Məlik İbn Ənəs
-rahmətullahi aleyhi-
Əbu Abdullah Məlik İbn Ənəs İbn Məlik İbn Əbu Amir əl-Əsbahi dörd imamdan biridir. İmam, Hafiz, ümmətin fəqihi,
Şeyxulİslam, Hicrət yurdunun imamı adları ilə adlandırılır və H. 93/711-cü ildə Mədinə şəhərində dünyaya gəlmişdir. Ailəsi əslən Yəmənli olub, babası Zu Əsbəh qəbiləsinə mənsub olan Məlik b. Əbu Amr əl-Əsbəhi Yəmən vəlisindən aldığı zülmə dözməyərək Mədinəyə hicrət edir. Anası da Yəməndən olan Əzd qəbiləsindəndir. Aliyə İbn Şureyk əl-Əzddir. Babası Məlik İbn Əbu Amr tabiinlərin böyüklərindən olub, Ömər, Osman, Təlhə və Aişədən (Allah onlardan razı olsun) hədis rəvayət etmişdir.
Mədinənin böyük və məşhur alimlərindən sayılan Rabia İbn Abdurrahmanın dərslərində iştirak etmişdir. Ayrıca İmam Məlik Cəfər Sadiqin dərslərini heç bir zaman qaçırmazdı. O, deyərdi: "Dəstəmazı olmadan hədis rəvayət etməz, Peyğəmbər (sallallahu aleyhi və səlləm) adı xatırlandığında üzü saralardı".
Tam yetişdikdən sonra məsciddə dərs verməyə başlamışdır. O, deyərdi: "Hər kəs məsciddə oturub dərs verməz. Alimlərdən 70 nəfərin məni hazır görməsinə qədər mən dərs və fətva verməkdən çəkindim". Dərslərini Məscidul Nəbəvidə verməyə başlamışdır. Sonralar isə xəstələndiyi üçün dərslərini evində deyərdi. Bu xəstəliyini hər bir zaman hər kəsdən gizlədirdi.
Xəstəliyi ağırlaşıb vəfat edəcəyini başa düşdüyü zaman gizlətdiyi xəstəliyini və gizlətmə səbəbini dostlarına belə bəyan etmişdir: "Əgər həyatımın son günləri olmasaydı, sizə bildirməzdim. Məni xəstəliyim sidiyi saxlayamamağımdır. Peyğəmbərin (sallallahu aleyhi və səlləm) məscidinə tam dəstəmazlı olmadan gəlmək istəmədim. Rəbbimə şikayət olmasın deyə xəstəliyimi də kimsəyə demədim".
Həm Əməvilərin, həm də Abbasilərin hakimiyyəti illərində yaşamış və bir çox işkəncələrə də məruz qalmışdır. İmam Şafii (rahmətullahi aleyhi) onun haqqında demişdir: "Məlik Allahın tabiinlərdən sonra ümmətinə hüccət olaraq göndərdiyi bir insandır". 900-ə yaxın alimlərdən dərs almış. Müəllimlərindən İbn Ömərin köləsi Nəfi, Abdurahman İbn Hurmuz, Muhəmməd İbn Müslim İbn Şihab əz-Zuhri, Yəhyə İbn Səid və s. misal göstərmək olar. "əl-Muvatta" əsərinin müəllifidir.
H.179/795-cu ildə Rəbiul Əvvəl ayının 14 Mədinə də dünyasını dəyişmişdir. Cənnətul Bəqi qəbristanlığında dəfn edilmişdir. Bu
uzun ömründə 7 Əməvi, 5 Abbasi xəlifəsi, 30 Mədinə vəlisi görmüşdür.
"Muvatta" İmam Məlikin zamanında yazılmış kitabların ən yaxşısı və ən çox faydalısı hesab olunur. İmam Şafii (rahmətullahi aleyhi) deyir ki: "Yer üzündə Allahın kitabından sonra Məlikin Muvatta əsərindən üstün kitab yoxdur". Çünki İmam hədis haqqında kitab yazan ilk alimlərdən idi.
Bu kitabı toplamağına səbəb: Xəlifə Mənsur həcc etdiyi zaman İmamın dərslərində iştirak etmiş və ondan Peyğəmbərdən (sallallahu aleyhi və səlləm) gələn səhih hədislərin bir yerə cəm edilməsni xahiş etmişdir. İmam da bu tələbə uyğun olaraq "Muvatta" kitabını
toplayır. Bəzi məlumatlara görə bu kitabı 40 il ərzində toplamışdır. əl-Əvzai (rahmətullahi aleyhi) "Muvatta" əsərini 40 günə əzbərləmişdir. İmam deyir ki: "Mənim 40 il ərzində yazdığım əsəri 40 günəmi əzbərlədiniz?" Ona "Darul Hicrənin İmamı", Mədinə
şəhərinin alimi adı verilmişdir.
***
İmam Məlik (rahmətullahi aleyhi) deyir ki: "Mən bir bəşərəm doğrunu da söyləyə bilərəm, xəta da edə bilərəm. Sizlər mənim
görüşümə baxın. Allahın Kitabı, Rəsulunun sünnətinə uyğun gələni götürün, uyğun gəlməyəni buraxın" ( İbn Abdil Bərr "Cəmi" 2/32, İbn Həzm "İhkam" 6/149).
***
Əbu Nuaym, İmam Şafii (rahmətullahi aleyhi) rəvayət edir ki, İmam Məlikin (rahmətullahi aleyhi) yanına (mübahisə üçün) sapıq
bir firqə mənsubu gəldiyi zaman ona: “Mən Rəbbimdən və Dinimdən açıq-aydın bir dəlil üzərindəyəm (şübhə etməyən). Sən
isə şübhə içində olan bir kimsəsən. Bu səbəblə də şübhə edən bir kimsənin yanına get və onunla da mübahisə et” deyərdi ( əl-Hilyə 6/324).
