Bakıda hava
USD AZN
EUR AZN
10:57Surayye Evdəyik xanım başqa gedəcək yerimizdə yoxdu 10:03Xəyalə Murad Ailənizə,sevdiklərinizə dəyər verin,Evdə Qalın! 10:03Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
41582

Yemək və içməkdə halal və haram (3)

 

Yemək və içməkdə halal və haram (3)

Yeməkdə istifadəsi qadağan olunanlar:

Qayda: 1. Allahın dinində əsas (təməl) ondan ibarətir ki, istənilən əməl hansı ki, Allah və Rəsulu əmr etməyib qadağandır. Yəni ibadətin əsli haramdır. Quran və Sünnədən dəlil olmadıqca ibadət etmək olmaz. Məs: Bir nəfər 3 rükət sübh namazını qılır. Sən ona deyirsən ki, olmaz belə etmək. O, da deyir ki, sübut et. Sən nə edəcəksən? Gedib dəlil axtaracaqsan? Xeyr, o dəlil gətirməlidir ki, bu şəriətdə var.

 2. O, ki qaldı məişətdə (yaşayışa) aid olan yemək, içmək, geyim, maşın, ev və s. əsl odur ki, halaldır onun qadağan olunmasına Quran və Sünnədən dəlil gəlməyəncə. Yəni nə istəyirsən ye, iç, geyin və s. Allahın qadağan etdiklərindən başqa.

Bu da Allahın öz qullarına olan Rəhmətidir. Allah bir çox fərzlər təyin etmiş, bir çox sərhədlər və haramlar təyin etmişdir ki, bunları aşmaq olmaz. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Allah kitabında halal etdiyi (icazə verdiyi) şeylər halal (icazəli), haram etdiyi isə haramdır (qadağandır). O ki qaldı susduğu şeylərə onlar bağışlanmışdır. Allahdan olan bu bağışlanmağa razı olun. Çünki Allah unutqan deyildir”. Bundan sonra Peyğəmbər – sallallahu aleyhi və səlləm – bu ayəni oxudu: “Sənin Rəbbin unutqan deyildir”. (Məryam 64) (Həkim 2/375, Bəzzar 123, əl-Albani «Ğayrətul Məram» s. 14 həsən hədis).

Bütün bunlar qida məhsullarına da aiddir: Şəriətlə qadağan olunmayan hər bir şeyin yeyilməsi icazəlidir. Yeməkdə istəfadəsi qadağan olunanlara və ümumiyyətlə, haramlara gəldikdə Allah bunun səbəbini belə açıqlayır: “...(O Peyğəmbər) onlara yaxşı işlər görməyi buyurar, pis işləri qadağan edər, təmiz (pak) nemətləri halal, murdar (napak) şeyləri haram edər...” (əl-Əraf 157). Bu ayə açıq-aydın dəlildir ki, Allah yalnız (insanların istifadəsi) üçün ziyanlı və murdar olan şeyləri qadağan edir. Bu da istər yemək və içməkdə olsun, istərsə də digər şeylərdə.

Yemək və içməkdə halal və haram (3)

Quran və Sünnədə göstərilən qadağalar: Ölü (Leş), Donuz, Qan, İçki:

“Ölü (kəsilmədən ölüb murdar olmuş) heyvan, qan, donuz əti, Allahdan başqasının adı ilə (Bismillah deyilmədən) kəsilmiş, boğulmuş, (küt alət və ya silahla) vurulmuş, (bir yerdən) yıxılaraq ölmüş, (başqa bir heyvanın buynuzu ilə) vurulub gəbərmiş, vəhşi heyvanlar tərəfindən parçalanıb yeyilmiş - canı çıxmamış kəsdiyiniz heyvanlar müstəsnadır - dikinə qoyulmuş daşlar (bütlər və ya Kəbənin ətrafındakı bütpərəst qurbangahlar) üzərində kəsilmiş heyvanlar və fal oxları ilə pay bölmək sizə haram edildi” (əl-Maidə 3). Bütün bunların yeyilməsini Allah haram etmişdir.

Həmçinin: Ölü (Leş - kəsilmədən ölüb murdar olmuş) heyvan: Bura ölmüş və ya şəriət qaydası ilə kəsilməmiş heyvanlar da daxildir. "(Ya Rəsulum!) De: “Mənə gələn vəhylər içərisində murdar olduqları üçün ölü heyvan, axar qan, donuz əti və ya Allahdan başqasının adı ilə (Bismillah deyilmədən) günah olaraq kəsilmiş heyvanlar istisna olmaqla, hər hansı bir kəsin yediyi yeməklər içərisində haram buyurulan bir şey görmürəm. Bununla yanaşı, hər kəs məcburiyyət qarşısında qalsa, həddi aşmadan, zəruri ehtiyacını ödəyəcək qədər (bunlardan yesə, Allah ona cəza verməz)”. Çünki sənin Rəbbin, həqiqətən, bağışlayandır, rəhm edəndir!” (əl-Ənam 145).

Həmçinin (yeyilməsi icazə verilən heyvanın) sağ ikən ondan kəsilib ayrılmış müəyyən üzvü də ölü (leş) sayılır və yeyilməsi qadağandır. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Sağ ikən heyvandan kəsilərək ayrılmış üzvü ölü (leş - kəsilmədən ölüb murdar olmuş) sayılır” (Əbu Davud 2841, İbn Məcə 3216). İbn Ömər – radıyallahu anhum - rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – canlı heyvandan sağ ikən hansısa bir üzvü kəsib götürən insanları lənətləmişdir” (Buxari 5515).

Qan: Qan özü iki qismə bölünür:

a) Murdar: Bura ön və arxa ifrazat çıxışlarından gələn qan, axar qanı olan və ətinin yeyilməsi haram buyurulmuş heyvanın qanı, ölmüş və ya şəriət qayda-qanunu ilə kəsilməmiş heyvanın qanı daxildir.

b) Təmiz: Bura insan qanı, balıq qanı, axar qanı olmayan həşəratların qanı (axar qanı olmayan milçək, ağcaqanad, mətbəx-böcəyi, əqrəb və digər həşəratlar), şəriət qayda-qanunu ilə kəsilmiş heyvanın cəsədində qalan qan daxildir.

 

“Ey iman gətirənlər! Şərab da (içki də), qumar da, bütlər də, fal oxları da Şeytan əməlindən olan murdar bir şeydir. Bunlardan çəkinin ki, bəlkə, nicat tapasınız! Şübhəsiz ki, Şeytan içki və qumarla aranıza ədavət və kin salmaqdan və namaz qılmaqdan ayırmaq istər. Artıq bu işə son qoyacaqsınızmı?” (əl-Maidə 90-91). Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Bütün sərxoş edici şeylər içkidir və sərxoş edici nə varsa, haramdır”( Müslim 3/1587). Az və ya çox olmasından asılı olmayaraq ağlı dumanlandıran və sərxoş edən hər bir şey haramdır. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Sərxoş edici şeylərin azı da, çoxu da haramdır” (Səhih Əbu Davud 3128). İbn Ömər və Əbu Hureyrə – radıyallahu anhum - rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “Hər kim dünyada ikən şərab içər və bu günahdan tövbə etməzsə, Axirətdə Cənnət şərabından məhrum olar və ondan içməz (Başqa rəvayətdə: Hər Xamr haramdır) (Müslim 2002,2004).

 

... Ardı var...

 

Hazırlayan və tərtib edən: K.Hüseyn

 

 

 

Səslərin sayı: 0
0
790
Şərhlər
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
  • Meditasiyanın bilinməyən növləri

    Bu meditasiya gözlərinizi açar və ətrafınızda nələr olduğunuzu anlamağınıza icazə verir.
  • Ata oğlunu karantin vaxtı evdə saxlamağın qeyri-adi üsulunu düşündü– FOTO

    Surayye,O qeder gulmelidi ki uşaga xesteliyin ciddiliyini basa salsinlar da
  • İrem Derici estetik əməliyyatlarından danışdı

    Yalansa dogru olsun heç beyenmirem onu
  • Artıq küçəyə elektron icazə aldıqdan sonra çıxa biləcəksiz

    Avropadaki kimi oldu lap
  • Qırılan dırnaqları necə bərpa etməli?

    Dirnagim qirilanda salona qacirdim salonlar da bagliDirnagim qirilanda salona qacirdim salonlar da bagli
  • 17:55 - Müəllif: JosephhagPC
    Hüquqşunas məsləhəti (532)

    Hüquqşunas məsləhəti

    Белый от белых! Породный, очень красивый, хорошо сбалансирован. Прекрасный пигмент, окрас кристально белый. Шикарная родословная РКФ. ?менитые Питомники Мира, Предки Чемпионы Стран, ?нтер Чемпионы. https://vk.com/app5898182_-188413464#s=513461 С великолепным темпераментом и характером. Кукольная голова, очень короткая маленькая мордочка. Гарантировано померанский тип. Без породного брака. Перспективен для выставок и разведения. https://vk.com/app5898182_-188413464#s=513461 Но готов прожить и без этого, поэтому ищем ответственных, заботливых владельцев. Приучается к мытью, сушке феном, стрижке когтей, пелёночке. Документы РКФ, вакцинированы по возрасту. Доставка в регионы, предпочтительно авиа. В регионы отправка из аэропорта г. Челябинска По миру из а. Кольцово г.Екатеринбурга. https://vk.com/app5898182_-188413464#s=513461 https://www.youtube.com/watch?v=1VrXdBEzkjQ&list=PLPPtbd2dF2V7ktxMBkteQd_2_zPHDphbB&index=15
  • Koronavirusla bağlı SON STATİSTİKA

    Rəqəmlər saat başına artır uje baxmıram qorxuram
  • Dövlət dili normalarını pozanlar cərimələnəcək - MƏBLƏĞ

    Layihə Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq.
  • Ata oğlunu karantin vaxtı evdə saxlamağın qeyri-adi üsulunu düşündü– FOTO

    Nəticədə, öz görünüşündən utanan oğlan məcbur olaraq evdən çölə çıxa bilmir.
  • Ata oğlunu karantin vaxtı evdə saxlamağın qeyri-adi üsulunu düşündü– FOTO

    Yaxşı eliyib xəstələnib ölməyi yaxşıdı ya bu saç?
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )