Bakıda hava
USD AZN
EUR AZN
10:57Surayye Evdəyik xanım başqa gedəcək yerimizdə yoxdu 10:03Xəyalə Murad Ailənizə,sevdiklərinizə dəyər verin,Evdə Qalın! 10:03Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
41582

Şeytanın insanlar üçün qurduğu tələlər (4)

 

Şeytanın insanlar üçün qurduğu tələlər (4)

Şeytanın insanlar üçün qurduğu tələlərdən biri də nəfsin hansı tərəfə meyilli olduğunu yaxşı anlayıb ona görə hərəkət etməsidir. Əgər nəfsi çalışqanlıq və şücaətə meyillidirsə, onu bu barədə ona əmr edilən və ondan gözlənilənlərdən daha çoxuna cəlb edib onu həddini aşmağa çağırar. "Sənin kimi himməti ali bir insan bunlarla kifayətlənməz" kimi onu ifrata sürükləmək üçün var gücü ilə çalışar, onu bir ifratdan digər bir ifrata sürükləyər. Əgər qulun nəfsi geri qalmaq tərəfinə meyllidirsə, bu zaman da onun zəif olan iradə və himmətini daha da zəiflətmək üçün çalışar, onu yaxşıca təfritə (ifratın əksi), geriyə sürükləyər. Ya həddindən daha artıq geri sürükləyər, ya da həddindən daha çox qabağa getmək üçün qulların iradə və himmətlərinə görə vəsvəsə verir. Heç bir zaman qulların ədalət və haqq üzərində olmalarından razı olmaz, ya ifrat istər, ya da təfrit (yəni ifratın əksidi, gerilik)... Necə ki, sələfdən bəziləri bu barədə belə buyurmuşdur: "Uca Allahın əmr etdiklərindən hər birinin üzərində şeytanın iki mübarizəsi var! Ya təfrit və qüsurlu tərəfə, ya da ifrat tərəfə çəkər. Hansında müvəffəqiyyətli olsa, onu özü üçün bir qalibiyyət qəbul edər" (Kəşful Hafa əsərində bu sözün sələf imamlarından Əuzai-yə aid olduğu bildirilmişdir. Cild 1, səh. 391).

Şeytanın insanlar üçün qurduğu tələlər (4)

Əgər bunu tətbiq etməsinə baxsan, Adəmdən (ə.s) indiyə qədər insanları həqiqətən bu iki vadidə, yəni ifrat və təfrit tərəflərində çox yollarla apardığını görərsən. Peyğəmbərlərin yolunda, xüsusilə bizim peyğəmbərimizdən sonra Onun və səhabələrinin üzərində olduğu Doğru Yol üzərində sabit və daim olanları çox azdır. Dəstəmaz və qüsl kimi dini təmizlik mövzularına baxsan, kimisi lazımi ciddiyyəti göstərməkdən uzaq, kimi də etməsi lazım olan əməllərdən çox irəli gedib vəsvəsələr içində olmaqdadır. Zəkat mövzusuna baxsan, kiminin zəkatını əksik verdiyini və ya heç vermədiyini görərsən, kiminin də bütün malını paylayıb insanlara yük olduğunu və ya dilənmək məcburiyyətində qaldığını müşahidə edərsən.

Kimisi geyinmə və yemək içmək kimi şəxsi ehtiyaclarını yerinə yetirməkdən çox uzaqdır, malı olduğu halda zahidlik düşüncəsilə özünə baxmamaqdadır. Kimi də həddindən çox yeyib-içib bədəninə və qəlbinə zərər verməkdədir. Tarixə belə baxsan, kimisinin peyğəmbərləri və övliyaları, alimləri öldürdüyünü görərsən. Kimilərinin də onlara ibadət etmək istədiklərinə şahid olarsan! Kimisi insanlardan uzaqlaşmış, cümə və camaatı, cihadı və elmi tərk etmişdir. Bəziləri də insanlarla o qədər qaynaşmışdır ki, onların zülm və günah olan işlərində belə iştirak etmişdilər.

Kimiləri nigahlı xanımı ilə kifayətlənməyib zina edərlər, kimiləri də əsla evlənməyi qəbul etməz. Kimi təriqət şeyxlərini ələ salıb onların haqqını və qədrini qəbul etməz, kimiləri də onlara ibadət etməklə məşğuldurlar.

Bəziləri "Uca Allah bu aləmin nə içindədir, nə xaricindədir! Nə yuxarıda, nə aşağıdadır, nə sağda, nə də soldadır" deyərkən, bəziləri də "Allah zatı ilə hər yerdədir, hava və oksigenin hər yerdə olduğu kimi..." deyərək iman və tövhid barəsində belə ifrat və təfrit edərlər. Yenə bəziləri "Allahın əsla danışması yoxdur, o indiyə qədər bir tək kəlam söyləməyib" deyərkən, bəziləri də "Allah ta əzəldən bəri hey danışır. Onun kəlamında heç bir kəsinti və fasilə olmaz. Onun şeytana, İsaya və Musaya olan o əzəli xitabı, indiyə qədər onunla davam edib eşidilməkdədir" deyir. Birincilər təfrit edərkən ikincilər də ifrata qaçırlar.

Bəziləri Allahın kimsəyə bir başqasını qurtarmaq üçün şəfaət izni verməyəcəyini iddia edir, bəziləri isə Allah izin verməsə belə, bəzilərinin şəfaətinin keçici olacağına inanır.

Bax, bütün bu ifratlar və təfritlər şeytanın insanların hansı tərəfə meyl etdiyini yaxşı bildiyindən sonra tabeliyindəki əsgərləri ilə insanın o yönünə yönəlib onu doğru yoldan, ədalət, istiqamət və haqqdan uzaqlaşdırması nəticəsində meydana gəlir. Biz burada bu ifrat və təfritlərin bəzilərinə beləcə işarə etmək istədik. Yoxsa bunların hamısını zikr etmək istəsək, söz çox uzanar. Bax, ibrət alan varsa, bu qədəri ilə kifayətlənirik

...Son...

 

 

 

Səslərin sayı: 0
0
1292
Şərhlər
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
  • Meditasiyanın bilinməyən növləri

    Bu meditasiya gözlərinizi açar və ətrafınızda nələr olduğunuzu anlamağınıza icazə verir.
  • Ata oğlunu karantin vaxtı evdə saxlamağın qeyri-adi üsulunu düşündü– FOTO

    Surayye,O qeder gulmelidi ki uşaga xesteliyin ciddiliyini basa salsinlar da
  • İrem Derici estetik əməliyyatlarından danışdı

    Yalansa dogru olsun heç beyenmirem onu
  • Artıq küçəyə elektron icazə aldıqdan sonra çıxa biləcəksiz

    Avropadaki kimi oldu lap
  • Qırılan dırnaqları necə bərpa etməli?

    Dirnagim qirilanda salona qacirdim salonlar da bagliDirnagim qirilanda salona qacirdim salonlar da bagli
  • 17:55 - Müəllif: JosephhagPC
    Hüquqşunas məsləhəti (532)

    Hüquqşunas məsləhəti

    Белый от белых! Породный, очень красивый, хорошо сбалансирован. Прекрасный пигмент, окрас кристально белый. Шикарная родословная РКФ. ?менитые Питомники Мира, Предки Чемпионы Стран, ?нтер Чемпионы. https://vk.com/app5898182_-188413464#s=513461 С великолепным темпераментом и характером. Кукольная голова, очень короткая маленькая мордочка. Гарантировано померанский тип. Без породного брака. Перспективен для выставок и разведения. https://vk.com/app5898182_-188413464#s=513461 Но готов прожить и без этого, поэтому ищем ответственных, заботливых владельцев. Приучается к мытью, сушке феном, стрижке когтей, пелёночке. Документы РКФ, вакцинированы по возрасту. Доставка в регионы, предпочтительно авиа. В регионы отправка из аэропорта г. Челябинска По миру из а. Кольцово г.Екатеринбурга. https://vk.com/app5898182_-188413464#s=513461 https://www.youtube.com/watch?v=1VrXdBEzkjQ&list=PLPPtbd2dF2V7ktxMBkteQd_2_zPHDphbB&index=15
  • Koronavirusla bağlı SON STATİSTİKA

    Rəqəmlər saat başına artır uje baxmıram qorxuram
  • Dövlət dili normalarını pozanlar cərimələnəcək - MƏBLƏĞ

    Layihə Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq.
  • Ata oğlunu karantin vaxtı evdə saxlamağın qeyri-adi üsulunu düşündü– FOTO

    Nəticədə, öz görünüşündən utanan oğlan məcbur olaraq evdən çölə çıxa bilmir.
  • Ata oğlunu karantin vaxtı evdə saxlamağın qeyri-adi üsulunu düşündü– FOTO

    Yaxşı eliyib xəstələnib ölməyi yaxşıdı ya bu saç?
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )