İlk qadın məcmuəsinin naşiri
XX əsrin əvvəllərində azərbaycanlı qadınların savad əldə etməsi ziyalıların qarşısında duran vacib məsələlərdən idi. Qadın hüquqları uğrunda fəal mübarizəyə qoşulanlardan biri də Xədicə Əlibəyova olub.
Xədicə Ələddin qızı Əlibəyova 1884-cü ildə Tiflisdə anadan olub. Atası Tiflisin hörmətli ziyalılarından idi və qızının təlim-tərbiyəsi ilə yaxından məşğul olmuşdu. Xədicə Tiflis Qızlar gimnaziyasını bitirdikdən sonra tibb sahəsində ali təhsil alır. Hüquqşünas, ictimai xadim, publisist Mustafa bəy Əlibəyovla (1872-1942) ailə həyatı qurur. Bundan sonra o, ictimai və mədəni həyatda daha fəal iştirak edir. Xədicə xanım Bakı Müsəlman Qadın Xeyriyyə Cəmiyyətinin, Mustafa bəy isə “Yaşıl qələm”in, “Hidayət” xeyriyyə cəmiyyətinin katibi, həmçinin ”Möhtaclara kömək” cəmiyyətinin, “Əhrar” partiyasının üzvü olur.
22 yanvar 1911-ci ildə Bakıda redaktoru Xədicə Əlibəyova, naşiri Mustafa bəy Əlibəyova olmaqla ilk qadın mətbuat orqanı - “İşıq” qəzeti təsis edilir. “Kaspi” qəzeti ertəsi gün yazırdı: “Dünən Bakıda Xədicə xanım Əlibəyovanın redaktorluğu ilə həftədə bir dəfə çıxan “İşıq” qəzetəsinin ilk nömrəsi tatar dilində (Azərbaycan dili - red.) çapdan çıxıb. Qəzetə müsəlman qadın və uşaqların tərbiyəsinə xidmət edən bir orqandır”.
Qəzet ilk sayında məram və məqsədini açıqlayaraq xalqa müraciətlə yazırdı: “Qəzetin qarşısında duran əsas məqsəd vacib olan maarifləndirmə yolu ilə ümumi inkişafa çatmaqdır. Qəzetin elm, ədəbiyyat, təbabət və hüquqa dair, başlıcası, evdarlıq və uşaqların tərbiyəsi şöbələri olacaqdır. Bundan başqa, qəzet bütün həyati məsələlərə öz münasibətini bildirəcəkdir”.
Ziyalı qadınlardan Asya Axundzadə, Xuraman Rəhimbəyzadə, Maral Nəbizadə, Səidə Şeyxzadə, Nabat Nərimanova və Gövhər Şövqiyyə və başqa maarifpərvər qadınlar nəşrin ətrafında böyük inamla birləşmişdilər. X.Əlibəyovanın “Hüquqlarımız” sərlövhəli silsilə məqalələrində qadınların hüquq bərabərliyi, onları maarif və mədəniyyətə, ictimai həyatda iştiraka çağırış, qadın klublarının, savad kurslarının açılması, uşaqların tərbiyəsi, ev işləri və sağlamlıq məsələləri ətrafında gedən mübarizə və s. geniş şəkildə əksini tapırdı.
Görkəmli ədib və ziyalılardan M.Hadi, Y.V.Çəmənzəmənli, B.Şahtaxtinski, İ.Məlikov və başqaları qadın mətbuatının öncülü olan “İşıq” qəzetinin nəşrinə sevinərək təbrik məktubu yazmışdılar. B.Şahtaxtinski “Yeri gəlmişkən” adlı məktubunda bildirirdi: “Yalnız tərbiyəli, savadlı və bizi əhatə edən həyatı gözəl tanıyan ana övladını yaxşı tərbiyə və həyatını yaxşı təmin edə bilər... Bu həyat qanunu elə onların vasitəsilə azərbaycanlılarla maarif arasında bir körpü qurdu”. Tədqiqatçı Rəqibə Məmmədova araşdırmasında yazır ki, qəzetin bağlanma təhlükəsini hiss edən redaktor X.Əlibəyova nəşrin birillik nömrəsini çar II Nikolayın xanımı imperatriçə Aleksandra Fyodorovnaya göndərmək üçün ərizə yazır və ondan icazə istəyir. İmperatriçə Xədicə xanımın xahişini razılıqla qarşılayır.
