“Edə bilmərəm!” cümləsini ətrafınızda çox eşidirsiniz? Hətta eşitsəniz belə etiraz gəlməlidir içinizdən; “edə bilərsən, bəli, edə bilərsən!” Bu həyatda hər şey istəməklə başlayır. Əgər siz istəsəniz edə bilmərəm dediyiniz hər şeyi edə bilərsiniz.
Çox tez-tez rastlaşdığımız fikir: "Yay gəlir səkkiz kilo verməliyəm, amma edə bilmirəm. Su içsəm də kökəlirəm.”- Bir dayan görək e, su nə vaxtdan adam kökəldir? Ürəkdən istəməyəndə, ağılın xeyr ağzın bəli deyəndə təbii ki, olmaz.
"İdman etmək istəyirəm amma vaxtım yoxdur" Vaxtın var sən özünə zaman ayırmaqdansa bəhanə tapmağa vaxt sərf edirsən. Çox istəsən edə bilərsən.
"Sağlam qidalanmaq istəyirəm. Amma işlədiyim üçün alınmır." Xeyr edə bilərsən. Səhər bir saat tez durub uşaqlarına yemək hazırlayan az qadın var məgər?
"Kitab oxumaq istəyirəm amma oxuya bilmirəm" Xeyr oxuya bilərsən hər gecə yatmamışdan əvvəl beş dəqiqə belə oxusan xeyri var.
Yuxarıda qeyd etdiklərim ən sadə, ən bəsit bəhanələr idi, hansı ki, hər kəs tərəfindən deyilə bilər. Hər birimizdə olur bu “Edə bilmərəm” əhval-ruhiyyəsi. Çünki onu demək asandır, biz də asana doğrui meyl göstəririk həmişə. Əgər edə bilmirsinizsə özünüzü məcbur edin, şəraiti məcbur edin,mübarizə aparın. Necə deyərlər əsas odur ki, salamatçılıq olsun. O qədər insan var ki, qan azlığından əziyyət çəkir, bun artıq öyrəşib, o, həyatının bir parçasına çevrilib, eyni zamanda qan təzyiqinin enib qalxması, dırnaqların qırılması, saçların tökülməsi və digər bu kimi problemlərlə mübarizə aparan insanlar pəhriz saxlamasın onda, idman etməsin, kitab oxumasın? Amma edənlər var. Çünki bu onlara xoşbəxtlik verir, insan da xoşbəxtlikdən imtina edərmi?
Məsələn indi sizi kor bir qadınla tanış edəcəm, o bir konfransda özü haqqında bunları deyib: "Görmə problemi olan qadınların heç bir maneəyə məruz qalmasın deyə “bələdçi itlər dərnəyi”ni qurmuşam. Bəli, mən səkkiz yaşından sonra taleyi dəyişən, gözləri kor olan bir qadınam. Hər cür çətinliyə meydan oxuyub, problemlərin içindən çıxaa bilən, düşünə bilən bir qadın. Şikəstliyim var, görmürəm, edə bilmərəm yox, çatışmazlığım olsa da edə bilərəm, heç bir şey mənə mane ola bilməz deyən bir qadın. Gözdən əlil olan insanların cəmiyyətdə laiq olduqları yerlərə çatması üçün əlimdən gələn hər şeyi etməyə hazıram.”
Sizcə bu qadın “edə bilmərəm!” deyirmi? Xeyr ..
Digər tərəfdən bəzi şikəst qadınlar var ki, evdə hətta sabun hazırlayıb satırlar. Toxuculuq edirlər, internetdən daha faydalı biliklər öyrənirlər, yeməklər bişirirlər, öz üzərlərində işləyirlər, biliklərini artırılar, bir sözlə, lazımsız hiss etmirlər özlərini. Və onlar üçün “Edə bilmirəm” sözü, anlayışı yoxdur. Təbii ki, hamısı elə deyil. Lakin siz özünüzə hər zaman faydalını nümunə götürün. Və nəzərə alsaq ki, “Edə bilmirəm” dyənlərin əksəriyyəti nə şikəst deyil, nə aciz deyil, sadəcə bəhanə edir, o zaman ümid edirəm ki, bu yuxarıda sadalananalar ünvaına çatmışdır.
Ona görə də,”edə bilmirəm!” deməyin, edə bilərsiniz. Siz istədikdən sonra həyatda edə bilməyəcəyiniz heç bir şey yoxdur.
O qədər çox qüsurlarımız var ki, əslində, siz bir yerdən başlayın sonrası corab söküyü kimi özü gələcək. Yetər ki istəyin.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Möcüzəvi bal
Uşağın böyüməsi və inkişafı
“Ağıllı mauslar” tərcüməçilik edəcək
Birce Akalay
Baykal gölü ikiyə ayrıldı
Selena Qomes artıq İnstagramda ən məşhur ulduz deyil
Daha bir icazəsiz evdən çıxan koronavirus xəstəsi aşkarlandı - FOTO
"LACOSTE"dən çantalar
Şardan hazırlanan bəzəklər
Bu xəbərdən sonra dənizdən çıxmayacaqsız
Azərbaycanlı professor koronavirusa qarşı vaksin hazırlayır
Türkiyə Milli Müdafiə Nazirliyindən Azərbaycana dəstək paylaşımı
Qadınlar üçün 12 qızıl qayda
İşğaldan azad edilmiş Kəlbəcərin kəndindən görüntülər - VİDEO
Ağdam istiqamətində şəhid olmuş baş leytenant dəfn olundu
Qocalma əleyhinə preparat hazırlandı
Bu günün hava proqnozu
Çavuşoğlu Lavrovun sualına sualla cavab verdi
Kosmosdan gələn əcaib məxluq peyda oldu
Dünyada ilk- printerdən maşın çıxdı
Piyada keçidindən istifadə etməyənlər cəzalanacaqlar
Urmiya gölü niyə quruyur?
Gözəlliyin karyerada rolu
Minimalist manikür nümunələri
Səyahət üçün ən gözəl yerlər
İMDB-qiymətləndirməsinə əsasən 10 ən yaxşı animasiya
Musiqidən danışaq
Eser Yenenlerden hamiləlik pozu-FOTO
“Telegram”da videozəng funksiyası təqdim olundu
Zeyn Maliki ölümlə hədələdilər-FOTO
"Terminator"un məşhur aktyoru intihar etdi-FOTO
23 yaşında aldığı qəsri təzələdi - FOTO
Bakının üstünü alan duman nədir?
Şokoladlı keks (foto resept)
Çağla Şikel uşaqlıq FOTOsunu paylaşdı
Acı çəkirsinizsə öyrənə bilməzsiniz!
Azərbaycanda zəlzələ
Çağla Şikelin Üzü Şişdi-SƏBƏB
Zəhər zərərsizləşdirən quşlar
Tavada albalı piroqu (foto-resept)
Tərəvəzli noxud şorbası
Məşhur reperin həyatı təhlükədədir-SƏBƏB
Dırnaq yemək vərdişi
Cennifer Lopez sirri açdı-FOTO
Hər bürcdən olan qadınların əsas xüsusiyyətləri
Günün ulduz falı
Latviyaya səyahət
Uzun illərin ayırmadığı məşhur cütlüklər
Türkan Şorayda gözəl addım-FOTO
Bir-birinə əkizi qədər bənzəyən məşhurlar - FOTO
- ŞƏRHLƏR