Əziz xanımlar, biz keçən mövzuda Nigahın bağlanma qaydası və şərtləri ilə tanış olduq. İndi isə diqqətinizə tam əksini çatdırmaq istərdim.
NİKAHA XİTAM VERİLMƏSİ
Maddə 14. Nikaha xitam verilməsinin əsasları
14.1. Ər (arvad) öldükdə, yaxud məhkəmə qaydasında ölmüş elan edildikdə nikaha xitam verilir.
14.2. Ərin (arvadın) və ya onların hər ikisinin ərizəsi əsasında, eləcə də məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilən ərin (arvadın) qəyyumunun ərizəsi əsasında nikaha xitam verilə bilər.
Maddə 15. Ərin nikahın pozulmasını tələb etmək hüququnun məhdudlaşdırılması
Arvadın hamiləliyi dövründə və ya uşağın doğulmasından sonra 1 il müddətində arvadın
razılığı olmadan ər nikaha xitam verilməsi barədə iddia qaldıra bilməz.
Maddə 16. Nikaha xitam verilməsi qaydası
Nikaha xitam verilməsi müvafiq icra hakimiyyəti orqanı, bu Məcəllənin 19—21-ci maddələrində nəzərdə tutulmuş hallarda isə məhkəmə tərəfindən həyata kecirilir.
Maddə 17. Müvafiq icra hakimiyyəti orqanında nikaha xitam verilməsi
17.1. Ər-arvadın yetkinlik yaşına catmayan ümumi uşaqları olmadıqda, nikaha onların razılığı əsasında müvafiq icra hakimiyyəti orqanında xitam verilə bilər.
17.2. Yetkinlik yaşına çatmayan ümumi uşaqlarının olmasından asılı olmayaraq ərin
(arvadın) ərizəsi əsasında nikaha xitam verilməsi aşağıdakı hallarda müvafiq icra hakimiyyəti orqanında aparılır:
17.2.1. ər (arvad) məhkəmə qaydasında itkin düşmüş hesab edildikdə;
17.2.2. ər (arvad) məhkəmə qaydasında fəaliyyət qəbiliyyəti olmayan hesab edildikdə;
17.2.3. ər (arvad) cinayət törətməyə görə ən azı 3 il müddətinə azadlıqdan məhrum olunduqda.
17.4. Nikahın pozulmasının dövlət qeydiyyatı qanunvericilikdə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır.
Maddə 18. Müvafiq icra hakimiyyəti orqanında nikahın pozulması zamanı ər-arvad arasında yaranan mübahisələrə baxılması
Ər-arvadın birgə mülkiyyətinin bölünməsi, ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsait ödənilməsi haqqında, eləcə də tərəflərdən biri məhkəmədə fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə və ya ən azı 3 il müddətinə azadlıqdan məhrum edildikdə, habelə tərəflər arasında uşaqlar barədə yaranan mubahisələrə müvafiq icra hakimiyyəti orqanında nikahın pozulmasından asılı olmayaraq məhkəmə qaydasında baxılır.
Maddə 19. Nikahın məhkəmə qaydasında pozulması
19.1. Bu məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur.
19.2. Ər-arvadın razılığı olduqda, lakin onlardan biri müvafiq icra hakimiyyəti orqanında nikahın pozulmasından yayındıqda (ərizə verməkdən imtina etdikdə, nikahın pozulmasının dövlət qeydiyyatı üçün gəlmədikdə və s.) nikahın pozulması məhkəmə qaydasında həyata kecirilir.
Maddə 20. Ər (arvadın) razılığı olmadıqda nikahın məhkəmə qaydasında pozulması
20.1. Ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur.
20.2. Tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur.
Maddə 21. Ər-arvadın qarşılıqlı razılığı olduqda nikahın məhkəmə qaydasında pozulması
21.1. Yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ər-arvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda, eləcə də bu Məcəllənin 19.2-ci maddəsində göstərilən hallarda nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur.
21.2. Ər-arvad bu Məcəllənin 22.1-ci maddəsinə uyğun olaraq uşaqları barədə sazişi baxılmaq üçün məhkəməyə təqdim etmək hüququna malikdirlər. Bu saziş olmadıqda və ya həmin saziş uşaqların maraqlarını pozduqda məhkəmə bu Məcəllənin 22.2-ci maddəsində nəzərdə tutulan qaydada onların mənafeyinin müdafiəsi üçün tədbirlər görür.
21.3. Nikahın məhkəmə qaydasında pozulması ər-arvadın bu barədə ərizə verdikləri gündən 1 aydan tez olmayaraq həyata kecirilir.
Maddə 22. Nikahın pozulması haqqında qətnamə qəbul etdikdə məhkəmənin həll etdiyi məsələlər
22.1. Nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər.
22.2. Bu Məcəllənin 22.1-ci maddəsində gostərilən məsələlər uzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə:
22.2.1. boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını muəyyən etməli;
22.2.2. uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməli;
22.2.3. ər-arvadın (onlardan birinin) tələbi ilə onların birgə mülkiyyətində olan əmlakın bölgüsünü aparmalı;
22.2.4. ərindən (arvadından) saxlanması üçün vəsait almaq hüququna malik olan arvadın (ərin) tələbi ilə ərdən (arvaddan) tutulmalı olan vəsaitin miqdarını müəyyən etməlidir.
22.3. Əmlak bölgüsü üçüncü şəxsin mənafeyinə toxunduqda, məhkəmə əmlak bölgüsü haqqında tələbi ayrıca icraata ayıra bilər.
Maddə 23. Nikahın pozulması zamanı nikaha xitam verilməsi vaxtı
23.1. Nikah müvafiq icra hakimiyyəti orqanında pozulduqda pozulmanın dövlət qeydiyyatına alındığı gündən, məhkəmə qaydasında pozulduqda isə bu barədə məhkəmənin qətnaməsinin qanuni qüvvəyə mindiyi gundən nikaha xitam verilmiş sayılır.
23.2. Nikahın məhkəmə qaydasında pozulması vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün müəyyən olunmuş qaydada dövlət qeydiyyatına alınır.
23.3. Nikahın pozulması barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindiyi gündən 3 gün müddətində məhkəmə bu qətnamədən çıxarışı müvafiq icra hakimiyyəti orqanına göndərməyə borcludur.
23.4. Ər (arvad) nikahın pozulması haqqında şəhadətnaməni alana qədər yenidən nikaha daxil ola bilməz.
Maddə 24. Qaçmış elan edilən və ya itkin düşmüş hesab edilən ər (arvad) gəlib çıxdıqda nikahın bərpası
24.1. Ölmüş elan edilən və ya itkin düşmüş hesab edilən ər (arvad) gəlib çıxdıqda məhkəmənin müvafiq qətnamələri ləğv olunmaqla, nikah müvafiq icra hakimiyyəti orqanında onların birgə ərizəsinə əsasən bərpa oluna bilər.
24.2. Tərəflərdən biri yeni nikaha daxil olubsa, nikah bərpa oluna bilməz.
Təbii ki, heç bir xanım ailəni quranda onun nə vaxtsa dağılacağını arzu etmir. Amma gözəl bir söz var- Yuvanı dişi quş qurur!
Sizin fikirinizcə hansı halda ailəyə, nigaha son qoymaq, ayrılmaq düzgündür?
Sizin hamınıza fiziki və mənəvi cəhətdən sağlam ailə səadəti arzulayıram!
XƏBƏR LENTİ
"Özümü ən rahat hiss etdiyim yer hamamdır" - Azər Axşam
Azərbaycanda iki bank bağlandı
Aİ Ermənistan ilə assosiativ sazişi paraflamaq niyyətində deyil
İstanbulun məşhur körpüsü insanlara şok yaşatdı
Universitetlərdə tədris forması ilə bağlı nazirdən AÇIQLAMA
BÜRCLƏR bizə nə vəd edir? - 19 APREL
Məhərrəm ayı ilə bağlı fətva verildi
Rusiya Xəzərdə hücuma hazırlaşır
İlin Ən Pis filmlərinin reytinqi hazırlandı
NASA-dan QORXUNC XƏBƏRDARLIQ
250-dən çox insanın ölümünə səbəb olan selfi
Təhsil işçilərinin sosial vəziyyətlərinin yaxşılaşdırılmasının YENİ YOLU
Tibb təhsili alan tələbələrdən nümunəvi addım - VİDEO
Muğannanın ölümündən 1 il ötdü
İşğaldan azad olunmuş Füzulidə bir ilk - VİDEO
Məşhur aktrisa "Mona Liza" əsəri haqqında film çəkilir
Sovetdənqalma idman daşlarına bir evin pulunu təklif edirlər
Qozlu tort (foto resept)
Dəhşətli nəticə - Beyinə də sıçraya bilər
Qazın limiti yanvarın 1-dən etibarən...
Ağır çəkili cütlüyə qəribə qadağa-FOTO
Yeni ilə keçmədən bunları edin
Həyatınızı asanlaşdırmaq üçün 30 məsləhət
Azərbaycanda ildırımvurma çoxalıb - TƏHLÜKƏLİ BÖLGƏLƏR
Prezident xalqı təbrik etdi - Video
Sinoptiklərdən qeyri-sabit hava vədi: şimşək çaxacaq, dolu düşəcək
Hamilə olan Fahriyənin son halı - FOTO
Koronavirus palçıqda da tapıldı
Azərbaycanda abidələrlə bağlı ilk
İlham Əliyev sərəncam imzaladı
Vətən Müharibəsində şəhid olan tibb işçilərinin sayı AÇIQLANDI
Ziynet Sali JLo-dan danışdı tənqid olundu-FOTO
Baharın makiyaj trendi
Məktəb direktorlarının işə qəbulu üzrə yeni qaydalar hazırlanır
Ərdoğan Şuşanın azad edilməsi münasibəti ilə təbrik etdi - VİDEO
Gülşen geyimi ilə TƏƏCCÜBLƏNDİRDİ-VİDEO
Fatma Girik xəstəxanaya yerləşdirildi-FOTO
"Qarabağ" uduzdu
Aleyna dedi-qodulara son qoyan açıqlama verdi-FOTO
Lobyalı tərəvəz şorbası (foto resept)
TƏBİB rəsmisi kimlərə antivirus preparatları verilmədiyindən danışdı
Zakir Həsənov döyüş helikopterlərini havaya qaldırdı
Gəmi NƏHƏNG canlı ilə toqquşdu-FOTO
"Ufak -tefek cinayetler"in ssenarisi GERÇƏK OLDU - Aktrisalar dalaşdı
E vitamini hansı qidalarda var?
Quşları seyr etməyə çıxan kişi xəzinə aşkar etdi
HAVA necə olacaq?
Yeni analar üçün dəriyə qulluq
Dünyada maraqlı və gülməli boşanma hadisələri
Azərbaycan filmləri Malatya festivalında
- ŞƏRHLƏR