Beynimizi gücləndirmək əlimizdədir: Məşq etmək, ağırlıq qaldırmaq, “an”a köklənmək, təkrarlardan kənara çıxmaq... Diqqət cəmləyərək edilən bütün işlərdə beyin performansı ən üst səviyyədə olur.
‘An’a diqqət cəmləyin
Neyrobiologiya mütəxəssisi Dr. Güçlü İldizın güclü bir beyin üçün məsləhət gördükləri bunlardır: Beyin tutumunun kiçik bir hissəsini istifadə etdiyimiz qeyd edilir. Saatda 300 km sürətlə gedən avtomobilin saatda 30 km sürətlə getməsi kimi ...
Performans azlığının ən əsas səbəbi, beynin lazımsız istifadə edilməsidir. Beyin performansının əsas göstəricilərindən biri, diqqətdir. Güclü bir beyin, yaşadığı ana, ya da gördüyü işə köklənir. Diqqəti anda olmayan beyin spontan (özlüyündən, öz-özünə, hər hansı bir xarici təsir olmadan yaranan) düşüncə yaradır. Spontan düşüncə mütəmadi olaraq keçmişdə yaşanan problemləri, gələcək qayğıları ya da xəyalları təşkil edir. Və beyin performansı ən alt səviyyəyə enər. Spontan düşüncə, insanda düşüncənin 99%-ni təşkil edir. Şiddəti artdıqca düşkünlüklər, panik atak kimi şikayətlər yaranır. Spontan düşüncə durduğunda beyin sakitləşir, güclənir. Başqa bir deyimlə şüur yüksəlir. Şüur yüksəldikcə həyatdan zövq alınır. Çünki diqqəti təmin edən beyin bölgəsi, eyni zamanda zövq bölgəsidir.
Ağırlıq qaldırın
Beyni bir xarici xəbərdarlıq olmadan öz imkanları ilə gücləndirmənin ən gözəl formula idman etməkdir. Beyni ən çox gücləndirən idman növü də ağırlıq qaldırmaqdır. Bununla əlaqədar edilmiş testlər də var. İrəli yaşlardakı 86 qadın 3 qrupa ayrılır. Birinci qrup 6 ay boyunca həftədə 2 gün yeriyir. İkinci qrup dəngə məşqləri, son qrup isə ağırlıq qaldırır. Nəticədə koqnutiv beyin funksiyası baxımından ən çox inkişafı ağırlıq qaldıran qrup göstərir. Bənzər çalışma 155 adamla təkrar edilir. Nəticə eynidir. İrəli yaşlarda edilən yüngül ağırlıq qaldırmaq belə beyin funksiyalarını artırmağa yetir. 2012-ci ildə Kanada Vancouverdə aparılan Millətlər arası Alzheimer Konfransında da ağırlıq çalışmasının yaddaş funksiyalarına müsbət təsiri olduğu və Alzheimer xəstələrində hafizənin açıq olduğu müddəti uzatdığı deyildi.
Təkrarlanan işlərdən çəkinin:
Test həll etmə, oyun oynama kimi fəaliyyətlərdə şəxs diqqətini gördüyü işə istəklə cəmləyir. Beləcə anını ən yaxşı şəkildə dəyərləndirmiş olur. Yaşanılan ana diqqəti verərkən görülən bütün işlərdə beyin performansı üst səviyyədə olar. Burada açar sözü "istək” –dir. İstək ya da motivasiya, beynin ön bölgəsini xəbərdar edərək diqqəti və eyni anda həyatdan zövq almağı təmin edər. Beləliklə, görülən işə diqqət verilərək uğur əldə edilir.
Günlük həyatda isə təkrarlanan işlərdə istəyin azalması nəticəsində diqqət etmə və zövq alma vəziyyəti azalır. Şəxs xaricdən alınan maddə, hadisə ya da şəxslərə yönəlir. Bunlara misal olaraq çay, qəhvə, siqaret, şəkərli və unlu qidalar, qumar və kompüter oyunlarını göstərə bilərik.
Yeni məlumatlar əldə edin:
Beyin performansını artıran bir digər üsul beyin məlumat yığımını yeniləməkdir. Spontan düşüncənin qaynağı həyat boyu əldə edilən məlumat və təcrübələr.
Oxuma, yeni təcrübə kimi məlumat girişi ilə inkişaf edən idrak isə məskunlaşmış məlumat, önmühakimlərə, ya da əzbərlər üzərinə dəyişdirici təsir göstərir.
Aslılıqdan uzaq olun:
Bir digər üsul isə aslılıqdan qurtarmaqdır. Asılı olunan maddə, şəxs ya da hadisə hər insanda fərqlilik göstərir. Bəzisi yemək-içməkdən, bəzisi yuxuya, bəziləri isə futboldan asılıdır. Beyin gücləndikcə asılılıq azalır.
IQ-də bir həftədə 40% artım vədi!
Beynin hər hansı bir əzələ kimi olduğunu və məşqlərlə güclənə biləcəyini önə sürən Şotlandiyadakı Edinburq Univeristetinin Biomedikal bölümündən Prof. Mark Lythgoesin proqramı, İngilis kanalı BBC –də efirə çıxıdı. Bir həftə çəkən proqrama qoşulan 100 insanın İQ-də, yüzdə qırx nisbətinə çatan artışın görüldüyü iddia edildi.
İQ yüksəltmə vədli bir həftəlik proqram:
Bazaretəsi: Axşam yeməyində yağlı balıq yeyin. İşə yeriyərək, velosipedlə ya da fərqli yoldan gedin.
Çərşənbə axşamı: Lüğətdən bilmədiyiniz sözləri öyrənin. Və bunları gündəlik danışığınızda istifadə edin.
Çərşənbə: Yoqa, pilates dərslərinə qoşulun. Əvvəllər tanımadığınız bir insanla danışın.
Cümə axşamı: İşə daha fərqli bir yoldan gedin. Televizordakı ciddi məlumatlı proqramları izləyin.
Cümə: İçki və kofein istifadəsindən çəkinin. Alış-verişə gedərkən siyahını əzbərləməyə çalışın.
Şənbə: Dişinizi digər əlinizlə fırçalayın. Çimərkən gözlərinizi bağlayın.
Bazar: Sabah saatlarında krossvord yazın. Və qısa bir gəzintiyə çıxın.
Ağırlıq çalışarkən bədəndə nələr olur?
Ağırlıq çalışmaları digər məşqlərə görə üstün olaraq dəyərləndirilir. Üstəlik 6 yaşından ömür boyu … 6-17 yaş arası uşaqların qoşulduğu çox sayda elmi işlə təşkil olunan bir analiz nəticəsinə görə qeydlər belədir:
- Uşaqlarda IQ yüksəlir.
- Şəkər xəstəliyi (diyabet) riski azalır.
- İmmun sistemi güclənir.
- Yuxu nizamı yaxşılaşır.
- Emosional vəziyyət düzəlir.
- Sümüklər daha dayanıqlı hala gəlir.
- Çəki nəzarəti asanlaşır.
Dr. neyroloq Güçlü Ildız
Tərcümə: Aidə Mahmudova
XƏBƏR LENTİ
Cizgi filmlərinin uşaqların həyatında açdığı cizgilər
XII Nar festivalından MARAQLI FOTOLAR
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Müsəlman təqviminin aylarının adı nədir?
Şüuraltının gücü ilə nələr edə bilərik?
Qulaq estetik əməliyyatı (Çömçə qulaq)
Kəs və yapışdır-56
Həcc ziyarətinə hazırlıq: qiymətlər açıqlandı
Selma Hayekdən 100 milyonluq yardım
Qızı Beyonsun klipindən utandı – FOTO
Naxçıvanda zəlzələ oldu
Kərbəla şəhidlərinin hamısının cənazəsi birlikdə dəfn olunmuşdurmu?
Hilal Altınbilek onunla sevgilidir?-FOTO
Dünyanın ən əyri küçəsi
Londondakı vəziyyətə baxmayaraq AZAL reysləri cədvələ uyğun həyata keçirəcək
Çiyələkli piroq (foto resept)
Düşmənin çox sayda hərbi texnikası məhv edildi - SİYAHI
“WhatsApp”da MÖHTƏŞƏM - YENİLİK
Bakılıların evləri nə vaxt isinəcək?
Saçlarınız üçün faydalı maskalar
Xalq artisti Zeynəb Xanlarovanın ad günüdür
Maykl Bolton: Azərbaycanın musiqi ənənələri haqqında daha çox bilmək maraqlı olardı (MÜSAHİBƏ)
Türkiyədən ABŞ-a sərt təpki
Qalıcı makiyaj ilə tətilin dadını çıxardın
Məşhur cütlüyün toyu haqqında detallar məlum oldu-FOTO
Yazın ilk günü Azərbaycana qar yağacaq
ABŞ kəşfiyyatının hesabatı: Çin epidemiyanın əsl miqyasını gizlədib
Ermənistan ordusunun alay komandiri ağır yaralandı - RƏSMİ
Saç tökülməsinin qarşısını alan maska
Soçi milli komandamızı geridə qoydu
Pensiyalar artımlarla birgə ödənildi - RƏSMİ
İnfeksionistdən həyəcan təbili: “Digər xəstəliyi olmayan gənclər də koronavirusdan ölür”
Əsəbilik, yorğunluk və yuxusuzluq
Eminemdən ikinci Dünya Rekordu-VİDEO
Yaqut Qarayeva: “Virus ailə-ailə yayılır”
Prezidentin köməkçisindən 190 manatlıq bloklanmış kartlarla bağlı AÇIQLAMA
Yaxın Şərqin ən uğurlu 10 qadın biznesmenini - “Forbes” açıqladı
Bu il Azərbaycana xarici ölkələrdən yeni damazlıq düyələr gətiriləcək
Ingilis dili - XXXV dərs
Qəhvə şərabı ixtira edildi
Günün qoroskopu: ən güclü dostlarınız səbr və zamandır
Toy şəklinə baxanda ərinin niyə öldüyünü anladı - FOTOLAR
“Çukur”a görə soyadını dəyişən ailə
Spirtli içkilərin orqanizm üçün faydası mifdir
Gələn ildən ət ucuzlaşa bilər-SƏBƏB
Viktoriya sevgi döyməsini sildirdi-FOTO
Sabahdan Novruz tətili başlayır
Bekhemin bu davranışı psixoloqları ayağa qaldırdı
Xoşbəxt ailə qurmaq
BÜRCLƏR bizə nə vəd edir? - 6 MAY
- ŞƏRHLƏR