Bir çox Quran ayələrində mövcuddur ki, Quran – onun barəsində mübahisə və tənqid edən kəsləri dünya və axirət əzabı ilə təhdid etmişdir. O cümlədən, “Həcc” surəsi, 51-ci ayədə buyurulur: “Və o kəslər ki, ayələrimiz barədə aciz etmək niyyətilə səy göstərirlər, onlar Cəhənnəm əshabıdır”. Bu ayənin açıq-aydın məfhumu odur ki, siz Quran barədə fikir sərgiləyə bilərsiniz, ancaq nəticə etibarilə, gərək həmişə Quranı dəstəkləməlisiniz, yoxsa Cəhənnəm əhli olarsınız. Yaxşı, nə üçün İslam dini bu qədər tənqid olunmasından qorxur?
Cavab olaraq qeyd etmək olar ki, ayədə belə demək istənilib: O kəslər ki, ayələrimizi sıradan çıxarıb, qüvvəsiz etmək üçün səy göstərir və belə güman edirlər ki, bizim qəti olan iradəmizə qalib gələ bilərlər. Belə kəslər, Cəhənnəm əhlidir.
Ayədə qeyd olunan “sə`av” feili “sə`a” kəlməsindəndir. Qaçmaq, tələsmək mənasını daşıyır. Ayədə isə ilahi ayələri aradan aparmaq, onları qüvvədən salmaq üçün canfəşanlıq etmək, çalışmaq anlamındadır. (Ətraflı bax: “Lisanul-Ərəb”, c.14, s.385)
“Muacizin” ifadəsi “əcz” maddəsindəndir. Burada sonsuz ilahi qüvvəyə qələbə çalmaq və Allahı aciz və bacarıqsız etmək istəyən kəslər anlamındadır. (Bax: “Nümunə” təfsiri, c.14, s.136)
Ayələrdən məqsəd Allah dininin əlamətləridir. Allahla düşmənçilik etmək niyyətində olan kəslər ilahi dinin əlamətlərini məhv və yox etmək həddində israrlıdırlar. Ayə də o kəslərə xitab edir.
Aydın olur ki, bu ayənin Quran barədə təfəkkür və düşünüb-daşınmaqla heç bir əlaqəsi yoxdur. (Bax: “Əl-Mizan” təfsirinin tərcüməsi, c.14, s.552)
Rəvayətlərdə qeyd olunur ki, “ilahi ayələr” dedikdə Əhli-Beyt nəzərdə tutulmuşdur və Allah onlarla düşmənçilik edən, həmçinin Peyğəmbər əhli-beytinin nişanələrini məhv etmək istəyən kəslərə Cəhənnəm vədi vermişdir.
İmam Sadiqdən nəql olunan rəvayət də bunu təsdiq edir ki, ilahi ayələrdən məqsəd Ali Məhəmməddir və o kəslər ki, aciz qoymaq niyyətilə Ali Məhəmmədin məvəddətini (yəni onlara sevgi bəsləməyin) kəsilməsi yolunda səy göstərirlər. (Bax: “Əl-Burhan”, c.3, s.896; “Biharul-Ənvar”, c.23, s.381)
Allah Quranın sair ayələrində Allahla düşmənçilik həddində olan kəslərə Cəhənnəm vədəsi vermişdir. Məsələn, buyurur: “Məgər bilmirdilərmi ki, Allaha və Onun Elçisinə qarşı çıxanlar üçün içində əbədi qalacaqları Cəhənnəm odu vardır? Bu isə böyük rüsvayçılıqdır”. (“Tövbə”, 63)
Həmçinin buyurumuşdur: “Hər kim Allaha, onun mələklərinə və peyğəmbərlərinə, Cəbrailə və Mikailə düşməndirsə, şübhəsiz, Allah da (belə) kafirlərə düşməndir”. (“Bəqərə”, 98)
Aydın oldu ki, qeyd olunan ayənin Quran barədə təfəkükrlə heç bir əlaqəsi yoxdur. Allah bir neçə ayədə Quranın haqq olması barədə şəkk və tərəddüd edən kəsləri Quran haqqında təfəkkür və düşünüb-daşınamğa dəvət etmişdir ki, bu yolla onun həqiqət olması həqiqət axtarışında olan kəslərə aydın olsun. Necə ki, buyurumuşdur: “Məgər onlar Quran barəsində düşünmürlərmi? Əgər o, Allahdan başqası tərəfindən olsaydı, əlbəttə, onda çoxlu ziddiyyət tapardılar”. (“Nisa”, 82)
Həmçinin buyurur: “(Bu) mübarək Kitabı, (insanların) onun ayələrini düşünüb anlaması və ağıl sahiblərinin də ondan ibrət götürməsi üçün sənə nazil etdik”. (“Sad”, 29)
Habelə buyurur: “Məgər onlar Quran haqqında düşünmürlərmi? Yoxsa qəlbləri qıfıllıdır?” (“Muhəmməd”, 24)
Farid Abdullah
XƏBƏR LENTİ
İnsanı tanımağın ən rahat yolu...
Bitkilər və təbabət (3)
Bel bölgəsindəki piylər infarkta səbəb olur
Qırmızı ürək muffin (foto-resept)
Dünyanın ən möhtəşəm mağaraları
Bu il manat yenə ucuzlaşacaq
Beyonsun səhnə geyimi sevənlərini heyran etdi-FOTO
İsrail "Eurovision" üçün tələb olunan məbləği ödədi
Kreativ əşyalar
Gözəlliyə kölgə salan vərdişlər
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Koronavirusun əsas daşıyıcıları açıqlandı
Şokoladlı top (foto resept)
Xoşbəxtlik bizim içimizdədir
Su fitnessi
İnanılmaz: 24 saata 11 kq arıqladı
Günün qoroskopu: zövq müzakirə olunmur
AQTA-dan spirtli içkilərlə bağlı əhaliyə MÜRACİƏT
Obama İŞİD-i məhv edəcək
Nikah kağızı yoxdursa...
Sürücülərin işi lap asanlaşdı
Hər bürcdən olan qadınların əsas xüsusiyyətləri
Əqrəb bürcü qadını
Günün qoroskopu: Risk etməyin!
Fransa erməniləri "Türk hava Yolları"nın "Marsel" klubuna sponsurluq etməsinə etiraz edirlər
Rusiyada sabahdan koronavirus peyvəndi üçün elektron qeydiyyat başlayır
Dünyada uşaqların yarısı piylənmə təhlükəsi ilə üz-üzədir
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva "Bakı Marafonu 2016"da iştirak edir
Günün ulduz falı
Bu vətəndaşlar cərimələnəcəklər - VİDEO - FOTO
Quru meyvə alarkən nəyə diqqət etməli?
Demet Akalından intihar etirafı
Qalkinin dəhşətli xəstəliyi üzə çıxdı
BÜRCLƏR bizə nə vəd edir? 8 İyul
Sabahın HAVAsı
Xiyar salatı (foto resept)
Yemək otağı modelləri
Çiyələk yağından necə istifadə etməli?
Qeyri-iş günləri AÇIQLANDI
Aspirin xərçəngə qarşı vasitədir.
10 halda heç zaman peşman olmayacaqsınız
Bu tərəvəz pis qoxu yaradır
Dərinizi gözəlləşdirəcək köhnə üsullar
Buraxılış imtahanlarında iştirak edə bilməyənlərə yenidən şans veriləcək? - RƏSMİ
Zəlzələ onu da çökdürdü
Putindən Serjə yeni qadağa
Saç boyası tələbənin başını “şara” çevirdi - FOTO
Ayda qeyri-adi obyekt aşkarlandı-FOTO
Qarnındakı piy həyatını xilas etdi-FOTO
Azərbaycanın ən yaxşı futbolçusu "Qarabağ"lı oldu
- ŞƏRHLƏR