***
Əbu Nuaym, Zubeyrin övladlarından (“əl-Hilyə” 6/327) birinin belə dediyi rəvayət edilir: Bizlər İmam Məlikin (rahmətullahi aleyhi) yanında idik. Rəsulullahın səhabəsinin şanını əskiltən bir nəfərdən söz açdılar. İmam bu ayəni oxudu: “Muhəmməd (əleyhissəlam) Allahın Peyğəmbəridir. Onunla birlikdə olanlar (möminlər) kafirlərə qarşı sərt, bir-birinə (öz aralarında) isə mərhəmətlidirlər. Sən onları
(namaz vaxtı) rüku edən, səcdəyə qapanan, Allahdan riza və lütf diləyən görərsən. Onların əlaməti üzlərində olan səcdə izidir.
(Qiyamət günü onlar üzlərindəki möminlik nuru alınlarındakı möhür yeri ilə tanınırlar). Bu onların Tövratdakı vəsfidir. İncildə
isə onlar elə bir əkinə bənzədilirlər ki, o artıq cücərtisini üzə çıxarmış, onu bəsləyib cana-qüvvətə gətirmiş, o da (o cücərti də)
möhkəmlənib gövdəsi üstünə qalxaraq əkinçiləri heyran qoymuşdur. (Allahın bu təşbihi) kafirləri qəzəbləndirmək üçündür. Onlardan iman gətirib yaxşı əməllər edənlərə Allah məğfirət (günahlardan bağışlanma) və böyük mükafat (Cənnət) vəd buyurmuşdur!” (əl-Fəth 29). Hər kimin qəlbində Rəsulullahın səhabələrinə qarşı kin və qəzəb olarsa o, bu ayənin müsibətinə uğrayar” ( əl-Hilyə 6/327).
***
Əbu Davud, Abdullah İbn Nəfidən rəvayət edir ki, İmam Məlik (rahmətullahi aleyhi) dedi ki: “Allah göydədir, elmi isə hər yerdədir” (“Tərtibul Mədarik” 2/48, Lələkai “Şərhu Usuli Etiqadi” 2/701).
"Sələf imamlarının həyatı"
Toplayan və tərtib edən: K.Hüseyn
Kitabın bütün haqları qorunur.
XƏBƏR LENTİ
Azərbaycanda daha 35 nəfər koronavirusdan öldü: 2961 yeni yoluxma
Məleykə Abbaszadə test imtahanlarının taleyindən danışdı
Fransada ara qarışdı
Bayden ABŞ-da prezidentlik yarışını qazandı
Xoruldayan hamilə qadınlar Qeysəriyyə olunur
Cem Yılmazın xəyanəti Sezen Aksuya ilham oldu – VİDEO
Qeyri-adilikləri ilə məşhur olan Tayland kralı yenə gündəm oldu - FOTO
Ali təhsil müəssisələrinə ixtisas seçimi başlayıb
Hande Erçel yeni serialda
Azərbaycan əhalisinin sayı açıqlandı
Azərbaycan tarixindən yüz şəxsiyyət-87
Skype-da iki yenilik var
Mən şəkil çəkirəm- 3
Qurban Qurbanov: "Dediklərimin canlı şahidi olduq"
Azərbaycanda ilin doğulanları və ölənləri: onlar nə qədərdir?
Şokoladlı dondurma banan (foto resept)
12 il sonra sahibini tapdı
Azərbaycan turistləri hansı ölkələrə maraq göstərirlər?
Mustafa Şentop: “Lalsınız, karsınız, ya korsunuz? Ermənistana “dur” deyilməlidir”
Fıstıqlı, kəsmikli keks (foto resept)
Birce Akalay məsxərəyə qoyuldu-SƏBƏB -FOTO
Gənc Tamaşaçılar teatrında dekabrda nə olacaq?
Bir insanla ünsiyyət qurmağın rahat yolu
Dünyanın ən yaxşı futbolçusunun adının açıqlanacağı vaxt
Vladimir Putin böyük tədbirə dəvət edilmədi
Yunan salatı (foto-resept)
Paltarınıza saqqız yapışıb?
Ronaldudan 300-cü qol
Gül şərbəti (foto resept)
Maraqlı divar rəsmləri
İngiltərə çempionatı: "Mançester Yunayted" şokda, Özil meydan suladı
Conni Deppin qızı hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Stresli olduğunuzu göstərən işarələr
Baş nazir Mandelaya görə üzr istədi
Dünyaca məşhur qadınlara həsr edilmiş filmlər
Günün qoroskopu - 26.10.2013
Şahmatçımız olimpiya çempionu olub
Üz üçün sınanmış maskalar
Süfrələrin yaraşığı
Saxta dollarla aldana bilərsiniz
Azərbaycanda daha 30 nəfər koronavirusdan öldü: 803 yeni yoluxma
Qara çiyərli qızartma(foto resept)
Qadın hansı halda analıq hüququnu itirir?
Qaxda daha bir "möcüzə"
Sevgilisinin ardınca velosipedlə düşdü: 10 min km-FOTO
Böyük Vətən müharibəsinin 93 yaşlı veteranı təltif olundu
Şəkərdən ölənlər daha çox qadınlardır
Fillərin qəfil hücumu idmançıları qorxutdu-FOTO
Mətbəxiniz üçün modern fikirlər
Yeni Ceyms Bond o olacaq
- ŞƏRHLƏR