Din yetərli qədər aydın və başa düşülən deyil.
İnsanların dini mövzularda özlərini aldatmağının yollarından bir başqası da dinin lazımi qədər açıq və anlaşılan olmadığına inanmalarıdır. Şübhəsiz, bu da şeytanın insana hazırladığı tələlərdən biridir. Bu bəhanəni irəli sürən insanların çoxu dini öyrənmək üçün oxuyub araşdırma etməmişlər. Bu düşüncədə olmalarının səbəbi xalqın böyük əksəriyyətində olan bir yanılmanın təkrar olunmasıdır. Bəzi insanlar Quranı bir dəfə olsun belə oxumadan Quran haqqında müxtəlif zənnlərə qapılırlar. Sanki özlərinin oxuyub anlamaları gərəkmədiyi kimi, Qurandakı bəzi mövzuları fərqli başa düşüb şərh edən təlimçiləri bəhanə gətirirlər. Sonra da özlərinə görə Quranı müxtəlif: yaxşılıq, sevgi, sülh, tolerantlıq kimi dəyərlərlə sadələşdirirlər.
Bu məsələdə bir araşdırma aparmadan, dinin lazımınca açıq və başa düşülən olmadığını düşünən və bu səbəblə dinə gərək olduğu diqqəti göstərməyən insanların gündəlik həyatı daxilində nələrə maraq göstərdiklərini gördükdə heyrətlənirsiniz. Məsələn, sensasiyalı bir xəbər çıxsa, o dəqiqə müxtəlif şərh və dəyərləndirmələrlə bu xəbərə diqqət kəsildiyini, xəbərlə bağlı daha detallı məlumat əldə etmək üçün sorğu-sual etdiklərini görürsünüz. Kütləvi nəqliyyat vasitələrində kimin nə oxuduğu, yanındakı ilə nə danışdığı, ya da telefonundan həmin an nə izləyib, nə yazdığı insanların maraq mövzusu ola bilməkdədir. Dostunun (rəfiqəsinin) əynindəki geyimi, ya da ayağındakı ayaqqabını haradan aldığı, hansı mağazada nə qədər endirim olduğu kimi məsələlərdə insanlar daha diqqətli olurlar. Sözün qısası, insanların böyük əksəriyyəti, ətraflarındakı gərəkli-gərəksiz hər şeyə qarşı böyük bir diqqət və maraq içərisində yaşayırlar. Mağaza sahibi biri mağazaya gələn müştərini razı salmaq və ona mal satmaq üçün hər yolu yoxlayar. İnsanın almaq istədiyi bir iş və ya təklif olsa, mütləq bütün cəhdlərini sınayar, işin düzəlməsi üçün başqa insanları da araya qatar. Çox əhəmiyyətli hesab etdiyi bir işi qazanmaq üçün təsirli bir təqdimatın hazırlanmasına dəfələrlə təkrarlar, günlərlə hazırlıqlar edən insan, nədənsə axirətləri ilə bağlı gerçəklərə qarşı maraqsız qalır.
İnsanlar da var ki, Allahın mesajını diqqətə almadığı kimi həm də bu mesajlara önmühakiməli yanaşırlar. Təəssüflə qeyd etmək lazımdır ki, Quranı açıb oxuyan və anlamağa çalışandan çox Quran haqqında müsbət və ya mənfi bilik və görüş sahibi olan insanlar vardır. Müqəddəs kitabdakı mesajları oxuyub diqqətə almaları onlara aid deyilmiş kimi laqeyd və rahatdırlar, Qurandakı ifadəylə desək, biliksizlərin yolu gedilərək, "Bəs nə üçün Allah bizi danışdırmır, yaxud bizə bir ayə gəlmir?" (Bəqərə surəsi, 118-ci ayə), deyərcəsinə Allaha iman etmələri üçün onları şəxsən yola gətirmələrini gözləyirlərmiş kimi davranırlar. Bu anlayışa sahib insanlar üçün Allahın buyurduqlarının nə olduğu deyil, əhəmiyyətli olan öz işlərinə gələn və öz anlamaq istədikləridir. Bir tələbə, ya da işçi əlindəki layihə, yaxud tapşırığı anlamaq çətin olsa da, nə olursa olsun, onu başa düşüb həll etməyə çalışır. Amma iş Quranı anlamağa gələndə, necə olsa başa düşmək çətindir, deyib bir kənara qoyurlar. Halbuki anlaşılmaz olan Quran deyildir, insanın öz gerçəyi ilə qarşılaşmaq istəməməsidir.
