Ağlım kəsəndən yaxın keçmişə qədər Qurban bayramını imkanı olanların Allah rizası üçün qurban kəsərək ehtiyacı olanlara paylaması kimi anlayırdım. Həmd olsun ki, vəsilələrin yardımıyla bu müqəddəs İslam bayramının daha dərin mənəvi mənasını dərk etmək nəsib oldu.
Niyə xəbəri "Təslimiyyət bayramı" adıyla təqdim etmişəm? Çünki qurban etmək, həqiqətən də, təslim etməyi bacarmaq deməkdir. Qurban gətirmək Hz.Adəmin vaxtından mövcuddur. Lakin Hz.İbrahimin gətirdiyi qurban təslimiyyətin ən üstün nöqtəsidir, yəni mən belə düşünürəm. Bəlkə həm də bu səbəbdən Allahu Təala dinimizi məhz Hz.İbrahimin hənif dini kimi bizə tanıdır:
Ənam (161) De: "Şübhəsiz, Rəbbim məni doğru yola - sabit (və bəşəriyyətin səadətini təmin edən) bir dinə və haqpərəst olan və əsla müşriklərdən olmamış İbrahimin ayininə hidayət edib."
Həcər xanım Hz.İbrahimin ikinci həyat yoldaşı idi. Uzun illərdən sonra Allahın lütf edərək verdiyi oğlunu yenə Allahın əmriylə özündən uzaqlaşdırır Hz.İbrahim. Ana ilə balanın kimsəsiz səhra çölündə qoymaq və illərlə görmədiyi oğlunu Rəbbinin əmridir deyə boğazına bıçağı çəkmək üçün təsəvvür edirsiniz nə dərəcədə üstün təslimiyyətə sahib olmaq lazımdır? Hələ Həcər xanım, anaların anası deyərdim mən o xanıma. Bir anlıq özümüzü onun yerində təsəvvür edək. Yoldaşınız sizi körpənizlə səhrada tərk edir. Susuzluqdan südünüz qurumuşdur, körpənizin aclıqdan saatlarla çığırır. Allah yardımını göndərir, amma illərlə oğlunu görməyən atası birdən peyda olur və bildirir ki, oğlunun başını kəsəcək. Belə vəziyyətə reaksiyamız necə olardı? "Bizi çölün düzündə kimsəsiz qoyub getməyin azmış kimi indi də oğlumun canını almaq istəyirsən?!" - hər halda buna bənzər reaksiya olardı. Amma o ana heç bir şeyə baxmayaraq Rəbbinə üsyan etmir, çünki təslimiyyətin ən üstün nöqtəsindədir.
Hz.İbrahimin oğlunu qurban etməsində, Həcər xanımın bunu qəbul etməsində, Rəbbinə olan təslimiyyət dərəcəsinə biz, əlbəttə ki, çata bilmərik. Onlar seçilmişlərdəndirlər. Amma bunu etməyə niyyətlənmək, yəni Rəbbimizin əmr etdiyi kimi Hz. İbrahimin dininə tabe olmağımıza qəlbdən niyyətlənmək, bunu etmək üçün iradəmizin tam gücündən istifadə etmək vacibdir.
Bir Allah dostunu qazamata salırlar. Hər cümə bu vəli cümə namazına hazırlaşaraq qapını döyür və təbii ki, hər dəfə imtina cavabı alır. Yanındakı yoldaşı, nəhayət, soruşur ki, imtina olunacağını bilərək niyə hər dəfə eyni şeyi təkrar edirsən? Allah dostu cavab verir ki, mən, mənə düşəni edirəm, niyyətlənirəm, imkanım olan yolu - qapıya qədər gedirəm. Ondan o tərəfi artıq məndən asılı deyil, gerisi təvəkküldür. Yəni biz də Hz.İbrahimin dinindəki təslimiyyəti məqsəd olaraq qarşımıza qoymalıyıq, bacardığımız qədər də irəliləməliyik. Qarşılığını verənsə Allahdır. Amma özümüzü aldatmayaq, Allah qəlblərdəkini görəndir. "Mənim gücüm buna çatır" deyib illərlə beş, hətta üç vaxt namazla, Ramazan orucuyla qane oluruqsa, zaman keçdikcə Allaha yaxınlaşmırıqsa, deməli, əməllərimizdə qeyri-səmimilik var.
Vaxtaşırı özümüzü sorğu-sual edək, bir görək, məsələn, keçən ayla, keçən illə müqayisədə Rəbbimizə nə qədər yaxınlaşa bilmişik? Yoxsa elə yerimizdə saya-saya qalmışıq. Hələ geriləməyi demirəm... Bir görək zaman keçdikcə namazlardakı huşumuz artıbmı, qəza və sünnət namazlarını və oruclarını sevərək yerinə yetiririkmi, kinimizi, dilimizə gələn acı sözləri uda bilirikmi, pisliyə yaxşılıq edirikmi, sevdiyimiz əşlayalardan ehtiyacı olanlara verərək imtina edirikmi, zinətlərimizi haram gözlərdən qorumağı bacarırıqmı, israfdan çəkinirikmi, yoxsa bizim üçün önəmli olan axirət deyil, dünyadır?
Qurban bayramında, əlbəttə ki, qurbanlar kəsərək ehtiyacı olanlara paylayacağıq. Amma unutmayaq ki, sonda əvəzini Allah verəcək, kəsdiklərimzdən isə Allaha heç nə çatmır. Rəbbimizin dəyər verdiyi Qurbanın mənəviyyatıdır. Qurbanlarımızın ruhunda Hz.İbrahimin təslimiyyəti yoxdursa, kəsdiklərimizlə sadəcə qarınlar ət bayramı edəcək. İmkan sahibi olaraq heyvan kəsib paylamaq çətin deyil. O bıçağı nəfsinin boğazına çəkmək - bax əsil qurban budur, Rəbbi üçün nəfsini qurban etmək. Necə ki, Bədir kimi böyük müharibədən geri dönərkən Rəsulumuz (s.a.v) buyurmuşdu ki: "Kiçik cihaddan çıxdıq, böyük cihada gedirik."
Buna asanlıqla necə nail olmaq olar? Axı müasir günümüzdə dünyalıq ləzzətlərin, iblisin hiylələrinin artdığı bir vaxtda bunu etmək daha da çətindir. Haram qarışan yerdə gəlir halal yerdəkindən daha çoxdursa, oradan uzaqlaşmaq olarmı? Dilini kiminsə arxasıyca danışmaqdan saxlamaq, bircə kəlmə də olsa, deməsək, ürəyimiz partlayar. Bədəninin gözəlliklərini, zinət əşyalanın parıltısını göstərmək, dənizin suyunda islanıb günəşin şülarını vücudunda hiss etmək varkən, rəngsiz, diqqət çəkməyən, qalın geyimləri geyinərək istiyə dözmək - çox çətindir, düzdürmü? Çətindir, amma Allaha təslim olmağı diləyənlər üçün deyil. Rəbbinə səmimi qəlbdən təslim olmağı diləyənlərə, Hz.İbrahimin Hənif dininə tabe olanlara, Muhammədin (s.a.v) ümmətinə, Əhli sünnənin yolunda olanlara bunlar, həqiqətən də, asandır.
Gəlin, Qurban bayramının mənəvi dəyəri ilə təslimiyyət diləyini qəlbimizə endirək!
Təslimiyyət bayramınız mübarək olsun!
XƏBƏR LENTİ
Ronaldo “Intagram”ındakı reklamlara görə nə qədər qazanır?
Vitaminli salat (foto resept)
Azərbaycanlı şagird dünya çempionu oldu
"Real"ın baş məşqçisi görün kim olacaq...
Cənubi Koreya Kim Çen Inla bağlı kəşfiyyat məlumatlarını açıqladı
İşləyən hamilələr diqqət!
Günəşdə alışma: 1 həftəlik qasırğalar başlayır
"Titanic"də kadrarxası
"Bu il 7 dəfə tonqaldan tullanmışam" - Elza Seyidcahan
Qadın.Netlilərin evlilik təklifləri...
Dəridəki qırışlar üçün cəfəri suyu
Hava haqqında - 21.12.2013
Rezidenturaya qəbul üçün namizədlərin ixtisas seçimi başlandı
Azərbaycanda maqnit qasırğası gözlənilir
Rusiyada qrip kabusu: 1000-dən çox məktəb bağlandı
Yenə yağış, yenə külək
Ali Sunal qızı və xanımından yazdı-FOTO
Bu ölkə NATO-nun üzvü oldu
Ən doğru nəfəsalma qaydası
Üç gün dənizdə kömək gözlədi - VİDEO
Təbii maskalar
Həftənin ilk iş gününün hava proqnozu
Prezident İlham Əliyevə BMT-nin Əhali Fondunun mükafatı təqdim olunub
Ofisiant belə məşhurlaşdı
İçi doldurulmuş hind toyuğu budu (foto resept)
Peşə təhsili almaq istəyənlər göstərilən tarixə qədər ixtisas seçimi etməlidirlər
İspaniyada neft emalı zavoduna ildırım düşdü - VİDEO
Qan qrupunuza görə bunları bilməlisiniz!
Fitnes ulduzu Mayamidə-FOTO
Türkiyədə qar yağdı
Şəklə baxın və xarekterinizi öyrənin
Qarpız maskaları
Gəlin buketləri
HAVA necə olacaq?
Səhiyyə Nazirliyi həyəcan təbili çalır
AMEA-da “Qubadlı: Qədim Azərbaycan torpağı Zəngəzurun qapısı” adlı monoqrafiya nəşr olunub
Qeyri-adi mətbəx əşyaları (sifarişlə)
2015-ci ilin ən yaxşı filmləri seçildi
Rusiyadan qorxulu addım
Yeni qatarlar gətirilir
Yeni tədris ilində məktəblərin taleyi necə olacaq?
Xəstəlik (son)
Qısa və uzun boylu insanlar bir yerdə
Xəzərdə 4,5 bal gücündə zəlzələ oldu
“Sən anlat Karadəniz”in aktrisasının toyu olacaq
Qadınlarda klimaks dövrü
Bəla başımıza necə gəldi?
Moskva son illərin ən soyuq qışını yaşayır
İlham Əliyev: "Heç kim güzəşt istəməməlidir"
AZAL uçuşlarda endirim etdi
- ŞƏRHLƏR