Bakıda hava
USD AZN
EUR AZN
07:15Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
41447

Sәn hәlә dә özünü bәdbәxt sayırsan?

  Sәn hәlә dә özünü bәdbәxt sayırsan?
Belә bir nikbin hәyat tәrzi vardır. Bu günlә yaşamaq. Ay dostlar, gәlin siz dә, mәn qarışıq bir vәrәq götürәk. Orada sadalayacağım şeylәri yazaq vә әmәl edәk. Əgәr sizdә müәyyәn bir vaxtdan sonra (әn azı 40 gün) hәr hansı bir dәyişiklik olmasa, mәnә nә deyirsiniz, deyin. Proqramın adı "Mәhz bu gün"-dür.
1. Mәhz bu gün mәn xoşbәxt olacağam. Linkolnun sözü olmasın, insanlar xoşbәxt olmaq üçün nә qәdәr qәrarlıdırlarsa, bir o qәdәr xoşbәxtdirlәr. Xoşbәxtlik bizim içimizdәdir. Onu kәnarda axtarmaq lazım deyil.
2. Bu gün mәn hәr şeyi olduğu kimi qәbul edәcәyәm. Yәni hәr şeyi öz arzu vә istәklәrim әsasında olmasını kәnara qoyacam. Ailәmi, dostlarımı olduqları kimi sevәcәyәm.
Sәn hәlә dә özünü bәdbәxt sayırsan?
3. Mәhz bu gün mәn sәhhәtimin qayğısına qalacağam. Sağlamlığım üçün zәrәrli olan şeylәrdәn çәkinәcәk, bәdәnimә xәtrim istәdiyini qәbul etdirmәyәcәyәm.
4. Mәhz bu gün mәn ağlımın inkişafı üçün sәy göstәrәcәyәm. Nә isә faydalı bir şey öyrәnәcәyәm. Ağlıma qarşı tәnbәllik etmәyәcәyәm.
5. Mәhz bu gün mәn şәxsi inkişafım üçün çalışacağam. Bunun üçün dә üç iş görәcәyəm: bir insana yaxşılıq edәcәm. Elә edәcәyəm ki, heç özü dә bunu bilmәsin. Xәtrim istәmәdiyi, amma mәnim tәkamülüm üçün zәruri olan iki şeyi hәyata keçirәcәyәm.
Sәn hәlә dә özünü bәdbәxt sayırsan?
6. Mәhz bu gün xeyirxah olmağa çalışacağam. Əynimә mәnә daha çox yaraşan bir şey geyinәcәyәm. Sakit sәslә danışacağam. Özümü alicәnab kimi aparacağam, insanların uğurlarına görә onları dәstәklәyәcәyәm. Başqalarını az tәnqid edәcәyәm, insanlar üzәrindә rәhbәrlik etmәk istәyindәn qaçacağam.
7. Mәhz bu gün mәn, yalnız bu günә görә yaşayacağam. Bu gün çalışmayacağam ki, hәyatımın bütün mәsәlәlәrini birdәn hәll edim.
8. Mәhz bu gün işlәrimin proqramını tәrtib edәcәyәm. Ola bilәr ki, hamısına riayәt edә bilmәyim. Amma onları tәrtib edәcәyәm. Çünki bu mәni qәrarsızlıq vә tәlәskәnlikdәn qoruyacaq.
Sәn hәlә dә özünü bәdbәxt sayırsan?
9. Mәhz bu gün yarım saatı tәklik vә sakitçilik içindә keçirәcәyәm.
10. Mәhz bu gün qorxmayacağam. Xoşbәxt olub әtrafdakı gözәllikdәn lәzzәt almaqdan qorxmayacağam.
Qeyd: Bu proqramı Sibilla Partric adlı bir qadın tәrtib edib. Deyl Karneqi dә dәfәlәrlә tövsiyә etmişdir. Mәn dә bu proqram üzәrindә işlәyib, siz oxuculara tәqdim etdim.
Fәrid Abdullah
Səslərin sayı: 4
22
4154
Şərhlər
Offline
●♥ Səma ♥●
Mәhz bu gün yarım saatı tәklik vә sakitçilik içindә keçirәcәyәm.
Yarım saatdan daha da çox olsa pis olmaz. crazy
26 mart 2016 23:38
imza: Qırılmış bir qadın elə susar ki,sükutundan kar olarsan....
Offline
Aysel İ.
8. Mәhz bu gün işlәrimin proqramını tәrtib edәcәyәm. Ola bilәr ki, hamısına riayәt edә bilmәyim. Amma onları tәrtib edәcәyәm. Çünki bu mәni qәrarsızlıq vә tәlәskәnlikdәn qoruyacaq.
19 noyabr 2014 12:36
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
°ღ Zayka •.°ღ
Maraqli xebere gore cox sagolun,duzdu mende beleyem bu gun bunu edecem,bele edecem deyirem amma allinmir
30 oktyabr 2014 00:32
Offline
Aida M-ova
Mәhz bu gün mәn, yalnız bu günә görә yaşayacağam. Bu gün çalışmayacağam ki, hәyatımın bütün mәsәlәlәrini birdәn hәll edim

Hər gün bunu deyirəm sonra fikrimi dəyişirəm wassat
30 oktyabr 2014 00:18
Offline
Sweet Girl
Mentiqli ve maraqlidi.... QOY HAMI XOSBEXT OLSUN!!!
29 avqust 2014 13:47
Offline
Deniz N-va
Mentiqli movzudurrrr biggrin
3 avqust 2014 22:05
Offline
Farid Abdullah
Fatih Harbiye
Farid Abdullah,salam size sualim var. Bakı İslam Universitetinde oxudugunuza gore soruwuram. analiq dovru vaxti namaz qilmayan vaxt onun gunahi nedi?


Cavab: Əleykum salam. Hətta analıq zamanı insana namazlarını təxirə salması üçün icazə verilmir. Ancaq doğuşdan sonra qadın nifas halı gördüyü günlər və heyz halları istisnadır. Geridə qalan üzrsüz günlərdə namazını qılmalıdır.
26 iyul 2014 00:49
imza: Həqiqətən də, insanlar nəfslərində olanı dəyişmədikcə, Allah da onlarda olanı dəyişməz.
Offline
Yusifim Fatimem
Farid Abdullah,salam size sualim var. Bakı İslam Universitetinde oxudugunuza gore soruwuram. analiq dovru vaxti namaz qilmayan vaxt onun gunahi nedi?
7 iyul 2014 22:41
Offline
Farid Abdullah
Saytınızda dərc etdiyiniz üçün sizə təşəkkür edirəm.
26 iyun 2014 12:24
imza: Həqiqətən də, insanlar nəfslərində olanı dəyişmədikcə, Allah da onlarda olanı dəyişməz.
Offline
°ღ ღ_Nergizim•.♥.•°ღ
Təşəkkürlər maraqli idi
26 iyun 2014 01:13
Offline
cazibedar heyat
Tesekkur maraqlidi
25 iyun 2014 16:41
Offline
Ceylan Mumoğlu
Xəyalə Murad,
Çünki bəzən elə an olur ki, bir dəstəyə, bir təkana ehtiyacın olur.

Təmamilə haqlısan, motivasiayaya heç gərəyim yoxdur deyənlər yanılmalar içərisindədir. Belələri məndə dikburunlu təsəvvürü oyadır.
25 iyun 2014 15:27
Offline
xatire hebibova
Maraqlidir nefsine qalib gelen insan XOBEXTDIR
25 iyun 2014 14:44
Offline
N-Gunka
super oldu. lap oxuyarken ehvalim duzelmeye bashladi.ozumde bir sheyi hec beyenmirem. tez ruh dushkunluyu yashayiaram. buda ozumu bedbext hiss etmeyime getirib cixarir.
25 iyun 2014 14:30
Offline
Qəribə
Əlbəttə bunlara riayyət edən hər bir kəs xoşbəxtdir.
Təşəkkür fərid bəy. Maraqlı yazıdır.
25 iyun 2014 13:38
imza: Не забывайте благодарить Бога, Он же не забывает будить вас каждое утро.