"And olsun ki, Biz Quranı (ondan) ibrət almaq (öyüd-nəsihət qəbul etmək) üçün belə asanlaşdırdıq. Amma heç bir ibrət alan (öyüd-nəsihət qəbul edən) varmı?!" (Qamər surəsi, 17-ci ayə).
Bir-birindən ayrı bir çox mövzuya toxunmasına baxmayaraq, Quran ayələri arasında möhtəşəm bir uyğunluq və ardıcıllıq vardır. Bir elm kitabı deyildir, amma, məsələn, Yerin və Göyün bitişikkən bir-birindən ayrılmasını ifadə edən kainatın tək bir nöqtədən başlayan macərasını (Big Bang/Böyük Partlayış, Ənbiya surəsi, 30-cu ayə), ya da kaintaın genişlənməsinə dair bir çox fizik və riyaziyyatçının illərini verərək formalaşdırdıqları modern elm tərəfindən ortaya qoyulan müşahidəyə söykənən həqiqəti tək bir cümlə ilə ifadə edər (Zəriyət surəsi, 47-ci ayə). Bir şeir kitabı deyildir, amma ən klassik şeirləri kölgədə buraxır. İnsanların həm bəşəri, həm də ictimai vəziyyətləri ilə əlaqədar sosioloji və psixoloji təhlillər edir. Klassik kitablardakı təsniflər kimi giriş, inkişaf və nəticə qizimlərinə ayrılmaz. Əmr və qadağalar, əxlaqi buyruqlar, keçmiş din və cəmiyyətlərdən xəbərlər, dünya həyatının gerçəyi və ölüm sonrası ilə bağlı hökmlər kitabın tamamına yayıldığı üçün oxucusunu darıxdırmaz, az sözlə çox bilik öyrədir və bu xüsusiyyəti səbəbi ilə daima dinamizmini qoruyur.
"Biz tam yəqinliklə iman gətirənlərə ayələrimizi (dəlillərimizi) açıqcasına göstərdik" (Bəqərə surəsi, 118-ci ayə).
Quranın dini, əqli, əxlaqi, ictimai və bəşəri mövzularda ortaya qoymuş olduğu ruhu görə bilmək üçün əvvəlcədən əldə edilmiş bilik və görüşlərlə deyil, təmiz bir zehinlə Qurana baş vurmaq və ilahi mesajı bu yolla qavramaq lazımdır. Qurani-Kərim sadəcə əmr və qadağanlardan ibarət bir buyruq kitabı deyildir. Əxlaqi prinsiplərlə həm bəşəri, həm də ictimai mənada həyat bələdçisidir. Oxumağı, incələməyi, araşdırmağı və düşünüb anlamağı təşviq edən ayələri ilə elmə yönəldən bir nurdur. Bununla yanaşı insanların doğru ilə yanlışı öyrənib bir-birindən ayırd etmələrini, ictimai nizamı təmin edən bir "furqan", fərdlərin həm bu dünyası, həm də axirəti üçün xeyirli olacaq əmr və qadağaları ilə bir hqquq kitabıdır.
"Rəbbinin doğru yolu budur. Artıq Biz ayələri düşünən bir xalqa izah etdik" (Ənam surəsi, 126-cı ayə).
Allahın əmr və qadağaları son dərəcə aydındır. Qula düşən Yaradıcısının ondan nələr istədiyini öyrənməyə və tətbiq etməyə çalışmaqdır. Daimi olaraq Quran oxumaq və ayələrdəki ilahi ruhu qavrayaq Quranı həyat rəhbəri etmək lazımdır. İnsanlar Quranı anlamadıqlarını iddia edərlər, çünki onu oxumazlar. Halbuki Quran ayələrinə baxsaq, kitabın enmə səbəbi bu cür izah edilir:
"O gün hər ümmətə özlərindən bir şahid göndərəcəyik, səni də onlara şahid gətirəcəyik. Biz Kitabı sənə hər şey üçün bir izah, müsəlmanlara da doğru yolu göstərən rəhbər, mərhəmət və müjdə olaraq nazil etdik" (Nəhl surəsi, 89-cu ayə).
"Biz Kitabı sənə yalnız ona görə nazil etdik ki, onlara ixtilafda olduqları şeyləri bəyan edəsən və (bu) mömin camaat üçün doğru yol göstərən rəhbər və mərhəmət olsun" (Nəhl surəsi, 64-cü ayə).
Emre Dorman "Dini mövzularda özünü aldatmağın 40 yolu"
Tərcümə: Ceylan Mumoğlu
XƏBƏR LENTİ
Çin alimləri ayda kartof əkib
Azərbaycandan Gürcüstana pulköçürmələr KƏSKİN ARTDI
Dəri çatları üçün yosun maskası
Yapon rəssamın həşəratları
Dərman qəbulu qaydasız olarsa...
Dodağına Gel Vurdurdu Üzü Çürüdü-FOTO
Yeni heyvan növü yaradıldı-FOTO
Burakı bu FOTOsuna görə ona bənzətdilər
Memarlıq festivalı
"iPhone 6" rekord qırdı
Kütləvi zəhərlənmə qeydə alınan imtahan yenidən nə vaxt keçiriləcək? - AÇIQLAMA
Qadin.Net-in xarici xanımları (VII hissə)
Günün ulduz falı
Birləşmiş Ərəb Əmirlikləri icbari hərbi xidmətə keçir
Bəs sizin seçiminiz hansıdır?-Test
Fransanın "OpinionWay" Tədqiqatlar İnstitutu: Respondentlərin 79,9 faizi İlham Əliyevin namizədliyini dəstəkləyir
Kristina Aqilera Yeni İmicdə-FOTO
Öz qiymətimi bilmirəm, heç vaxt da bilməmişəm...
17 yaşlı qızın ağciyərindən çıxan həkimləri şoka saldı
Azərbaycanda sosial reklamların telekanallarda yayımında dəyişiklik olacaq?
Gələn ilin dövlət büdcəsi nəyə xərclənəcək?
Küçələrə niyə tüpürürük?
Engin Altan Düzyatan tarixi serialda
2014-cü ilin ziyafət geyimləri
Qida demə, zəhər de!
Məşhur cütlük yenidən barışdı
Xüsusi təyinatlılarımızın böyük bir bölməsinin məhv edilməsi barədə ermənilərin yaydığı xəbər xülyadır - RƏSMİ
Azərbaycan əhalisinin sayı AÇIQLANDI
Məsamələri necə təmiz saxlayaq?
Hamilələr üçün evdə hazırlaya biləcəyiniz içkilər
Koronavirusla bağlı son STATİSTİKA
Yerin altından zinət əşyaları ilə dolu iri küplər tapıldı
Son on ilin ən yaxşı qorxu filmlərinin adları açıqlanıb
İvanka Trampın şəxsi köməkçisində koronavirus aşkarlandı
Dekorativ güzgülər
Azərbaycanda daha 38 nəfər koronavirusdan sağaldı - RƏSMİ
Qrip
12 il sonra sahibini tapdı
Bayram namazı necə qılınacaq?
Üzeyir Hacıbəylinin Şuşadakı evi - VİDEO
"3-3,5 milyon insan icbari tibbi sığorta ödəmələrindən azad olunacaq"
Azərbaycanda bu xəstəliyin daha çox yayıldığı rayonlar
İranda koronavirusa yoluxanların sayı rekord həddə çatdı
Məzəli şəkillər-2
"Kurtlar Vadisi" serialının yayım tarixi açıqlandı
Birləşmiş Millətlərə əsərlər
Dünyanın ən rəngli yerləri (2)
Gülən insanın yaddaşı yaxşıdır
Azərbaycanın ilk peşəkar velosiped komandası mövsümə Yeni Zelandiyada start verir
Qumdan hazırlanmış heykəllər