Bakıda hava
USD AZN
EUR AZN
15:30Feride Pərvizin qaçmağı zəyifdi 15:30Feride Adada ayrı dava saldı oyunda ayrı sora uzr istədi də 15:29Feride Ayla Pərvizdə gunah yoxduye o yemək bişirənin hiyləsidi 11:39Ayla Ayla Perviz deyesen esebi adamdi 11:38Ayla Ayla Hamiya salammm Survivora kim baxdijQuery162089170006099228_1581925069530?? 08:45Xəyalə Murad Yeni iş və dərs günü hər birinizi salamlayırıq! 08:45Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
41418

Ayrılıq acısının səbəbi: Tərk depressiyası

Ayrılıq acısının səbəbi: Tərk depressiyası

Dünyaya göz açan körpə bir yaşının sonlarına doğru cürbəcür zehni və fiziki bacarıqları əhəmiyyətli ölçüdə qazanmağa başlamışdır. Bunların başında danışmaq və yerimək fəaliyyəti durur. Minimum səviyyədə də olsa, bu bacarıqları qazanan uşaq müstəqil hərəkət edə bilən bir varlıq olduğunu kəşf edə bilmənin böyük həyacanını yaşayar. Bu həyacan o qədər keyiflidir ki, bunu davam etdirə bilmək üçün cürbəcür hərəkətlər edər. Məsələn: bu hərəkətlərdən biri anadan iməkləyərək və sonralarda yeriyərək uzaqlaşmağa çalışmasıdır. Bir yaşına qədər anadan asılı olan körpə, öz başına yeriyə bilmənin o dərin həzzi ilə anadan ayrılır, ancaq bir tərəfdən də, bu müstəqilliyin verdiyi qorxu və qayğıları yaşayar. Bu qorxu və qayğıyla anadan uzaqlaşarkən dönüb anasına baxar, anasının orda olub-olmadığını, ona baxıb-baxmadığını yoxlayarkən duyğusal enerji ehtiyacını təmin edər. (18 ay)

Bəzi zaman anadan bir neçə metr ayrılan körpə, uzaqlığa dözməyərək qaçaraq anasının yanına dönər. Ehtiyacı olan hissi enerjini anasından alaraq, yəni enerjisini təmin edən körpə, təkrar hərəkət etməyə başlayar. Uşağın bu davranışı qarşısında ananın diqqət etdiyi davranış çox önəmlidir. Burada ananın etməsi lazım olan uşağın müstəqil hərəkət etməsinə izn vermək, ancaq bunu edərkən də, hər zaman onun yanında olduğunu hiss etdirməkdir. Bəzi analar uşaqlarının onlardan ayrılıb müstəqil hərəkət etmələrinə öz ruhi patalogiyası səbəbilə izin verməzlər. Bəziləri uşağa bir şey olar, yıxılar və b. düşüncələrlə bunu edərkən,  bəzi analarda uşağın müstəqil olmasına şüurdankənar olaraq təhəmmül edə bilmədiklərindən bunu edə bilərlər. Çünki ana bir mənada uşağın “Tanrısı”-dır.

Hamiləliyin ilk günündən bir yaşına qədər hər mövzuda ona bağlı olan bir varlığın müstəqil hərəkət etdiyini görmək ruhi baxımdan sağlam olmayan bəzi analara nigarançılıq verir. Kənardan baxıldığında bunun tam tərsi bir mənzərə sərgiləsə də, ruhunun dərinliklərində özünün belə fərqində olmadığı bir narahatlıq vardır. Ədəbiyyatda bunla bağlı bir  hadisə var.

Ayrılıq acısının səbəbi: Tərk depressiyası

Danışan X, 30 yaşlarında yeni ana olmuş bir ev qadınıdır. Yeni iməkləməyə başlayan uşağı anasından bir neçə metrə uzaqlaşdığında ana gizlənər, anasını görməyən uşaq bir müddət sonra şiddətlə ağlamağa başlayar. Danışan X, uşağının bu çarəsiz durumunu və ona möhtac olduğunu görməkdən həzz aldığını və dəqiqələrlə bunu izlədiyini qeyd etmişdir. (Mənbə: Tahir Özakkaş, totalitar psixoterapiya təlim deşifrələri)

Belə bir ananın uşağının necə bir zehni proqram inkişaf etdirəcəyi mövzusunda fikir yürütmək çox çətindir. Əvvala bunu qeyd etmək lazımdır ki, körpənin ilk dəfə anadan uzaqlaşaraq müstəqil bir hərəkət edə bilmə fəaliyyətinə verilən ad “özlük aktivasiyası” –dır. Körpənin bu fəaliyyəti ana tərəfindən dəstəklənir və təsdiq edilirsə, sonrakı yaşlarda tək başına hərəkət edə bilən, tək qərarlar ala bilən, təşəbbüskar bacarığı və özgüvəni yüksək, hər etdiyi işdə başqalarının təsdiqinə ehtiyac duymayan sağlam bir fərd yetişər. Ancaq bu fəaliyyətə ana tərəfindən izin verilməz, ya da uşaq iməkləyərək, yeriyərək uzaqlaşdığında anadan ehtiyacı olan hissi enerjini almazsa,  Mastersonun “Tərk depressiyası” adlandırdığı halı yaşayar. Yəni uşaq anasının hissi enerji dəstəyini kəsməsinin səbəbini, müstəqil hərəkət etməsində görür. Bu hal, zehni proqramda belə bir şifrələmə yaradır: Özlük aktivasiyamı reallaşdırsam, tərk edilərəm.

Müstəqil hərəkətləri ana tərəfindən dəstəklənməyən fərdlər sonrakı yaşlarda passiv, çəkingən, qorxaq, bacarıqsız, asılı bir şəxs olar. Belə bir mühitdə yetişdirilən uşaq həyatı boyunca etdiyi hər işdə başqalarının fikrinə və təsdiqinə ehtiyac duyarlar. Bir yeməkxanada yemək yemək, kimsənin fikiri olmadan mağazada gördüyü köynəyi almaq, tək başına çıxıb gəzmək bu fərdlər üçün utopik fəaliyyətlərdir.

Bu fərdlər çox yaxşı məktəblərdə oxuyub çox gözəl təhsil alsalar da, sonrakı yaşamlarında önəmli yerlərə gəlmələri, böyük layihələrə imza atmaları çox çətindir. Digər tərəfdən ata-anaları tərəfindən müstəqil hərəkətləri dəstəklənən uşaqlar çox az imkanlarla və məktəb həyatlarındakı uğursuzluqlara rəğmən sonrakı yaşamlarında önəmli yerlərə gəlib çox böyük işlərə imza atarlar.

Və yenə ümumilikdə yaxşı təhsil almış ancaq asılı tərbiyə edilmiş uşaqlarda bunların əmri altında işləyərlər. Böyük komandirlərin, əsas dövlət adamlarının, tanınmış elm adamlarının bir çoxunun uşaqlıqlarına baxıldıqda məhdud yaşam şəraiti içərisində  böyümələri və çətin bir uşaqlıqdan keçmələri təsadüfi deyildir.  Bu insanlar kiçik yaşlarından çiyinlərindəki yükün verdiyi məsuliyyətlə müstəqil hərəkət edə biləcəkləri zehni proqramları qazanmışlardır.

Ayrılıq acısının səbəbi: Tərk depressiyası

J. F. Masterson, tərk depressiyası ilə bağlı olaraq bunu qeyd edir: “Ana uşağına verdiyi hissi enerjini kəsərsə, (həyat enerjisi, libidinal enerji) uşaq tərk depressiyası yaşar. “Bir orqanını və ya üzvünü itirən fərd nə qədər ağrı hiss edərsə, tərk depressiyası yaşayan uşaq da eyni ağrıları hiss edər.

Bu ağrı uşağın ruh dünyasında elə dərin bir iz buraxar ki, həyatı boyunca nə vaxt hər hansı bir şeydən ayrılıq halı yaşasa, o ağrını hiss edər. Bu ayrılıq hallarına iş dəyişikliyi, məmləkət dəyişikliyi, ailə üzvlərindən birinin vəfatı, sevgilisi tərəfindən tərk edilmə kimi çox sayda misal vermək olar. Uşağlığında tərk depressiyası yaşamış fərdlərin bu tərz ayrılıqlara və travmalara verdiyi reaksiyalar  daha şiddətli və acı doludur.

Xalq arasında “eşq acısı, qara sevda” kimi anlayışlarla tərif edilən halların bəzi fərdlərdə depressiya, panik atak, psixotik mənzərələrə dönməsinin kökündə, körpənin ruhi quruluşu yaranarkən həyatının ilk illərində yaşadığı bu “ tərk depressiyası” vardır.

Psixoterapiya mütəxəssisi və yazıçı: Mustafa Gödeş

Tərcümə: Aidə Mahmudova

 

 

Səslərin sayı: 1
4
2221
Şərhlər
Offline
Aysel İ.
Aidanən belə maraqlı xəbərləri üçün darıxıram. İş xanımı olandan vaxt tapmır bizə belə xəbərlər təqdim etməyə.))
6 fevral 2016 09:49
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
nigar dadasova
Sukur Allaha bizde bele bir problem yoxdur. Hec kese de arzulamiram Allah hec bir qadina sidded uzu gostermesin.
23 oktyabr 2015 13:03
Offline
Aysel İ.
Bəli uşaqlar ailədə gördükləri şiddətdən, təhqirlərdən çox böyük zərbə ala bilirlər. Belə uşaqlar gələcəkdə bəfbəxt və keyfiyyətsiz insanlar olur çox zaman.
22 oktyabr 2015 16:34
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Fatma xanım
Uşaqlıqda travma yaşayan uşaqlar böyüyəndədə ya cani olur ya manyak
22 oktyabr 2015 15:55
imza: Şükr etməyəndən sonra dünyaları yesən nə faydası.

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!