Bakıda hava 10°
USD AZN
EUR AZN
14:46Feride Deyəsən qadın olub bu virusdan Allah özü qorusun hamımızı 08:08Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
41471

Yaradıcı insanların gündəlik ritualları-12

Yaradıcı insanların gündəlik ritualları-12

Çarlz Dikkens

(1812-1870)

İngilis ədəbiyyatının ən məşhur roman müəllifi Dikkens məhsuldar yazıçı idi; on ədəd səkkiz yüz səhifədən uzun olmaqla beş roman və saysız hekayə, məqalə, məktub, pyes yazdı. Buna baxmayaraq müəyyənləşdirilmiş şərtlər olmadıqda çox yaratmaq da alınmırdı. Ən başda mütləq səssizliyə ehtiyacı vardı; evlərindən birində səsin içəri daxil olmasını əngəlləmək üçün iş otağına ikinci bir qapı taxdırmışdı. İşlədiyi otağın da təmiz və səliqəli olması vacib idi. Yazı masası bir pəncərənin qarşısında olmalı, üstündə qaz lələyindən qələmlər və mavi mürəkkəbdən ibarət yazı ləvazimatları ilə yanaşı bir neçə bəzək əşyası da qoyulmalı idi: təzə-tər çiçəklərlə dolu kiçik bir güldan, məktub açmaq üçün bıçaq, bir neçə heykəlcik.

Dikkensin iş saatları sabit idi. Ən böyük oğlu "heç bir şəhər katibinin onun qədər sistemli və səhmanlı olmadığını" xatırlayırdı. Bundan başqa "heç bir cansıxıcı, monoton, ənənəvi vəzifənin, onun xəyal gücü və fantaziya qaynaqlı çalışmalarından daha böyük bir dəqiqlik, ya da səliqə ilə yerinə yetirilməyəcəyini" bildirirdi. Səhər saat yeddidə oyanır, səkkizdə səhər yeməyi yeyir və doqquzda iş otağında yerini alırdı. Saat ikiyə qədər orda qalır, ailəsi ilə birlikdə nahar etmək üçün fasilə edirdi. Bu saatda adətən hipnoz təsiri altındaymış kimi görünür, yeməyini mexaniki bir şəkildə yeyib hardasa bir kəlmə də danışmadan tələm-tələsik masasının başına qayıdır. Adi bir gündə bu formada işləyərək iki min kəlməlik yol qət edə bilir, amma xəyal gücünün zirvəyə çatdığı hallarda bəzən bunun iki qatına çıxmağı bacara bilirdi. Bununla bərabər heç yazmadığı günlər də olurdu, o zaman pəncərədən bir şeylər qaralayıb onlara saatlarla tamaşa edirdi.

Dikkens günortadan sonra saat ikini keçirmədən masasının başından qalxar, Londonda üç saatlıq gəzintiyə çıxardı. Bir tərəfdən hekayəsini düşünməyə davam etdiyi bu yürüyüşlərdə, "üzərinə bir şeylər inşa etmək istədiyi rəsmlər" axtarırdı.

Qaynının xatırladığına görə, evə qayıtdığında, "gizli bir zirzəmidən yayılırmış kimi hər boşluqdan xaricə sızan bir enerjinin vücud tapmış halını əks etdirirdi". Bununla birlikdə Dikkens axşamlar dincəlmək üçün ayrılırdı: Saat altıda axşam yeməyindən sonra gecə yarısı otağına çəkilənə qədər gecəni ailəsi və ya dostları ilə keçirirdi.

Yaradıcı insanların gündəlik ritualları-12

Uilyam Batler Yeyts

(1835-1939)

İngilis dilində yazan İrlandiya şairi, dramaturqu Yeyts gündəlik yaradıcılıq prosesini 1912-ci ildə şair dostu Edvin Ellisə belə tərif etmişdi:

"Səhər saat ondan on birə qədər oxuyuram. On birdən ikiyə qədər yazıram, nahar yeməyindən sonra isə saat dördün yarısına qədər oxuyuram. Daha sonra saat beşə qədər meşədə gəzirəm və ya göldə balıq tuturam. Evə qayıtdıqda saat yeddiyə qədər məktublarımı yazıram, yaxud bir az da işləyirəm və axşam yeməyindən əvvəl bir saatlıq gəzməyə çıxıram". Ədəbiyyatçı dairəsindən bir başqa dostunun dediyinə görə daxilindən gəlsə də, gəlməsə də, Yeyts hər gün iki saat yazardı. Bu gündəlik intizam, nizamlı bir proqram olmadan konsentrasiya gücünü itirən -" Hər cür dəyişiklik mənim əsla güclü olmayan işləmək vərdişimi pozur" - və çox ağır çalışan Yeyts üçün lazımlıdır. "Çox yavaş yazan bir yazıçıyam", - deyə 1899-cu ildə bildirmişdi. "Gündə beş, ya da altı yaxşı cümlədən artığını əsla tamamlaya bilmirəm". Bu da səksən, ya da daha artıq misradan ibarət lirik bir şeir üçün üç aylıq davamlı işləmək deməkdir. Yeyts pul qazanmaq üçün yazdığı ədəbi tənqidi yazılar kimi digər şeylərdə bu qədər vasvası deyildi. "İnsanın yaşaya bilmək üçün bir tərəfini şeytana satması lazımdır", demişdi. "Mən tənqidlərimi satıram".



Səslərin sayı: 4
14
1410
Şərhlər
Offline
Seyat
hmmmm bele getse hamisini ocuyacameeeee
5 aprel 2015 14:11
Offline
S.S.E.
"İnsanın yaşaya bilmək üçün bir
tərəfini şeytana satması lazımdır",
demişdi. "Mən tənqidlərimi
satıram".
27 mart 2015 19:24
Offline
Qəribə
"Səhər saat ondan on birə qədər oxuyuram. On birdən ikiyə qədər yazıram, nahar yeməyindən sonra isə saat dördün yarısına qədər oxuyuram. Daha sonra saat beşə qədər meşədə gəzirəm və ya göldə balıq tuturam. Evə qayıtdıqda saat yeddiyə qədər məktublarımı yazıram, yaxud bir az da işləyirəm və axşam yeməyindən əvvəl bir saatlıq gəzməyə çıxıram".
Təşəkkürlər Ceylan xanım. give_ros

27 mart 2015 18:39
imza: Не забывайте благодарить Бога, Он же не забывает будить вас каждое утро.

Iдеальных людей не бывает, цените тех,
кто смог полюбить ваши недостатки.
Offline
Narin...
Movzu ucun tewekkurler
13 mart 2015 07:11
imza: В детстве - спать, было наказанием, а теперь - МЕЧТА!
Offline
Ellada Babayeva
Məncə tək yazarların yox adi mətn üzərində işləyənində ilhama ehtiyacı var. Amma bunun saatı yoxdur. Gəldisə, dərhal işə başlamaq lazımdır. Maraqla oxuyuram yazınızı. Çox sağ olun. give_ros
12 mart 2015 23:35
imza: Hiss və ağıl həyat gəmisinin yelkəni və sükanı kimidir; biri hərəkətə gətirir, o biri istiqamətləndirir.
Cübran.
Offline
Hacət-i Vuslat
Nə isə bu saatla, sifarişlə yazanları anlamıram. Mənə görə, hisslərin sözlərə çevrilməsi üçün ilham gəlməlidir, onun da gəlişinin saatı, zamanı olmur. Bəlkə də mən yanılıram, anormallıq məndədir...
12 mart 2015 21:34
imza: Diqqət əziz xanımlar! Sərbəst qrafikli,yatırımsız işə ehtiyacınız varsa mənimlə əlaqə saxlayın.
Offline
Fatma xanım
Səhər saat ondan on birə qədər oxuyuram. On birdən ikiyə qədər yazıram, nahar yeməyindən sonra isə saat dördün yarısına -belə insanlara halaldı də
12 mart 2015 19:16
imza: Şükr etməyəndən sonra dünyaları yesən nə faydası.

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Offline
Xanim_Xatun
Çox yavaş yazan bir yazıçıyam"
12 mart 2015 19:15
Offline
●♥ Səma ♥●
Yaradıcı insanların maraqlı vərdişləri olur.Bunlarla bizi tanış etdiyinizə görə təşəkkürlər Ceylan xanım.
12 mart 2015 18:46
imza: Qırılmış bir qadın elə susar ki,sükutundan kar olarsan....
Offline
Şəri Babayeva
Dikkens günortadan sonra saat ikini keçirmədən masasının başından qalxar, Londonda üç saatlıq gəzintiyə çıxardı. Bir tərəfdən hekayəsini düşünməyə davam etdiyi bu yürüyüşlərdə, "üzərinə bir şeylər inşa etmək istədiyi rəsmlər" axtarırdı.

Maraqlıdı.Təşəkkür Ceylan xanım.
12 mart 2015 18:24
imza: Qadın təbiəti gərəyi zəifdir; amma ağrıya ən çox o dözər. Qadının müqavimətini qıran tək şey xəyal etdiyi kişinin boş çıxmasıdır...
Offline
.........................................
Maraqli bir xebere gore tesekkurler give_ros
12 mart 2015 18:01
Offline
pure love
ADLARINI EŞİTMİŞDİM ANCAQ ONLAR HAQQINDA NƏ MƏLUMATIM VARDI NƏ DƏKİ ÜZLƏRİNİ GÖRMÜŞDÜM.TƏŞƏKKÜRLƏR XƏBƏR ÜÇÜN give_ros
12 mart 2015 16:51
Offline
KEMALE MEMMEDOVA
Təşəkkürlər Ceylan xanım
12 mart 2015 15:22
Offline
Aysel İ.
Ən başda mütləq səssizliyə ehtiyacı vardı; evlərindən birində səsin içəri daxil olmasını əngəlləmək üçün iş otağına ikinci bir qapı taxdırmışdı. İşlədiyi otağın da təmiz və səliqəli olması vacib idi. Yazı masası bir pəncərənin qarşısında olmalı, üstündə qaz lələyindən qələmlər və mavi mürəkkəbdən ibarət yazı ləvazimatları ilə yanaşı bir neçə bəzək əşyası da qoyulmalı idi: təzə-tər çiçəklərlə dolu kiçik bir güldan, məktub açmaq üçün bıçaq, bir neçə heykəlcik.


Oliver Tvistin macəraları,Böyük ümidlər adlı əsərlərini bəyənirəm.
"Səhər saat ondan on birə qədər oxuyuram. On birdən ikiyə qədər yazıram, nahar yeməyindən sonra isə saat dördün yarısına qədər oxuyuram. Daha sonra saat beşə qədər meşədə gəzirəm və ya göldə balıq tuturam. Evə qayıtdıqda saat yeddiyə qədər məktublarımı yazıram, yaxud bir az da işləyirəm və axşam yeməyindən əvvəl bir saatlıq gəzməyə çıxıram".

Düzü he bir əsərini oxumamışam. Ancaq maraqlı vərdişləri olub.

Təşəkkürlər Ceylan xanım. give_ros
12 mart 2015 14:15
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!