Utancaqlıq və özünəinamsızlıq hər bir insana aid edilə bilər. Bəzən bu xüsusiyyətlər insana mənfi təsir göstərir. Utancaqlıq üzündən bəzən insan öz şəxsi həyatını nizama sala bilmir. Onu maraqlandıran insanla ünsiyyət qura bilmir. Düzdür, insanın həyasız və arsız olması mənfi xüsusiyyətdir və zəhlə tökür.
Özünəinamsızlıq isə insanın karyera qurmasına mane olur. Bu iki xüsusiyyəti dəf etmək üçün insana bir xeyli vaxt lazım olur. İndi görək insan özünəinamlı olmağı necə bərpa edib yarada bilər:
1 - Birinci yol odur ki, insan "öz qınından" çıxaraq cəmiyyət içərisinə çıxsın. Ona maraqlı insanlarla tanış olmağa çalışsın. Məsələn, evdən çıxırsa qonşulara "salam" versin. Əvvəlcə qəribə görsənə bilər. Lakin sonradan nə qədər insana təkan verəcəyi aşkar olacaqdır.
Məsələn, siz dükana gedib hansısa bir şey haqqında soruşa bilərsiniz, hətta hansısa bir malı götürüb baxa bilərsiniz. Yaxud yoldan keçən bir şəxsdən yolu soruşa bilərsiz. Görəcəksiz ki, siz insanlarla ünsiyyət qura bilirsiz.
2 - Öz xarici görünüşünüzə əl gəzdirin. Zahiri görüşünüz özünəinamsızlıq əlaməti olmasın. Qara və boz geyimlərdən çıxın, açıq rəngli paltarlar geyinin. Bunun üçün bahalı və brend geyinməyə ehtiyac yoxdur. Səliqəli və qənaətcil halda da nail olmaq mümkündür.
3 - Bu məsələni həll etmək üçün məmləkətimizdə kurslar, treninqlər vardır. Ora yazıla bilər və daxili utancaqlıq, qərarsızlıq və özünəinamsızlığınıza qalib gəlmək üçün daha çox maariflənə və praktiki məşğələlər edə bilərsiniz.
4. Çalışın daha çox böyük və səs-küylü yerlərdə iştirak edəsiniz. Yəni izdihamlı kütlə arasında olmaq sizə faydalı ola bilər. Bəzən lap adamayovuşmayan olsanız belə, bu cür məclislərdə kimsə sizi danışdırmağa çalışacaq. Yaxud siz də kimisə danışdıra bilər, müştərək maraqlı söhbətlər edə bilərsiniz. Lakin nə qədər razı olmasaq da, insanlar üzügülər adama meyil edirlər. Qaramat olmaq bir şey deyil. Odur ki, insanlara təbəssüm bəxş edin.
5. Özünüzü sevməyə və öz qüvvənizə inanmağa çalışın. Özünüzü sevə bilsəniz, ətrafı da sevəcəksiniz. Özünü sevmək və eqoistlik ayrı şeylərdir. Xeyirxah və yaxşı işlərdə ilk öncə Allaha, sonra özünüzə təşəkkür edin. Təşəkkür etmək pozitivlikdir. Özgələrinə də təşəkkür edin.
6. Özünüzə hədəf seçin. Başqasının hədəflərinə qulluq etməyin. Şəxsi hədəfləriniz olmasa sizdən daim istifadə edəcəklər və siz imtina etmək gücündə olmayacaqsız. Elə hədəfiniz olmalıdır ki, siz onu xatırladıqda həyəcanlanmalı və hərəkətə keçməli, heç bir şeydən məyus olmamalısız. Əgər hədəfləriniz sizi hərəkətə gətirmirsə, deməli hədəfiniz yoxdur.
7. Həyata boz baxmayın. Hara baxsanız pozitiv şey axtarın, hikmət axtarın. Kifir adam gördükdə onun ən gözəl cizgisini tapın. "Nəyiniz yoxdur"-a fikir verməyin, "nəyiniz vardır" - bax bu əsasdır. Hər şeyə ah-uf etmək, ahu-zar etmək, deyinmək insanı usandırır. Bədbin edin, zəhlətökən edir. Siz uğurlu insanların deyingən olduğunu görməzsiniz.
Elə bu cəhətlərə riayət etsəniz, bir müddət sonra özünüzdə dəyişiklik görərsiniz. Müvəffəqiyyət Allahdandır. Özümə sizə bu yolda uğurlar arzulayıram.
Farid Abdullah
XƏBƏR LENTİ
Tarixi şəxsiyyətlərin heç yerdə görünməyən fotoları
Bilinçikli Zebra tortu (foto-resept)
Hindistanda havanı süni yağışla təmizləyəcəklər
Saçlarınız gözəl olsun
Ətirlər haqqında bilmədiklərimiz
Kəsmikli salat (foto-resept)
"Qalatasaray"lılara bəd xəbər
İlin ilk GÜNƏŞ TUTULMASI
Alimlər koronavirus xəstəsinin ölüm riskini hesablamaq üsulunu tapdılar
Qida maddələrinin təbiiliyi
Üzü sökülən binaların aqibəti necə olacaq?
Yeni dünya müharibəsi başlayır
11 mühüm simptom
HAVA necə olacaq?-20 Sentyabr
Hansı məktəblərdə tədrisin həftədə beş dəfəyə keçiriləcəyi bilindi - RƏSMİ
İlk öpüşdən 75 il sonra ailə qurdular
Günün qoroskopu: Yaxınlarınızın sizə sualı var
Ərdoğan Kəlbəcərin azad olunması barədə: “Hamı bölgədəki yeni reallığa uyğun davranmalıdır”
Bakıda 350 min dollarlıq maşın
Meyvə-tərəvəzlər haqqında nə bilirik?
Azərbaycanda qeyri-adi hadisə: göydən qurbağalar yağdı
Motivasiya filmləri
Bergüzar və Halit xəstəxanadan çıxarkən görüntüləndi-FOTO
Xalq artisti Zeynəb Xanlarovanın ad günüdür
Bu qış üşüməyə mane olacaq kurtka dəbi
Təsi Babayeva ilə müsahibə
Hansı zövqünüzə uyğundur?
Hava şəraiti kəskin dəyişəcək
ÜST rəsmisi: “Pandemiyanın ikinci dalğası yoxdur”
Ehtiyatlı olun: WhatsApp virus yayır
10 milyonluq rəsm 100 ildən sonra üzə çıxdı
Arnold Şvartsneqqer xəstəxanadan evə buraxıldı
Pomidor maskası
İnsan üzlü balıq görüntüləndi - FOTO
Ebru Şallıya milyonluq hədiyyə
“Wi-Fi” siqnalları gizlənən insanları tapa biləcək - VİDEO
DİM-dən imtahan qaydalarına dəyişikliklərlə bağlı AÇIQLAMA
Müxtəlif modeldə olan uşaq arabaları
Həmişə Azərbaycanın yanında olan DƏMİRƏL
Cəbhədə erməni təxribatı davam edir
Məşhur basketbolçu vəfat etdi
Bayram yeməklərini zibil qutularından çıxarırlar
"Gedib-gəlirsən, evdə yata bilmirsən" - 21-ci əsr Azərbaycan toyları
Bu ağac koronavirus daşıyıcısıdır? - Həkimdən AÇIQLAMA
Hamilələr üçün evdə hazırlaya biləcəyiniz içkilər
Fanatı JLonun anasını vurdu-FOTO
İspan şəhərində çağdaş xəstəxana
HAVA necə olacaq?
Yuxu yozmaları - L
Məleykə Abbaszadə: "IX sinif şagirdləri təhsildən yayınırlar"
- ŞƏRHLƏR