4-cü əziz imamımız İmam Zeynalabidin (ə) ın mövlud günüdür. İmam 38-ci hicri ilinin Şəban ayının 5-də Mədinədə dünyaya gəlmişdir. 95-ci Hicri ilinin məhərrəm ayının 25-də şəhid edilmişdir. Müqəddəs qəbri Bəqi qəbiristanlığındadır. Ləqəbi Səccad idi.
İmam Səccad (ə) ən ağır siyasi dövrdə yaşamış İmamlardandır. İmam Əli (ə) şəhid olan zaman onun 3 yaşı var idi. Sonra da atası ilə bir yerdə Kərbəla hadisəsinin müsibətləri və bəlaları ilə üzləşmişdi.
İmamın (ə) bütün həyatı mübarizədə keçmişdir. Gözünü açan gündən babası İmam Əlini (ə) Cəməl döyüşünə qərq olan halda görmüşdü. Cavanlıq dövründə həyatının ən ağır hadisəsi olan Kərbəla hadisəsi ilə rastlaşmış və dözülməz acılar və qəmlərlə üzləşmişdir. Atasını, qardaşlarını, yaxınlarını gözünün önündə itirmiş və əsirlik kimi bir imtahanla qarşılaşmışdır. Ancaq İmam (ə) bu imtahanların heç birində məğlib olmamışdır. Əksinə, onların hamısından başıuca və alnıaçıq çıxaraq ardıcılları üçün örnək olmuşdur.
İmam (ə) hər fürsətdə insanları Əməvilərə qarşı ayıldırdı. İmam (ə) nəzarət altında olduğu üçün risalətini dua vasitəsilə öz davamçılarına çatdırırdı.
Dualarını torladığı “Səhifeyi-Səccadiyə” kitabı “Ali-Muhəmmədin (ə) Zəburu” adı ilə məşhur olmuşdur. Qurandan və “Nəhcul-bəlağə”dən sonra ən əzəmətli və ən dəyərli kitab hesab olunur.
İmam (ə) da ataları kimi Mədinənin bir çox yoxsul ailəsinə gizli şəkildə yardım edirdi. Mədinənin yüz ailəsi İmamın (ə) sayəsində aclıqdan əziyyət çəkmirdi, ancaq onlara kimin yardım etdiyini bilmirdilər. İmam Səccad (ə) vəfat edəndən sonra başa düşdülər ki, bu İmam Səccad (ə) imiş. İmam (ə) buyurardı: “Gizli sədəqə Allahın qəzəb atəşini yatızdırar”.
İmamın ibadət və səcdə əhli olması hamıya məlumdur. Məhz buna görə İmama (ə) “Səccad” ləqəbini vermişdilər. İmam (ə) Kərbəla hadisəsindən sonra heç bir zaman gülmədi, şənlənmədi. Nə zaman su görsə idi, ağlayardı. Bu ağır hadisənin qəmi heç bir zaman nəcib qəlbindən çıxmadı. O, hər fürsətdə insanlara bu hadisəni yada salmağa çalışır və Əməvi zülmünü ifşa edirdi.
Salam olsun sənə, ey Zeynəl-abidin (ə)!
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Kıvanç Tatlıtuğ Balidə dincəlir - FOTO
“Çukur”da yeni aktyor
Həyat bizi öyrətdi
Dubay metrosunda robotlar xidmət göstərəcək
Tanınmış aktrisamız vəfat etdi
Hakerlər 2 milyon nəfər sosial şəbəkə istifadəçisinin şifrələrini oğurladı
Bu ərazidə iki gün işıq olmayacaq
Azərbaycanın işğaldan azad etdiyi ərazilərin interaktiv xəritəsi - VİDEO
İnsan beyni haqqında bilinməyənlər
Qarpızı yeməzdən öncə mütləq sabunla YUYUN, YOXSA...
İdman edən pişik hər kəsin diqqətini çəkdi-VİDEO
Kolleclərə qəbulun NƏTİCƏLƏRİ açıqlandı
Koronavirusdan can verən adamı son sözləri hər kəsi təəccübləndirdi
Körpəyə oyuncaq seçmək
Kiçik vanna otaqları necə dekorasiya edilir
Azərbaycan əhalisinin sayı AÇIQLANDI
"Pokrov" meyvə-tərəvəz bazasında azərbaycanlılar köməksiz qalıblar
Azərbaycan ordusunun giziri şəhid oldu
İsraildə yaşayan alimimiz vəfat edib
Bayram sonrası pəhriz menyusu
TQDK vaxtı uzatdı
5 real həyat tarixçəsi
Evlər söküləcək, yerində yol salınacaq
Disney qəhrəmanlarının real həyatda oxşarları
Uşaq azərbaycanlı qadını niyə davakar edir?
Britni Spirs hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO/VİDEO
Qubadlı rayonunun işğaldan azad olunan Xanlıq kəndi - VİDEO
Bonding nədir?
Atışma başladı
Bürclərə görə çimərlik geyimləri
Emin Ağalarov 3 milyonluq brend yaratdı
Fantastik şəkillər
Bürclərin qorxuları
Həyata sarıl
Müəllimlərə əməkhaqqı yeni qayda ilə veriləcək
Eynək istehsalı dayandırılır
Zövqlü xanımlar üçün ayaqqabılar
82 yaşında birinci sinfə gedir - FOTO
Şəkiyə güclü qar yağıb
Birinci xanım Mehriban Əliyevaya Veliko Tırnovo şəhərində fəxri vətəndaş və fəxri doktor diplomları təqdim edilib
Ən təhlükəli "selfie"-lər
Azərbaycanda sağlamlıq imkanları məhdud uşaqlara hansı güzəştlər edilir?
Kababla göyərtinin "davası": hansı yaxşıdır?
Unikal əməliyyat: qoz ağacının xilası
Günün ulduz falı
Nostradamusdan daha az məşhur Azimov
Məhbuslara niyə məzuniyyət hüququ verilmir?
Ermənilərin Türkiyə qorxusu
Təhsil Nazirliyindən valideynlərə müraciət
Ahmet Kural Sılnın böhtanından danışdı-MÜSAHİBƏ
- ŞƏRHLƏR