1-ci addım:
Qəti qərar verin: Dil öyrənməyə neçə dəfə başlamısınız? Güman ki, bir çox dəfə. Amma kursa getmisiniz, kitab almısınız, internetdən təqib etmisiniz və sıxılıb buraxmısınız. Təkrar olaraq bunu yaşamamaq üçün dil öyrənməyə ciddi bir qərar verməyiniz lazımdır. Niyə dil öyrənmək istədiyinizi bilməyiniz də bura daxildir. Başqa ölkələrə köçmək, işləmək, gəzmək üçün ola bilər. Başqa dildə oxumaq, yazmaq, izləmək üçün də ola bilər. Hər nə olursa olsun, siz qəti qərarınızı verin və o cür başlayın. Qərar verərkən də, xarici dili, oxumaq, yazmaq, danışmaq və ya hamısını etmək üçünmü öyrənəcəyinizi də dəqiqləşdirin. Sadəcə kitab oxumaq, internetdən məlumat toplamaq üçün dil öyrənəcəksinizə, təbii ki, proqramınız, danışmaq üçün dil öyrənəndən daha fərqli olmalıdır.
2-ci addım:
Proqramınız təqvimli olsun: Dil öyrənərkən özünüzü aldatmayın. 3 ayda dil öyrənmək üçün 24 saat dillə yatıb qalxmalısınız. Şagirdsinizsə, tələbəsinizsə, məmursunuzsa, işçisinizsə, ev xanımısınızsa, müdürsünüzsə, nəticədə, əvvəlcə, işinizi görüb, məktəbinizə gedib sonra dil öyrənəcəksiniz. Ona görə də məqbul və məntiqli bir zaman proqramı hazırlayın. Məsələn, belə bir proqram ola bilər: 6 ayda oxumaq, 10 ayda yazmaq, 12 ayda danışmaq, 24 ayda tərcümə etmək. Bu, ortalama olaraq, yeni bir dil öyrənən insanlar üçün olduqca uyğun bir proqramdır.
3-cü addım:
Proqramınıza əməl edin: Hər öyrənən üçün ən çətin olanı bu tərəfdir. Proqrama əməl etmək. Çünki çox vaxt bir maneə çıxır və proqramımızı pozur. Bu mövzuda rahat olun. Bir gün çalışmadınızsa, axşam yatmazdan əvvəl 5- 10 dəqiqə öyrəndiyiniz dildə cümlələr qurmağa çalışaraq yatın. Ya da maşınınızla ya avtobusla gedərkən telefonunuza yüklədiyiniz materiallardan dinləyin. Əsla, “Neçə gündür, çalışmıram..bu iş olmayacaq” deməyin. Hər zaman davam edin. Kiçik, kiçicik öyrənmə fürsətlərini belə qaçırmayın. Duş qəbul edərkən, yemək hazırlayarkən, piyada getdiyiniz zaman, idmanla məşğul olarkən… Bəzən sizdən asılı olmayan səbələrə görə, proqramınız 1-2 ay kimi uzun müddət qədər uzana bilər. O zaman qətiyyən buraxmayın, ara verdiyiniz müddəti zaman təqviminə əlavə edin və davam edin.
4-cü addım:
Nizamlı öyrənməyin: Bu ifadəni səhv yazdığımı zənn edə bilərsiniz. Xeyr, doğru yazdım: Nizamlı öyrənməyin. Nəzərdə tutduğum budur: Yəni sıra ilə gedərək qrammatik məlumatları, ən sadə cümlələrdən başlayaraq danışmağa çalışmaq məşqləri etməyin. Bu gün çox sadə bir mövzu, digər gün heç eşitmədiyiniz ağır məlumatlar ehtiva edən başqa bir mövzunu çalışın. Qrammatikanı ordan-burdan çalışın. Bir kitaba bağlı çalışırsınızsa, bəzən başlardan..bəzən ortalardan..bəzən sonlardan çalışın. Unutmayın, uşaq olanda, danışdığımız dili öyrənərkən, nə qrammatika bilirdik, nə də dil bilgisi. Eşidə -eşidə şüuraltımız öyrənmişdi və biz də danışmağa başlamışdıq. Yeni dili də bu cür düşünün. Hər şeydən bir şeylər çalışın, dinləyin, danışın.
5-ci addım:
Əzbərləməyin: Xarici dil öyrənərkən əzbərləməyə ehtiyac yoxdur. Çünki həyatdakı ünsiyyətlər əzbərlə yaşanmır, o an təsadüfi yaşanır. Yeni tanış olduğunuz hər kəsdən, “adın nədir, haralısan, nə qədər vaxtdır burdasan, nələri sevirsən” kimi sualları arxa-arxaya soruşuruqmu? Xeyr, söhbət bizi o suallara onsuz da aparır. Əzbərləmək yerinə sözləri və cümlələri bol bol istifadə edin. Yeni bir sözmü öyrəndiniz, bunu dərhal istifadə edin. Mümkünsə, qeyri-adi şəkildə istifadə edin. Məsələn, “yaşıl” sözünü öyrəndiyiniz dildə öyrəndiniz, dərhal qeyri-adi söz birləşmələri və cümlələr qurun: “Yaşıl adam gördüm, yaşıl su içdim, yaşıl çörək yedim” kimi.
Fidan Aslanova
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Alimlər insanın mədəaltı vəzini donuza yerləşdirəcəklər
Bu şəkillərə iki dəfə baxmalı olacaqsınız
Eyfel qülləsi bağlandı-SƏBƏB
Azərbaycanda COVID-a yoluxub ölənlərin faiz nisbəti bilindi - RƏSMİ
Azərbaycanda bayram namazının vaxtı açıqlandı
Sabahdan Bakıda 18 metrlik avtobuslar xəttə buraxılacaq
Qırmızı yoncanın faydaları
Məşhur Bloger Həbs Olundu-SƏBƏB/FOTO
Dünyada ən varlı 5 qadın
Stiv Cobsun ölümqabağı məktubu
Bakıda bu gün əyani formada dərslərə davamiyyət 85-90 faiz təşkil edib
Pis yuxu şəxsi həyatı məhv edir
Çörəkli salat (foto resept)
Azərbaycanlı deputatlar ermənilərə görə ayağa qalxdılar
Prezident: “Dünyada Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın iki ölkə tapmaq çətindir”
HAVA necə olacaq? 15-yanvar
Bakıda çin malları brend adı ilə satılır:12 manatlıq geyim 68 manata
WhatsApp-dan daha bir yenilik
Malıbəyli və Quşçular kəndlərinin işğalından 23 il ötür
Torpaq uğrunda ölən varsa, Vətəndir!
İş adamlarının həbsinə başlanıldı
Avtobuslarda gediş kartından istifadə uğursuz alınıb?
Təhsil nazirindən təbrik
Dəridəki ləkələri yox edən maska
Qadın qəlbini fəth etməyin 18 yolu
Madonna yeni İMİCDƏ-FOTO
Sabah daha bir asteroid Yerə yaxınlaşır
Azərbaycan ordusu yaşayış məntəqələrini və mülki infrastrukturları atəşə tutmur - RƏSMİ
Asqırmağı yozmaq düzgündürmü?
Əhvalı yüksəldən məşğuliyyət
Təhsil Nazirliyi: 1000-ə yaxın tələbə bir ali məktəbdən digərinə köçürülüb
Azərbaycanda Yüksək Texnologiyalar Parkının inşa ediləcəyi yer müəyyənləşib
Sevgi dediyin təmənnasızlıqdır
Südlü brokoli şorbası
Özcan Dənizdən yeni serial müjdəsi
Muncuqlardan düzəltdiyim əl işlərim
Anomal hava daha bir ölkəni cənginə aldı
Tarzan Nataşa Korolevaya xəyanət etdiyini açıqlayıb
Bakının küçələrindən biri dəyişir - XƏRİTƏ
Şahzadə Harri və Meqan Markl toylarının 1 ilini qeyd etdi-FOTO
Üçrəngli bayrağımız Azərbaycan səmasında - VİDEO
COVID-19 peyvəndinin sınaqları dayandırıldı - Naməlum xəstəlik ortaya çıxdı
Real olmadığına inanmayacaqsınız
Hörüklü saç modelləri
"Ananas" salatı (foto-resept)
Karantin bu tarixdə yenidən yumşaldılacaq - RƏSMİ
“Kurtlar vadisi”nin aktyoru boşanır
Yapon alimlər saç yetişdirməyin daha mükəmməl üsulunu öyrəniblər
Xanımların nəzərinə: dişlərinizə diqqət edin
Gündəlik saç yığımları
- ŞƏRHLƏR