Bakıda hava
USD AZN
EUR AZN
17 fevral 20:11Surayye yasin nervlərimlə oynuyur 17 fevral 20:11Surayye Ayla quzum əsəbləşdirən olsa mən də partdayaram da 17 fevral 20:11Surayye Fəridə canım o zəyif deyil e parkura oyrəşənə kimidi 17 fevral 15:30Feride Pərvizin qaçmağı zəyifdi 17 fevral 15:30Feride Adada ayrı dava saldı oyunda ayrı sora uzr istədi də 17 fevral 15:29Feride Ayla Pərvizdə gunah yoxduye o yemək bişirənin hiyləsidi
41421

Avropa vә rus klassik musiqisi

 

Avropa vә rus klassik musiqisi

 

Avropa dünyaya A. Vivaldi, F. Hendel, İ. Bax, J. Haydn, T. Arne, F. Mendelson, C. Bize, R.Vaqner, C. Verdi, A. Dvorjak, F. List, İ. Ştraus, F. Şopen, N. Brams vә başqa dahi bәstәkarları bәxş edib. Lakin iki dahi bәstәkar var ki, mәnim üçün heç kimlә müqayisә oluna bilmәz. Bunlar – Volfqanq Amadey Motsart vә Lüdviq Van Bethovendir. Motsart artıq 5­6 yaşı olanda musiqi bәstәlәmәyә, konsertlәr vermәyә, Avropanı gәzmәyә başlamışdı. Londonda 10 yaşında ilk simfoniyasını, 11 yaşında ilk operasını yazmışdı. 18 yaşına qәdәr bu vunderkind artıq 25 simfoniya bәstәlәmişdi. O, çox qısa (cәmi 35 yaş) ömrü boyu “Sehrli fleyta”, “Don Juan”, “Fiqaronun toyu” kimi әsrlәr boyu dünyanın әn mәşhur sәhnәlәrinin repertuarından düşmәyәn operalar, 41 simfoniya, fortepiano vә orkestr üçün konsertlәr, skripka, fleyta vә orkestr üçün konsertlәr, divertismentlәr, sonatalar, serenada vә fortepiano pyeslәri yazıb. Şedevr musiqi yaradıcılığının hәcminә görә Motsartın tayı­bәrabәri yoxdur. Motsart musiqiyә işıq gәtirdi, öz musiqisi ilә insanlara sevinc, nikbinlik, insanların әn çәtin mәqamlarında onlara hәyat, yaşamaq eşqi, ümidi bәxş elәdi. Neçә әsrlәrdir ki, Motsart musiqisi insanları sevgiyә, hәyatdan hәzz almağa çağırır. Tәәssüf ki, bu dahinin şәxsi hәyatı onun işıqlı musiqisi ilә uzlaşmadı. O, ömrünün sonlarını sәfalәt içәrisindә keçirdi. Xәstәlik, tәnhalıq, cәmiyyәtdәn tәcrid olunmaq, heç kimә lazım olmamaq, unudulmaq fikri onun ömrünün sonu gәldiyindәn xәbәr verirdi. O, bu hisslәrin tәsiri altında dahiyanә, lakin onun optimist ruhuna uyğun gәlmәyәn “Rekviyem”i yazır (ölümünә az qalmış). “Rekviyem” onun ölüm himni idi. Bax belәcә, әdalәtsiz cәmiyyәt, onun fantastik yaradıcılıq uğurlarını gözü götürmәyәnlәr, onu ölüm ayağına gәtirdilәr, öldürdülәr. Öz musiqisi ilә milyonlarla insana sevinc gәtirәn bir dahinin dәfnindә cәmi bir neçә iştirak etdi. Bәzәn fikirlәşirәm ki, tәki Motsart “Rekviyem”i yazmayaydı. Gözümdә nikbin, optimist, hәyatı, insanları sevәn Motsart kimi qalaydı. Lakin “Rekviyem”in әdalәtsiz, riyakar cәmiyyәtә, insanlara, haqsızlığa, layiq olmadığı sәfalәtә, unutqanlığa etiraz himni kimi sәslәndiyini qәbul etdikdә, nә yaxşı ki, “Rekviyem” yazılıb qәnaәtinә gәlirәm. Lüdviq Van Bethoven musiqiyә әzәmәt, möhtәşәmlik, qәhrәmanlıq gәtirdi. Onun 9­cu, 6­cı simfoniyaları, “Eqmont” simfonik süitası simfonizmә yeni sәslәr gәtirdi, simfonik orkestrin bütün imkanlarından necә istifadә etmәyin nümunәlәri oldu. Bethoven simfoniyaları, opera musiqisi, fortepiano vә simfonik orkestr üçün konsertlәri ilә ciddi, әzmkar, pafoslu, tәntәnәli göründüyü halda sonataları ilә, “Elizaya” şedevri ilә necә bir incә qәlbә, mәrhәmәtә, coşqun sevgiyә malik olduğunu göstәrdi. Bu musiqi әsәrlәri Bethovenin nәhәng istedadının ifadәsi kimi sәslәnir. Nәzәrә alsaq ki, bu dahi bәstәkar bu möcüzә әsәrlәrinin çoxunu eşitmәkdәn mәhrum olandan sonra yazıb, insan heyrәtlәnmәyә bilmir. Motsart vә Bethoven Haydnı öz müәllimlәri hesab edirdilәr. Doğrudur, Haydnın tәsiri Motsarta daha çox olmuşdu, lakin hәr iki istedadlı şagirdlәr bir­birindәn fәrqli, öz yolları ilә getmişdilәr. Hәtta adi musiqisevәr Motsartla Bethovenin musiqisini qarışdırmaz. Memarlıqda olduğu kimi, musiqidә dә barokko üslubu var. Bu üslubun әn görkәmli simaları Antoni Vivaldi, Fredrik Hendel, İohan Sebastyan Baxdır.

 

Avropa vә rus klassik musiqisi

 

Vivaldinin “İlin fәsillәri” orkestrlәrimizin, musiqiçilәrimizin ifasında gözәl sәslәnir. Hendel tәbiәt vurğunu idi. Bu, onun musiqisindә (Xüsusilә “Water music” (“Su musiqisi”) әsәrindә) qırmızı xәtlә keçir. Bax öz orqan musiqisi ilә (xüsusilә “Toqatta”) mәşhurlaşıb. Musiqidә intibah dövrünün әn parlaq simalarından biri Josef Haydndır. O, yüzdәn çox simfoniyanın müәllifidir. Haydnın, qeyd etdiyim kimi, Motsartın, Bethovenin yaradıcılığına böyük tәsiri olub. Alman bәstәkarı Riçard Vaqnerin musiqisini sevә bilmirәm. Onun musiqisindә bir sәrtlik, qorxu, vahimә, hәtta, amansızlıq hiss edirәm. Vaqner Hitlerin sevimli bәstәkarı idi. Bәlkә elә bu fakt da mәnә tәsir edib. Bәstәkar nә qәdәr mәşhur olsa da, onu daha da mәşhurlaşdıran, tanınmış orkestrlәrin repertuarından düşmәyәn, konsertlәrdә mütәmadi sәslәnәn әsәrlәri olur. Mәsәlәn, Bramsın “Macar rәqslәri”, Listin “Macar rapsodiyası”, Dvorjakın “Slavyan rәqslәri”, Ştrausun valsları, polkaları, marşları belә әsәrlәrdәndir. Fortepianonun Allahı sayılan Fredrik Şopen insanın ruhuna oxşayan valsları (mәnim üçün, әn sevimlisi “Vals­fantaziya”, Vals №7), etüdlәri, noktürnlәri ilә mәşhurlaşıb. İtalyan xalqının fәxri Cüzeppe Verdi çoxsaylı operaları içәrisindә “Nabukko”, “Otello”, “Aida”, “Trubadur”, “Traviata”, “Riqoletto” operaları ilә dünya şöhrәti qazanıb. Neçә әsrlәrdir, bu operalar dünyanın әn mәşhur sәhnәlәrindәn düşmür. Puççininin “Toska”, “Turandod”, “Bohema”, “Madam Batterflyay (Çio­Çio­San)” operaları әsrlәr keçsә dә, şöhrәti azalmayan әsәrlәrdir. Feliks Mendelsonun “Toy marşı” (bizdә “Vağzalı” ilә yanaşı) toyların yaraşığıdır. Leonkavallo çoxsaylı operettaların müәllifi olsa da, Azәrbaycanda daha çox “Mәzhәkәçilәr (Payatsı)” operası ilә tanınır. İoqan Ştrausun “Yarasa”, “İndiqo vә qırx quldur”, Leqarın “Şәn dul qadın”, “Qaraçı sevgisi” operettaları keçmiş sovet xalqlarına, o cümlәdәn azәrbaycanlılara yaxşı mәlumdur. Rus klassiklәri içәrisindә P. Çaykovski xüsusi yer tutur. O, yaradıcılığının genişliyi ilә bütün bәstәkarları geridә qoyur. Musiqinin elә bir janrı yoxdur ki, o, orada dәrin iz qoymasın. “Yevgeni Onegin”, “Qaratoxmaq qadın”, “İolanta”, “Mazepa”, “Çarodeyka” operaları, “Yatmış gözәl”, “Qu gölü”,“Şelkunçik” baletlәri, fortepiano vә orkestr üçün konsertlәri, simfoniyaları, “İtalyan kapriççiosu”, “Motsartiana” simfonik әsәrlәri, “İlin fәsillәri” әsәrlәri, romansları onu dünya musiqisinin dahilәri sırasına daxil edib. M. Qlinkanın da rus klassik musiqisinin inkişafında misilsiz xidmәtlәri olub. “İvan Susanin”, “Ruslan vә Lyudmila” operaları, “İspan kapriççiousu”, “Araqon xotası” simfonik әsәrlәri, romansları müәllifә әbәdi şöhrәt gәtirib. İspan mövzusunda yazılmış әsәrlәr o dәrәcәdә ispan ruhludur ki, onların müәllifinin rus olması inanılmaz görünür. S. Raxmaninov hәm dahi pianoçu kimi, hәm dә fortepiano vә orkestr üçün konsertlәri ilә dünyada mәşhurdur. A. Borodin “Knyaz İqor”, M. Musorqski “Xovanşına” operaları vә simfonik әsәrlәri ilә, RimskiKorsakov “Şәhrizad” simfonik süitası vә başqa simfonik әsәrlәri ilә tanınır.

