Bakıda hava
USD AZN
EUR AZN
15:30Feride Pərvizin qaçmağı zəyifdi 15:30Feride Adada ayrı dava saldı oyunda ayrı sora uzr istədi də 15:29Feride Ayla Pərvizdə gunah yoxduye o yemək bişirənin hiyləsidi 11:39Ayla Ayla Perviz deyesen esebi adamdi 11:38Ayla Ayla Hamiya salammm Survivora kim baxdijQuery162089170006099228_1581925069530?? 08:45Xəyalə Murad Yeni iş və dərs günü hər birinizi salamlayırıq! 08:45Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
41418

Yüksək effektli insanların 7 vərdişi

 

Kitabı oxuduqca özünüzə kənardan baxmağa çalışın. Fikrən otağın uzaq bir küncünə çəkilib özünüzə - stolun arxasında kitab oxuyan adama baxın. Özünüzə başqasının gözü ilə baxa bilirsinizmi? 

İndi isə belə bir şey edin. İndiki ovqatınız haqda düşünün. Onu müəyyən edə bilirsinizmi? Nə hiss edirsiniz? Hazırki psixoloji vəziyyətinizi necə təsvir edərdiniz? 

İndi bir anlığa fikirləşin, görün, düşüncəniz necə işləyir. Sürətlə işləyirmi? Aydındırmı? Hiss edirsinizmi ki, bu intellektual tapşırıqlar və onların mənasını başa düşmək arasında dara çəkilmisiniz? 

Sizin indicə etdiyinizi yalnız insan edə bilər. Heyvanlarda belə qabiliyyət yoxdur. Biz onu “ özünü anlama”, yaxud öz düşüncə prosesini təhlil etmək bacarığı adlandırırıq. Bax, buna görə insan dünyada dominant rol oynayır və nəsildən-nəsilə inkişaf etməkdə davam edir. 

Bu qabiliyyət bizə imkan verir ki, həm öz təcrübəmizdən , həm də başqalarının təcrübəsindən faydalanaq. Bu qabiliyyət sayəsində biz yeni vərdişlər qazanırıq, lazımsız vərdişləri isə tərgidirik.  

Yüksək effektli insanların 7 vərdişi

Biz hisslərimizin eyni deyilik. Biz əhval-ruhiyyəmizin eyni deyilik. Hətta öz fikirlərimizin də eyni deyilik. Bu şeylər haqqında fikirləşməyimiz faktdır, bu fakt bizi onlardan və heyvanlar aləmindən ayırır. Özünü anlama qabiliyyətimiz hətta kənardan özümüzü necə “görməyimizi” yoxlamağa, öz paradiqmamızı – effektivliyin ən fundamental paradiqmasını görməyə imkan verir. Özünü anlama təkcə münasibət və davranışımıza deyil, həmçinin başqa adamları necə görməyimizə də təsir edir. 

Əslində, özümüzü ( və başqalarını ) necə görməyimizi nəzərə almasaq, başa düşə bilmərik ki, başqaları özünü necə görür, özünü və ətraf aləmi necə dərk edir. Özümüz də başa düşmədən, öz niyyətimizi onların davranışı üzəridə proyeksiya edib hesab edəcəyik ki, biz obyektivik. 

Bu həm potensialımızı, həm də başqaları ilə qarşılıqlı təsir qabiliyyətimizi ciddi şəkildə məhdudlaşdırır. Amma insanın nadir qabiliyyəti olan özünü anlama sayəsində biz öz paradiqmalarımızı qiymətləndirərək dərk edirik ki, onlar gerçəkdirmi, ya da prinsiplərə əsaslanırmı, yoxsa şərtidir, şəraitdən doğur. 

“ Yüksək effektli insanların 7 vərdişi” kitabından

Səslərin sayı: 2
2
1551
Şərhlər
Online
Xəyalə Murad
Bu qabiliyyət bizə imkan verir ki, həm öz təcrübəmizdən , həm də başqalarının təcrübəsindən faydalanaq. Bu qabiliyyət sayəsində biz yeni vərdişlər qazanırıq, lazımsız vərdişləri isə tərgidirik.
29 may 2016 16:04
imza: Bu daş əvvəldən belə DAŞ deyildi...Yumşaq torpaq idi...Yağış amansızca yağıb onu palçığa döndərdi...Külək deyinə-deyinə əsdi, üst-başını qurutdu...Günəş də quru olduğunu görüb onu yandırmağa cəhd etdi və yandırdı...Bu prosses illərlə təkrarlandı, təkrarlandı...O yumşaq torpaq bu üçlüyün zülümlərindən qurtulmaq üçün çarəsiz qalıb DAŞLAŞMAĞA qərar verdi. Və DAŞA döndü. İndi ona nə yağış, nə külək, nə də günəş təsir edə bilir...
PS. Gəlin bir-birimizi DAŞLAŞDIRMAYAQ!
Offline
Ceylan Mumoğlu
Kitabı oxuduqca özünüzə kənardan baxmağa çalışın. Fikrən otağın uzaq bir küncünə çəkilib özünüzə - stolun arxasında kitab oxuyan adama baxın. Özünüzə başqasının gözü ilə baxa bilirsinizmi?

Bunu birdən-birə etmək olmur, bir neçə bu tip kitap oxunub+ məşq edilməli, təcrübədən keçirilməlidir.
Kitab özü isə yaxşı kitabdır, aydınladır.
27 may 2016 11:20
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!