Həyati hədəfinizi seçməkdə aşağıdakı yeddi sual sizə yardımçı ola bilər:
1. Hansı işlə məşğul olmaq daha çox xoşunuza gəlir?
Sizin hədəfiniz sevdiyiniz şeylə birbaşa əlaqəlidir. Ən aydın məqsədli insanlar o adamlardır ki, sevdikləri işlə məşğul olurlar. Məsələn Bil Geyts kompyuterləri, Opra Uinfri adamlara yardım etməyi sevir, Edison isə yeni bir şey icad etməyi sevirdi. Bəs sizin xoşunuza gələn nədir?
Bəlkə siz oxumağı, yazı yazmağı sevirsiniz; bəlkə idmanla məşğul olmaq, oxumaq, rəsm çəkmək və ya yemək bişirməkdən xoşunuz gəlir? Bəlkə bizneslə məşğul olmaq, alqı-satqı etmək, ünsiyyət qurmaq və ya hər hansı bir şeyi təmir etməkdən xoşunuz gəlir? Ya da bəlkə insanları dinləməkdən zövq alırsınız? Hər halda, sizin hədəfiniz sevdiyiniz şeylə bağlı olmalıdır.
2. Boş vaxtlarınızda nə ilə məşğul olursunuz?
Boş vaxtlarınızda məşğul olduğunuz məşğuliyyət sizə həyatdakı hədəfinizi tapmaqda yardımçı ola bilər. Rəsm çəkməyi sevirsinizsə, deməli, bu məşğuliyyət sizə istiqamət verə bilər. Bunu istənilən hobbi və maraq haqqında da söyləmək olar - istər yemək hazırlamaq olsun, istərsə də insanlarla danışıqlar aparmaq və s. Siz sadəcə bu əlamətləri gözardı etməməlisiniz. Bəs bu əlamətləri necə ayırd etmək olar? Məsələn, kiminsə təhsil almaqdan və nə isə yeni bir şey öyrənməkdən xoşu gəlir. Ola bilər ki, belə bir şəxsin həyati məqsədi müəllimlikdir. Buna görə də mütləq bu haqda düşünün: Boş vaxtınızda nə işlə məşğul olursunuz və ya nə işlə məşğul olmağı istəyərdiniz?
3. Daha çox nəyə diqqət göstərirsiniz?
Satıcı asanlıqla malın satılıb-satılmayacağını ayrıd edə bilir. Saç ustası insanın saç düzümünə diqqət edir, dizayner zövqsüzlüyü seçə bilir, mexanik isə maşının səsindən onun durumunu müəyyən edə bilir. Bəs siz nəyə diqqət edirsiniz? Sizdə nə ikrah hissi doğurur? Sizin verdiyiniz cavabların hamısı həyati hədəfinizi seçməkdə sizə yardımçı olacaqdır.
4. Öyrənmək istədikdə nə haqqında məlumat almaqdan xoşunuz gəlir?
Hansı kitab və jurnalları oxumaq xoşunuza gəlir? Bəlkə sizə biznez, kulinariya və ya balıq tutmaq haqqında oxumaq zövq verir? Hər halda, soz öz tərcihinizi həyatınızda həll etməyinizin zəruri sayıldığı problemə eyham kimi qiymətləndirməlisiniz. Düşünün, əgər şəxsi kitabxananızı qurmaq istəsəydiniz, oraya hansı kitabları seçərdiniz? Bəlkə sizin xoşunuza gələn kitablar fərdi inkişafla bağlıdır?
5. Hansı şey sizdə incəsənətlə məşğul olmaq arzusu yaradır?
Bəlkə sizin üçün alqı-satqı prosesi bir incəsənət təcəssümüdür? Ya da bəlkə siz jurnalda yeni orijinal yemək resepti görən kimi dərhal onu hazırlamaq istəyirsiniz? Bəlkə qarşılaşdığınız hansısa bir səhnə sizdə gördüklərinizi kağız üzərinə köçürmək hissi yaradır? Düşünün görün, sizi nə irəliyə doğru çəkir?
6. Ətrafınızdakı insanların sizdə bəyəndiyi keyfiyyət nədir?
