Hərkəs belə yaşayır.
İnanclı olduğunu ifadə edən insanların böyük bir qisminin inancsız insanlardan fərqli xüsusiyyətlər daşımadığını gördüyünüzdə, ilk başda olduqca təəccüblənirsiniz. Ardından səbəbini soruşduğunuzda açıq bir həqiqəti fərq etməyiniz uzun sürmür. İnsanların Allah var demələrinə baxmayaraq yoxmuş kimi yaşamalarının ən başlıca səbəbin ətraflarındakı çoxluqların da oxşar şəkildə yaşamaqlarından qaynaqlandığını anlayırsınız. Yaşadığınız binadakı qonşularınız, iş yoldaşlarınız, məktəbdəki müəllim və tələbələrin böyük əksəriyyətinin həyata baxışının bənzər ideallara və böyük ölçüdə ortaq dünyəvi hədəflərə söykəndiyini görürsünüz. Və necə ola bilir ki, bu qədər insan sanki ölüm heç yoxmuş kimi, hesab yoxmuş kimi laqeydcəsinə bir həyat sürür, deyə özünüzdən soruşarsınız. Sonra bir həqiqəti də anlayırsınız. İnsanların böyük əksəriyyəti eyni tornadan (dəzgah) çıxıb forma almışlar. Eyni təhsil sistemi, eyni təkrarlanan həyatlar, eyni məhəbbətlər, bənzər ideallar...
Televiziya, radio və internet kimi xəbər alma kanallarını izlədiyinizdə gün boyu bir-birini təkrarlayan müzakirə proqramları, serial və filmlərin bütün zehinləri viran edən təsirini görürük. Ağız birliyi, söz birliyi ilə dünyaya dair zövq və ehtirasların təbliğatı insanların damarlarına bu vasitələrlə yeridilir. Ailə strukturunu dərindən sarsıdan əxlaqsızlığın geniş kütlələrə göstərilməsi, tanınmış, yaxud tanınmamış, sanki tez işlədilib istifadə edilən məhsul kimi olan hadisələr insanların həyatlarını öz təsiri altına alır. Bəhs edilən təsir elə dərindən və hiss etdirilmədən göstərilir ki, siz televiziya izləyib çayınızdan qurtum aldığınızı zənn edirsiniz, amma eyni anda həm özünüzün, həm də ailə fərdlərinin zehinləri şəkillənir.
Özgələr girməsin deyə qapımızı bağlayırıq, kimsə evimizi görməsin deyə pərdəni çəkirik, amma izlədiyimiz proqram-verilişləri fərqində olmadan qarşımıza çıxanı evimizə daxil edirik. Bəzən izləməkdə olduğumuz serial və ya filmin bir qəhrəmanı qatil, soyğunçu olsa da, işlədiyi saysız cinayətlərə baxmayaraq onun tutulmamasını və sevgilisiylə birlikdə oğurladığı pulları da götürüb uzaq adalarda xoşbəxt anlar yaşamaları sonluğu ilə filmin bitməsini arzuladığımız bir vəziyyətə gələ bilirik. İnsanların zehinləri eyni təsir altında formalaşdıqca artıq həyatdan gözləmələr, istəklər də, xoşbəxt olmaq üçün edilməsi lazım olanlar da, ölmədən əvvəl gəzib-görüləsi məkanlar da anlaşılır. İnsanlara ölümü xatırladıb boş və mənasız keçən həyatlarını qaydaya salmağı tövsiyə etdiyinizdə belə nəsihətlər bir çox adama mənasız gəlir. Çox adam "İnsan həyatdan nə gözləyə bilər ki?" sualını verir özünə. "Hər kəs belə etmirmi?", deyə içində olduğu vəziyyəti müdafiə edir. Halbuki Qurani-Kərimə görə çoxluğa uymaq həqiqət adına bir şey ifadə etməz:
"Əgər sən yer üzündə olanların əksəriyyətinə itaət etsən, onlar səni Allah yolundan azdırarlar. Onlar ancaq zənnə qapılır və ancaq yalan uydururlar". (Ənam surəsi, 116)
Yenə Quran ayələri diqqətli bir şəkildə oxunduğunda çoxluğun dəyər baxımından həqiqət qarşısında bir şey ifadə etmədiyi görülür. Məsələn, ayələrdə insanların çoxunun həqiqəti örtən inkarçı olduqları (Nəhl,83), əksəriyyətin sahib olduqları bütün ruziləri onlara verənin Allah olduğunu bilmədikləri (Səba,36), çoxluğun doğru yoldan çıxmış olduğu (Maidə,49), çoxunun həqiqi mənada iman etmədiyi (Bəqərə,100), Əksəriyyətin Allahın ayələrinə qarşı laqeyd və onlardan xəbərsiz olduğu (Yunus,92), insanların çoxunun Allaha şükür etmədiyini (Bəqərə,243), əksəriyyətin nankor olduğu (Furqan,50), yenə çox insanın zənnə qapıldığı (Yunus,36), çoxunun yalançı olduğu (Şüəra,26), insanların çoxunun həqiqətdən xoşları gəlmədikləri (Zuxruf,78), əksəriyyətin dərk edib düşünmədiyi üçün heyvanlardan belə aşağı olduqları (Furqan,44), insanların çoxunun Allahın ölüləri dirildəcəyini bilmədikləri(Nəhl,38) və qiyamətin gələcəyinə inanmadıqları(Ğafir,59) ifadə edilir.
