Qeybət deyil, mən həqiqətləri söyləyirəm!
Quran tərəfindən ortaya qoyulmuş əxlaq qanunlarından biri olan insanların arxalarından danışılmaması, qeybətlərinin edilməməsi mövzusu inanan insanlar daxil ən çox pozulan qadağadır. Allah hər mövzuda həqiqi biliyə sahib olunmasını istəyər. Zənn etməklə xətalı şəkildə insanlara müxtəlif etiketlər yapışdırmaq və insanların eyiblərini ortaya çıxarmaq qadağan olunur. İnsanların arxasınca danışmaq, inananların arasını vuracaq şəkildə sözlər və əməllər işlətmək də qadağan olunmuşdur. etiket yapışdırdığınız insana qarşı yanıla bilər və günaha bata bilərsiniz. Ayələrdə "Şübhəsiz ki, zənn həqiqəti heç cür əvəz edə bilməz" (Yunus surəsi, 36-cı ayə) buyrulmaqdadır və inanan birinin açıq sübuta görə hərəkət etməsi söylənməkdədir. İnsanlar haqqında qeybət etməyi "Sizdən biriniz ölmüş qardaşının ətini yemək istəyərmi?" (Hucurat surəsi, 12-ci ayə) şəklində fövqəladə bir bənzətmə ilə qınayan ayələr inananları zənndə olmaqdan çəkindirər. "Qeybət deyil, mən həqiqətləri söyləyirəm" formasındakı ifadələr söylənən şey doğru belə olsa söyləyən insanı doğru çıxarmaz. Bununla belə "Mən doğruları söyləyirəm" deyərək özünü müdafiə edən çox insanın fərqində olmadığı bir şey vardır ki, bu da insanların arxasınca edilən qeybətin onsuz da həqiqət olması lazımdır. Əks halda doğru olmayan şeylər haqqında danışmaq qeybət deyil, iftiradır.
Mən kimsənin üzünə söyləməyəcəyim şeyi arxasınca da söyləmərəm, kimi cümlələrlə insanlar haqqında ağzına gələni söyləmək də inanan birinə yaraşmaz. İnsanların üzlərinə qəbahətlərini saymaq sizin deyil, lovğalığınızın böyüməsinə səbəb olur. Səmimi bir mömin isə inanan qardaşının qəbahətlərini örtər, ona xeyirli tövsiyə və məsləhətlər verər.
"Ey iman gətirənlər! Zənnə çox qapılmayın. Çünki zənn edilənlərin bir qismi günahdır. Bir-birinizi güdməyin, bir-birinizin qeybətini qırmayın. Sizdən biriniz ölmüş qardaşının ətini yemək istəyərmi? Siz ki, bundan iyrənirsiniz. Allahdan qorxun! Həqiqətən, Allah tövbələri qəbul edəndir, Rəhmlidir" (Hucurət surəsi, 12-ci ayə).
Bununla yanaşı insanların əleyhinə söz daşımamaq da əhəmiyyətlidir. Xalq arasında geniş yayılmış olan "Mən həqiqət üzə çıxsın deyə söyləyirəm" bəhanəsi ilə insanlar etdikləri şeyin doğru olmadığı həqiqətinin üzərini örtməyə çalışaraq fərqində olmadan öz səmimiyyətsizliklərini ortaya qoyurlar.
"İtaət etmə hər tez-tez and içənə, alçağa, qeybət edənə, dedi-qodu yayana, xeyrə mane olana, həddi aşana, günahkara" (Qaləm surəsi, 10-13-cü ayələr).
Cəmiyyət içində insanların arasını vurmağa çalışan və etdiyi bu pislikdən zövq alan insanlara şahid olmaq mümkündür. Belə insanlar xırda məsələləri şişirdərək insanları bir-birinə saldırırlar. İnananların bu kimi insanların oyununa gəlmələri üçün bir şey haqqında qəti biliyə sahib olmadıqca insanlar barədə danışmamaları lazımdır. Həqiqi mömin insan ən ciddi məsələləri belə insanlar arasında barış və qardaşlıq hisslərini bəsləyici şəkildə həll etmək istiqamətində səy göstərməlidir. Bir insanın arxasından o insana hiss etdirilmədən edilən bir haqsızlıq, yaxud xəyanət varsa və siz buna şahidsənizsə, bunu həmin insanla bölüşərək xəbərdarlıq etməniz lazımdır. Mömin insan ətrafındakı haqsızlıqlara səssiz qalmamalıdır. Şahid olduğu hadisələrə laqeydcəsinə göz yummamalıdır. Lazım gəldikdə başqasının haqqını müdafiə etməlidir. Amma bunu necə gəldi etmək doğru olmaz. İnanan insan yaxşıca dinləməli, araşdırmalı, sorğulamalı, sonra bunların üzərinə düşünərək faktlara dayanaraq hərəkət etməlidir. Yeri gələndə danışmaq qədər susmağın da fəzilət olduğunu bilmək və xalq arasında yayılmış ifadəsi ilə haqsızlıq qarşısında susanın dilsiz şeytan olacağını da unutmamaq lazımdır.
İnsanların əleyhinə söz daşıyaraq onları bir-birinə düşmən edən insanların çox olduğu cəmiyyətlərdə dinclik və sülh qalmaz. Ailələr yıxılır, yuvalar dağılır. Qardaşlar bir-biri ilə anlaşmazlar. Buna görə insanlar insanlar arasında fitnə və fəsad çıxarmaq üçün, pislik etmək üçün söz daşıyanlara fürsət verməmək və bu pisliklərindən xilas olmaları üçün onlara nəsihət edilməlidir.
"Allah pis sözün ucadan deyilməsini sevmir. Ancaq zülm olunan kimsələr istisnadır. Allah Eşidəndir, Biləndir" (Nisa surəsi, 148-ci ayə).
Emre Dorman "Dini mövzularda özünü aldatmağın 40 yolu"
Tərcümə: Ceylan Mumoğlu
XƏBƏR LENTİ
BÜRCLƏR bizə nə vəd edir? - 25 fevral
Sağlam qalmaq üçün bunlara əməl edin
Peçenyeli şokolad tortu (foto-resept)
Uşağı döymək olarmı?
Azərbaycana yay fəsli daxil olub
Sənə dönmək istəyirəm
Sabah da tıxaca hazır olaq?
İlham Əliyev daha 23 kəndimizin işğaldan azad olunduğunu bəyan etdi
Alla Puqaçova hər kəsi təəccübləndirdi-FOTO/VİDEO
ABŞ Marsda 10 minlik şəhər tikəcək
İlham Əliyevdən baş nazirlə bağlı SƏRƏNCAM
Cins şalvarlar
Filmin çəkilişləri dayandırıldı-SƏBƏB
Rusiyadan ABŞ-a XƏBƏRDARLIQ
Google keçmişə qayıdır
Dərs ilinin müddəti artırıla və yay tətili ləğv oluna bilərmi? - RƏSMİ
İlk çantalar
Üçüncü sınaq başlayır
Azərbaycanda 65 yaşdan yuxarı şəxslərin evdən çıxmasına qoyulan qadağa götürüldü - RƏSMİ
Günün qoroskopu: çoxsaylı problemlər yarana bilər
Parlaq və ləkəsiz dəri üçün maska
Azərbaycanda göz xəstəliklərindən əziyyət çəkənlər üçün yenilik
Manikür üçün dırnaq ətini yumşaldan maska
Yay aylarında qidalanmada nələrə diqqət edilməlidir?
Kraliça Yelizaveta portretində səhv tapdı - VİDEO
Beyrutda fövqəladə vəziyyət rejiminin müddəti uzadıldı
Yağış yağacaq, külək əsəcək...
Geyim kombinasiyaları
18 oktyabr Milli Müstəqillik günüdür!
İzmirdə yenə zəlzələ oldu
Doğuşdan sonra depressiya
Məşhur serial ərəb şahzadəsinin sifarişi imiş
Rusiyada koronavirusa qarşı daha bir peyvənd test ediləcək
Toy üçün saç aksesuarları
Adel 20 kq arıqladı-FOTO
Sarı şam kimi yanan paxistaxis
ÜST-dən maska XƏBƏRDARLIĞI - Qaydalar dəyişdi
Qıvırcıq saçlar üçün 3 tövsiyə
Cemli, halvalı peçenye (foto resept)
Günün qoroskopu: məsləhət üçün təcrübəli insanlara müraciət edin
Günün ulduz falı - 21.09.2013
Lampalar bizi izləyəcək
"Supermen" 0,05 saniyəyə klinik diaqnoz qoymaq qabiliyyətinə malikdir
Konserv məhsulları bədəni vitaminsizləşdirir
Ermənistan ordusu Azərbaycan ərazilərini atəşə tutub
Türkiyə kurortu sökülür
Günün qoroskopu: çətin qərarlar qəbul etməlisiniz
Köhnə film ulduzların palto dəbi
Hadisə xəstəliyini ETİRAF ETDİ
Məşhur filmlərin səhnə arxası şəkilləri
- ŞƏRHLƏR