əl-Buruc (Bürclər) surəsi
(Məkkədə nazil olmuşdur, 22 ayədir)
Bismillahir–rəhmanir-rəhim!
- And olsun bürclər sahibi olan göyə;
- And olsun vəd olunmuş günə (qiyamət gününə);
- And olsun şəhadət verənə və (haqqından) şəhadət verilənə (peyğəmbərlərə və onların ümmətlərinə, yaxud cümə və Ərəfə günlərinə) ki,
- (Nəcrandan İsaya iman gətirmiş kimsələri yandırıb külə döndərən) xəndək sahibləri (lənətə düçar olub) qətl edildilər.
- O xəndəklər ki, çırpı ilə alovlandırılmışdı.
- O zaman onlar (xəndəklərin) kənarında oturub,
- (Öz əsgərlərinin) möminlərin başlarına gətirdiklərinə (müsibətlərə) tamaşa edirdilər.
- Onlardan (möminlərdən) yalnız yenilməz qüvvət sahibi, (hər cür) şükrə (tərifə) layiq olan Allaha iman gətirdiklərinə görə intiqam alırdılar.
- O Allah ki, göylərin və yerin ixtiyarı Onun əlindədir. Allah hər şeyə şahiddir!
- Şübhəsiz ki, mömin kişi və qadınları (dinlərdən döndərmək üçün) bəlaya düçar edən, sonra da tövbə etməyən kimsələri cəhənnəm əzabı və yandırıb-yaxın atəş əzabı gözləyir.
- İman gətirib yaxşı əməllər edən kimsələri isə (ağacları) altından çaylar axan cənnətlər gözləyir. Bu, böyük qurtuluşdur (uğurdur)!
- Həqiqətən, sənin Rəbbinin intiqamı çox şiddətlidir!
- Həqiqətən, (insanı) yoxdan var edən və (öldükdən sonra) təkrar dirildən Odur!
- (Bəndələrini) çox bağışlayan, çox sevən də Odur.
- Ərşin sahibi də, şanlı-şərəfli olan da Odur!
- O, istədiyini edəndir.
- (Ya Peyğəmbər!) Orduların xəbəri gəlib sənə çatdımı?
- Firon və Səmud (ordularının)?
- Xeyr, kafir olanlar (səni və Quranı) elə hey təkzib etməkdədirlər.
- Onların bütün ixtiyarı Allahın əlindədir!
- Xeyr, o (şer deyil) şanlı-şərəfli Qurandır!
- O, lövhi-məhfuzdadır! (Quran Allah dərgahında qorunur. Ona şeytan əli dəyə bilməz, o heç zaman təhrif olunmaz!)
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Günün ulduz falı
İkinci dəfə həccə gedən azərbaycanlılardan əlavə vəsait alınacaqmı?
Mustafa Sandaldan gözlənilməz cavab-FOTO
Dünya tibb elmində ilk
İmtahan nəticələri elan olundu
Yaddaşsızlığa son
Ulduzların maşınları
Adamyeyən narkotikanın qurbanları
Ceyda sevənlərini TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Google-da nə axtarırlar?
Gəlin bir az gülək
Klinton prezidentliyinə namizəd olmağa razılıq verdi
Çəki azaldan bitki
Müsəlmanlar ruslara niyə möhtac qaldılar?
Tovuz rayonunun ziyan çəkmiş kəndlərində bərpa işləri görülür
Fazil Mustafa dərslərin sentyabrın 1-də başlamasını təklif edir
Alimlərdən ŞOK: Hitlerin cəsədi bu sualtı gəmidə ola bilər - FOTO
Tubadan Ayrılıq AÇIQLAMASI
Ancelina Coli gizlicə ərə gedib?
Xoşbəxtliyimizin açarı
Meqan Markl artıq bahalı geyimlər almır
Uşaqlıq xatirələri
Azərbaycanda daha bir su anbarı istifadəyə veriləcək
28 ermənini məhv edən şəhidin atası: “Oğlumun ölümünə inanmadım, elə bilirəm, işdədir” - VİDEO
Milli Məclisdən "avtoş"lara zərbə!
Geyim kombinasiyaları
Əsgərlərimiz diversiya qrupunu pərən-pərən saldılar: 2 ölü, xeyli yaralı var
Hikmət Hacıyev: “Ermənistan Tərtər sakinlərinə qarşı fosforlu mərmilərdən istifadə etməyə davam edir”
Tarixi bina və məbədlər
Ölkədə bu xəstəliklərdən ölənlərin sayı artıb
İlk qar kristalı fotoaparatının yaradıcısı
Limonlu yaşıl çay detoksu
Günün ulduz falı
Dünyada iki növ koronavirus var
Mesut Özil azərbaycanlılara səsləndi:"Qardaşlarım...."
Hava haqqında
Buraxılış gecəsi donları (2)
Problemli kreditlərdən çıxış yolu
İspaniya "Facebook"u cərimələdi
İranda zəlzələ oldu
Kerri özünə erməni müşavir seçdi
İlk peşəsi müəllim olan məşhurlar
Tuba Ekinci Xocalı soyqırımından yazdı
Şokolad ürək sağlamlığını qoruyur
Əkizlər ayrı-ayrı günlərdə dünyaya gəliblər
Səudiyyədən qorxulu qərar
Bakının məşhur məktəbi niyə sökülür?
2017-nin cins ətəkləri
Zoopark və sirklər qadağan edilə bilər
Koronavirusdan sağalan insanlar başqalarını yoluxdura bilərlər?
- ŞƏRHLƏR