Bakıda hava
USD AZN
EUR AZN
15:30Feride Pərvizin qaçmağı zəyifdi 15:30Feride Adada ayrı dava saldı oyunda ayrı sora uzr istədi də 15:29Feride Ayla Pərvizdə gunah yoxduye o yemək bişirənin hiyləsidi 11:39Ayla Ayla Perviz deyesen esebi adamdi 11:38Ayla Ayla Hamiya salammm Survivora kim baxdijQuery162089170006099228_1581925069530?? 08:45Xəyalə Murad Yeni iş və dərs günü hər birinizi salamlayırıq! 08:45Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
41418

Təhtəlşüurun gücü-1

Təhtəlşüurun gücü-1
Niyə bir insan kədərliykən digəri xoşbəxtdir?
Niyə bir insan qorxaq və narahatkən digəri inanc və güvənc doludur?
Niyə bir insan amansız xəstəlikdən qurtularkən digəri sağalmaz?
Niyə bir insan bir uğur nümunəsiykən digəri səfil haldadır?
Niyə bir natiq cəlbedici və son dərəcə populyarkən digəri adi və sönükdür?
Niyə bir insan xoşbəxt bir ailə həyatına sahibkən digəri ailə həyatında bədbəxtlik və xəyal qırıqlığı yaşayır?
Bütün bu sualların cavabı şüur və təhtəlşüurumuzun işləməsində gizlidir.

Təhtəlşüurunuz qaranlıq bir otaqdır. Xaricdəki həyatınızın inkişaf etdiyi gizli bir yerdir. Bu səbəblə sizi siz edən şey; adınız, geyiminiz, ana-atanız, məhəlləniz və ya sürdüyünüz avtomobil və s. deyil. Siz yeraltındakı qaranlıq otağınızda formalaşan inanclarınızdan ibarətsiniz. Əxlaqi mənada təhtəlşüurumuz təmamən tərəfsizdir; bir vərdişi dünyanı yaxşı və ya pis görməmizə əhəmiyyət verməz. Bu səbəbdən təhtəlşüurumuza, yəni qaranlıq otağımıza neqativ düşüncələr gəldiyində, həmin qaranlıq düşüncələrin gündəlik təcrübə və münasibətlərimizdə ifadə olunduğunu görüb təəccüblənirik. İşin əsası da budur ki, başımıza gələn hər şeydə bizim rolumuz vardır.
Hamımızın uşaqlıqdan gələn və uzun müddət əvvəl unutduğumuz inanc və fikirləri vardır. Bunlar təhtəlşüurumuza aid qaranlıq otağın dərinliklərində gizlənib. Bunu bilmək gələcək düşüncələrimizi sağlam şəkildə dəyərləndirməyə kömək edəcəkdir.

Məsələn, bir ventilyatorun yanında oturduğunuzda boynunuzun tutulacağına inanırsınız, təhtəlşüurunuz boynunuzun tutulmasını təmin edəcək. Bu narahatlığa səbəb olan şey ventilyatorun yüksək frekansda zərərsiz enerji molekulları yayması deyil, sizin böyük inanclarınızdır. Ventilyator zərərsizdir.

Başqa bir misal, iş yerinizdə biri asğırdığı üçün soyuqdəyməyə tutulacağınızdan qorxursunuz, qorxunuz zehninizin bir hərəkəti halına gələrək gözlədiyiniz, qorxduğunuz, inandığınız şeyi yaradır. İş yerindəki soyuqlamış yoldaşınızı görərkən özünüz barədə sağlam düşüncədə olsanız, heç bir soyuqdəymə halı baş verməz. 

Təhtəlşüurun gücü-1

Digər tərəfdən möcüzəvi, şəfaverici gücün haradan gəldiyini düşünürsüz? Əlbəttə, eyni təhtəlşüurdan... Qaranlıq otağınızı faydalı gerçəklərlə doldursanız, xarici şəkilləriniz də bunları əks etdirəcək. Təhtəlşüurunuz bu gerçəkləri qəbul edər və sağlam, enerjili olmağınız üçün səy göstərər. Bir almanı yeyərkən qanınıza qarışması kimi sağlam düşüncələr də zehninizə yerləşir və həyatınıza təsir göstərir. Yeriməyi, üzməyi, rəqs etməyi, piano çalmağı və s. bu şəkildə öyrənirsiniz. Bu düşüncəni tez-tez təkrarlasanız, bir müddət sonra bu sizin bir hissəniz halına gələcək. Benzin avtomobilinizi işlədə bilməsi üçün əvvəlcə buxar halına gəlməlidir, güc qazanmadan əvvəl dəyişməsi lazımdır. Zehniniz də dünyanızı olmasını istəyiniz yerə gətirmədən əvvəl dəyişməlidir. 

Təhtəlşüurun gücü-1

Təhtəlşüurunuz, qaranlıq otağınız gözəl yeni fikirlərlə dolduqdan sonra köhnələrin yerinə onlar keçəcəklər. Bir an əvvəl doğru, gözəl və dəyərli şeyləri düşünməyə başlayın, ətrafınızın dəyişəcəyini görəcəksiniz. Hər şey başlanğıcda xoş niyyətlə yaradılıb, sizlər də hərəkətlərinizdə o cür olmalısınız. Bunu etmək sizə düşüncələriniz məsələsində yeni və sağlam bir baxış bucağı qazandıracaq; bundan sonra heç bir təsiriniz olmadığını düşündüyünüz mənfi yüklü tablolarının qurbanı olmaq məcburiyyətində qalmayacaqsınız.

Cozef Mörfi - "Təhtəlşüurun gücü"

Səslərin sayı: 6
25
1955
Şərhlər
Offline
.....
Yəqin çoxunda belədi yaxşı düşünürsən yaxşı olur pis düşünəndə mütləq nəsə pis bir şey olur deməi bunun adı təhtək şüüurmuş
10 yanvar 2015 11:13
Offline
nihatmehtizadə
İnsan beynində nəyi sintez edirsə oda baş verir.Çalışaq həmişə pozitiv olaq.Təşəkürlər,maraqlı mövzudu.Təşəkkürlər. give_ros
8 yanvar 2015 12:53
Offline
Humka1
Cox gozel movzudur.Tesekkur edirem xeber ucun.
7 yanvar 2015 15:02
Offline
Şəri Babayeva
Təhtəlşüurunuz, qaranlıq otağınız gözəl yeni fikirlərlə dolduqdan sonra köhnələrin yerinə onlar keçəcəklər. Bir an əvvəl doğru, gözəl və dəyərli şeyləri düşünməyə başlayın, ətrafınızın dəyişəcəyini görəcəksiniz. Hər şey başlanğıcda xoş niyyətlə yaradılıb, sizlər də hərəkətlərinizdə o cür olmalısınız.
Maraqla oxudum təşəkkür edirəm. air_kiss give_ros
6 yanvar 2015 21:07
imza: Qadın təbiəti gərəyi zəifdir; amma ağrıya ən çox o dözər. Qadının müqavimətini qıran tək şey xəyal etdiyi kişinin boş çıxmasıdır...
Offline
Aysel İ.
Belə bir atalar sözü vare" Qorxan gözə çöp düşər" "Niyyətin hara mənzilin ora"
İnsan nədən qorxursa başına gəlir. İnsan nəyi daha çox istəyirsə yaşayır. Çox maraqlı və geniş mövzudur. Təşəkürlər Ceylan xanım. Davamlı olsun.
6 yanvar 2015 16:35
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
ملاك
Dogrudur, tamamile raziyam, neden uzaqlasib cekinirsen, icinde qorxursan o hali mutleq yasayirsan,inam cox onemlidir
6 yanvar 2015 11:21
Offline
Farida_Asadova
Hazırda yaşadığımız həyat keçmişdə planladığımız həyatdir..
6 yanvar 2015 11:19
Offline
Hacət-i Vuslat
Düşüncələrimizin həyatımızda baş verənlərə təsiri danılmazıdr.Amma məqalədədki hər fikirlə "razıyam" deyə bilmərəm.
Məsələn, bir ventilyatorun yanında oturduğunuzda boynunuzun tutulacağına inanırsınız, təhtəlşüurunuz boynunuzun tutulmasını təmin edəcək. Bu narahatlığa səbəb olan şey ventilyatorun yüksək frekansda zərərsiz enerji molekulları yayması deyil, sizin böyük inanclarınızdır. Ventilyator zərərsizdir.

Başqa bir misal, iş yerinizdə biri asğırdığı üçün soyuqdəyməyə tutulacağınızdan qorxursunuz, qorxunuz zehninizin bir hərəkəti halına gələrək gözlədiyiniz, qorxduğunuz, inandığınız şeyi yaradır. İş yerindəki soyuqlamış yoldaşınızı görərkən özünüz barədə sağlam düşüncədə olsanız, heç bir soyuqdəymə halı baş verməz.

Bəlkə sırf tibbi misallar göstərilib deyə qəbul edə bilmirəm.Axı hər zaman belə olmur. Təsəvvür edin ki, QİÇSə tutulmuş xəstəylə, virusun ötürülə biləcəyi münasibətdə olursan və inanırsan ki, sənə keçməyəcək - nə qədər elmə uyğunn düşüncədir? Xəstəliyin keçmə ehtimalı çox yüksəkdir.
Belə düşünürəm ki, təhtəlşüur sayəsində orqanizm xəstəliyə "qapılarını bağlayır",bir növ immuniteti yüksəldir,mənfi düşüncələr təbii ki, immmun sistemə də mənfi təsir göstərəcək.
Hz.Əli birisiylə aşmaq üzrə olan hasarın yanından keçirmiş.Yolunu kənardan salır. Yanındakı soruşur ki. ya Əli,qədərdənmi qaçırsan? Hz.Əli buyurur ki, qədərdən qaçmıram,qəzadan qaçıram. Yəni nə qədər də inansan ki, hasar aşmayacaq, ağıl var, göz var - göz görə-görə aşan hasarın altından keçmək nə qədər düzdür?
Yoldaşımın sözünü xatırladım.11 ildir siqareti tərgit savaşı gedir aramızda.Hər zaman da əlində bayraq tutduğu bu olur ki, "Əmim dəhşət çəkən idi, heç nə olmadı ona,inanırdı heç nə olmayacaq.Mən də inanıram mənə siqaretdən heç nə olmayacaq." recourse Bu da təhtəlşüurdur?..
Nə isə, çox geniş mövzudur.əslində çox söz demək olar. Çox sağolun Ceylan xanım.
6 yanvar 2015 10:22
imza: Diqqət əziz xanımlar! Sərbəst qrafikli,yatırımsız işə ehtiyacınız varsa mənimlə əlaqə saxlayın.
Offline
S.S.E.
Tanis movzudur.Yaxsi dusunek yaxsi olsun. Tesekkurler
6 yanvar 2015 03:35
Offline
H.M
Heyat tezadlarla doludur.Cox maraqli yazidir beyendim, davamli olsun.
6 yanvar 2015 01:39
Offline
Ceylan Mumoğlu
Xəyalə Murad,
nigar dadasova,
Ellada Babayeva,
Gulum,
●♥ Sema ♥●,
Gulum,
 ༺♥I Love You♥༻,
Fatma xanım,
 ELIF ))),
Gulu  Isgenderova,
Farida_Asadova,
Zuleyxa Aliyeva,
Qəribə,
Şərhləriniz üçün təşəkkürlər, xanımlar.
Çalışacam bu mövzunu davam etdirim.
5 yanvar 2015 11:38
Offline
Qəribə
Oxudum cox maraqli bir xeber idi. Təşəkkür edirəm Ceylan xanım. give_ros
5 yanvar 2015 11:33
imza: Не забывайте благодарить Бога, Он же не забывает будить вас каждое утро.

Iдеальных людей не бывает, цените тех,
кто смог полюбить ваши недостатки.
Offline
Zuleyxa Aliyeva
Çox bəyəndim çox doğrudur.
5 yanvar 2015 00:07
Online
Xəyalə Murad
Yazılan hər cümlə ilə razıyam. İnsan nədən qorxursa, mütləq başına gəlir. Hər zaman pozitiv olmaq lazımdır. Xəstə ikən sağlacağına inanan insanın şəfa tapmasına heç nə mane ola bilməz. Dəyərli yazınız üçün çox sağolun Ceylan xanım. Bu cür maarifləndirici xəbərlərin olması hər birimizə faydalı ola bilər.
4 yanvar 2015 22:10
imza: Bu daş əvvəldən belə DAŞ deyildi...Yumşaq torpaq idi...Yağış amansızca yağıb onu palçığa döndərdi...Külək deyinə-deyinə əsdi, üst-başını qurutdu...Günəş də quru olduğunu görüb onu yandırmağa cəhd etdi və yandırdı...Bu prosses illərlə təkrarlandı, təkrarlandı...O yumşaq torpaq bu üçlüyün zülümlərindən qurtulmaq üçün çarəsiz qalıb DAŞLAŞMAĞA qərar verdi. Və DAŞA döndü. İndi ona nə yağış, nə külək, nə də günəş təsir edə bilir...
PS. Gəlin bir-birimizi DAŞLAŞDIRMAYAQ!
Offline
Farida_Asadova
Bildiyim bir mövzudur.Çox maraqlıdır bu səpikli yazilar mənə.
4 yanvar 2015 19:53
Offline
Ceylan Mumoğlu
Gulum,
Cox isdərdim ki bu mövzunuz davamlı olsun

İstək varsa, mütləq davamı da olacaq. Yetər ki, marağınız olsun, biz də stimul alıb işləyək. smile
4 yanvar 2015 19:08
Offline
Gulu Isgenderova
Cox maraqli movzu idi. sagolun Ceylan xanim give_ros
4 yanvar 2015 18:43
Offline
.....
Başqa bir misal, iş yerinizdə biri asğırdığı üçün soyuqdəyməyə tutulacağınızdan qorxursunuz, qorxunuz zehninizin bir hərəkəti halına gələrək gözlədiyiniz, qorxduğunuz, inandığınız şeyi yaradır. İş yerindəki soyuqlamış yoldaşınızı görərkən özünüz barədə sağlam düşüncədə olsanız, heç bir soyuqdəymə halı baş verməz.
4 yanvar 2015 18:09
Offline
Fatma xanım
Yəqin çoxunda belədi yaxşı düşünürsən yaxşı olur pis düşünəndə mütləq nəsə pis bir şey olur deməi bunun adı təhtək şüüurmuş
4 yanvar 2015 15:16
imza: Şükr etməyəndən sonra dünyaları yesən nə faydası.

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Offline
.........................................
♥Maraqli bir xebere gore tesekkur edirem bacim♥ give_ros
4 yanvar 2015 14:56
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!