Dolayısı ilə insanların əksəriyyətinin eyni şeyi etməsi həqiqət adına bir şey ifadə etməz. Quran ayələri bu məsələdə bizləri açıq şəkildə xəbərdar edərkən insanların "Hər kəs belə edir", yaxud "Hər kəs bu şəkildə yaşayır" kimi səmimiyyətsiz bir bəhanənin arxasına sığınması qəbul edilə bilməz.
Sıxlıq bir mühitə girdiyinizdə, ya da məsələn, toplu nəqliyyat vasitələrindən istifadə etdiyinizdə hər kəsin başında ayrı bir dünyalıq hesab, ayrı bir düşüncə olduğunu görərsiniz. Getdim, gəldim, yatdım, qalxdım, aldım, satdım, etdim, qatdım, mənfəət əldə
etdim, zərər etdim, göndərdim, aldım, yatırdım, çəkdim, gəzdim, yedim, içdim, izlədim, dinlədim ... kimi, eyni qəlibləşmiş
sözlər ətrafında dönən yığınla cümlə vardır dillərdə. İnsanların böyük əksəriyyəti dünyamı necə xilas edə bilərəm, necə daha yaxşı şərtlərdə yaşaya bilərəm dərdindədir. Daha heyrətləndirici olan isə çox yaxşı yaşayanların da eyni dərddə olmasıdır. Gün ərzində bitmək bilməyən məşğuliyyət şəbəkəsi insanları elə bürüyüb ki, bütün yaşayışları içərisində "Görəsən, axirətimi qurtarmaq üçün nə etməliyəm?" sualını soruşmağa belə fürsət tapa bilmirlər. İnsanın tələyə düşməsinə səbəb olan "Modern" dünyanın bəzəkli, sehirli anlayış və sifətləri vardır. "Karyera", "Xarizma", "Status", "Şöhrət" və "Populyarlıq" kimi sehirli sözlər ilə bir çoxları gələcəyini şəklə salır. İnsanların böyük əksəriyyətinin arxasına düşdüyü bu hədəflər həyatın məqsədinə çevrilirlər, ömürlər bunları əldə etmək, əldə tutmaq uğrunda tükənir.
Əsasən çox böyük bir məntiq xətası edir insanlar. Çoxluğun etdiyindən "Hər kəs belə edir" düşüncəsindən güc alaraq özünü aldadan insan Allahı aldada bilməz. Yaşadığınız həyatı sizə verənə hesab veriləcək axirətdə və heç şübhəsiz Allah hesabı səhv salmaz, zərrə qədər bir şey olsa belə Allah onu insanın qarşısına gətirəcək, unutmaz. Bu səbəbdən bir iş etməzdən əvvəl hər kəsi aldatdığını düşünsə də, Allahı aldada bilməyəcəyini dərk etməlidir insan. Hesab günü haqlarında hökm verilib cəhənnəmə sürüklənənlərə sizi buraya gətirən nədir deyə soruşulduğunda verəcəkləri cavablardan birinin Quran ayələrində bu olduğu göstərilib:
(Batil sözlər) danışanlarla birlikdə biz də danışardıq (Müddəssir, 74)
İnsanların çoxunun etdiyinə baxaraq bənzər şeyləri etmək heyvanlar arasındakı sürü psixologiyasından fərqli deyil. Baxdığımız sənədli filmlərdə sürü halında hərəkət edən heyvanların çay kənarına gəldiklərində cəm halında durduqlarını görürük. Sonra ən öndəkilərədn birinin suya girməsi ilə bir anda bütün sürü ilk suya girənin ardınca hərəkət edər. Halbuki insanların heyvanlardan fərqli olaraq ağlını istifadə edərək hərəkət etməsi lazımdır. Buna baxmayaraq insanların böyük əksəriyyəti qarmağın ucuna taxılan yemə yönələn balıqlar kimi dünya həyatının dəyərsiz nemətlərinə tərəf gedirlər. Həqiqətən də bir çox insanların balıq hafizəsinə sahib olduqlarına şahidlik edərsiniz. Şeytanın salladığı qarmağın ucunda iynə olduğunu bilə-bilə hər səfərində yemi yenə də udurlar. Dörd bir yanı şeytanın və nəfsinin tələləri ilə sarılıdır, amma yenə də insan həyatını güllük-gülüstanlıq sanır. Bir düşməni gizli, ya da açıq şəkildə insanın qarşısına gələrsə, zərər görməmək üçün almayacağı tədbir qalmır. Amma nəfsini oxşayan tələlərə qollarını açır, sarıb-sarmalayır günahları.
