varlı adamı məlum oldu
Koronavirus təhlükəsi nə zaman sovuşacaq? - Epidemioloq açıqladı
Kəkələmə kişilərdə daha çox müşahidə edilir
Bu şəhərlərin sakinləri zənglə evdən çıxa biləcəklər
Şəhid Milli Qəhrəmanın atası: “Şükür Həmidovun qanı doğulduğu torpağa tökülüb” - VİDEO
Məşhur aktrisa tənqid hədəfi oldu-SƏBƏB/FOTO
Alkoqolsuz içkilərlə bağlı həyəcan
Balıq bazarında - QİYMƏTLƏR
Teatrımıza böyük xidmətlər göstərmiş şəxs - Şəmsi Bədəlbəyli
Qara məkanın qara bəxti: indi nə olacaq?
Ahmet Kural onunla EVLƏNİR-FOTO
Müəllimlərin maaşı 20% artırıldı
Azərbaycanda Müasir Azərbaycan Peşəkarları Layihəsi uğurla həyata keçirilir
Məşhur futbolçu COVID-19-a yoluxdu
200 il əvvəl ölən, amma hələ də YAŞAYAN RAHİB
Günün ulduz falı
Bu il əhya gecələri nə vaxta düşür?
Boşanmaya aparan kiçik problemlər
Sirli xəstəlik: kənd ayıla bilmir
Günün ulduz falı
Livan prezidenti Beyrutdakı partlayışın üç əsas versiyasını açıqladı
Körpə olduğumuz dövrü niyə xatırlamırıq?
Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri bahalaşıb
- ŞƏRHLƏR