Göründüyü kimi, X.Əlibəyova milli mətbuatımızın ilk qadın mətbu orqanının azərbaycanlı qadınların həyatındakı əhəmiyyətli rolunu dəyərləndirərək onun davamlı nəşri üçün əlindən gələni edib. Bütün bunlara baxmayaraq, “İşıq” qəzeti cəmi bir il nəşr olunub və bu müddətdə 68 nömrəsi işıq üzü görüb.
1912-ci ildə qəzetin nəşri dayandırılır və Xədicə xanım Şəkiyə köçür. O, 1920-ci ildən 1946-cı ilədək Şəkidə həkimlik fəaliyyətini davam etdirir. Eyni zamanda Şəkidə savad kurslarının, qadın klubunun təşkilində də yaxından iştirak edir. Ömrünün ahıl çağlarında Bakıya köçür və 1961-ci ildə burada vəfat edir.
Savalan Fərəcov
Mədəniyyət.- 2017.- 1 fevral.- S.14.
http://www.anl.az/down/meqale/medeniyyet/2017/fevral/526437.htm
XƏBƏR LENTİ
Planetin Ən Yaşlı Adamı Görün Harada Öldü-FOTO
​Azərbaycan neftinin qiyməti 50 dollara çatdı
Düşmən AzTV-nin maşınını atəşə tutdu: Yaralı var
Koronavirusa yoluxan Türkiyə Prezidentinin sözçüsü vəziyyəti barədə paylaşım edib
Tibbi hədislər
Ebru Şallıdan qarın əridən 7 hərəkət
Qışqırmaq döyməkdən yaxşıdırmı?
Məşhur aktrisa başını daz qırxdırdı
Bu sezonun 4 trendi
BÜRCLƏR bizə nə vəd edir?-22 yanvar
Kameron Dias təqaüdə çıxdı
ABŞ-da prezidentliyə namizədi yarasa dişlədi
Tez-tez və isti su ilə çimənlərə XƏBƏRDARLIQ
Səmada fişənglə uçdular
Daha bir azərbaycanlı BP-nin vitse-prezidenti təyin olunub
Alpinizm yaşa baxmır
Bergüzar Korel də etiraz səsini ucaltdı
4 aylıq uşağın ölümdən möcüzəli qurtuluşu
Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi
"Formula 1"ə görə bağlanan Bakı bulvarı açılır
AİB-in Rəhbərlər Şurası 2015-ci ildə Bakıda keçiriləcək
Banalı dondurma (foto resept)
Sosial şəbəkələrdə "ağıllı" olun!
Koronavirusla bağlı son STATİSTİKA
Dünyaca məşhur qadınlara həsr edilmiş filmlər
Bakıda söküntü doqquzmərtəbəli binalara da çatdı
Rusiya Azərbaycana girişi qadağan etdi
Metro istifadəçilərinə ŞAD XƏBƏR
Azərbaycanda dini radikalizm məsələsi müzakirə edildi
SÜFRƏ BƏZƏMƏK QAYDALARI
Südlü biskivit (foto resept)
Gözəllik salonlarının iş qrafiki ilə bağlı DİN-dən açıqlama
Suxarili kotletlər
Dünyanın ən varlı qadını məlum oldu
Ədviyyatlı çolpa
Gizem Karaca qovuldu-SƏBƏB
“MilliÖn” terminallarında nə baş verir?
Gecə lampaları
Hava haqqında - 02.09.2013
Xərçəng xəstəsinin arzusu xəstəxanada REALLAŞDI
Rusiyadan Ukraynaya daha bir zərbə
Cəbrayılın işğaldan azad edilən Minbaşılı kəndi - VİDEO
Məhəmməd Əmin Rəsulzadənin ailə faciəsi
Azərbaycanda koronavirusa yoluxmuş şəxslərin müalicə aldığı xəstəxanadan reportaj - VİDEO
Harri və Meqan yanğında zərər görmüş sakinlərlə görüşdü-FOTO
Xasiyyət testi
Oskar - 2012
Evlənmək istəyənlərin nəzərinə!
Perunun yeni prezidenti məlum olub
Günün ulduz falı - 03.02.2014
- ŞƏRHLƏR