Bakıda hava 10°
USD AZN
EUR AZN
08:08Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər! 28 fevral 22:05Feride xəstə müəllimlər işə getmsinlər 28 fevral 22:04Feride Saglam uşaqları da xəstələndirirlər
41470

Təhtəlşüurun gücü -3

Təhtəlşüurun gücü -3

Dərslərimə qatılan Ruth A. adlı bir qadından məktub almışdım. Bunları yazmışdı:
"75 yaşında ailəsi dağılmış bir dulam. Kiçik bir təqaüd və sosial sığortamla tək başıma yaşayırdım. Həyatım çox çıxılmaz və ümidsiz görünürdü. Sonra sizin təhtəlşüurun gücləri haqqındakı danışığınızı xatırladım. Fikirlərin təkrar, inanc və ümid yolu ilə şüuraltına göndərilməsini söyləmişdiniz. Bunun doğru olmasına inanmaq üçün yoxlamağı qərara aldım. İtirəcək bir şeyim qalmamışdı.
Olduqca güclü hisslərlə, sıx-sıx təkrarlamağa başladım.- Arzulanıram. Sevilirəm.Kübar, sevgi dolu, mənəviyyata əhəmiyyət verən bir insanla xoşbəxt evliliyim var. Güvənc doluyam və həyatımdan razıyam.- İki həftə boyunca gündə bir çox dəfə bunları deməyə davam etdim. Bir gün yaxınlıqdakı aptekdə təqaüdçü bir kişi ilə tanış oldum. Onun çox kübar, anlayışlı və dindar adam olduğunu düşündüm. Diləyim mükəmməl bir şəkildə qarşılıq tapmışdı. Bir həftə içərisində mənə evlənmə təklif etdi. İndi bir aydır Avropada bal ayındayıq. Təhtəlşüurun gücünə artıq inanıram".

Təhtəlşüurun gücü -3

Unutmayın; təhtəlşüurunuz düşüncələrinizin yaxşı və pis, doğru və yanlış olduğunu təsdiq etməyə çalışmaz. Düşüncələrinizin və təlqinlərinizin təbiətinə görə reaksiya verir. Məsələn, şüurlu olaraq bir şeyin doğru olduğuna inanırsınızsa, bu yanlış olsa da, şüuraltınız bunu doğru qəbul edər və siz şüurlu olaraq doğru olduğunu qəbul etdiyiniz üçün ona uyğun nəticələr ortaya çıxacaq.

Təhtəlşüurun gücü -3

Təhtəlşüurla diqqətli davranmaq lazımdır, çünki nə söyləsəniz, sözünüzü dinləyər. İllərcə Sakston Hallda özümün yaratdığım London Truth Forumda seminarlar verdim. Buranın müdürü dr. Evelyn Fleet mənə kiçik qızı həm insanı şikəst buraxa bilən revmatoid artrit, həm də görmə qabiliyyətini pozan və acı verən bir sədəf xəstəliyinə tutulmuş adamdan bəhs etdi. Bir çox mülaicə yoxlanılmış, amma həkimlərin etdiyi heç bir şey işə yaramamışdır. Ata ümidsizliyin içində idi. Özünə və dostlarına dayanmadan eyni şeyi söyləyirdi:- Qızımın yaxşılaşdığını görmək üçün sağ qolumu verərəm.
Dr. Fleetin dediyinə görə bir gün bu ailə maşınla gəzməyə çıxmışdı. Yolda qəza baş vermişdi. Atanın sağ qolu düz çiynindən qopmuşdu. Xəstəxanadan evə qayıtdığında isə qızının artritinin və sədəf xəstəliyinin sağaldığını görmüşdü.
Şüuraltınıza yalnız sizi hər acıdan yaxşılaşdıracaq, qoruyacaq, yüksəldəcək və sizə ilham verəcək təlqinlər göndərməyə diqqət etməlisiniz. Unutmayın, şüualtınız zarafatlardan anlamaz, sadəcə sözünüzü dinləyər.

 

Təhtəlşüurun gücü -3


Anadan olduğumuz gündən etibarən mənfi təlqin bombardmanına tutuluruq. Nə cür qarşı çıxa bilmədiyimiz üçün şüursuzca bunları qəbul edir və təcrübələrimiz halına çeviririk.

