“Aranızda olan subay kişiləri və ərsiz qadınları, əməlisaleh kölə və kənizlərinizi evləndirin. Əgər onlar kasıbdırlarsa, Allah öz lütfü ilə onları varlı edər. Allah (lütfü ilə) Genişdir, Biləndir!” (Nur - 32)
Həzrət Məhəmməd (s) isə buyurur: “Evlənmək mənim sünnəmdir, kim mənim sünnəmdən üz döndərsə mənim ümmətimdən deyil”.
Gördüyümüz kimi ailə qurman dində çox ali və dəyərli mövzudur. Məşhur rus yazıçısı Lev Tolstoyun yazır: “İnsanların ən ləyaqətlisi, ən yetkini əxlaqı gözəl olanlar və ailə üzvlərinə qarşı böyük ehtiramla yanaşanlardır”.
Cox təəssüflər olsun ki, son zamanlar günümüzdə ən böyük problemlərdən biri də boşanma və ailələrin dağılmasıdır. Əgər hansısa cəmiyyətdə boşanmaların sayı artırsa, bu, ona dəlalət edir ki, həmin cəmiyyət öz yaşayış qanunlarından kənara çıxıb. Boşanmaların müxtəlif səbəbləri ola bilər. Yəni, xasiyyətlərin üzlaşmamasından tutmuş maddi sıxıntılara qədər səbəblər boşanmaları qaçılmaz edir. Hər şeydən əvvəl boşanmaları zəruri edən səbəbləri aradan qaldırmağa çalışmalıyıq. Lakin elə məqamlar baş verir ki, geriyə dönüş olmur. Əgər müxtəlif səbəblərdən ər-arvadın birgə yaşaması mümkün deyilsə, o zaman nə etmək lazımdır? Ailə sonadək ruhi narahatçılıq və sıxıntı şəraitində yaşamalıdır? Yoxsa, onlara ailə tellərini qırmağa və mənəvi əzablardan xilas olmağa imkan yaradılmalıdır? İslam dini boşanmanı dolayısı ilə tənqid eləsə də, müəyyən şəraitdə buna icazə verir. Əgər ər-arvadın birgə yaşayışı dözülməz dərəcəyə çatıbsa, onlara boşanmaq imkanı vermək lazımdır. Nikahın qorunması və ailənin möhkəmləndirilməsi barədə İslamın çox gözəl xüsusi baxışları var. Ailə nizamını qorumaq üçün İslam dini bəzi azadlıqları məhdudlaşdırır. Məsələn, qadının boşanmada mütləq ixtiyara malik olmaması, onun nəfsani istəklərə tabe olaraq, ürəyi istədiyi vaxt və əhəmiyyətsiz mübahisələr ucbatından ailəni dağıtmasına imkan verilməməsi həmin məhdudiyyətlərdəndir.
Qadın və kişinin fitri, cismi və digər xüsusiyyətlərində kəskin fərqlərə əsasən Doktor Aleksis Karl yazır: “Kişi və qadının bədənlərindəki cinsi fərqlər və onların əsəb sisteminin müxtəlifliyi bir sıra məsələləri ortaya çıxarır. Mütəxəssislər gərək bu cismi və ruhi müxtəlifliyə xüsusi diqqət yetirsinlər. Həmin fərqləri əhəmiyyətsiz sayanlar səhvən elə fikirləşirlər ki, qadın və kişi iş fəaliyyətləri, məsuliyyətlər və imkanlar baxımından eyni səviyyədə olurlar”. Həmin gerçəklikləri nəzərə alaraq, İslam dini belə hökm edir: “Boşanma kişinin ixtiyarındadır”.
Qadının xüsusiyyətləri elə bir şəkildədir ki, o, ən kiçik bəhanə ilə ailənin dağılmasına səbəb ola bilər. Ona görə də boşanma ixtiyarı kişiyə verilir. Dinimiz evlənmə məsələlərində nə qədər rahatlıq və sadəlik yaradırsa, boşanma işlərində qarşıya bir o qədər çətinlik və maneələr çıxarır. İslam dini ailə ocağının sönməsini istəmir və onun əmin-amanlıq, anlaşma şəraitində davam etməsini tövsiyə edir. Dinimiz daima ailə tellərinin möhkəmliyini qorumağa çalışır. Quran buyurur: “Onlarla (qadınlarla) gözəl rəftar edin. Əgər onlara qarşı ikrah etsəniz, ola bilsin ki, sizdə ikrah doğuran hər hansı bir şeydə Allah sizin üçün çoxlu xeyir nəzərdə tutmuş olsun” (Nisa - 19). Kişilərin bəzi vaxtlarda qadınlara qarşı bəslədikləri ikrah hissi və narahatlıqları aradan qaldırmaq üçün, Quran daha bir mübarək ayədə səbir və dözümlüklə ailə ocağını qorumağı tövsiyə edir. “Əgər bir qadın öz ərinin qaba rəftarından, yaxud ondan üz çevirməsindən qorxarsa, onların öz aralarında bir növ barışıb-düzəlişmələrindən ər-arvada heç bir günah gəlməz. Çünki barışmaq daha xeyirlidir” (Nisa - 128).
Müqəddəs şəriətimizdə boşanma qayda-qanunları elə bir şəkildədir ki, onlar boşanmaların sayının artmasının qarşısını alır. İslam dini bununla bərabər bu kimi məsələlərdə qadın hüquqlarının qorunmasını tamamilə və ədalətli şəkildə təmin edir. Çünki Rəbbimiz ədalət və hikmət sahibidir.
Əziz Peyğəmbərimiz Həzrəti Məhəmməd (s) boşanmanı daima pisləmiş və onu çirkin işlərdən saymışdır. Həzrət belə buyurur: “Zərurət olmadan öz ərindən boşanmaq tələb edən qadını Allah öz rəhmət və mərhəmətindən məhrum edər”.
“Evlənin, amma boşanmayın! Çünki, boşanma Allahın ərşini lərzəyə salır”.
Dinimizin buyurduğu kamil məsləhətlərə əməl olunsa, boşanmaların sayı nisbətən azalar. Ailə kiçik dövlətdir.Kişi o dövlətin rəhbəri, qadın isə vəziri olmalıdır. Ailə, münasibətlər arasında dözümlülüyü, səbri, cütlüklərin daima bir-birinə hörmətini və izzətli olmağını sevir. Gözəl olar ki, ər və arvad bir birilərinin ciddi səhflərinə göz yumaraq belə halları sakit halda tövsiyyə ilə aradan götürsünlər. Ailə, yaxşı və pis gündə fərdlərin bir birilərinin yanında olaraq daima dəstəyini uca tutur.
Boşanma hallarında daha çox əziyyət çəkən və düşüncə zədələnməsi alan tərəf uşaqlar olur. Qayğı və sevgiyə möhtac olan uşaqlar ayrılıq zamanı ciddi mənəvi, ruhi zərbələr alaraq psixoloji problemlərə məruz qalırlar. Axı onlar bir güldülər. Çiçək kimi təmiz və ətirli gün kimi parlaqdılar. Nə gözəl olar ki, bu güllərin ətri heç zaman itməsin. Heç zaman solmayaraq daima gözəl, təravətli və parlaq olsunlar.
P.S. cütlüklər ailə qurmazdan öncə dərindən düşünsənlər heç zaman peşmançılıq hissi ilə üz-üzə gəlməzlər. Böyüklərin məsləhətlərinə əməl edilsə, həmçinin dinimizdə ailə qanunları, ailə dəyərləri anlaşılsa bu müqəddəs yolda büdrəmə olmaz.
Şəbnəm Rəhimova
XƏBƏR LENTİ
Yeni makiyaj trendi: Draping
BÜRCLƏR bizə nə vəd edir? - 28 mart
Merilin Monronun sırğaları fantastik qiymətə satıldı
Cəbhədə irimiqyaslı təlimlər
95 yaşlı milyarder evləndi-FOTO
Məşhur aktrisanın FOTOsu sosial şəbəkəni qarışdırdı
Murad Bozdan NİŞAN AÇIQLAMSI
Dünyanın "ən"ləri
Cennifer Lopezin geyimi hər kəsi heyrətləndirdi-FOTO
İnstagram fırıldaqçılarla mübarizə aparacaq
İman edən alimlər-2
Erməni müğənni Azərbaycan mahnısı oxudu
Ardıcıl səkkiz gün iş olmayacaq - QƏRAR
Paxlavanın 1 dilimi 1000 dollardır-FOTO
Doğuşdan sonra qəbizlik
İş axtaranlara şad xəbər
Günün qoroskopu: Sevdiklərinizə dəyər verin!
Tiflisə səyahətin ucuz və rahat yolları
Zəhərli yumurta yayıldı - AVROPA QORXU İÇİNDƏ
Bilik var adamı kor edər, bilik də var...
7 yaşlı qız alimləri pərt etdi
“Dilmanc”dan yenilik
"Sevgi Qatarı" hər kəsin diqqətini çəkdi-FOTO
Bananlı, portağallı içki
Cavabsız suallar...
Aleyna Tilki istirahət FOTOsu paylaşdı
Açıq havada idman etmək
Bekhemin bu davranışı psixoloqları ayağa qaldırdı
Azərbaycanda təbii qaz təchizatçısı dəyişib - QƏRAR
Azərbaycanda Konstitusiya Günü qeyd olunur
Payızın trend saç rəngi
Uşaqların mənfi davranışlarını necə yox etməli?
Bleyk yeni trend yaratdı-FOTO
MTRŞ “Lider” TV ilə bağlı bəyanat yayıb
Ermənistan prezidentinin daha bir yalanı ifşa edildi
Hava necə olacaq?
Mağazalara yararsız yumurta satan şəxs saxlanıldı
Göydən kül yağdı
Soyuq havalar üçün manikür modelləri
Bürclərin romantiklik dərəcəsi (1)
Azərbaycan Xəzərin şərq sahilləri ilə qaz ixracına hazır olduğunu təsdiqlədi
Bir-birindən maraqlı 8 fakt
Milyarder 2 milyardlıq yaxtasında qonaqlıq verdi-FOTO
Saçlarınıza zərər verməyin
Günün qoroskopu: çətin anlardan mütləq çıxış yolu tapacaqsınız
Hələlik sadə əməliyyatlardır
"Milan" satıldı - 1,5 milyarda
2015-ci ildə Bakıda ilk Avropa Oyunlarınından yeni xəbər
Hamiləlik və doğuş
Diri toyuqların satışı məhdudlaşdırılacaq
- ŞƏRHLƏR