İntellekt informasiyanın əldə edilməsi, onun emal edilməsi və onun məqsədəyönlü istifadəsindən ibarət olan zehni qabiliyyətdir. İntellekt sözü Latın mənşəlidir: intellectus – başa düşmə, intellegere – başa düşmək, inter – arasında, legere – seçmək deməkdir.
Əziz Qadin.Netlilər, bu xəbərim sayəsində intellektin bir neçə növü ilə tanış olacaqsınız.
1. Təbiət intellekti – insanlarda heyvanları və bitkiləri hiss etmək qabiliyyətini müəyyənləşdirir. Bu qabiliyyət bizim keçmiş təkamülümüzdə qeyri-adi bir qabiliyyət, istedad hesab edilirdi. İbtidai ovçular və bitki toplayanlar bu qabiliyyətlərindən istifadə edirdilər. İndinin özündə də bu tip intellektlər bəzi sahələrdə, daha dəqiq desək, botanikada və aqronomiyada mühüm rol oynayır. Müasir cəmiyyət təbiətdən daha çox uzaqlaşdığından bu tip intellekt maraq kəsb etmir.
2. Musiqi intellekti – insanlarda addımı, ritmi, tembr və tonu ayırd etmək qabiliyyətini müəyyənləşdirir. Bu tip intellekt bizə musiqini duymaq, yaratmaq və ifa etmək qabiliyətini verir. Bu tip intellekt olmadan nə dirijorlarda, nə bəstəkarlarda, nə vokalistlərdə, nədə ki, dinləyicilərdə incə musiqi duyumu olmazdı.
3. Məntiqi-riyaziyyat intellekti – insanlarda məntiqi, riyazi hesablamaları daha tez tapmaq və hesablamaq qabiliyyətini müəyyənləşdirir. Məntiqi intellekt, adətən, riyaziyyatçılarda, alimlərdə və detektivlərdə daha çox inkişaf edir. Bu tip intellektə malik olan gənclər ünsiyyətdən uzaq olurlar və qapalı olurlar. Onlar üçün rəqəmlər və məntiqi məsələlər daha maraqlıdır.
4. Ekzistensial intellekt – insanlarda onların mövcudluğunun məna və məzmununun nədən ibarət olması haqqında dərin sualları ortaya qoya bilməsi qabiliyyətini müəyyənləşdirir. Bu tip intellektə malik olan adamlar həyatın mənası və insanların Yer üzünə nə üçün gəlməsi ilə bağlı yeni fikir və ideyalar ortaya qoymaq qabiliyyətinə malik olurlar.
5. Fərdlərarası intellekt – insanlarda bir-birini dərindən anlamaq və başqaları ilə effekli sürətdə qarşılıqlı hərəkət etmək qabiliyyətini müəyyənləşdirir. Qarşılıqlı hərəkət dedikdə, effektli şifahi və qeyri- şifahi kommunikasiya, insanlar arasındakı müxtəlifliyi tez anlamaq, həmçinin, insanların əhval-ruhiyəsini və temperamentini yaxşı hiss etmək qabiliyyəti nəzərdə tutulur.
Müəllimlər, sosial sfera işçiləri, aktyorlar və siyasətçilər bu tip intellektə malik olmalıdırlar. Bu tip intellektə malik olan gənclər adətən, öz həmyaşıdları arasında lider olurlar, ona görə yox ki, onlar güclüdürlər, ona görə ki, onlarla çox maraqlıdır və onlar hər bir kəsin keçirdiyi hissləri anlaya bilirlər.
6. Cismani-kinestetik intellekt – insanlarda fiziki obyektlərlə manipulyasiya etmək və müxtəlif fizioloji bilgilərindən istifadə etmək qabiliyyətini müəyyənləşdirir. Bu tip intellektə malik olanlar məkan və zamanda yaxşı orientasiya edə bilirlər. Əsasən, idmançılar, rəqqaslar, cərrahlar bu tip intellektə malik olmalıdırlar.
7. Linqvistik intellekt – insanlarda fikirləşmək və öz fikirlərini çox dəqiq interpretasiya etmək (hətta hamının çətin başa düşə biləcəyi sözləri belə) qabiliyyətini müəyyənləşdirir. Bu tip intellektə daha çox şair və yazıçılar, jurnalistlər, ictimai xadimlər malik olmalıdırlar.
8. Şəxsiyyət intellekti - insanlarda özünü, öz fikirlərini, hisslərini dərk etmək və bundan həyatın planlaşdırılması prosesində istifadə etmək qabiliyyətini müəyyənləşdirir. Bu tip intellekt insanlara öz qabiliyyətini düzgün qiymətləndirmək və bu qabiliyyətdən qədərincə yararlanmaq imkanı yaradır. Bu tip intellektə əsasən, psixoloqlar malik olurlar və bununla belə bu adamlar əksər hallarda çox utancaq olurlar.
9. Məkan intellekti – insanlarda üçölçülü fikirləşmək qabiliyyətini müəyyənləşdirir. Bu tip intellektə malik olanlar olduqları məkanı, qarşıda onları nələrin gözlədiyini yaxşı dərk edir və onlar olduqları məkanı və ondan soruşulan yerləri çox asanlıqla təsəvvüründə canlandıra və təsvir edə bilirlər. Əsasən, dənizçilər, təyyarəçilər, heykəltaraşlar, rəssamlar və memarlar bu tip intellektə malik olurlar. Onlar labirint, puzzle ilə daha çox maraqlanır və saatlarla bir şəkilə baxa bilirlər.
Aynur Alimuradbəyli
XƏBƏR LENTİ
Cəbhədə son vəziyyət
Koronavirus barədə ilk dəfə məlumat vermiş mərhum həkimin övladı dünyaya gəldi
Müdafiə Nazirliyi: Gərgin döyüşlər davam edir
Xəzərdə suitilərin ölümünün hansı səbəbdən baş verdiyi araşdırılır
Dekor sabunlar təhlükə mənbəyidir
Bir neçə günə məşhurlaşmış Zao tətbiqi
Payız üçün köynəklər
Bürcünüzə görə dekorasiya
Onları filminə çəkən müflis olur-FOTO
Arıqlamaq üçün pəhriz
Aqillərin inamına görə...(2)
Prezident və ailəsi təntənəli mərasimdə - FOTO
Nə vaxt nə içəcəyinizi bilin!
Bakı metropoliteni iş qrafikini dəyişəcək
Boliviya tarixinə düşən şəxs prezident seçildi
Məktəblərdə qış tətili bu tarixdə başlayacaq
Diordan çanta kolleksiyası
Hava xəbərdarlığı
HAVA necə olacaq?-16 Sentyabr
Bred Pitt yeni sevgilisi ilə tətilə çıxdı
Alimlər Yerə düşən meteoritlərdə su izləri aşkar ediblər
Türkiyədə zəlzələ olub
Milli Qəhrəmanlarımızın şəkilləri Bakı küçələrinə həkk edildi - VİDEO
Hamilə qadının bətnində 13 uşaq var
Bayramda təcili yardım və polislər ayağa qalxacaq
Nar dənəli çuğundur salatı
Güllü kəpənək tortu (foto-resept)
271 qız bir anda ərə getdi
Tokio metrosunda robotlar olacaq - FOTO
Sağlam kişi koronavirusa yoluxduqdan sonra ayağını itirdi
2014-cü il - At ili
Yatmazdan əvvəl bunu etməyin
Hər növ saç üçün maskalar
O da "Təki Vətən sağ olsun!" dedi
Süd verən analar bunu siz də hazırlaya bilərsiniz
Rahat həyat ömrü qısaldır
2016 - Bayramınız mübarək!
Düşmən Tərtər rayonunu atəşə tutub - RƏSMİ
Hansı meyvə suları ürək üçün faydalıdır?
Göylər eşqim qədər mənə əzizdir..
Sabah leysan yağacaq, dolu düşəcək
Gözəlləşmək üçün bıçaq altına girən məşhurlar - FOTO
Peyvənd olunmayan uşaq suçiçəyi keçirsə...
Sevənlərin davranış mədəniyyəti
Pis yuxu şəxsi həyatı məhv edir
Günün ulduz falı
İranda 8 narkotacir asıldı
YAY FOBİYASI: bu xəstəlik kimləri ölümə aparır?
Meyvələrin bilmədiyimiz faydaları
Meyvə, yoxsa dərman...
- ŞƏRHLƏR