 

Mənfi təlqinlərə bəzi nümunələr:
Bacara bilməzsən.
Əsla uğur qazana bilməzsan.
Etməməlisən.
Uğursuz alınacaq.
Heç şansın yoxdur.
Çox səhv edirsən.
Faydası yoxdur.
Nə bildiyin deyil, kimi tanıdığın vacibdir.
Dünya get-gedə pozulur.
Kimsə kimsənin vecinə deyil.
Bu qədər çox işləməyin mənası yoxdur.
Artıq çox qocasan.
Hər şey get-gedə pisləşir.
Həyat bitmək bilməyən acılardan ibarətdir.
Eşq köhnə bir yalandır.
Qazana bilməyəcksən.
Diqqət et, çox pis bir xəstəliyə tutularsan.
Kimsəyə etibar etmək olmaz.

Bu cür heterotəlqinləri qəbul etməklə onların gerçəyə çevrilməsində iştirak edirik. Uşaqlığınızda sizin üçün doğma olan insanların təlqinləri qarşısında çarəsiz idiniz. Daha yaxşısını necə edəcəyinizi bilmirdiniz. Zehin-şüur və şüuraltı-sizin üçün marağında belə olmadığınız bir sirr olub. Ancaq artıq bir yetişkin olaraq seçimləri edə bilirsiniz. Keçmişdəki təlqinlərdən qurtulub yeninlənmə terapiyasına başlamağın zamanı çatmışdır.

Cozef Mörfi "Təhtəlşüurun gücü"

Səslərin sayı: 6
18
2492
Şərhlər
Offline
H.M
Düşüncələrinizin yaxşı və pis, doğru və yanlış olduğunu təsdiq etməyə çalışmaz. Düşüncələrinizin və təlqinlərinizin təbiətinə görə reaksiya verir. Məsələn, şüurlu olaraq bir şeyin doğru olduğuna inanırsınızsa, bu yanlış olsa da, şüuraltınız bunu doğru qəbul edər və siz şüurlu olaraq doğru olduğunu qəbul etdiyiniz üçün ona uyğun nəticələr ortaya çıxacaq.
15 yanvar 2015 11:38
Offline
Gulay
Mənfi təlqinlərə bəzi nümunələr:
Bacara bilməzsən.
Əsla uğur qazana bilməzsan.
Etməməlisən.
Uğursuz alınacaq.
Heç şansın yoxdur.
Çox səhv edirsən.
Faydası yoxdur.
Nə bildiyin deyil, kimi tanıdığın vacibdir.
Dünya get-gedə pozulur.
Kimsə kimsənin vecinə deyil.
Bu qədər çox işləməyin mənası yoxdur.
Artıq çox qocasan.
Hər şey get-gedə pisləşir.
Həyat bitmək bilməyən acılardan ibarətdir.
Eşq köhnə bir yalandır.
Qazana bilməyəcksən.
Diqqət et, çox pis bir xəstəliyə tutularsan.
Kimsəyə etibar etmək olmaz.

Gundelik ewitdiyimiz ve iwletdiyimiz sozler, cox teessuf ki beledir,insan ozu-ozunu yaxwi kokde duwunmeye motivasiya etmelidir, yazi ucun tewekkurler.
14 yanvar 2015 12:09
Offline
Ceylan Mumoğlu
Hacət-i Vuslat,
Çox böyük arzumdur maddiyatım artsın, həm də çox artsın. Səbəb isə Vətənimdə sadəcə qızların təhsil aldığı məktəb açmaqdır. Çox dua edirəm, inanıram da, olma ehtimalını çox yüksəldirəm, çünki bilirəm məqsəd Allahdır.

İnşAllah, arzunuz həyata keçər, gözəl arzudur.
13 yanvar 2015 20:36
Offline
Marika
mene bu evrene mesaj gondermek suuraltina gozel fikirler yerlesdirmek kimi terminler narahat edir eslinde men bunu ALLAHA sukur kimi qiymetlendirirem ve bele oldugunu dusunurem Allaha coxlu hemd etdikde gozel seyleri ondan istedikde zaten olur men bele dusunurem
13 yanvar 2015 14:12
Offline
Hacət-i Vuslat
Arzulanan şeylər yüksək dəyərələrə, insanlığa xidmətə, Allaha sevgiyə söykənmirsə, heç arzulanmasa daha yaxşıdır.

Dəyərli müəllimim, mürşidimiz bu yöndə həvəsləndirir bizləri. İmamlar, Peyğəmbərlər - Onlar seçilmişlərdir və Onlar kimi təbii ki, ola bilmərik. Amma bu o demək deyil olduğumuz yerlə kifayətlənməliyik. Onlardan nümunə götürərək irəliləməliyik. İman çox önəmlidir, amma imana təkan verən iradə yoxdursa saydığımız yerdəcə qalarıq. Daim özünüzə təkarar edin ki, "Mən bunu bacaracağam, mən Allahın sevdiyi qullardan olacağam. Mən İblisi dinləməyəcəyəm. Mən daimi zikir sahiblərindən əlbəttə olacağam.Mən buna inanıram!"-bunu öyrədir bizə həmçinin. Heç bir dünyəvi istəkdə şüurumuza təlqinimiz yoxdur. Dünyəvi istək varsa da mütləq məqsəd Allah rizası olmalıdır. Məsələn, çox böyük arzumdur maddiyatım artsın, həm də çox artsın. Səbəb isə Vətənimdə sadəcə qızların təhsil aldığı məktəb açmaqdır. Çox dua edirəm, inanıram da, olma ehtimalını çox yüksəldirəm, çünki bilirəm məqsəd Allahdır.(düzdür məsləhətləşdim, dedilər Azərbaycan kimi ölkədə qeyri-mümkün olan bir şeydir, amma mən yenə də inanıram, zaman çox dəyiçəcək, bizim zamanımızın çatmağına çox az qalıb,in şa ALlah).
Digər bir tərəfdən bu cür ədəbiyyatla (Cozef Mörfi-Təhtəlşüurun gücü)tanışlıq oxucularımız üçün maraq oyadıb, səhifəmdə də görürəm, paylaşdıqca axtarmağa başlayıblar, elektron variantlarını yükləyib oxuyurlar. Demək ki, bu cür biliklərə, şüuraltının öyrənilməsinə ehtiyac var.
İn şa ALlah doğru istiqamətdə istifadə edərlər bu faydalı tapıntını. Bu da bıçaq kimidir, cani əlində soyuq silah, ustanın əlində bir alətdir.
13 yanvar 2015 08:38
imza: Diqqət əziz xanımlar! Sərbəst qrafikli,yatırımsız işə ehtiyacınız varsa mənimlə əlaqə saxlayın.
Offline
nigar dadasova
xeber gore tskller
12 yanvar 2015 14:09
Offline
gunay
Maraqlidi. Tewekkurler.
12 yanvar 2015 13:27
Offline
Nurane Kerimova
vay vay menim beynimden bedbin fikirler tez tez kecir, ele bilirem ezizlerimden kumse xestelenecek, nese olacaq Allah qorusun.. tez tez lenet seytana deyirem... optimist ola bilmirem (((
12 yanvar 2015 00:35
Offline
Ceylan Mumoğlu
Hacət-i Vuslat,
Dünyada kef çəkmək üçün yox!)) Nə qədər Yaradanı unutmuş olmalısan ki, buna uyasan. Lap tutaq ki. effekti var - nə olsun? Faydası hara qədərdir? Gözlərini əbədi yumana qədər. Sonra görüm faydası olacaqmı...

Təbii ki, haqlısınız Lalə xanım. Yadıma gəlir, əvvəllər mən bir film izləmişdim, Ronda Bern - Sirr (The Secret) kitabı əsasında çəkilmiş, o filmdə də təlqin edilənlər eyni Cozef Mörfinin kitabında bəhs edilən hadisələr kimidir. O film mənə ilk başda çox cazibəli gəlmişdi, hətta tam anlaya bilmək üçün 2 dəfə izləmişdim, amma sonra gördüm ki, orda izah edilənləri insan bir yerə qədər tətbiq edə bilər,fasiləsiz olaraq nəsə arzulayıb durmaq insanı iyrəndirə də bilər. Arzulanan şeylər yüksək dəyərələrə, insanlığa xidmətə, Allaha sevgiyə söykənmirsə, heç arzulanmasa daha yaxşıdır.
Əlbəttə ki, bütün şeylər, hadisələr Yaradanın hökmü altındadır. Kainatda heç bir şey Ondan gizli qalmaz.

Digər bir tərəfdən bu cür ədəbiyyatla (Cozef Mörfi-Təhtəlşüurun gücü)tanışlıq oxucularımız üçün maraq oyadıb, səhifəmdə də görürəm, paylaşdıqca axtarmağa başlayıblar, elektron variantlarını yükləyib oxuyurlar. Demək ki, bu cür biliklərə, şüuraltının öyrənilməsinə ehtiyac var.
12 yanvar 2015 00:33
Offline
Şəri Babayeva
Maraqlıdı.Təşəkkür edirəm Ceylan xanım. air_kiss
11 yanvar 2015 22:29
imza: Qadın təbiəti gərəyi zəifdir; amma ağrıya ən çox o dözər. Qadının müqavimətini qıran tək şey xəyal etdiyi kişinin boş çıxmasıdır...
Offline
●♥ Səma ♥●
Bacara bilməzsən.
Əsla uğur qazana bilməzsan.
Etməməlisən.
Uğursuz alınacaq.
Heç şansın yoxdur.
Çox səhv edirsən.
Faydası yoxdur.
Nə bildiyin deyil, kimi tanıdığın vacibdir.
Dünya get-gedə pozulur.
Kimsə kimsənin vecinə deyil.
Bu qədər çox işləməyin mənası yoxdur.
Artıq çox qocasan.
Hər şey get-gedə pisləşir.
Həyat bitmək bilməyən acılardan ibarətdir.
Eşq köhnə bir yalandır.
Qazana bilməyəcksən.
Diqqət et, çox pis bir xəstəliyə tutularsan.
Kimsəyə etibar etmək olmaz.
Beli,bu deyilenlerin coxu gunluk heyatimizda bize deyilen,bizim kimese,ve ya ele icimizde ozumuze dediyimiz cumlelerdir.Amma gercekden neye inanirsansa o da olur.Bunu cox eshitmishem,amma hec sinamamisham.Ele bu gunden her sheyin ela olacaqini fikirleshmeye bashlayacam.InshAllah yaxshi neticesi olarsa,mutleq sizlerle paylashacam.Teshekkurler,Ceylan xanim.
11 yanvar 2015 22:25
imza: Qırılmış bir qadın elə susar ki,sükutundan kar olarsan....
Offline
Qəribə
Keçmişdəki təlqinlərdən qurtulub yeninlənmə terapiyasına başlamağın zamanı çatmışdır.
Bəli, hər bir şeydə yeninlənmə terapiyasına başlamağın zamanı gözləmək lazımdır.
Cox gözəl mövzudur. Maraqla oxudum. Təşəkkür edirəm Ceylan xanım. give_ros
11 yanvar 2015 21:53
imza: Не забывайте благодарить Бога, Он же не забывает будить вас каждое утро.

Iдеальных людей не бывает, цените тех,
кто смог полюбить ваши недостатки.
Offline
Ellada Babayeva
Keçmişdəki təlqinlərdən qurtulub yeninlənmə terapiyasına başlamağın zamanı çatmışdır.

yes
Mənfi təlqinlərə bəzi nümunələr:

Burdaki sadalanan mənfi təlqinlər nümunələrini mənə deyən çox olub. İnsan bir işin dalınca getdikdə, ona inansa ki, alınacaq alınır. Özünə güvən əsasdır.

Şüurlu olaraq bir şeyin doğru olduğuna inanırsınızsa, bu yanlış olsa da, şüuraltınız bunu doğru qəbul edər və siz şüurlu olaraq doğru olduğunu qəbul etdiyiniz üçün ona uyğun nəticələr ortaya çıxacaq.