De: “Murdar şeyin çox olması sənin xoşuna gəlsə belə, murdarla təmiz eyni ola bilməz”. Ey ağıl sahibləri! Allahdan qorxun ki, bəlkə nicat tapasınız. (Maidə,100)
Başıboş yaşamayan, həyatının mərkəzində Allah olan və dini vaciblərini yerinə yetirməyə çalışan insanlar da vardır həyatda. Ancaq bir çox insan aldanır və özü kimi yaşayan insanlarla birlikdə həyatın axarına buraxır özünü. Əslində insan özünü aldadaraq müxtəlif bəhanələr irəli sürsə də, Quran ayələrinin açıq bir şəkildə diqqət çəkdiyi bir həqiqəti unudur çox zaman:
O, heç kəsin onu görməyəcəyinimi zənn edir? (Bələd, 90)
Emre Dorman "Dini mövzularda özünü aldatmağın 40 yolu"
Tərcümə: Ceylan Mumoğlu
XƏBƏR LENTİ
Can Yaman və Demetin gecə görüşü -FOTO
"Real Madrid"ə pis xəbər
İlham Əliyev və Ərdoğan bir-birinə təşəkkür etdi
Kürdə qorxulu vəziyyət
Kondisionerlərin qiyməti ucuzlaşıb
İrina Şeyk paylaşdığı FOTO ilə TƏƏCCÜBLƏNDİRDİ
Saymon Kouellin beli sındı
Kağız gəlinciklər - 3
19 yaşında milyonçu oldu-NECƏ?
Daxili Qoşunlarda aparılan yoxlamaların nəticələri açıqlandı
Yeni işə başlayanlara bir neçə tövsiyyə
Parlaq saçlar üçün məşhurlardan super məsləhətlər
Azərbaycanda eşitməyənlər: onları kim eşidəcək?
Gündəlik istifadə etdiyimiz ÇAYIN zərərləri
Brent neftinin qiyməti 50 dollara yaxınlaşır
ANS-Iə bağlı daha bir məhkəmə QƏRARI - YENİLƏNİB
Təbii fəlakət ABŞ-dakı şəhərciyi viranəyə çevirdi
Azərbaycanda daha iki nəfər koronavirusdan öldü: 124 yeni yoluxma - FOTO
Qozlu sadə peçenye (foto resept)
Məşhur aktrisa gündəmdədir-SƏBƏB/FOTO
Alim koronavirusa qarşı peyvənd vurdurmaq üçün ən yaxşı vaxtı AÇIQLADI
Bakıda binalara çəkilən rəsmlər hər kəsin diqqətini çəkir - VİDEO
Neon dırnaqlar
Hərəkətin möcüzəvi gücü ( 1 )
Bunları bilirsinizmi?
Prezident və xanımı “Bakı-2015”in ofisində
Son dəbə uyğun boyunbağılar
Selena Qomes geri qayıtdı - FOTO
"Sağlam qida yoxdur"-Yəhudi alimlərdən ŞOK araşdırma
Nazirlikdən dünya şöhrətli fransalı məşhurların erməni separatizminə dəstəyinə SƏRT REAKSİYA
Azərbaycanda daha iki Ordu Korpusu yaradıldı
Ağıllı telefonlardan əvvəl də "selfie" var idi - FOTO
Azərbaycan Ordusu mülki əhalini heç vaxt hədəf almır - RƏSMİ
Xaricdə istirahətdən hansı təhlükəli xəstəlikləri gətirə bilərsiz?
Belarusda keçirilən prezident seçkilərinin yekun nəticələri açıqlandı
İlin ən möhtəşəm qadınları seçildi
İşğaldan azad olunmuş ərazilərdə yol infrastrukturu necə olacaq? - RƏSMİ
İşğaldan azad olunmuş torpaqlarımızdakı mədəni abidələrlə bağlı VACİB ADDIM
Meryem Üzerlinin şəklini cinayət xəbərində istifadə etdilər-FOTO
Meqan Markl unutqanlığına görə pərt oldu-FOTO
Çil-çıraqlar
Uşaq ensiklopediyası - 9
Koronavirus bitməmiş hantavirus meydana çıxdı
Bir matçda 15 milyard dollar qazanacaqlar
Onların bazarı Azərbaycanda işləmir və yaxud...
Dünyanın ən məşhur köpəyi öldü
Sağlam kişi koronavirusa yoluxduqdan sonra ayağını itirdi
3D döymələr
Şeyma Subaşı və Fransız DJ-in VİDEOSU
Ana südü körpələrin stressini azaldır
- ŞƏRHLƏR