Iдеальных людей не бывает, цените тех,
кто смог полюбить ваши недостатки.
Online
Xəyalə Murad
Çox gözəl məsləhətdir. Motivasiya hər kəsə lazımdı. Həyatda hər şeydən razı olan insana belə. Çünki bəzən elə an olur ki, bir dəstəyə, bir təkana ehtiyacın olur. Bu 10-luqdan 9-una bugun əməl edərək sınamağı düşünürəm. Çox sağolun. Davamlı olsun
25 iyun 2014 12:57
imza: Bu daş əvvəldən belə DAŞ deyildi...Yumşaq torpaq idi...Yağış amansızca yağıb onu palçığa döndərdi...Külək deyinə-deyinə əsdi, üst-başını qurutdu...Günəş də quru olduğunu görüb onu yandırmağa cəhd etdi və yandırdı...Bu prosses illərlə təkrarlandı, təkrarlandı...O yumşaq torpaq bu üçlüyün zülümlərindən qurtulmaq üçün çarəsiz qalıb DAŞLAŞMAĞA qərar verdi. Və DAŞA döndü. İndi ona nə yağış, nə külək, nə də günəş təsir edə bilir...
PS. Gəlin bir-birimizi DAŞLAŞDIRMAYAQ!
Offline
Ellada Babayeva
Maraqla oxudum.Amma hər şey insanın öz əlindədi.Qarşısına məqsəd qoysa, hər şeyə vərəqə qeyd etmədəndə əməl edə bilər.Mənim heç bir vərəqə ehtiyyacım yoxdu.Mən özümü xoşbəxt insan hesab edirəm.Çox sağ olun. yes
25 iyun 2014 12:14
imza: Hiss və ağıl həyat gəmisinin yelkəni və sükanı kimidir; biri hərəkətə gətirir, o biri istiqamətləndirir.
Cübran.
Offline
Gulum
Maraqlı bir xeberdir belkede xeberler arasında bir yenilikdir deyerdim Burda yazılanların arasında emel etdiklerim ve etmediklerim de var Mene ele gelir ki aileli bir qadın burdakı sadalanan amilleri isdese de ede bilmez cünkü şexsi isteyden önce aile övlad isteyi onemlidir amma bu o demek deyil ki bu bedbextcilikdi şexsen menimcün aile övladld qaygısı cekmek sevinc dolu bir xoşbextlikdir xoşbextlik hemişe olmur sadece anlarla yaşanır baxır ki kim xoşbextliyi nece ve nedə görür
25 iyun 2014 11:54
Offline
Asi
Xebere gore tesekkurelr duzu bunlarn coxuna emel etmirem//ama ozumu bedbextde hiss etmirem Allahima Sukurler olsun smile
25 iyun 2014 10:47
imza:
Susma İMANIM !
Sen Susarsan Sözüm YALAN,
Sen Susarsan İnsanlığım TALAN,
Sen Susarsan Sonum HÜSRAN,
Sen Susarsan Konuşur ŞEYTAN ...!
Offline
Sonay Quluzade
Düzü nə vərəqə, nə də ki, qeydlərə ehtiyacım yoxdur, çünki özümü bədbəxt hesab etmirəm. Əlhəmdulilləh Allah bir qadına veriləcək olan hər şeyi verib mənə, bəlkə də kimisinə nisbətdə az, kimisinə nisbətdə çox, amma mən mənə verilənlərdən yerdən göyə qədər razıyam. Qədərimlə razıyam deyə, heç də özümü bədbəxt biri kimi hiss etmirəm.
25 iyun 2014 09:49
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış