İnsanlardan, etmək istədikləri şeyləri niyə etmədiklərini soruşanda, aldığımız cavab, adətən “Vaxtım yoxdur!” formasında olur. Lakin bu doğru deyil və ola da bilməz, çünki vaxt həmişə var, lakiÖzünüzə zaman ayırmağın 3 yolun insanlar ondan istifadə etməyi bilməz. İnsanlar iş yerində saatlarını keçirər, məsuliyyətlərini şişirdər və əsl zaman ayrılmalı olan şeylərə zaman ayıra bilməyəcək hala gələrlər. Çoxumuzun həyat məqsədi belə yoxdur, bəzilərimiz isə həyat məqsədlərini necə gerçəkləşdirəcəyini bilmir. Özünüzdən soruşun.. bizi, davamlı olaraq bir şeyləri istehlak etməyə yönləndirən hal-hazırkı dünyada, xobbiləriniz, maraq sahələriniz varmı və bunlar üçün nə edirsiniz? Özünüzə necə zaman ayırırsınız?
Yaradıcı və məhsuldar olmaq, insanın, həyatını davam etdirməsi üçün birinci dərəcədə önəm daşıyır. Bir çoxumuz, bunu təməl bir ehtiyac olan yemək hazırlamaq məşğuliyyəti ilə gerçəkləşdiririk, lakin, məhsuldarlıq, eyni zamanda bağla məşğul olmaq, şəkil çəkmək, yazı yazmaq, qaralamaq, bəstələmək kimi saysız- hesabsız məşğuliyyətlə də gerçəkləşdirilə bilər. Doyumlu bir həyat üçün, fiziki, psixoloji, duyğusal və intellektual yönlərimizə yaxşı baxmalı və onları qidalandırmalıyıq.
Elə buna görə də, gerçəklə üzləşməyimiz çox önəmlidir: Həyatımızın, məhsuldarlıqla əlaqədar olan bu yönləri ilə nə qədər vaxt keçiririk? Toplamda, nə üçün nə qədər zaman ayırdığımızı hesablayanda, nə qədər çox zamanımızın zibil qutusuna getdiyini anlamağımız mümkün olar.
3 yol ilə özümüzə daha çox və daha keyfiyyətli zaman ayırmağımız mümkündür. İndi, bunlara yaxından baxaq.
1. İş yerində keçən zaman
Çoxumuz, iş yerimizdə saatlar keçiririk. Bu da bəs deyilmiş kimi, evə işi gətiririk. İş əslində gün boyu və gecə belə zehnimizdə yer alır. Davamlı olaraq ediləcək şeyləri düşünür və yoruluruq. Fərqinə varmırıq. İşin əsli budur: iş, iş yerində edilər və iş yerindən çıxdıqdan sonra başqa bir şey etmək vaxtıdır. İş sonrası rejiminizə keyfiyyətli vaxt qalması üçün iş yerindəki zamanınızı doğru planlayın. Əslində, hər gününüzü diÖzünüzə daha çox zaman ayırmağın 3 yoluqqətli və məhsuldar keçəcək şəkildə planlamalısınız. Əgər işiniz, aşırı intensiv və tələbkardırsa, şəxsi sahənizə yer aça bilmirsinizsə, bu iş, sizin üçün çox da uyğun olmaya bilər. Nəhayətdə, sağlamlığınız və əhval-ruhiyyəniz, iş yerindəki məhsuldarlığınıza da birbaşa təsir edir.
2. İş sonrası rejiminiz
İşdən sonra vaxtınızı necə keçirirsiniz? Məhsuldar keçirilən bir iş gününün ardınca dincəlməli, sizi xoşbəxt hiss etdirən bir məşğuliyyətin içində olmalı və ya yaxınlarınızla vaxt keçirməlisiniz. İşdən sonra olan rejiminizi sorğulayın, TV-dəki lazımsız proqramlarla, səmərəsiz internet gəzintiləri ilə vaxt keçirirsiz bəlkə.. ?
Daha erkən yatmağı, daha erkən oyanmağı və özünüzə səhərin məhsuldar enerjilərini hədiyyə etməyi seçə bilərsiniz. TV-dəki hipnozedici proqramlardan uzaqlaşıb ailəniz və ya sevdiklərinizlə zövqlü bir piyada gəzinti edə bilərsiniz. İş sonrası saatlarınıza uyğun bir kurs tapıb bu kursda səmərəli vaxtlar keçirə bilərsiniz. İndi oturun və hesablayın. İşdən sonrakı saatlarınızı necə keçirirsiniz və əslində necə keçirməyi istəyərdiniz? İstəyiniz istiqamətində dərhal bir addım atmağı unutmayın.
3. Digər insanlarla keçirdiyiniz vaxtlar
Vaxtınızın nə qədərini digər insanlarla birlikdə keçirirsiniz? Vaxtınızın çoxunu uşaqlarınız, partnyorunuz və ailənizlə keçirirsiz bəlkə..? Bu təbii ki mükəmməl bir şeydir, sağlam və keyifli bir ailə həyatı üçün onlarla vaxt keçirməyiniz və bunun sayəsində zənginləşməyiniz çox normaldır. Lakin, zamanınızın hardasa hamısı bu şəkildə keçirsə, burda biraz problem olduğu söylənə bilər.
“Özünüzü sevmədən digərlərinizi sevməyiniz qeyri-mümkündür.”
Özümüzə yaxşı baxmasaq, digərlərinə də yaxşı baxa bilmərik.
Özünüzə daha çox zaman ayırmağın 3 yolu
Nə yaxşı ki, zərərin harasından qayıtsaq, xeyirdir. Həyatlarımızı dərhal indi gözdən keçirə bilər, həyatlarımıza yeniliklər gətirə bilərik. Təki istəyək və səmimi bir niyyətlə yola çıxaq. Ağlımızın, bədənimizin və ürəyimizin ən yaxşı baxmalı olduğumuz şeylər olduğunu və həyatda məhsuldarlığımızı artıran seçimlər etməli olduğumuzu xatırlayaq.
Həyatda arzularımızın, yaradıcı xobbilərimizin arxasınca getmək qədər bizə zövq verən bir şey yoxdur. Əgər bunlara vaxt ayırmasaq, qalan hər şey ( iş, uşaqlar, ailə, alış-veriş, ev işləri…) bir müddət sonra bizə boğucu gəlməyə başlayacaq. Sizi hansı məşğuliyyətin və ya xobbinin həyəcanlandırdığını hələ kəşf edə bilməmiş ola bilərsiniz. Bunu tapmaq üçün niyyətinizi dilə gətirin. Və unutmayın, həqiqətən istədiyiniz şeyi etmək üçün hər zaman vaxtınız var.
Fidan Aslanova
XƏBƏR LENTİ
Eyni serialda rol alacaqlar?
Gəncədə "Gənclik onun imzasıdır" adlı layihə çərçivəsində tədbir keçirilib
Prezident: “Bütün şəhid ailələrinə dövlət tərəfindən mənzillər, evlər veriləcək”
Duzlu pomidor (foto resept)
Ərdoğana şeir yazanın aqibəti məhkəmədə həll olundu
Ənənə, yoxsa qanlı şou və qəddarlıq?
Qarğıdalı-düyü salatı
Mini ətək sevirsən? Sellülitə də hazır ol!
6 ölkənin lideri Dağlıq Qarabağ münaqişəsi barədə yekdil fikrə gəlib
İtaliyada Etna vulkanı püskürüb - VİDEO
Günorta yaranan baş ağrılarının səbəbləri
6 erməni əsgər məhv edildi
DİQQƏT! WhatsApp-da yeni problem var
Tom Kruz və İlon Mask kosmosda film çəkəcəklər
Türkiyədə YouTube qadağası ləğv edildi
Necə gözəl gəlin olmalı?
Mübarizsiz 10 il...
Azərbaycanda orta statistik məzunlarla bağlı acınacaqlı statistika
Dünya yenə onları izləyəcək
Həm Android, həm Firefox-la işləyən smartfon
HAVA necə olacaq?- 18 MART
Hansı payız meyvələri çəki atmağa kömək edir?
Türk mətbəxindən "İslak Kek"(foto-resept)
İranda zəlzələ oldu
Azərbaycan sinoptiklərindən xəbərdarlıq
Rusiyada qəribə hadisə: İnsanlar müvəqqəti kor oldu - VİDEO
Hər kəs bu qadınan danışır-SƏBƏB
Sinan Akçıl BOŞANIR
Yerə böyük meteorit düşdü-ŞOK görüntülər-VİDEO
Bunu paylaşan "facebook" profilindən olacaq
Metabolizmanı sürətləndirən tövsiyələr
Qoltuqaltı qaraltıları ilə necə mübarizə aparmalı?
Xamada toyuq filesi (foto resept)
Hipertoniya (təzyiq xəstəliyi)
Bu qəsrdə ruhlar yaşayır
Sevinc gətirən doğuş
Sinir sistemini gücləndirən meyvə
MTN-ə əlavə səlahiyyət verildi
Necə edək ki, öyrəndiklərimizi unutmayaq? - 4 məsləhət
Burun tıxanmasına qarşı tədbirlər
Alimlər cizgi filmini DNT-yə yazdılar
Qarabağ sentyabra qaytarıla bilər
Tarixin ilk selfisi
Psixoloji Etüd - 2
Sözlərin təsnifatı
Yeni ilə qədər bizi nə gözləyir? - İnfeksionist CAVAB VERDİ
Daimi ordusu olmayan ölkələr
Bakının mərkəzi küçələri bağlandı - SİYAHI
Bakı Metropoliteninin hərəkət qrafiki dəyişdi
Azərbaycanlı gimnast: "Vətəndə çıxış etmək böyük məsuliyyətdir"
- ŞƏRHLƏR