"Və (yada sal) bir vaxt ki, biz cinlərdən bir neçə nəfəri sənə sarı yönləndirdik ki, Quran dinləsinlər. Elə ki onun yanında oldular, dedilər: "Susun!" Tamamlanan kimi qövmlərinə sarı geri döndülər ki, onları xəbərdar etsinlər". (Əhqaf, 29)
"Sarafnə" yönləndirdik, "nəfəran" camaat, dəstə, üç-qırx arasında olan kəslər", "ənsıtu" - "insat" məsdərindəndir, yəni qulaq asmaq səbəbilə sakit durmaq deməkdir. "hədaruhu" yanına gəldilər, yanında iştirak etdilər. "Hu" zəmiri Quran, yaxud Peyğəmbərə qayıdır. "Munzirin" qorxudanlar deməkdir. Yəni bu dəstə Quranı eşitməklə müsəlman oldular və İslamı təbliğ etmək, yeni dinin xəbərini öz növlərindən olanlara çatdırmaq naminə geri döndülər və Allaha sarı dəvət edən oldular.
Bu ayənin nazil olma səbəbi budur ki, Peyğəmbər Zeyd ibn Harisə ilə birlikdə Məkkədən Əkkaz bazarına getdi. O, camaatı İslam dininə dəvət etmək istəyirdi. Camaatı təbliğ və dəvət etdikdən sonra kimsə Peyğəmbərə diqqət göstərmədi və onun dəvətini qəbul etmədi. Sonra Peyğəmbər geri döndü və Məcənnə vadisinə yetişdi. Bu vaxt gecənin bir hissəsi artıq keçmişdi. Peyğəmbər Quran oxumağa başladı. Cinlərdən bir dəstə Allah Rəsulunun Quran oxunuşunu eşitcək, maraqla dinləməyə başladılar və bir-birinə tapşırdılar ki, Qurandan faydalanmaq naminə sakit olsunlar. Peyğəmbər Quran oxuyub bitirən kimi cinlər öz tayfalarına sarı qayıdıb dedilər ki, biz Musadan sonra nazil olan səmavi Kitabın ayələrindən faydalandıq. O, Tövratı təsdiq etməkdən əlavə, həqiqətə və düzgün yola sarı hidayət edirdi. Buna görə də gərək İslam Peyğəmbərinin dəvətini qəbul etmək və ona iman gətirmək lazımdır. Odur ki, Allah Rəsulunun yanına gəldilər və İslamı seçdilər. Sonra bu ayədən əlavə, "Cinn" surəsinin birinci ayəsi nazil oldu. Peyğəmbər Əlini məmur etdi ki, İslamın göstərişlərini onlara öyrətsin. Nəticə etibarilə, onlardan bir dəstəsi iman gətirdi və digər dəstəsi küfr durumunda qaldılar. (Əl-Burhan fi təfsiril-Quran)
İbn Əbu Şeybə İbn Məsuddan rəvayət etmişdir ki, cinlər Allah Rəsulunun yanına gəldilər və Peyğəmbər Bətnu Nəxlədə Quran qiraətilə məşğul idi. Quran ayələrini eşidən kimi bir-birinə göstəriş verdilər ki, sükut etsinlər və onlar doqquz nəfər idi. (Lubabun-nuqul fi əsbabin-nuzul)
Bir çox ayələr göstərir ki, cinlər də insanlar kimi ilahi vəzifələrə (şəriət təkliflərinə) malikdir. Onlar öz əməl, rəftar və davranışları müqabilində cavab verərək əməllərinin əvəzini alacaqlar. Cinlər insanların gözlərindən gizli olan varlıqlardır. Quran ifadəsinə görə cinlər xalis oddan (tüstüsüz oddan) yaradılmışlar. (Bax, "Rahmən" surəsi, 15).
Onlar arasında da insanlar kimi kişi və qadın vardır. Doğub törəyib çoxalırlar. Yaşayıb, ölürlər. Quran qeyd edir ki, onlar da insanlar kimi şəriət qarşısında öhdəçilik daşıyırlar. (Zariyat, 56)
Cinlər haqqında başqa bir ətraflı yazıya ehtiyac vardır ki, onlar haqqında da yazı hazırlayıb paylaşmağa çalışaram.
Farid Abdullah
XƏBƏR LENTİ
Bu qız hər gün Xəzər dənizində çimir: Yay-qış fərq etmir-FOTO
Evlərə 100 meqabitlik internet çəkiləcək
Mərcinin faydaları
Azərbaycanda koronavirusa yoluxmanın ən çox olduğu ərazilər açıqlandı - RƏSMİ
Dünya gözəlləri səhnədə və real həyatda (2)
Paxla salatı (foto-resept)
Abituriyentlər növbəti sınaqda.
Azərbaycanda ali məktəblərə qəbul olanların nəzərinə
İsveç çörəyi "VETEBRÖD"
Yalançı paxlava (foto resept)
Ətin qiyməti düşdü, alan qaçdı
Tarkan ikinci dəfə ata olacaq?
Toylarda da israfçılığa "müharibə" elan olundu
Peyğəmbərimizin (s) 4 cür sükutu olardı
Smartfondan silinməsi tövsiyə olunan tətbiqlər açıqlandı
Klinton prezidentlik iddiasında - 2020-ə hazırlıq
Bu gənc həyat yoldaşını ölkədən qovmağa çalışır-SƏBƏB
Lenski təcrübəsi
Sevgiliniz sizi aldadır? Onda oxuyun
Ölkədə hamı bu sayta girir
Azərbaycanda bu il ərzində qar ehtiyatının ən çox düşdüyü ərazilərin adları açıqlandı
Məhəmməd Peyğəmbərin (s) məzarı köçürülür?
Bu ölkə virtual pulu tanımadı
Həftənin ulduz falı
Arzularınızın çin olmasını istəyirsiniz?-Açıqlama
Çil-çıraqlar
Bir qrup hərbçimiz “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edildi -Siyahı
Disney şirkətinin 10 idarəçilik prinsipi(2)
Stil ikonu olmaq üçün 7 qayda
Qızıl alanların diqqətinə!
Neftdə kəskin bahalaşma
Biləsuvarda şəhid gizir dəfn edilib
Sabah hava necə olacaq?
Məşhur aparıcı koronavirusa yoluxdu
Hamiləlikdən sonra 25 kq arıqladı-FOTO
Cücərmiş kartofu tullamayın
Azərbaycanın ürək dərdi
Nepal müdriklərindən 30 məsləhət
İnternet dərsi: nəyə görə şəxsi şəkilləri paylaşmaq olmaz?
Paulo Koelyodan səyahət sevərlərə tövsiyələr
Uşaqlarla düzgün davranış qaydası
Mən arıqladım!
Dərviş Kiyevi partladır və kəsək daşa ağlayanda
Ərinizi bu cür məcbur edin ki, siqareti tərgitsin
Məşhur aktyor tanınmaz halda - FOTO
Yaddaş zəifliyini necə aradan qaldırmaq olar?
Münasibətdəki soyuqluğun səbəbləri
Dodaq boyanıza görə xarakteriniz
2016-cı ilədək çini qabların idxalına görə xüsusi rüsum tətbiq edib
Şahzadə Diananın üzüyü ikinci gəlini Megana verilib-FOTO
- ŞƏRHLƏR