əl-İnşiqaq (Yarılma) surəsi
(Məkkədə nazil olmuşdur, 25 ayədir)
Bismillahir rəhmanir-rəhim!
- Göy yarılacağı,
- Və Rəbbinin buyuruğunu haqq olaraq eşidib (Ona) itaət edəcəyi zaman;
- Yer uzanıb dümdüz olacağı;
- Qoynunda olanları bayıra atıb boşaldacağı;
- Və Rəbbinin buyurduğunu haqq olaraq eşidib (Ona) itaət edəcəyi zaman (insan dünyada yaxşı və pis əməllərinin cəzasını layiqincə alacaqdır)!
- Ey insan! Sən (ölənə qədər) Rəbbinə doğru çalışıb çabalayırsan. Sən Ona qovuşacaqsan! (Sənin qısa ömrün gündən-günə səni Allaha yaxınlaşdırır. Ölümün gəlib çatması Allah dərgahına qovuşmaq deməkdir. Öləndən sonra Allahın hüzuruna gedib dünyada etdiyin yaxşı, pis əməllərin əvəzini tamamilə alacaqsan. Yaxşı əməllər etmisənsə, xoş halına. Pis əməllər etmisənsə, vay halına!)
- Kimin əməl dəftəri sağ əlinə verilmişsə,
- Onun yüngül haqq-hesab çəkiləcək
- Və o, (Cənnətdəki) ailəsinin (yaxınlarının) yanına sevinclə qayıdacaqdır!
- Kimin əməl dəftəri arxa tərəfdən (sol əlinə) verilmişsə,
- O: Ay öldüm! deyə şivən qopardacaq,
- Və Cəhənnəmə vasil olacaqdır!
- O, (dünyada) öz ailəsi (yaxınları) arasında sevinc içində idi.
- Və elə zənn edirdi ki, (öləndən sonra dirilib haqq-hesab üçün Rəbbinin hüzuruna) qayıtmayacaqdır.
- Xeyr! (Onun düşündüyü kimi deyildir. O, qiyamət günü dirilib Allahın hüzuruna qayıdacaqdır). Həqiqətən, Rəbbi onu görürdü.
- And içirəm şəfəqə,
- Gecəyə və (gecənin) qoynuna aldıqlarına,
- Bədirlənməkdə olan aya ki,
- Siz (ey kafirlər, qiyamət günü) haldan-hala düşəcəksiniz!
- Onlara nə olub ki, iman gətirmirlər?
- Özlərinə Quran oxunduqda səcdə etmirlər?
- Əksinə, kafir olanlar (Allahın vəhdaniyyətini və ayələrini) təkzib edirlər.
- Halbuki Allah onların (ürəklərində) gizlətdiklərini ən gözəl biləndir!
- (Ya Peyğəmbər!) Onlara (qiyamət günü düçar olacaqları) şiddətli bir əzabla müjdə ver!
- İman gətirib yaxşı əməllər edənlər istisna olmaqla! Onları (Cənnətdə) minnətsiz (tükənmək bilməyən) mükafat gözləyir!
XƏBƏR LENTİ
Meyvə-tərəvəzləri belə görmüşdünüzmü?
Dirijorumuzun rəhbərliyi altında Novosibirsk orkestri konsert verib
"iPone-7" üçün 23 gün küçədə yaşadı
55 saat ərzində 60 cərrah əməliyyat etdi - Yeni üz köçürüldü - FOTO
Artıq çəkidən xilas olaq
Fıstıqlı peçenye (foto resept)
Qurban bayramı pandemiya şəraitinə uyğun təşkil olunacaq - VİDEO
Məşhur futbolçu ebolaya yoluxub?
BQXK nümayəndələri Azərbaycanda həbsdə olan erməni kəşfiyyatçıya baş çəkiblər
XXI əsrdə bizi qul edən nədir?
Azərbaycanda daha bir nəfər koronavirusdan öldü: 148 yeni yoluxma
Peugeot 3008 cipə bənzəyəcək
Ruslar Azərbaycan narından məhrum oldular
Qaraciyərdən hazırlanmış ləziz qəlyanaltı (foto-resept)
Toshiba televizorlarının istehsalı dayandırılır
Bu saç modellərindən uzaq dayanın
Burrito (foto resept)
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Azərbaycana 4G şəbəkəsi gəldi!
Ukrayna 10 rus desantını geri qaytardı
Bu dərmanlar dövlət qeydiyyatına alınmayacaq
Azərbaycanda son 44 ilin anomal hadisəsi bu il təkrarlandı
Xoşbəxt olmaq istəyiriksə...
Hadisə sahib olduğu hər şeyi satır
Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinə həsr olunmuş sərgi keçiriləcək
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Uşaqlarınızı isti havalardan qoruyun!
Dağda ruhlarla danışdılar
Mila Yavoviç üçüncü dəfə ana oldu-FOTO
Müğənni Kris Kelmi vəfat edib
Evdə uşaqlarla oynaya biləcəyiniz 2 oyun
Qalın bilərziklər
Zəvvarların növbəti qrupu yola düşdü
Qanaxmanı 10 saniyədə dayandıran üsul
Ən çox kim yaşayır?
Yeni qayda: Dünya çempionatında oyunlar dayandırıla bilər
Qadınlara yaraşan kişi geyimləri
Fırtına 40 metrlik 2 minarəni aşırdı
Ləziz salat (foto resept)
Ürküdücü yerlər-2
3 il əvvəl boşanan məşhur cütlük yenidən evlənir-FOTO
Yığmamızın kapitanı karyerasını başa vurdu
Myasnikovdan koronavirus PROQNOZU: “2023-cü ildə...”
Putinin 62 yaşı olur
Gigi Hadid ana olacaq-FOTO
BMW-dən eksklüziv velosiped
Azərbaycanlı həkim: “Xəstə bir saat əvvəl su içib test versə, neqativ cavab ala bilər” - MÜSAHİBƏ
3D Yataq dəstləri(2)
Günün ulduz falı - 26.08.2013
Frutti Di Mare Pizza (foto-resept)
- ŞƏRHLƏR