Öz şəxsi biznesini qurmaq, əlbəttə ki, hər bir kəsin arzusudur. Ancaq bunu sadəcə arzulamaqla reallaşdırmaq olmaz. Bəs bu çətin işdirmi? -Əlbəttə çətindir. Və təbii ki, hər kəs özünə bu sualı verir-Mən bunu edə bilərəmmi? -Əlbəttə edə bilərsiniz! Təcrübədən keçmiş və doğru yollardan istifadə etməklə siz də öz biznesinizi qura bilərsiniz. Hələ də gec deyil, elə indidən başlayın. Aşağıda göstərilən yollar sizə öz biznesinizi qurmaqda əminliklə deyə bilərik ki, köməklik edəcək:
— İlk növbədə ideyanız olsun. Bu ideya hazırlamaq istədiyiniz hər hansı bir məhsul və ya insanların ehtiyacı olduğunu düşündüyünüz xidmət ola bilər. Yaxud, bu elə bir şey ola bilər ki, insanlar hələ də ona ehtiyacları olduğundan xəbərsizdirlər, çünki belə bir şey hələ kəşf edilməyib.
— Məqsədlərinizi müəyyənləşdirin. Məsələn, özünüzə sual verin- Maliyyə cəhətdən müstəqil olmaq və böyük şirkət qurmaq, məhsullarınızı ən yüksək qiymət təklif edənə satmaq istərdiniz, yoxsa kiçik, hər ay sabit maaş ala biləcəyiniz kiçik biznesmi qurmaq istərdiniz?
— Biznes planı qurun. Biznes planı sizə kiçik və ya böyük biznesə başlamaqda qərar verməyə kömək edəcək. Biznes planı öz növbəsində aşağıdakı hissələrdən ibarətdir:
Titul vərəqi
Biznesin xarakteristikası
Marketinq strategiyası
Rəqabət və rəqiblərin qiymətləndirilməsi
İstehsal və inkişaf planı
Təşkilat planı
Maliyyə planı
— Öz müəssisənizə və ya məhsulunuza ad qoyun. Hətta, bu adı, plan qurmazdan əvvəl beyninizdə ideyalar varkən belə nəzərdə saxlamağınız, həmin ada uyğun biznesinizi qurmağa kömək edəcək.
— Komanda şəklində işləyin. Biznes qurarkən tək işləmək əvəzinə bir və ya bir neçə güvəndiyiniz dostunuzla birgə işləyə bilərsiniz. Necə deyərlər, güc birlikdədir. Həm də çoxlu insanlarla işləmək çox iş və daha çox ideya deməkdir.
— Düzgün seçimlər edin. Söhbət ilk növbədə işləmək üçün seçəcəyiniz insanlardan gedir. Biri sizin ən yaxın dostunuzdursa və onunla işləməyi seçmisinizsə, bu o demək deyil ki, o, sizin ən yaxşı iş yoldaşınız da olacaq. Necə deyərlər, iş başqa, dostluq başqa.
— Realist olun. Məsələn, öz layihənizi necə maliyyələşdirəcəyinizi düşünün. Biznesin iflas etmə səbəblərindən biri də sərmayə çatışmazlığıdır. Məsələn, biznes qurmaq üçün $50.000-ın kifayət edəcəyini düşünürsüz. Hər şeyin haqq-hesabını aparırsız, lazım olan iş stolları, printer kimi digər bütün materialları aldıqdan sonra növbəti ay gəlir, işçilər maaş gözləyir, vergilər verilməlidir, ancaq büdcə boşdur. Bu cür hallarla qarşılaşmamaq üçün hesabı əvvəldən düzgün qurmaq lazımdır. Növbəti ayı da nəzərə alıb, nəzərdə tutulan miqdardan bir qədər çox götürmək və qalanını ehtiyat kimi saxlamaq lazımdır.
— Rəqiblərinizi gözdən qoymayın. Öz məhsul və xidmətlərinizi rəqiblərinizinki ilə müqayisə edin. Unutmayın ki, yalnız sağlam rəqabət olan yerdə inkişaf var. Məsələn, onların sizinlə eyni olan məhsullarının satış qiymətini öyrənin. Bununla siz daha çox müştəri cəlb etmək üçün ağıllı şəkildə qiymətləri tənzimləyə bilərsiniz.
— Qənaətcil olun. Ofisdə işığın, dəftərxana ləvazimatlarının və telefon danışıqlarının istifadəsinə müəyyən məhdudiyyətlər qoymaq olar.
— İnternet saytınızı yaradın. Əgər onlayn satışla məşğul olacaqsınızsa, peşəkar dizaynerin köməyilə diqqətçəkən internet səhifənizi yarada bilərsiniz.
— Təhlükəsiz və münasib yer seçin. İşləyəcəyiniz yeri kiraləyə və istədiyiniz ölçüdə seçə bilərsiniz. Hətta, kirayələmək üçün Google-da “işgüzar görüşlər üçün kirayəlik məkanlar” yazmaqla axtarış edə bilərsiniz.
— Məhsulunuzun və ya xidmətlərinizin əslinə uyğun şəkildə elanını verin və ya internetdə reklam edin. Dəyişikliklərə adaptasiya olmağı bacarın.
Hal-hazırda internetin daha çox istifadə edildiyi bir dövrdə onlayn şəkildə satış etmək həm sərfəli, həm də daha asandır. Onlayn satış bu baxımdan yeni işə başlayanlar üçün daha sərfəlidir.
Günel Əliyeva
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Məhəmməd Əmin Rəsulzadənin məzarı Azərbaycana gətiriləcək?
Demet Akalın keçmiş əri ilə barışdı-FOTO
Kosmosdan gələn əcaib məxluq peyda oldu
Beyin şişini müalicə edəcək dərman hazırlandı
Bakıda evlərin QİYMƏTİ DƏYİŞDİ
Ledi Qaqa evindən Konsert verəcək
BÜRCLƏR bizə nə vəd edir? -13 MAY
Qeyri-adi ayaqqabılar
Bijuteriyalar 2
İlham Əliyev Azərbaycan xalqına müraciət edir - CANLI YAYIM
Günün ulduz falı
Mənim toxuduqlarım
Oğlu Vətən Müharibəsində iştirak etmiş qadın: “Xoşbəxt anayam, oğlum qardaşımın intiqamını aldı” - VİDEO
Bir ildir Yaşarsızıq, unutmadıq
Adam qüsl alıb qurtarandan sonra yadına düşsə ki...
Bakıda inanılmaz dükan: Nə alsan, 1 manata...
Saatınız irəli çəkildi? - BUNLARA ƏMƏL EDİN
Sağlam pəhriz
Bakının Qızlar Universitetində oğlan?
Aşbaz 5 milyon avroya təyyarə alır
Düşmən Göygölü atəşə tutur - RƏSMİ
Kayli Cenner və Travis Skot barışıb
Hind kinosunda "inqilab" başlanır-FOTO
Nusret klipə çəkildi - VİDEO
Bu günün hava proqnozu
Qubada 20 Yanvar şəhidlərini andılar
İctimai nəqliyyatda yeni gedişhaqqı sisteminin tətbiqi vaxtı açıqlanıb
20 yaşlı qızı 10 yaşlı oğlana ərə verdilər - FOTO
Qızıl maska sayəsində dəriniz işıldasın!
Xəstəxanaya müraciət etmiş şəxsin qulağından görün nə çıxdı
“Beşiktaş” Sərgən Yalçına vaxt verdi
Toxumaq dərsi-8
Koronavirusdan sonra dünyada bir ilk - FOTO
BÜRCLƏR bizə nə vəd edir?-5 Avqust
Nazirlik xəbərdarlıq edir: Endirimli mallar alarkən diqqətli olun!
Kirayə ev axtaranlar, bunlara DİQQƏT EDİN
Acı souslu makaron (foto-resept)
WhatsApp işlədirsiniz? Çox diqqətli olun
Ebru Gündeşin son FOTOsu diqqət çəkdi
Şuşada Yeni il həyəcanı: Əsgərlərimiz Şam ağacı bəzədilər - FOTO
Uşaqlara masajı necə edirlər?
Hamiləlikdə kürək ağrılarını yüngülləşdirməyin 7 yolu
Bu gündən 17 marşrutun hərəkət sxemi dəyişdirilib
B12 vitamininin "səyahəti"
Ermənistan Azərbaycana başqa yol qoymur
Saçlarınızın parlaq və sağlam qalması üçün...
Bergüzar Korel və Halit Ergençə 3,5 milyonluq təklif
Peris Hiltonun 65 min dollarlıq çantası-FOTO
Azərbaycanda koronaviruslu xəstə əhaliyə çağırış etdi - VİDEO
Çox yağda qızartma
- ŞƏRHLƏR