Ətrafınızda sizi dəyərləndirə biləcək insanlar vardırmı? Əgər sizin bişirdiyiniz yemək kiminsə xoşuna gəlmirsə, sizdən çətin ki, baş aşpaz çıxsın. Bəlkə camaatın sizin oxumağınızdan xoşu gəlir, ya da sizin rəsm qabiliyyətinizi, alqı-satqı bacarığınızı tərifləyirlər?Gəlin razılaşaq ki, hər birimizdə elə bir xüsusiyyət vardır ki, başqa insanların da xoşuna gəlir.
7. Əgər siz qəti surətdə bilsəydiniz ki, uğur qazanacaqsınız hansı peşə ilə məşğul olardınız?
Kimsə şəxsi gözəllik salonunu açardı, kimsə öz gücünü musiqi layihəsində sınayardı, kimsə bir dükan açıb ticarətlə məşğul olardı. Sİzin də verəcəyiniz cavab axtardığınız həyati hədəfiniz üçün açar rolunu oynayacaqdır.
XƏBƏR LENTİ
"Rüzgar gülü"pizza (foto resept)
Hamilə qadınlar hansı çaydan içməlidirlər?
Ən çox yayılmış burun tipləri
Dəbdə olan kəmərlər
WhatsApp-da yeni yasaq
Köhnə kitablar üzərində rəsm əsəri
Erməni jurnalist: "Ağdərədə taleyimiz həll olunur"
Pensiyalar haqqında yeni QANUN
"Real Madrid" ilə "Atletiko" növbəti mərhələdə
Bakıda evlərin bahalaşmasının səbəbləri
“Mucize Doktor”da yeni aktyor - FOTO
Yay fəslində hansı rənglər dəbdədir?
Adınıza saxta profil yaradılıbsa...
İlk iş gününün hava proqnozu
Gözəlliyə kölgə salan vərdişlər
Serdar Ortaçın xanımı 1 FOTOdan 30 min qazanır
Dünyanın ən böyük ağac evi
Ruhunuzun rəngi hansıdır?
Nişan üzükləri
Şagirdlər üçün bütün dərsliklər tədris ili başlananadək məktəblərə çatdırılacaq
Leyla Əliyeva YAY Qalereyasında rəssam Aida Mahmudovanın "Umwelt" adlı fərdi sərgisi ilə tanış olub
Aşbazların sirləri
Feyxoanın möcüzələri
Körpələrə vurulan peyvəndlər
Günəşdə güclü qasırğa
Günün qoroskopu: bədgümanlığınız varsa, yeni layihəyə başlamayın
Həkimlər bənzəri olmayan hərəkətlə qadını xilas etdilər - FOTO
30 itlə yaşayan qadının həyat hekayəsi
Beynində 25 şiş var idi-Özü özünü sağaltdı-FOTO
Milli Məclis dövlət büdcəsini müzakirə edəcək
Həftənin ilk iş günü yağışlı olacaq
Bakının iki böyük rayonunda qaz problemi olacaq
Bakı küçələrini xüsusi texnika təmizləyəcək
Bir neçə rayonda qaz problemi olacaq
Almaniya haqqında maraqlı faktlar
Mandarinin faydaları
Rus dili dərs-29
Bu adlar yasaqlandı
Sızanaqlardan uzaq olmaq üçün 5 tövsiyə
Cəbhədən ən son xəbər
Messi əməliyyat olunacaq
Məleykə Abbaszadə imtahanlarda dəyişikliklərlə bağlı danışdı
“Virus 5G dalğaları ilə yayılmır” - AÇIQLAMA
Uşaqlarınıza çoxlu balıq yedizdirin
Prezident: “Bəs Cəbrayıla yol çəkirdin, Paşinyan, nə oldu? Hanı bu yol? Cəhənnəmə getdi”
2012-ci ilin ətək modası
Azərbaycanda bütün terminoloji lüğətlər Terminologiya Komissiyasının xətti ilə çap edilə bilər
Hava haqqında - 11.01.2014
Günün ulduz falı
"Qadin.Net"-lilərin həyatdan qorxuları və qorxmadıqları (3)
- ŞƏRHLƏR