Bu bir müəllimənin harayıdır..Neçə müəllimələri....Həkimləri diri-diri yaşayarkən ölmüş müəllimənin..!!!
" Anası savadsız olan xalq kordur ..! "... H. Z. Tağıyev millətimizin atası demişdir.
Əslində çox gizli problemdir, amma ən böyük problemlərimizdən biri qızların oxumaması məni bir müəllimə kimi narahat edir. Yaşadığım yerdə və qonşu kəndlərdə böyük bir bəladır. 13 ildir müəlliməyəm. Hər sinfimdə neçə müəllimlərim, həkimlərim, gələcəkdə cəmiyyətimizə böyük xeyirlər verə biləcək qız uşaqlarını 2-ci sinifdən və ya ibtidai təhsili bitdi ataları dərsə qoymurlar. Deyirlər hərfləri bildi, saymağı bildi yetər!
Evdə bu qızlar nə edirlər?..
Hə onu deyim. Televizyada bütün kanallarda bir verliş serial buraxmırlar. Evlilik verlişləri və s. bu qızlar nəyə istəsəniz baxır. Bunlara müəllimə yox telivizordakılar tərbiyə, savad verir. Onlardan "dərs" alırlar. "Amma əsas məktəbə getməyib" təmiz qız adı ilə 14 və ya 15 yaşda ərə verilirlər. Və gələcəkdə yıxılan ailələr, ölü həyatlar...
Başıma gələn hadisələrdən 2-sini deyim.
Uşaq sinfimin əlaçısıdır. Neçə gündür dərsdə yoxdur. Xəbər tutdum ki, ata Haca gedib. Maraqlanıram uşaq niyə gəlmir? Hacı ata deyir:"-Müəllimə, bilirsən, bizdə nəsildə qız oxumur. Yaxşı baxmırlar, əsas da Haca gedib gəlmişəm olmaz yaxsı deyil. Mən qoymaram ki, desinlər, Hacının qızı məktəbə gedir. "
Bəli, bu 17-ci 18-ci əsr deyil, 21-ci əsrdə başıma gələn hadisələrdən biridir. Öz dillərində danışmağa çalışıram. O oxuduğun Quranı açanda nə deyir? -Oxumaq, Oxumaq! Qıldığın namaz da qunut yeri Oxumağa işarədir. Nəsə çox izah edirsən. Cahili başa salmaq müşkül məsələdir! 17-ci əsrdən dəyişməyən beyinlə çox çətindir. Bizim kənddə və ya qonşu kəndlərdə toya gedirsən balaca yaşlı qızlar təzə nişanlandığı 12-13 yaşlı qızlarını çoxu da gəlinlərini oynadır, hələ bir fəxrlə də əl çalırlar! Mübarizə aparmaq lazımdır. Əlbəttə ki, zamanla. Birdən birə mümkün deyil. Əslində öz müəllimlərimizdə də günahı görürəm. Bir iki dəfə maraqlanır, gördü qoymadılar, vəssalam. Mübarizəni dayandırırlar. O qızlar da məhv olurlar. Güc birlikdədir, unutmayaq bunu!
Savadsız ana axı necə ailədə övlad idarə edə bilər? Deyəcəksiz nənələrimiz-analarımız oxumayıb biz yaşamırıq? Unutmayın, bu 21-ci əsrdir! Savadsız ana yalnız və yalnız gələcəyə bəladır.
Axı nəyi pisdir? Oxumuş qızın ailəsinə, yoldaşına kömək etməsi niyə pisdir ki? Həm də indiki zamanda maddiyyatın bu qədər önəm daşıdığı zamanda?! Yoldaşa köməyin nəyi pisdir? Ona dayaq olmaq niyə pisdir?! Axı hansı qanunda var ki, kişi tək işləyib ailəni saxlamalıdır?! O heyvanlar qədər də deyilikmi? Onlardan dərs alaq: Hər ikisi yuvanı ququr, əsas da dişi heyvan. Ailə hər iki insan tərəfindən qurulduğu kimi idarəsi və maddiyyatı da hər iki insan tərəfindən idarə olunmalıdır!
Bu bizim qəsəbədə və qonşu kəndlərdə yaşanan gizli hallardan biri idi!
Bir Nardaranlı ilə söhbətimi yada salım. 1 qız var, deyirəm oxudun. Xahiş edirəm, belə etməyin! Cavabı:"Müəllimə oxutduraram, amma gedib başqasına xeyir verəcək ya da getdiyi yerdə qoymayacaqlar işləsin. Məndə əziyyətlə oxudum, yazıq deyiləm? Məni düşünün.."
Bu beyinləri düzəltməliyik! Biz özümüz özümüzü gizli məhv edəcəyik!
Bu işlə məşğul olun, mənim əziz xanımlarım. Bu işlə guya dövlət tərəfindən məşğul olanlar. Gəlib özlərini göstərib geyimlərini göstərib iki kəlmə danışıb guya "biz varıq" deyənlər, komək edin. Bu işlə məşğul birgə olaq! İnsafa gəlin.
Hacı Zeynalabdin Tağıyev demiş:
"Bir oğlana təhsil verməklə təhsilli bir insan qazanırsız. Bir qıza təhsil verməklə təhsilli bir ailə."
Bu bir müəllimənin harayıdır... Neçə müəllimələri ..həkimləri diri-diri yaşayarkən ölmüş müəllimənin!!! Oxudunuzsa, ciddiyə alın. Vicdanlı olun! Unutmayın ki, şərqdə ilk dünyəvi qızlar məktəbi olub Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü və dəstəyi ilə açılmışdır!
XƏBƏR LENTİ
Ronaldo “Intagram”ındakı reklamlara görə nə qədər qazanır?
Vitaminli salat (foto resept)
Azərbaycanlı şagird dünya çempionu oldu
"Real"ın baş məşqçisi görün kim olacaq...
Cənubi Koreya Kim Çen Inla bağlı kəşfiyyat məlumatlarını açıqladı
İşləyən hamilələr diqqət!
Günəşdə alışma: 1 həftəlik qasırğalar başlayır
"Titanic"də kadrarxası
"Bu il 7 dəfə tonqaldan tullanmışam" - Elza Seyidcahan
Qadın.Netlilərin evlilik təklifləri...
Dəridəki qırışlar üçün cəfəri suyu
Hava haqqında - 21.12.2013
Rezidenturaya qəbul üçün namizədlərin ixtisas seçimi başlandı
Azərbaycanda maqnit qasırğası gözlənilir
Rusiyada qrip kabusu: 1000-dən çox məktəb bağlandı
Yenə yağış, yenə külək
Ali Sunal qızı və xanımından yazdı-FOTO
Bu ölkə NATO-nun üzvü oldu
Ən doğru nəfəsalma qaydası
Üç gün dənizdə kömək gözlədi - VİDEO
Təbii maskalar
Həftənin ilk iş gününün hava proqnozu
Prezident İlham Əliyevə BMT-nin Əhali Fondunun mükafatı təqdim olunub
Ofisiant belə məşhurlaşdı
İçi doldurulmuş hind toyuğu budu (foto resept)
Peşə təhsili almaq istəyənlər göstərilən tarixə qədər ixtisas seçimi etməlidirlər
İspaniyada neft emalı zavoduna ildırım düşdü - VİDEO
Qan qrupunuza görə bunları bilməlisiniz!
Fitnes ulduzu Mayamidə-FOTO
Türkiyədə qar yağdı
Şəklə baxın və xarekterinizi öyrənin
Qarpız maskaları
Gəlin buketləri
HAVA necə olacaq?
Səhiyyə Nazirliyi həyəcan təbili çalır
AMEA-da “Qubadlı: Qədim Azərbaycan torpağı Zəngəzurun qapısı” adlı monoqrafiya nəşr olunub
Qeyri-adi mətbəx əşyaları (sifarişlə)
2015-ci ilin ən yaxşı filmləri seçildi
Rusiyadan qorxulu addım
Yeni qatarlar gətirilir
Yeni tədris ilində məktəblərin taleyi necə olacaq?
Xəstəlik (son)
Qısa və uzun boylu insanlar bir yerdə
Xəzərdə 4,5 bal gücündə zəlzələ oldu
“Sən anlat Karadəniz”in aktrisasının toyu olacaq
Qadınlarda klimaks dövrü
Bəla başımıza necə gəldi?
Moskva son illərin ən soyuq qışını yaşayır
İlham Əliyev: "Heç kim güzəşt istəməməlidir"
AZAL uçuşlarda endirim etdi
- ŞƏRHLƏR