Düzdür..
11 yanvar 2015 21:20
imza: Hiss və ağıl həyat gəmisinin yelkəni və sükanı kimidir; biri hərəkətə gətirir, o biri istiqamətləndirir.
Cübran.
Offline
Hacət-i Vuslat
Bu silsilə xəbər mənə universitet illərindəki müəlllimimin bir söhbətini xatırlatdı. Bəzən olur ki,hamsısa ailənin üzərində cadu ("proklatye") olduğu düşünülür.Məsələn,o ailədə çoxları hündürdən yıxılaraq və ya yol qəzalarında ölürlər. Amma əslində araşdırıldıqda məlum olur ki.genetik olaraq bu ailənin üzvləri müvazinətlərini saxlaya bilmirlər. Ölüm səbəbləri bununla əlaqədardır.
Məqalədə göstərilən bəzi halları şüurum qəbul edir, məsələn şüuraltı olaraq sağalacağına inanan insanın orqanizmində immunitet artması nəticəsində. Və ya yaşlı tənha xanımın bir həftə içində evlilik təklifini almasını da izah etmək olar - qadın gözəl düşündüyü üçün təbii ki, üz cizgiləri də daha gözəgəlimli,daha cəlbedici olur. Bu səbəbdəb qarşı cinsin diqqətini cəlb etməsi normaldır.Sonrasında da qadın daha müsbət düşündüyü üçün münasibətlərin inkişafına təkan verir. Bir növ ekstrasenslərin şəxsin əlindən tutaraq gizlədilən ə.yanın yerini düşünməsini xahiş edərək,o əşyanı "möcüzəvi" şəkildə tapması kimi.İnsan qeyri-ixtiyari olaraq əlini tutanı düşündüyü tərəfə istiqamətləndirir.
Amma bəzi hallar ki, məsələn qolumu qurban verərəm dedi.qolu kəsildi və qızın xəstəliyi sağaldı - bunun sadəcə təsadüf olduğuna inanıram. O adam düşünməsəydi də baş verən baş verəcəkdi.
Youtubda buna oxşar video izləmişdim.insanları ancaq müsbəti və ən dəhşətlisi dəodur ki.slrf dünya ilə bağlı,maddiyatla bağlı düşünmələrinin təlimi keçilirdi. İnsanlar sanki zombiləşərək ancaq "mənim pulum çoxdur,hamı məni sevir,mən gözələm,uğurlu ailəm var" və.s düşünməlidirlər. Məncə bu sırf İblisin hiylələrindəndir.Allahı. Onun əmrlərini,(hansi ki,Zariyat surəsində bildirlir ki, cin və insanlar QUL olmaq üçün yaradılıb!Dünyada kef çəkmək üçün yox!)) Nə qədər Yaradanı unutmuş olmalısan ki, buna uyasan. Lap tutaq ki. effekti var - nə olsun? Faydası hara qədərdir? Gözlərini əbədi yumana qədər. Sonra görüm faydası olacaqmı...
11 yanvar 2015 19:59
imza: Diqqət əziz xanımlar! Sərbəst qrafikli,yatırımsız işə ehtiyacınız varsa mənimlə əlaqə saxlayın.
Offline
Farida_Asadova
Belə bir deyim var" Ne düşündüyünü dikkat et,bir gün gerçek ola bilir"
Mən şəxsən nəyisə istəyəndə 10 15 gün yatmazdan öncə o işi xəyal edirəm.ilk günlər adama qəribə gülməli gəlir.amma sonra vərdiş edirsən inanirsan. Elə ürəkdən düşünürəm ki hətta həyəcanlaniram..
Bu məndə həmişşə öz nəticəsini verib.
Bir nüansı da qeyd edim ki,nəyisə istəyirsinizsə ona doğru gedin onuncun calişin, istəyin və inanın.
11 yanvar 2015 19:51
Offline
.....
Her zaman ozume bu suali verirem men
11 yanvar 2015 18:11
Offline
Aysel İ.
Çox gözəl mövzudur. İnsan özünə inandıqda, və + fikirləşdikdə. Hər şey istədiyi kimi olur.Təşəkkürlər.
11 yanvar 2015 17:44
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Ramilya ))
"Şüuraltınıza yalnız sizi hər acıdan yaxşılaşdıracaq, qoruyacaq, yüksəldəcək və sizə ilham verəcək təlqinlər göndərməyə diqqət etməlisiniz" .. ama teessuf ki , bu herden alinmir .. xebere gore Teshekkurler yes
11 yanvar 2015 14:17
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış