Ailəmdə, ya da yetişdiyim mühitdə görmədim.
Ətrafınızdakı insanların bir çoxunun həyatına nəzər yetirdiyinizdə onların dini öhdəlikləri yerinə yetirməsi barədə tək bir əlamət görməyiniz mümkün deyil. Bu mövzuda onlarla danışdığınızda sizə haqq qazandırdıqlarını görəcəksiniz, ancaq eyni zamanda ailələrində və yetişdikləri mühitdə daha əvvəllər belə şeylə qarşılaşmadıqlarını, bu haqda heç düşünmədiklərini bəhanə edəcəklər. Şübhəsiz bu vəziyyətdəki insanların bir qismi öz daxillərində bu ifadələri ilə nisbətən haqlı və səmimidirlər. Amma yenə də məhrum qalma mövcud an və gələcək üçün bəhanə deyildir. İnsanın həm keçmişini ödəməsi, həm də gələcəyini dini həqiqətlərə görə formalaşdırması üçün hərəkətə keçməsinə başlaması lazımdır. Heç bilmədiyi, amma hazırda daxilində olduğu şərtlər səbəbi ilə öyrənmək və şəxsən bəzi şeyləri təkbaşına həll etmək halları olur insan həyatında. Və fərd nə olursa olsun öyrənər bu kimi şeyləri. Məsələn, cəmiyyət tərəfindən ədəb qaydası olaraq qəbul edilən bir sıra şeyləri ailəsində görməməsi bəhanəsi ilə laqeydlik göstərə bilməz insan. İctimai qınaqdan çəkinərək cəmiyyət tərəfindən mənimsəniləcək şəkildə diqqət edər hal və davranışlarına. Məsələn, uşaqlıqda kənd yerində böyümüş, kənd həyatı yaşamış birisi oxumaq və ya işləmək üçün şəhər mühitinə getdikdə zamanla özünü o şəhərin həyat tərzinə uyğunlaşdırmaq üçün formalaşdırır. "Mən daha əvvəl ailəmdə, ya da yetişdiyim əhatəmdə görmədim, məni hər kəs belə qəbul etsin" deməz. Demək insan nə qədər çətin olsa da, öz vərdişlərini dəyişdirə biləcək gücə və iradəyə sahibdirlər. Bununla yanaşı ailəsində və ya ətrafında görməmiş olmaması, yaxud keçmişdən bəri atalarının bənzər bir həyat tərzi keçirmədiyi bəhanəsi insanı haqlı çıxarmaz. Qurani-Kərim atalarından gələnlərə və ya öz uydurduqlarına deyil, Allahın buyqruqlarına əməl etməyi söylər insanlara:
Onlara: “Allahın nazil etdiyinə tabe olun!”– deyildikdə, onlar: “Xeyr, biz atalarımızın tutduğu yolu tutacağıq!”– deyirlər. Bəs ataları bir şey anlamayıb doğru yola yönəlməyiblərsə necə? (Bəqərə, 170)
Fərqli bir din içində, ya da fərqli bir coğrafiyada dünyaya gəlməsinə baxmayaraq öz səyi və tutqusu ilə etdiyi araşdırmalar nəticəsində İslam dinini mənimsəmiş saysız nümunələr vardır. Amma bu insanların edə bildiklərinin 10%-ni etməyən Müsəlman ölkədə doğulmuş və ən azından yaşadığı cəmiyyət içində dinə dair motivləri olan fərdlərin ailələrində, ya da ətraflarında dinə dair ünsürlər görməmiş olmalarını bəhanə etmələri qəbul edilməzdir. Dinini öyrənmək və yaşamaq fərdin özünə etdiyi ən böyük yaxşılıqdır. Bəlkə insan hər məsuliyyətdən qaça bilər və heç bir sıxıntı çəkməz. Ancaq dini məsuliyyət qaçıla biləcək, yaxud yox sayıla biləcək növdən deyildir. İnsanların bu məsələdə özlərini aldatmalarından əl çəkib, bəhanələrinin arxasında gizlənməmələri lazımdır. Axirətdə hesab günü peşmanlıq duyanlar sırasında olmamaq üçün hələ zaman varkən xətalardan qayıdaraq İlahi buyruqları diqqətə almaq nöqtəsində hərəkətə keçmək vacibdir. İnsana verilən ömür sərmayəsi Rəbbinin buyruqları istiqamətində bir ömür sürərərk imtahan edilməsi üçündür. Bir mənada Allah qullarına fürsət verilmişdir. Heç bir bəhanə arxasında gizlənmək mümkün deyil. Çünki istədiyi təqdirdə dərk edib həqiqəti görə biləcəyi bir müddət verilmişdir insana:
Onlar orada fəryad qoparıb yalvaracaqlar: “Ey Rəbbimiz! Bizi (buradan) çıxart ki, (əvvəllər) etdiyimiz əməlləri deyil, yaxşı əməllər edək”. (Onlara deyiləcək:) “Məgər orada sizə düşünəcək kimsənin düşünə biləcəyi qədər uzun ömür vermədikmi? Sizə qorxudub xəbərdar edən də gəlmişdi. Elə isə dadın (əzabı!) Zalımlara kömək edən olmaz”. (Fatir, 37)
Emre Dorman "Dini mövzularda özünü aldatmağın 40 yolu"
Tərcümə: Ceylan Mumoğlu
XƏBƏR LENTİ
Möcüzə baş vermədi: əlvida, Türkiyə...
Azərbaycanda koronavirusa yoluxanların sayı 10 mini ötdü
Manikür 3-cü hissə
28 mindən çox abituriyent ixtisas seçib
Sançes: "Braziliya millisindən qorxuruq"
Müsəlmanlar ruslara niyə möhtac qaldılar?
Hava xəbərdarlığı - qar qayıdır
Türkan Şorayın azərbaycanlı oxşarı - FOTO
Ermənilərin daha bir yalanı ifşa olundu
Hollivur Ulduzu Qəzada öldü -FOTO
800 uşağın basdırıldığı yer aşkarlandı
Orucun uzunömürlülüyə ŞOK TƏSİRİ
Günün ulduz falı - 23.02.2014
"Leyli və Məcnun" operasını Üzeyir Hacıbəyov tək yazmayıb - Fakt+FOTO
Şabalıd zəhərlənməsi nədir?
Uşaq bağçalarına qəbul YENİ QAYDALARLA olacaq
Müəllimlərin DİQQƏTİNƏ - Sabahdan başlayır
Buzlar əridi, 76 il əvvəl qəzaya uğrayan təyyarə üzə çıxdı
Məşhur reperin həyatı təhlükədədir-SƏBƏB
Birlikdə öyrənək
Yapon alimlərindən bir ilk
Sifilis nədir?
Dəri ağardıcı maska
İngilis dili müəllimləri üçün layihə həyata keçiriləcək
2020 Yay Makiyaj Trendləri
Aqillərin inamına görə...(2)
“İlin ən yaxşı kişiləri” seçildi - FOTO
Devid Bekhem onları aldada bilmədi - FOTO
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Moskvadan Ankaranı məyus edən açıqlama
Bakının bu ərazisində qaz olmayacaq
Azərbaycanda daha 57 nəfər koronavirusa yoluxdu - RƏSMİ + VİDEO
Özcan Dənizin xanımı aylar sonra FOTO paylaşdı
İyunda qeyri-iş günlərinin sayı açıqlandı
Dünyanın ilk üzən adası hazırlanır
Yağlı dərilər üçün limon maskası
Nanə ilə gözəlləşin
AZAL Bakı ilə İstanbul arasında xüsusi reyslərin sayını yenidən artıracaq
Afinanın görməli yerləri
Qışda gözlər də üşüyür
"Ağıllı" xalça hazırlandı
Damar sağlamlığı haqqında bilməli olduqlarınız
Məhəmməd Əmin Rəsulzadənin ailə faciəsi
Hava haqqında
Neslihanın ayrılıq xəbəri yayıldı-FOTO
Bakı mağazalarında sellofan torbalar pulla satılacaq? - FOTO
Daha bir dərman preparatının satışına QADAДћA
Sınanmış arıqlama üsulları
Döşlərinizi Tibet üsulu ilə böyüdün!-3
Xoşbəxtlik
- ŞƏRHLƏR