 

Yüngül musiqi İndi pop, rok, caz adlandırılan musiqini әvvәllәr ümumilikdә yüngül musiqi adlandırırdılar. Hay­küy, qışqırtı, bağırtı ilә müşayiәt olunan “musiqi”ni nәzәrә almasaq, insanın ruhunu oxşayan, xoş әhvalruhiyyә yaradan yüngül musiqi nümunәlәri kifayәt qәdәrdir. Sevә­sevә qulaq asdığım bir neçә nümunәlәri sadalaya bilәrәm: “Chariots of fire”, “Old San Juan”, “Butterfly”, “The fool”, “The Lonely Shepherd”, “The Magus” vә Yanninin başqa musiqilәri vә s. Riyaziyyatçı­mexanik ixtisasım mәni hәr şeyә ciddi yanaşmağa, düşünmәyә, araşdırmağa öyrәşdirib. Bu azmış kimi, musiqiyә, әdәbiyyata münasibәtim, üstәlik, hәyat qayğıları mәni rahat, qayğısız yaşamağa qoymur. Lakin bir musiqi janrı var ki, onu dinlәyәndә, real hәyatdan ayrılıram, heç nә barәdә fikirlәşmirәm, düşüncәlәrim yox olur. Bu, rok­n­roldur. Ümumiyyәtlә, insan rәqs edәndә, dәrdi­sәri unudur, qayğısız görünür. Odur ki, bütün insanlara mәslәhәt görәrdim ki, sәhәr gözünü rok­n­rolla açsın. Cazın mәnә әn böyük lәzzәt verәn bir növü var. Bu növ musiqidә alәtlәr bir mövzuya, süjetә tabe deyillәr, hәr alәt öz bildiyi kimi çalır, saksofon bir söz deyir, truba başqa söz, zәrb alәtlәri, hәtta, kontrabas da sәrbәstliyini tam qoruyur, bir sözlә, nizamlı xaos yaranır. Bu musiqi başdan­ayağa improvizәdir. Adama elә gәlir ki, eyni musiqi hәr dәfә fәrqli çalınır. Yalnız ritm saxlanılır. Mәn bu musiqini qayğısız musiqi adlandırıram.

Xəlil Məcidoğlu "Musiqi haqqında"


Səslərin sayı: 3
6
4207
Şərhlər
Offline
Azadrenocka
قلب ,
Məndə açıldı hamısı, çox gözəl seçimlərdir, musiqisiz qala bilmirəm.
Ay xanım, siz başqa bir veb səyyahdan daxil olun.
27 may 2016 09:03
Offline
أحبك
Niye gore bu videolar acilmir hec biri? Qulaq asmaq istedim amma acilmadi hec. Bu videolarin linklerini yenileyinde zehmet olmasa.
29 dekabr 2015 16:42
imza: فراق
Offline
Yagmur damlasi
Musiqi tehsilim oldugu ucun bu klassiklerin heyati haqqinda melumatliyam.
Xeber ucun sagolun.
23 dekabr 2015 11:04
Offline
QWEN
Klassikanı çox xoşlayıram , Mozart, Bethoven və s.
22 dekabr 2015 19:25
imza: Heç vaxt ona verdiyin qiyməti sənə verməyənlə dost olma.
(Hz. Məhəmməd)
Offline
Aysel İ.
Bu günki neqativ xbərlərdən sonra, dolların bahalaşmasını deyirəm. Bu xəbər yerinə düşdü. Fikrimiz dağıldı. Təşəkkürlər Aviana xanım.
21 dekabr 2015 20:00
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Fatma xanım
Heyifki musiqiyə qulaq asa bilmədim ama əminəm ki maraqlı olar
21 dekabr 2015 17:56
imza: Şükr etməyəndən sonra dünyaları yesən nə faydası.

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış