Həyatınızın sıfırlanması və əsaslı təmizliyi
Ağzına qədər dolmuş stəkanın üzərinə bir şey əlavə etmək mümkün deyildir. Bu, istənilən dəyişikliyin başlıca prinsiplərindəndir. Təcrübə yükünü səliqəyə salmadan hərəkət edərək həyatı əsaslı şəkildə səliqəyə salmaq bərbad nəticələr verir.
Sizin həyat pazlınız hər zaman eyni şəkil formasını alacaqdır. Çünki siz hər dəfə eyni elementlərdən, hər nə qədər qarşıdırsanız belə, istifadə edirsiniz.
Özünü yaratmağı anlamaq, yenidən təcrübə qazanmaq üçün hər şeyi sıfırlamaq lazımdır.
Bunu yaratmağa başlamaq üçün nə hədəf təyin etməyə başlamaq, nə özünü beş ildən sonra təsəvvür etmək, nə özünə missiya təyin etmək, nə də falçılıq etmək lazımdır. Çünki bütün bunlar baş vermiş hadisələr arasında dolaşaraq əngəl yaradacaqdır ki, bu da çoxlu sayda enerjinin itməsinə səbəb olacaqdır.
Başlamaq üçün, öncə həyatınızdan bütün zir-zibilləri atmalısınız; bu həyatınızın işlək olan bütün mərhələlərində olmalıdır.
Keçmişlə əlaqədar şeylərin ağızbağız dolaraq nəzarətdən çıxması iki şeyə gətirib çıxarır:
1. Keçmişinizin sonsuz sayda istehsalına: həyat sizin üçün dejavüyə bənzəməyə başlayır.
2. Həyat tempinizin zəifləməsinə: bu o deməkdir ki, sanki başqalarına baxıb görürsən ki, onlar sənə nisbətən bir şeyi üç dəfə daha çox çatdırırlar və sən də bunu necə etdiklərini başa düşə bilmirsən. Həyatda uğur qazanmaq, bunu həyatın bütün sahələrində tətbiq etmək yalnız böyük sürətlə olduqda mümkündür.
Həyatda təmizlik aparmaq üçün bu işi onun bütün mərhələlərində icra etmək lazımdır: keçmişinizdə, indiki durumunuzda və – heç də təəccüb etməyin, gələcəyinizdə. Bəli, elə gələcəyiniz də zir-zibillə doludur. Hamısı da mənasız xəyallarla doludur. Lakin bunu da təmizləmək labüddür.
Buna görə də indiki durumunuzdan başlayın. Çünki o, daha əlçatandır – indi və burada. İndiki anı zir-zibildən təmizləmək sizə güc, yeni enerji verəcəkdir ki, sizin buna daha çox ehtiyacınız vardır.
Əsas olan şəxsi işləriniz arasında asılıb-qaldığınız şeyləri rədd etməkdir.
Qeyd etmək lazımdır ki, indiki durumunuzu dərhal cilalamaq lazım deyil. Əvvəlcə səhman yaratmaq lazımdır; asılı qaldığınız şeyləri bağlamaq lazımdır, hətta sıfırlamaq məcburiyyətində qalsanız belə. Gözləntidə olan şeyləri siyahıdan çıxartmalısınız, ya da, əgər həmin şeylər bir neçə həftədən çox asılı vəziyyətdə qalmışlarsa, onlara əncam çəkməyə başlamalısınız. Bu sizə nəhəng yeni enerji axını bəxş edəcəkdir.
İndi isə bir az daha ətraflı:
1. Zibilləri atırıq;
Bütün zibillərdən canımızı qurtarmalıyıq. Əvvəlcə evimizdən başlamalıyıq. Atırıq, paylaşırıq və ya ehtiyacı olanlara veririk. Lakin belə bir niyyət etməməliyik ki, “bir qutuya qoyum, nə vaxtsa ehtiyacı olan birinə verərəm”. Əksinə, həqiqətən də, evdən çıxartırıq. “Gözləmə” siyahısında heç nə saxlamırıq.
Zibil nədir?
Bu elə şeylərdir ki, siz onlardan istifadə etmirsiniz. Gəlin belə edək: Bir il ərzində nədən ki istifadə etməmisiniz, onu aradan çıxartmalı, başqasına verməli, satmalı, ya da tullamalısınız.
– İstifadə etmədiyiniz geyim əşyaları;
– Suvenirlərin böyük hissəsi; lakin elə suvenirlər vardır ki, onlar, həqiqətən də, xoş abu hava yaradırlar. Bu cür olanları istisna etmək olar;
– İstifadəyə yararsız və ya köhnəlmiş qab-qaşıq, texniki vəsaitlər.
Nə qədər dərinə getsəniz, bu sizin üçün bir o qədər faydalı olacaqdır. Bunu birdəfəlik başa düşün ki, hər şey, hər bir xırda detal enerjinizin bir hissəsidir. Onlara ayıq başla baxın, əlinizə – yeni təcrübənizə yalnız o şeyləri götürün ki, onlar sizə lazım olur və sizi sevindirir. Hər bir şeyin yanına yaxınlaşaraq özünüzə sual verin ki, görəsən bu şey mənə lazımdırmı? Yoxsa onun yerini yeni bir şeylə əvəz edim?!
Ağızbağız dolmuş stəkanın üzərinə bir şey tökmək mümkün deyil. Əgər stəkan boşalarsa, üzərinə əlavə etmək mümkündür. Xəsislik göstərildikdə daha təəccüb etmək lazım deyil ki, nə üçün dəyişikliyə yer qalmır.
Əlqərəz, əsaslı təmizlik aparmaq “Həyatıma hansı sayda yeni təcrübə buraxmaq iqtidarındayam” adlı bir oyundur. Nə qədər çox atsanız, o qədər hazır olarsınız.
Yeri gəlmişkən, bu həm də sizin ətrafınız, o cümlədən iş yeriniz, bağ eviniz, maışınınız və sair yerlərə də aiddir.
2. Faylları atırıq;
Zir-zibili tullamaq – gül-çiçəkdir, artıq faylları atmağın vaxtıdır! Kompüter arxasında və internetdən istifadə edərək nə qədər vaxt keçirirsiniz? Virtual olsa da bunlar sizi əhatə edən şeylərdir. Onsuz da bunlar sizin həyatınızın bir parçasına çevrilmişdir.
Biz hər şeyi kompüterimizə yükləməyə öyrəşmişik: “Axı niyə də ataq? Yaddaşı kifayət qədərdir”.
Burada da prinsip eynidir – enerjini azad etmək. Yalnız sizin üçün əhəmiyyəti və dəyərli olanını saxlayın. Axı lazımsız fayllar kimə lazımdır? Bunların hər biri sizin bir parçanızdır, özümüzlə daşıyırıq, nə qədər çox olsa, o qədər artıq yük olacaq və hər şeyi ləngidəcək.
Belə bir təmizlik təkcə şəxsi avadanlığınız üçün deyil, iş kompüteriniz, xüsusilə də virtual akkauntlarınız, sosial şəbəkələr, bloqlar və saytlara da aiddir.
3. Səliqə-səhman yaradırıq, hər bir şeyi öz yerinə qoyuruq, faylları sistemləşdiririk;
Bəziləri elə düşünür ki, sistemli şəkildə təmizlik işləri aparmaq kimə lazımdır? Lakin bu cür təmizlik yaxşı və effektli şəkildə işlərə əncam çəkmək üçün, xüsusilə də sürətlə iş görməyə ehtiyac duyduqda adamın karına gəlir. İş maşanızda və ya evinizdə xaos hökm sürürsə, yeni sürətə qoşulmağınız qeyri-mümkündür.
4. Gələn informasiyanı filtrdən keçiririk;
Gələn informasiyaya qarşı da biganə qalmaq lazım deyil. Ümumiyyətlə, bu, ağıl üçün bir qidadır, işin keyfiyyəti də beyninizin keyfiyyətindən asılıdır. İnformasiya intoksikasiyası (informasiya vasitəsilə orqanizmin zəhərlənməsi) eşitmisinizmi? Bu geniş yayılmış bir mərəzdir, demək olar ki, hər kəs yoluxmuşdur. İnsanlar ard-arda şəbəkədə informasiyalar oxuyur, tez-tez görkəmli şəxslərdən sitatlar paylaşır, qəlbinin səsini dinləmə bacarığını kütləşdirirlər.
İnformasiyanın yığılma qabiliyyəti vardır, şüuraltımızdan heç yana yoxa çıxmırlar, buna görə də onu tez-tez filtrdən keçirtmək lazımdır. Yalnız xeyirli və faydalı olanlarını qəbul etmək, ondan sonra reallaşdırmağa başlamaq lazımdır ki, bu zaman o bizi öyrədir və bizi inkişaf etdirir. Əks halda, kanalları kilidləyir və çox böyük informasiya küyünü yaradır. Bu da səbəb olur ki, çoxlu sayda səhv edir, qəlbimizin səsini dinləməkdə yanlışlıqlara yol veririk.
Təklif olunur ki, aşağıdakı kimi edəsiniz:
Dost siyahınızı təmizləyin. O kəsləri dostluqdan çıxarın ki, sizdə rezonans yaratmır, sizə ilham vermir. Divarınızı da təmizləyin. Xəbərləri ilə sizdə ikrah hissi yaradan kəsləri silin, ya da gizlədin. Xüsusilə də, o kəsləri ki, dünya hadisələri içində neqativ şeyləri paylaşır.
İstifadə etmək istədiyiniz bloq və saytların siyahısını təyin edin.
Daha elə şeylərin əlində qalmayın ki, buna məcbur qalmısınız. Məsələn, deməyin ki, məni əlavə ediblər və ya xahiş ediblər deyə, mən bunu qəbul etmək məcburiyyətindəyəm. Sizə faydası deyən şeylərə qucaq açın.
5. Yarım qalan işlərinizi tamamlayın və ya sıfırlayın;
Zəruri olan şey “gözləmə”də olan işləri tamamlamaqdır. Onları ya gerçəkləşdirməli, yəni tamamlamalısınız, ya da sıfırlamalısınız. Yəni özünüz üçün təyin edin ki, mən filan işi bağlayıram və bir daha onun üzərində durmayacağam. Daha onu özünüzlə daşımağın nə anlamı var ki? Siz daxilən özünüzü elə hiss etməlisiniz ki, sizin yarım qalan bir işiniz daha yoxdur. Bu birinci mərhələdir ki, siz növbəti mərhələdə özünüzə “Mən bu həyatdan nə istəyirəm axı?” sualını rahat şəkildə verə biləsiniz, həm də şüurlu şəkildə irəli hərəkət edə biləsiniz.
Nəticə
Təmizləmə prosesi iki mərhələdən ibarətdir: Əsaslı təmizlik apararaq bütün zir-zibildən qurtulmaq və işləri səhmana salmaq; xüsusilə də informasiya axınını.
Elə nizamlayın ki, sizə yalnız keyfiyyətli, faydalı informasiya gəlsin, özü də normal qaydada. Bir də görəcəksiniz ki, dünyanız necə də dəyişmişdir.
Özünüzü yenidən qurun, ola bilər ki, keçmiş təcrübənizin sizə, heç də yaramadığını anlamış olarsınız.
Tərtib etdi: Fərid Abdullah.
XƏBƏR LENTİ
Bu qəribə yeməklərdən xəbəriniz var?
Adel pərəstişkarlarını məyus etdi
Xoşbəxtlik gətirən qidalar
BÜRCLƏR bizə nə vəd edir?-26 yanvar
Artur Rasizadə qanunu dəyişdi
Valideynlərin davranış xətaları
Mervenin sirri məlum oldu-FOTO
Göy qutabı və ətli qatlama (müəllif: AZS və emilya86)
McLaren yeni sirr açır
Yayla bağlı ilkin HAVA PROQNOZU
Bakıdan İrəvana sərt cavab
Rihannadan yeni FOTOsessiya
Paşinyan indi də Gürcüstan ərazisinə göz dikir - VİDEO
Azərbaycanda daha 29 nəfər koronavirusdan öldü: 2187 yeni yoluxma
Kreativ mebellər (2-ci hissə)
Berrak yeni ili yeni evində qarşılayacaq-FOTO
Sobada tərəvəzli toyuq (foto-resept)
Mixail Qurfinkel: "V Qəbələ Beynəlxalq Musiqi Festivalına dəvəti məmnuniyyətlə qəbul etdim"
"Time 100" Qırmızı Xalça
Ermənistanda cəbhəyə getməkdən imtina edənlərin övladları girov götürülür
Günün ulduz falı
Şeyma bikinili FOTOlar paylaşmağa davam edir
Azərbaycanda müəllimlərin əmək haqları ilə bağlı yenilik gözlənilir
Avtobusların marşrutu dəyişir
HAVA necə olacaq? 10 İyul
Gözəlik, amma yenə də kosmetika yoldaşımızdır!
Prezident İlham Əliyev Emoməli Rəhmonu yenidən Tacikistanın Prezidenti seçilməsi münasibəti ilə təbrik edib
Qazaxıstana naməlum obyekt düşdü - FOTO
COVİD-19-dan sağalanlar və donor olmaq istəyənlər hara müraciət etsin?
Yeni il gecəsi üçün don toxuyaq
Azərbaycan sərhədləri əsasən Xəzər dənizində pozulur
Üzdəki ləkələri yox edən 4 maska
"Qəbələ" "İnter"ə qarşı
Messinin ən böyük arzusu
Yenilklərə başlamaq istəyənlər üçün aforizmlər
Serialların dillər əzbəri olan sevgiləri
"Santa-Barbara"nın aktrisası vəfat etdi - FOTO
Ofisdə işləyənlər idmanla necə məşğul ola bilər?
"Azərbaycan donor ölkə statusu qazanıb"
Kerem Bursin Qalmaqal Yaşadığı Aktrisa ilə Birlikdə-FOTO
Azərbaycanda verilən rəqəmsal imzaların sayı artıb
Manat ajoitajına düşənlər, "qiyamət" hələ qabaqdadır!
Körpələrin zəkasını inkişaf etdirən vərdişlər
Mustafa Sandalı Şikayət etdilər-SƏBƏB-VİDEO
Sarımsaqlı plov (foto resept)
Yeni il üçün peçenye(foto resept)
Çağla 1 milyonluq maşını ilə diqqət çəkib -FOTO
Swatch saatları
HAVA necə olacaq?-12 APREL
Gün ərzində xoşbəxtliyi necə tapmalı?
- ŞƏRHLƏR