"Tanrılar ittihamdan sonra Sizifi böyük qaya parçasını dağın başına qaldırmağa məhkum etdilər;
ancaq daş yuxarı qalxdıqda öz ağırlığı ilə aşağı düşürdü. Bu cəzanın mahiyyəti isə odur ki, "faydasız əmək"dən daha ağır cəza yoxdur". Albert Kamyu absurdun düşünəni və yazıçısıdır. Bəs absurd nə deməkdir? Əgər Platondan Hegelə bütün Qərb fəlsəfəsinin böyük metafizika fərziyyələrini incələsək, hamısında ortaq bir şey görərik: Hamısının məqsədi birliyə vurmaqdır: İstər Platonun "yaxşı və pis anlayışı" olsun, istər Meister Ekhartın "ruh qığılcımları" olsun, istər Spinozanın "toz" anlayışı olsun, istərsə də Leibnizin "Monad" anlayışı olsun, bütün böyük metafizik sistemlər son dərəcə xaotik olaraq qəbul edilən gerçəkliyi ağlın və zehnin köməyi ilə bir nizama və birliyə oturtmağa çalışmışlar; sanki gerçəkliyin ziddiyyətli hissələrindən olan insana və onun həyatına bir məna və məqsəd vermək istəmişlər.
Nitsşenin ortaya çıxması ilə dünya birliyini və məqsədini itirdi. Onun "Tanrı öldü" ifadəsi, bütün ziddiyyətli tövsiyələrin və qəbulların ortadan qalxdığı yeni bir fəlsəfi dünya qurdu. İnsan o biri tərəf olmadan bu tərəfə yerləşdirildi və bunun nəticəsində öz həyatının mənasını və dəyərini özü yaratmaq məcburiyyətində qaldı. İnsanlar tanrı olmağa məcbur oldular. Xüsusilə Nitsşenin "Zərdüşt"ü tanrısız insanın tanrılaşmasını ortaya qoydu. Kamyu Nitsşenin tanrı öldü və gerçəkliyi aşan bir anlayış və nizam olmadığı düşüncəsini izlədi, ancaq onun indi artıq insanın tanrı olması gərəkdiyi nəticəsinə qatılmadı.
Nitşsedən fərqli olaraq Kamyu insanın birlik, nizam və məna ehtiyacının hələ davam etdiyinə inanırdı. İnsan ağlı daima xaotik gerçəkliyə bir məna və nizam vermə səyi içində idi. Ancaq buna nə qədər çalışırsa çalışsın uğursuzluğa məhkumdur. Bax bu uğursuzluq ən çox incidən nöqtə idi. Bu insan varolmasının ən həyati, ən təməl təcrübəsi idi; bu təcrübə sayəsində insan öz varlığının absurdluğunu dərk edir. Absurd anlayışı Kamyu üçün bir tərəfdə bir məna və nizam gətirən birlik hədəfləyən bir ağıl ilə, digər tərəfdə öz daxilində ağıldan xaric olan gerçəklik arasındakı qırılmanı ifadə edir. Absurd olan dünyada deyildir; əksinə ağlın birlik tələbi ilə öz daxilində ağıldan xaric dünya arasındakı ziddiyyətdədir. "Absurd böyük ölçüdə bir yarılmadır. Bu qarşılaşdırılan ünsürlərin nə birində, nə də o birindədir. O, bu iki ünsürün qarşı-qarşıya gəlməsində ortaya çıxar. Ağıl müstəvisində absurdun nə insanda, nə də dünyada olduğunu söyləyə bilərəm, əksinə o bu ikisinin birlikdə olmasındadır". O halda absurd zehin xaricində, ya da da dünya xaricində deyildir, o bu ikisini bağlayan şeydir. Kamyu bunun sadəcə ağıl xaricində görünən dünyaya rasional düzən gətirməyə çalışan zehnin zəif olmasından yola çıxmaz. Absurd zehni bir yetərsizliyin meyarı deyildir, əksinə onun daxilində olan birlik yaratma istəklərindən biridir.
Bəs absurd necə qarşımıza çıxar? "Absurdluq hissi hər küçə başında hər insanın qarşısına çıxa bilər". Bu sanki qulağa ölümcül bir təhdid kimi gəlməkdədir, sanki vəhşi bir canavar addım-addım bizi izləməkdədir, hər hansı bir zamanda hər şeydən xəbərsiz qurbanının üzərinə atlayacaq və onu parçalayacaqdır. Kamyu bunu açıq bir şəkildə ifadə etmək istəyib: Absurd anlayışında söz mövzusu olan şey hadisələri xaricdən baxan bir düşüncə sahibinin beyin qırışıqlarında yaranan fəlsəfi fərziyyələrin meyvəsi olan qansız bir təcridetmə deyildir. Absurd insan olmanın konkret bir böhranıdır. Həyatımızda absurdun qəfilliyinə təslim olmuş vəziyyətdəyik; o bizə varolma müstəvisində hücum edir və varlığımızı ən dərin təməllərdən sarsıdar. Tez, ya da gec bu sual ortaya çıxar: Bütün bunlar nə üçün? "Bəzən dekorasiyalar yıxılır. Yataqdan qalxmaq, nəqliyyatla getmək, bir neçə saat ofisdə, yaxud fabrikdə işləmək, yemək yemək, yatmaq, bazar ertəsi, çərşənbə axşamı, çərşənbə, cümə axşamı, cümə, şənbə eyni ritm, bu adətən rahat olan yoldur. Amma günün birində "nə üçün?" sualı ortaya çıxar və daxilinə bir az da təəccüb qarışan bu büzginliklə başlayar hər şey". Boşluq, bezginlik, sıxıntı və bulantı absurdun ortaya çıxdığı bir-birindən şiddətli dörd təməl formasıdır.
Kamyunun absurd anlayışına verdiyi cavab inqilabi idi. Absurda qarşı dayanması ilə insan özünü tapır və bunun nəticəsində azadlığına qovuşur. Onun yolunu artıq nə tale, nə də tanrılar yazar. Sizif öz taleyinin sahibidir. "Sizifin gizli sevinci burdan doğar. Taleyi, qədəri ona aiddir. Daş onun nəsnəsidir. ...Zirvəyə qarşı verilən savaş bir insan qəlbini doldurmağa iqtidarlıdır. Sizifi xoşbəxt bir insan olaraq düşünməliyik".
Müəllif: Andreas Mussenbrock
Tərcümə: Ceylan Mumoğlu
XƏBƏR LENTİ
Yeni makiyaj trendi: Draping
BÜRCLƏR bizə nə vəd edir? - 28 mart
Merilin Monronun sırğaları fantastik qiymətə satıldı
Cəbhədə irimiqyaslı təlimlər
95 yaşlı milyarder evləndi-FOTO
Məşhur aktrisanın FOTOsu sosial şəbəkəni qarışdırdı
Murad Bozdan NİŞAN AÇIQLAMSI
Dünyanın "ən"ləri
Cennifer Lopezin geyimi hər kəsi heyrətləndirdi-FOTO
İnstagram fırıldaqçılarla mübarizə aparacaq
İman edən alimlər-2
Erməni müğənni Azərbaycan mahnısı oxudu
Ardıcıl səkkiz gün iş olmayacaq - QƏRAR
Paxlavanın 1 dilimi 1000 dollardır-FOTO
Doğuşdan sonra qəbizlik
İş axtaranlara şad xəbər
Günün qoroskopu: Sevdiklərinizə dəyər verin!
Tiflisə səyahətin ucuz və rahat yolları
Zəhərli yumurta yayıldı - AVROPA QORXU İÇİNDƏ
Bilik var adamı kor edər, bilik də var...
7 yaşlı qız alimləri pərt etdi
“Dilmanc”dan yenilik
"Sevgi Qatarı" hər kəsin diqqətini çəkdi-FOTO
Bananlı, portağallı içki
Cavabsız suallar...
Aleyna Tilki istirahət FOTOsu paylaşdı
Açıq havada idman etmək
Bekhemin bu davranışı psixoloqları ayağa qaldırdı
Azərbaycanda təbii qaz təchizatçısı dəyişib - QƏRAR
Azərbaycanda Konstitusiya Günü qeyd olunur
Payızın trend saç rəngi
Uşaqların mənfi davranışlarını necə yox etməli?
Bleyk yeni trend yaratdı-FOTO
MTRŞ “Lider” TV ilə bağlı bəyanat yayıb
Ermənistan prezidentinin daha bir yalanı ifşa edildi
Hava necə olacaq?
Mağazalara yararsız yumurta satan şəxs saxlanıldı
Göydən kül yağdı
Soyuq havalar üçün manikür modelləri
Bürclərin romantiklik dərəcəsi (1)
Azərbaycan Xəzərin şərq sahilləri ilə qaz ixracına hazır olduğunu təsdiqlədi
Bir-birindən maraqlı 8 fakt
Milyarder 2 milyardlıq yaxtasında qonaqlıq verdi-FOTO
Saçlarınıza zərər verməyin
Günün qoroskopu: çətin anlardan mütləq çıxış yolu tapacaqsınız
Hələlik sadə əməliyyatlardır
"Milan" satıldı - 1,5 milyarda
2015-ci ildə Bakıda ilk Avropa Oyunlarınından yeni xəbər
Hamiləlik və doğuş
Diri toyuqların satışı məhdudlaşdırılacaq
- ŞƏRHLƏR